Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Urinary frequency (pollakiuria) and nocturia

Mündəricat

Urinary frequency (pollakiuria) and nocturia

EBM Klinik protokolları
02.05.2018 • Sonuncu dəyişiklik 28.02.2017
Editors

Əsas məqamlar

  • Əksər hallarda bu simptom bir çox səbəblərdən qaynaqlanır.
  • Sidiyin miqdarının normal olması tədqiq edilir və həmçinin, sidiyə getmə tezliyinin artmasının (müxtəlif səbəblər nəticəsində) sidik istehsalının artması ilə əlaqədar olması araşdırılır.
  • Bu simptomun funksional olmasını qəbul edilməsi qənaətinə gəlməzdən əvvəl, mümkün ola bilən orqan pozğunluqları araşdırılmalıdır.

Təyin edilməsi

  • Hər 2 saatdan artıq olmayan müddətdə və ya 24 saat ərzində 8 dəfədən çox sidik ifrazatı olduqda  sidik ifrazı tezliyinin artması simptomu barədə danışılır.
  • Əgər pasiyent gecə ərzində bir dəfə və ya daha çox yuxudan oyanaraq sidiyə çıxırsa International Continence Society (ICS) Sidik Saxlanılmazlığna dair Beynəlxalq Cəmiyyət bunu nokturiya kimi qəbul edir. Praktik olaraq isə əgər pasiyent gecə ərzində iki dəfə və ya daha çox sidiyə çıxmırsa, bu mühüm bir nokturiya hesab edilmir.

Etiologiyası

  • Baxın, həmçinin polyuriya.
  • Sidik sistemi orqanlarına aid səbəblər.
    • Prostat hiperplaziyası və ya prostat xərçəngi.
    • Postmenopozal vaginal və uretral mukozal atrofiya.
    • Sidik kisəsinin kiçilmiş həcmi: infeksiyalar, radioterapiya və ya cərrahi proseduralar, ahıl yaşlıların sidik kisəsi.
    • Cinsi yolla keçən xəstəliklər: xlamidiya, gonoreya.
    • İnterstisional sistit.
  • Sistem xəstəliklərinə aid səbəblər (simptom ümumiyyətlə böyük miqdarda sidik ifrazatı ilə gedir)
  • Metabolik: diabet, hipertiroidizm, hiperkalsemiya.
    • Böyrək xəstəlikləri
    • infeksiyalar, məs. epidemik nefropatiya
    • Nevrogenik səbəblər: insult ağırlaşması, Parkinsonizm, dağınıq skleroz və yaddaş xəstəliyi, travma, normal təzyiqli hidrosefaliya, beyin şişi.
  • Funksional səbəblər
    • Sidik ifrazatının miqdarının artması (həddindən artıq maye, spirtli içkilər və qəhvə qəbulu)
    • Hiperaktiv sidik kisəsi  
    • Emosional narahatlıq

Müayinələr

  • Anamnez: əsas xəstəliklər, sidik ifrazına təsir göstərə bilən dərmanlar (məsələn, diuretiklər), maye qəbulunun miqdarı (xüsusilə qəhvə və alkoqol)
  • Sidik kisəsi gündəliyi və simptomların toplamı
    • Prostat hiperplaziyası olan kişilər üçün IPSS (The International Prostate Symptom Score –IPSS Yaxud Prostat Simptomlarının Beynəlxaq meyarlara əsaslanan toplam) simptom toplamı
  • Cinsiyyət üzvlərinin müayinəsi, kişilərdə prostatın barmaqla rektal müayinəsi, qadınlarda ginekoloji müayinə, sidik kisəsinin palpasiyası (sidik çıxmasına mane olması şübhəsi yarandıqda kateterizasiya) və göstəriş olduğu halda sidik sisteminin ultrasəs müayinəsi.
  • Sidiyin kimyəvi və bakterial müayinəsi, qan elementlərinin o cümlədən trombositlərin analizi, CRP, qanda qlükozanın acqarına təyini, kreatininin, TSH- Tireoid stimulə edici hormon və albuminlə korreksiya edilmiş kalsiumun analizi.

 

 

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •