Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bağırsaqdankənar helmintozların qısa xarakteristikası

Mündəricat

Bağırsaqdankənar helmintozların qısa xarakteristikası

EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
HeliSiikamäki SakariJokiranta AnuKantele

  • Bütün dünyada həkimlər endemik bölgələrdə işləyərkən və ya endemik bölgələrdən səfərdən qayıdanları, immiqrantları və tropik ölkələrdə yaşamış pasiyentləri müalicə edərkən, bağırsaqdankənar helmintozlar (toxuma helmintozları) ilə qarşılaşa bilir.

Yayılması

  • Trixinellyoz qidada donuz ətinin istifadə edildiyi regionlarda rast gəlinən toxuma nematod infeksiyasıdır. Limfatik filyariatoz tropik və subtropik regionlarda geniş yayılmışdır. Onxoserkoz və ya ”çay korluğu”Onchocerca volvulus)"?> tropik Afrika, Mərkəzi və Cənubi Amerika, həmçinin Yəməndə yayılmışdır. Loaoz Qərbi və Mərkəzi Afrikanın yağışlı meşələri üçün endemikdir.
  • Şistosomoz trematod qurdların (qan sorucuları) səbəb olduğu ən önəmli infeksiyadır. O əsasən Afrikada, bundan əlavə Yaxın Şərq, Mərkəzi və Cənubi Amerikada, həmçinin Şərqi və Cənub-Şərqi Asiyada meydana çıxır. Qaraciyər sorucuları Çində, Cənub-Şərqi Asiyada və bütün dünyada qoyunçuluq təsərrüfatları olan yerlərdə meydana çıxır.
  • Lentşəkilli qurd infeksiyaları arasında, exinokokkoz bütün dünya üzrə iribuynuzlu mal-qara, dəvəçilik və ya qoyunçuluq təsərrüfatları olan yerlərdə rast gəlinir. Sistiserkoz qidada donuz ətinin böyük miqdarda istifadə edildiyi ərazilər üçün endemikdir və bu həmin ərazilərdə epilepsiyanın əsas səbəbidir.

Ötürülmə

  • İnsanın yoluxması ağızdan (ən çox rast gəlinən ötürülmə yolu), sürfələrin dəridən penetrasiyası (şistosomoz) və ya həşəratların dişləməsi ilə (loaoz, onxoserkoz, limfatik filyariatoz) baş verir.
  • Toxuma-invaziv helmintlər insandan-insana ötürülə bilməz. Lakin sistiserkoz istisna təşkil edir, belə ki, o bağırsaqlarında Taenia solium qurdunun (donuz soliteri) yaşadığı insan tərəfindən ötürülə bilər.

Bütün dünya üzrə əhəmiyyəti

  • Bağırsaqdankənar helmintozların müxtəlif formaları bütün dünyada çox geniş yayılmış xəstəliklərdir. 200 milyondan artıq insan şistosomoza və 120 milyon filyariotoza yoluxub. Tropik Afrikada, təxminən 300 000 insan onxoserkoz nəticəsində kordur.

Diaqnostika

  • Toxuma-invaziv helmintlər tipik hallarda eozinofiliya, IgE konsentrasiyasının artmasına səbəb olur.
  • Helmintlərlə yoluxmanın diaqnostikası üçün müxtəlif metodlar mövcuddur.
    • Nəcisdə qurd yumurtaları və ya qurdların aşkarlanması (şistosomoz, bağırsaq sorucuları, bəzən sistiserkoz)
    • Şistosomların yumurtaları nəcisdə, sidikdə və ya toxuma biopsiyası nümunəsində aşkarlana bilər.
    • Limfatik filyariatozda və loaoz zamanı mikrofilyariyalar qan nümunəsində və onxoserkozda dəri biopsiyası nümunəsində aşkar edilə bilər.
    • Anticisim analizləri (exinokokkoz, Fasciola hepatica, filyariatoz, sistiserkoz, şistosomoz, trixinellyoz)
    • Görüntüləmə müayinələri: Başın KT və ya MRT skanlaması ilə, misal olaraq, sistiserkoz aşkar edilə bilər və exinokokk hidatid sisti adətən qaraciyərin KR və ya MRT skanlaması və ya ultrasəs müayinəsində görünür.

Profilaktika

  • Ümumi gigiyenanın gücləndirilməsi, potensial ötürücülərlə kontaktdan yayınmaq, ətin təftişi və endemik regionlarda su ilə kontakta yol verməmək.
Bağırsaqdankənar helmintozlar
Xəstəlik və törədici orqanizm Ötürülmə yolu Simptomlar Xəstəliyə işarə edən əlamətlər Diaqnostika Müalicə
  1. 1) Bəzi ölkələrdə yalnız xüsusi lisenziya altında
Exinokokkoz (Echinococcus granulosus, Echinococcus multilocularis) Heyvan nəcisi–bağırsaq Adətən simptomlar qeyd edilmir, sist ilə şərtləndirilən təzyiq hissi ola bilər Sist görüntüləmə müayinəsi zamanı təsadüfi olaraq aşkarlanır (adətən qaraciyərdə), eozinofiliya (həmişə deyil) Görüntüləmə müayinələri, anticisim analizi (mənfi anticisim testi xəstəliyi istisna etmir) Monitorinq/farmakoterapiya (albendazol (albendazole)1))/ PAIR metodu (punksiya, aspirasiya, inyeksiya, re-aspirasiya) /cərrahi üsul
Sistiserkoz (Taenia solium - donuz soliteri) Nəcis–bağırsaq Epilepsiya, digər MSS simptomları Eozinofiliya (həmişə deyil) Görüntüləmə müayinələri, anticisim analizi (mənfi anticisim testi xəstəliyi istisna etmir), göstəriş olduqda biopsiya Monitorinq/farmakoterapiya (albendazol (albendazole)1)) + kortikosteroid)
Loaoz (Loa loa) Milçək–dəri Adətən heç bir simptom qeyd edilmir. Qaşınma, övrə, dərialtı toxumaların keçici yerli şişkinliyi, qurdlar konyunktivanı keçdiyi zaman onların gözlə müşahidə edilməsi Eozinofiliya Günorta vaxtı toplanmış qan nümunəsində mikrofilyariyaların təyin edilməsi; anticisim analizi Farmakoterapiya
Limfatik filyariatoz (Wurchereria sp. və Brugia sp.) Ağcaqanad–dəri Residivləşən febril limfangit və limfadenit, adətən prosesə ətraflar cəlb olunur. Limfa kanallarının obstruksiyaya uğraması və xroniki ödem (fil xəstəliyi) Eozinofiliya Gecə yarısı toplanmış qan nümunəsində mikrofilyariyaların təyin edilməsi; anticisim analizi Farmakoterapiya
Qaraciyər sorucularının törətdiyi xəstəliklər (Fasciola hepatica, Clonorchis sinensis, Opistorchis sp.) Su bitkiləri/balıq–bağırsaq Hepatomeqaliya, öd yolları tərəfdən  simptomlar Eozinofiliya Nəcisdə və ya öddə yumurtaların, öd axarlarında sorucuların aşkar edilməsi. Fasciola hepatica zamanı anticisim analizi. Farmakoterapiya (Fasciola hepatica: triklabendazol (triclabendazole)1)), digər qaraciyər sorucuları: prazikvantel (praziquantel)1))
Onxoserkoz (Onchocerca volvulus) Qansoran həşərat–dəri Qaşınma, palpasiyada ağrısız olan dərialtı düyüncüklər, limfa düyünlərinin xroniki böyüməsi, göz simptomları Eozinofiliya Dərialtı toxumada mikrofilyariyaların və ya dərialtı düyüncükdə yetkin qurdun aşkar edilməsi. Filyariya anticisimlərinin aşkar edilməsi (müsbət olduğu halda, önəmli nəticədir; ). Farmakoterapiya
Şistosomoz (Schistosoma sp.) Su–dəri Kəskin şistosomozda qızdırma, övrə, astmatik simptomlar, hepatosplenomeqaliya, limfa düyünlərinin böyüməsi. Xroniki şistosomozda hematuriya və ya bağırsaq simptomları. Eozinofiliya, hematuriya Kəskin şistosomozda anticisim analizi. Xroniki şistosomozda nəcis və ya sidikdə yumurtaların aşkar edilməsi, anticisim analizi, sidik kisəsi və ya yoğun bağırsağın biopsiyası. Prazikvantel (praziquantel)1))
Trixinellyoz (Trichinella sp.) Çiy ət–bağırsaq Qızdırma, mialgiya Eozinofiliya Anticisim analizi Effektiv spesifik terapiya mövcud deyil, albendazol (albendazole)1))