Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Blefarit

Mündəricat

Blefarit

EBM Klinik protokolları
15.06.2016 • Sonuncu dəyişiklik 15.06.2016
LeaHyvärinen

Əsasları

  • Vəziyyətin xroniki meyilliliyini müəyyənləşdirin.
  • Xəstəliyin xronikləşməsinin qarşısını almaq üçün tədbirlərin keçirilməsi və xəstəyə dəstəyin verilməsi.

Etiologiya

  • Əsas səbəb böyük ehtimalla göz qapağı kənarının strukturu və ya yağ vəzilərin sekresiyaların tərkibinin dəyişilməsi ilə bağlı olur. Kipriklərin dibində dərinin qabıqlanması bakteriayaların kipriklərin kökündə çoxalmasına səbəb olur. İnfeksiya yağ vəzilərinin daxilinə yayılır,  sekresiyasının tərkibini dəyişir və nəhayət axacaqların obstruksiyasına səbəb olur (meybomit).
    • Göz qapaqlarının və göz yaşı vəzilərinin quruluşu: nəzər yetirin www.    
  • Bir neçə il ərzində o qədər vəzi məhf olur ki, gözyaşardıcı təbəqə pozulur və nəticədə göz quruyur və qıcıqlanır.

Diaqnoz

  • Göz qapağının kənarı qırmızı, qabıqlı və bəzən qaysaqlanmış olur.

Müalicə

  • Qaysaqları yumşaltmaq məqsədilə əvvəlcə göz qapağını isti su ilə isladılmış yumşaq parça ilə yumaq tövsiyə edilir.
  • Qaysaqları kənarlaşdırmaq üçün qapaq kənarlarını nəmləndirilmiş pambıq çubuqlarla təmizləyin.
  • Göz damcısını (hidrokortizon + antibakterial məs. xloramfenikol) qapaq kənarına barmağınızın ucu ilə yaxın. Damcı birbaşa göz qapağına damızdırılmır, çünki doza bəzən artıq düşə bilər. Qalın yağ təbəqəsi göz qapağının dərisinin normal funksiyası pozur və adətən ödemə səbəb olur.
  • Dərmanı əvvəl hər gecə tətbiq edin. Qapağın kənarı normal görünüş aldıqdan sonra müalicəni uzun bir müddət ərzində həftədə bir dəfə olmaqla davam etdirin. İltihabın residivləşməsi halında xəstə dərmanı yenidən tətbiq etmək ehtiyacı duyacaqdır.
  • Bəzən müalicə Meybomi vəzisinin həftədə bir dəfə basılaraq boşaldılması (massaj) zamanı səmərəli nəticə verir. Bu proses adətən oftalmoloq tərəfindən icra edilməlidir, çünki bu zaman kornea mikrosopu (buynuz qişa mikroskopu) tələb edilir.