Strongiloidoz
EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
AnuKantele
Törədici amil
- Strongyloides stercoralis parazit nematodu.
Yayılması
Tropik və subtropik ərazilərdə, həmçinin, endemik Cənubi Avropada geniş yayılmışdır.
Ötürülməsi
- Torpaqda olan sürfə insan dərisinə daxil ola bildikdə infeksiya baş verir. Bundan sonra onlar ağciyərlərə miqrasiya edərək sonda bağırsaqlarda gələrək yetkin qurdlara çevrilirlər. Dişi qurdlar nazik bağırsaqda yaşayaraq sürfəyə çevrilməsi üçün yumurta qoyur. Sürfələr nəcislə ifraz olunur və ya anusətrafı dəri yaxud bağırsaq divarına yerləşməklə eyni sahibin bədəninə yenidən daxil olur.
- Yaxın kontakt tamlığı pozulmamış dəridən sürfənin nüfuz etməsinə imkan verir ki, bu zaman strongiloidoz insandan insana keçə bilər.
Dünyada əhəmiyyəti
- Hesablamalara görə, bütün dünyada, xəstəlik 30–100 milyon insanı yoluxdurur, yayılma tezliyi ilə bağlı yanlış qiymətləndirmə ehtimalı vardır.
- Qeyri-endemik bölgələrdə xəstəliyə endemik bölgələrdən olan immiqrantlar və turistlərdə rast gəlinə bilər.
- Strongiloidoz ehtimal ki, endemik zonalarda yaşayan şəxslərdə eozinofiliyanın ən çox rast gəlinən səbəbidir.
- Endemik zonalarda yaşamış pasiyentlər immunosupressiv müalicəyə başlayarkən, həmişə müayinə edilməli, ehtiyac olarsa, müalicə olunmalıdırlar.
Əlamətləri və simptomları
- Strongiloidoz yalnız cüzi simptomlar törədir və pasiyentlərin üçdə birində simptomsuz keçir. Lakin yoluxduqdan onillər sonra, simptomatik olaraq xəstəliyin inkişaf etməsi mümkündür.
- Kəskin eozinofiliya, xüsusilə də, autoinfeksiya zamanı və ağciyərlərə miqrasiya fazasında xasdır.
- Sürfələrin dəridən daxil olması, helmint antigenlərinə qarşı hiperreaktivliyinin ardınca qaşınan papulyar səpgiyə səbəb ola bilər.
- Ağciyərlərə miqrasiya fazasında astmatik simptomlar, ağciyər infiltratları və eozinofiliya baş verə bilər.
- Bağırsağın yoluxması qarnın yuxarı hissəsində ağrılara, selikli ishal, qusma, malabsorbsiya və çəkinin itirilməsinə səbəb ola bilər.
- Autoinfeksiya "larva currens" ("sürfələrin yarışı") yəni, qəfil olaraq bir neçə saat ərzində yaranan və itən, sürətlə inkişaf edən və qaşınan suluqlarla təzahür edə bilər.
- İmmun sistemi zəifləmiş pasiyentlərdə strongiloidoz həyati təhlükəli hiperinfeksion sindroma səbəb ola bilər ki, bu zaman qurdlarla çox yüklənmə məsələn, qarın nahiyəsində ağrı, geniş həcmli ağciyər infiltrasiyaları və residivləşən bakterial sepsis və ya meningitə səbəb ola bilər. Əgər müalicə olunmazsa, yayılmış strongiloidoz immun sistemi zəifləmiş şəxslərdə yüksək ölüm göstəriciləri ilə səciyyələnir.
Diaqnoz
- Nəcisdə (yaxud duodenal möhtəviyyatda) sürfələrin təyin olunması
- Xəstəliyin yüngül gedişatlı formalarında sürfələrin təyini çətin ola bilər və Strongiloidoz kulturasının təzə nəcis nümunəsində təyini diaqnoza yardımçı ola bilər.
- Helmint-əleyhinə anticisimlər təyini üçün serumun müayinəsi (həmçinin Strongiloidoz anticisimlərinin müəyyən edir) məsələn, eozinofiliyanın səbəbi axtarıldıqda, göstəriş ola bilər.
Müalicə
- Həmişə müalicə olunmalıdır.
- Ən effektiv müalicə ivermektindən ibarətdir. (200 µg/kq gündə 1 dəfə 2 gün ərzində). İvermektin yalnız bəzi ölkələrdə xüsusi lisenziya əsasında əldə edilə bilər. İvermektinin hamiləlik zamanı istifadəsinin təhlükəsizliyinə dair sübutlar məhduddur, və beləlilklə də, yalnız əsaslandırılmış göstərişlər əsasında istifadə edilməlidir. Dərmanın hamiləlik, südvermə dövründə və çəkisi 15 kq -dan aşağı olan uşaqlarda istifadəsi tövsiyə olunmur.
- Albendazol alternativ iolaraq istifadə edilə bilər. (400 mq gündə 2 dəfə 7 gün ərzində). Bəzi ölkələrdə xüsusi lisenziya tələb oluna bilər. Teratogenliyin müəyyənləşdirilməməsinə baxmayaraq Albendazol hamiləlik dövründə yaxud da ən azı ilk 3 ayında istifadə edilməməlidir.
- Parazitoloji müalicənin təminatı üçün nəcisin müayinəsi təqribən, 3 həftədən sonra təkrar olunmalıdır.
- Müvafiq bir şəkildə müalicə olunan xəstəlik, təkrari infeksiyadan sonra residiv verməsə də, bəzi hallarda müalicənin 1 həftədən sonra təkrarlanmasına ehtiyac ola bilər.
- Hiperinfeksion sindromun müalicəsi uzunmüddətli ivermektin, albendazol, yaxud tiabendazol, və ya onların kombinasiyalarından ibarətdir.
Profilaktika
- Endemik regionlarda ayaqqabı istifadəsi və düzgün gigiyena
- Əgər pasiyent xəstəxanada müalicə olunubsa, əlaqələrin təcridi tətbiq olunmalıdır.
Müvafiq mənbələr
Ross AG, Cripps AW. Enteropathogens and chronic illness in returning travelers. N Engl J Med 2013;369(8):784.