Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Düyünlü eritema (Erytema nodosum)

Mündəricat

Düyünlü eritema (Erytema nodosum)

EBM Klinik protokolları
16.05.2018 • Sonuncu dəyişiklik 18.03.2013
AnnePietinalho

Əsasları

  • Streptokokk infeksiyası, sarkoidoz, tuberkulyoz və yersinioz kimi altda yatan mümkün səbəbləri müəyyənləşdirin və ya istisna edin.

Epidemiologiya​

  • Kişilərə nisbətən qadınlarda daha çox (3-5 dəfə) rast gəlinir.
  • İrqi və coğrafi fərqlər (altda yatan səbəblərin yayılmasında) xəstəliyin əhatə dairəsinin genişliyinə təsir göstərir.
  • Xəstəlik ən çox gənc yaşlı yetkin şəxslərə təsir edir. 
  • Əksər hallarda qış və yaz fəslində qeydə alınır.

Etiologiya

  • İnfeksion xəstəliklər, məsələn
    • streptokokk etiologiyalı tonzillit (düyünlərin üzə çıxmasından 7-14 gün əvvəl)
    • mononukleoz
    • Chlamydia pneumoniae infeksiyası
    • yersinioz, salmonellyoz
    • birincili tuberkulyoz infeksiyası
  • Sarkoidoz
  • İltihabi bağırsaq xəstəlikləri
  • Revmatik xəstəliklər
  • Digər autoimmun xəstəliklər
  • Hamiləlik
  • Bəzi dərman preparatlarına qarşı reaksiya, məsələn,
    • sulfonamidlər
    • kontraseptiv həblər, hormonal müalicə zamanı tətbiq olunan preparatlar
  • Maliqnantlıq
  • Əksər hallarda xəstəliyin etiologiyası naməlum olaraq qalır.

Simptomlar və əlamətlər​

  • Qıçların ön tərəfində tək-tək qırmızı, həssas, qabarıq düyünlər (şəkillər) müəyyən olunur; nadir hallarda bədənin digər nahiyələrində (şəkil) müşahidə edilir.
  • Yorğunluq, qızdırma, artralgiya, bəzi hallarda periartikulyar (oynaqətrafı) toxumanın şişkinliyi və qızartısı qeydə alına bilər.
  • EÇS-in yüksək səviyyəsi təyin olunur.

Müayinələr

  • Müayinələr spesifik şəkildə müalicə edilə bilən əsas xəstəliyin aşkar edilməsi istiqamətində yönləndirilir.
  • Ailənin digər üzvlərində mövcud olan simptomlar barədə də məlumat toplayın.

Əsas müayinələr

  • Boğaz möhtəviyyatının streptokokkal kulturası
  • Döş qəfəsi rentgenoqrafiyası (sarkoidoz, tuberkulyoz)
  • EÇS, CRZ
  • Trombosit sayının qeyd olunduğu ümumi qan analizi, sidik analizi (digər infeksiyalar) 

İndividual yanaşmaya əsasən

  • Antistreptolizinin təyini (titrdə dəyişikliyin olması və ya yüksək titrdə qeydə alınması streptokokk infeksiyasının mövcudluğunu göstərə bilər)
  • Mononukleozun təyini üçün sürətli analizin aparılması və ya EBV əleyhinə İgM anticismlərinin təyini 
  • Yersinia əleyhinə anticismlər 
  • Psiyentdə tənəffüs simptomları mövcuddursa, Chlamydia pneumoniae əleyhinə anticismlərin təyini

Müalicə

  • İstirahətin təşkil olunması
  • Əsas xəstəliyin müalicəsi
  • Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP)
  • Soyuğun, eyni zamanda isti kompresslərin tətbiq olunması simptomları yüngülləşdirə bilər.
  • Davam etməkdə olan hər hansı bir infeksiyanın və ya müalicə edilə biləcək başqa bir spesifik səbəbin aşkarlanmadığı təqdirdə digər qeyri-steroid iltihab əleyhinə maddələr (kolxisin, hidroksixlorokin, dapson, talidomid) və ya sistem qlükokortikoid müalicəsi nəzərdən keçirilə bilər, lakin bunlarla yanaşı problemli hallarda kalium yodid tabletlərinin bir neçə günlük kursu (yetkin yaşlı şəxslər üçün doza- 260 mq × 3, azyaşlı pasiyentlər üçün daha aşağı dozalarda) təyin olunur. Tiroid vəzinin funksional testləri və yoda qarşı ehtimal olunan yüksək həssaslıq reaksiyaları müalicədən əvvəl yoxlanılmalıdır.

Göndəriş üçün meyarlar

  • Xəstəliyin ağırlıq dərəcəsinə əsaslanaraq
  • Ehtimal olunan əsas xəstəliyin ilkin səhiyyə xidməti göstərən müəssisədə təyin edilə bilmədiyi təqdirdə

Təkrari müayinə

  • Xəstəliyin gedişindən asılı olaraq

 

Adiyyatı mənbələr

 

  • Ədəbiyyat