Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Paronixiya və ətə batmış ayaq barmağı dırnağı

Mündəricat

Paronixiya və ətə batmış ayaq barmağı dırnağı

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 23.05.2017
AlexanderSalava

Əsas məqamlar

  • Adətən kəskin paronixiya sistem antimikrob vasitələrə ehtiyac olmadan absesin sadə drenajına yaxşı cavab verir.  
  • Ətə girmiş ayaq barmağı hallarında çox zaman dırnağın hissəvi avulsiyası (xaric edilməsi, çıxarılması) tələb olunur. 
  • Xroniki paronixiya əsasən əlləri suyun təsirinə tez-tez məruz qalan adamlarda rast gəlinir. 

Etiologiya

  • Kəskin paronixiya
    • Dırnaq büküşündə bir ağrılı abses kimi təzahür edə bilər və ya kutikula itərək dərinin qabıqlanması ilə birgə və ya onsuz bütöv dırnaq büküşünün eritematozlaşması ilə xroniki hal ala bilər.      
    • Kəskin infeksiya kiçik bir kəsikdən (məsələn, dırnaq dişləmək və ya manikür proseduru) və ya dırnaq kənarının ətə batması ilə başlanır.  
    • Staphylococcus aureus ən çox rast gəlinən törədicidir.
  • Xhroniki paronixiya (şəkil )
    • Etiologiyası çoxfaktorludur və təkcə infeksiya ilə izah edilə bilmir.
    • Dırnağın böyüməsinin qarşısını ala bilər və dırnaq lövhəsi hissəvi ayrıla bilər (şəkillər ).
    •  Xüsusilə rütubətli şəraitdə işləyən şəxslərdə çox rast gəlinir. Dırnaq büküşünün altından götürülmüş yaxmada Candida albicans üstəgəl eyni zamanda S. aureus, göy-yaşıl irin çöpləri və ya E. coli daxil olmaqla bakteriyalar inkişaf edə bilər. Bunun kliniki cəhətdən əhəmiyyəti ziddiyyətli qalmaqda davam edir.  

Müalicə

Kəskin infeksiya

  • Kəskin mərhələdə abses yerli anesteziya altında barmaq oxu boyunca bir kəsiklə drenaj olunur (məsələn, cərrahi skalpel №11). 
  • İnfeksiyalaşmış hər hansı nekrotik toxumanın cərrahi işlənməsi bir uyğun alətlə aparılır və boşluq (məsələn, fizioloji məhlulla) yuyulur. 
  • Barmaq daha sonra bir neçə gün ərzində səhər və axşam vanna (məsələn, kalium permanaqnat vannası 10-15 dəqiqə ərzində) olunmalıdır.
  • Əgər paronixiyaya səbəb ayaq barmağı dırnağının batmasıdırsa (şəkillər ), dırnağın hissəvi avulsiyası (çıxarılması) və ardınca fenolun tətbiqi (fenolla işlənmə) çox zaman müalicə kimi kifayət edir. 
  • Yüngül hallarda vanna qəbulu ilə yanaşı yalnız yerli antimikrob kremi tələb oluna bilər. 
  • Yalnız əgər ətraf toxumalarda dəri və dərialtı toxumanın qeyri-irinli iltihabı (sellülit)  şübhəsi olarsa sistem antimikrob vasitələrinə göstəriş vardır.   
  • Antimikrob vasitələr və müalicə müddəti absesin müalicəsində olduğu kimidir: məsələn, sefaleksin 500–750 mq gündə üç dəfə 7-10 gün ərzində. Həmçinin, S. aureus əleyhinə effektiv olan digər antimikrob vasitələr istifadə edilə bilər: flukloksasillin 750–1000 mq gündə 3 dəfə və ya amoksisillin və klavulan turşusunun kombinasiyası 875/125 mq gündə 2 dəfə.

Xroniki infeksiya

  • Seçim müalicəsi nəm mühitlərə məruz qalmaqdan və qıcıqlandırıcılardan yayınmaqdır.
  • Konservativ müalicə yerli qlikokortikoidin ya göbələk əleyhinə vasitə, ya da antiseptik vasitə ilə kombinasiyasının 2-3 həftə ərzində çəkən müalicə kursundan ibarətdir."?>.
  • Ağır hallarda sistem göbələk əleyhinə müalicəyə (məsələn, flukonazol 150 mq həftədə bir dəfə 1-2 ay ərzində) cəhd oluna bilər. 
  • Əgər paronixiya peşə mənşəlidirsə bülleten lazım ola bilər. 

Ətə batmış ayaq barmağı dırnağı 

  • Ayaq barmağı dırnağının batması lateral dırnaq büküşünü zədələyərək ağrı, xroniki iltihab və qranulyasiya toxumasının (bəzən kifayət qədər geniş yayılmış) yaranması ilə nəticələnir. 
  • Əgər barmağın vanna edilməsi və yaxşı uyğun gələn ayaqqabının istifadəsi yaxşılaşma ilə nəticələnmirsə, optimal müalicə fenolla işlənmə ilə birgə kombinasiyada dırnağın hissəvi avulsiyasından (çıxarılmasından) ibarətdir.
  • Bu yanaşma cərrahi pazvari rezeksiyaya nisbətən daha effektiv və daha az travmatikdir. 
  • Batmış dırnağın xroniki simptomları antimikrob vasitələrlə aradan qalxmır və dırnaq kənarının xaric edilməsi tələb olunur
  • Dırnaqların düzgün kəsilməsi üsulları və hər hansı qeyri-invaziv yanaşmalarla (Podofix® dırnaq asqısı və s.) bağlı pedikür mütəxəssisi tərəfindən məsləhətlər dırnaq batmasının qarşısının alınmasında faydalıdır. Yüngül hallarda yeganə ehtiyac pedikür prosedurları ola bilər. 

Dırnağın hissəvi avulsiyası (rezeksiyası, çıxarılması) üstəgəl dırnaq matriksinin fenolla işlənməsi

 

 

Tosti A, Piraccini BM, Ghetti E ym. Topical steroids versus systemic antifungals in the treatment of chronic paronychia: an open, randomized double-blind and double dummy study. J Am Acad Dermatol 2002;47(1):73-6.