Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bakterial endokarditin profilaktikası

Mündəricat

Bakterial endokarditin profilaktikası

EBM Klinik protokolları
09.07.2018 • Sonuncu dəyişiklik 18.09.2018
JanneLaine EssiRyödi

Əsas məqamlar

  • Ağız boşluğu, o cümlədən diş xəstəliklərindən qaynaqlanan infeksion endokarditin profilaktikasında ağız boşluğu gigiyenasına düzgün riayət edilməsi antibacterial profilaktikadan daha vacibdir.
  • Dəri zədələnmələrinin müvafiq müalicəsi və dəriyə düzgün qulluq da çox əhəmiyyətlidir. 

Antimikrob (antibakterial) profilaktikanın aparılması tələb olunan pasient qrupları

  • Antibakterial profilaktikanın aşağıda verilmiş siyahıdakı prosedurlardan əvvəl aparılması məqsədəmüvafiqdir
    • protez ürək klapanı və ya ürək klapanın bərpasında protez material istifadə edildikdə (o cümlədən, TAVİ və MitraClip)
    • əvvəllər keçirilmiş infeksion endokardit
    • palliativ şuntlar və konduitlər də daxil olmaqla, korreksiyası aparılmamış sianozlu anadangəlmə ürək qüsuru
    • protez yamaq və ya protez cihazın yerləşdirildiyi zonada və ya ona yaxın sahələrdə qalıq defekt ilə müşayiət olunan korreksiya olunmuş anadangəlmə ürək qüsuru
    • protez material, şuntlar və ya konduitlərdən istifadə olunmaqla korreksiyası aparılmış anadangəlmə ürək qüsuru və cərrahiyyə və ya kateterizasiya ilə defektin bağlanmasından sonra 6 həftə ərzində
    • ürək valvulopatiyası inkişaf etmiş ürək transplantasiyası keçirmiş pasientlər.

Risk qruplarına aid pasientlərdə antibakterial profilaktikanın aparılmasını tələb edən prosedurlar

  • Selikli gişaların tamlığını pozmaqla bakteremiya ehtimalı yarada bilən və ya yaradan bütün prosedurlardan əvvəl profilaktik terapiya aparılmalıdır. Bu növ müdaxilələrə, məs.,  aşağıdakılar aiddir:
    • diş ətinin qanaması ilə müşayiət olunan stomatoloji və ya periodontal prosedurlar (dişin çıxarılması, kyuretaj) və ya periapikal müdaxilə (kanal kökünün müalicəsi, rezeksiya)
    • stomatoloq tərəfindən dişətrafı toxumaların təmizlənməsi (subgingival daşların xaric edilməsi, dişlərin ərpdən ultrasəs ilə təmizlənməsi) 
    • əng sümüyü sinuslarının drenajı
    • tonzilektomiya, adenoidektomiya
    • invaziv prosedurlarla əlaqəli bronxoskopiya.
  • Sidik ifrazatı yolları və ya mədə-bağırsaq traktında aparılan prosedurlar zamanı, əməliyyat zonasında mümkün infeksiya prosedurdan əvvəl müalicə edilməlidir (istisna: əgər prosedurun özü infeksiyanın müalicəsi üçün nəzərdə tutulmayıbsa).

Antibakterial profilaktika tələb olunmur

  • İnfeksion endokarditin profilaktikası məqsədilə antibakterial profilaktika, məs., aşağıdakı hallarda və ya prosedurlar zamanı tələb olunmur:
    • qanama ilə müşayiət olunmayan stomatoloji prosedurlar (dişlərin ploblanması; periapikal zonaya müdaxilə olunmadan aparılan diş kökünün müalicəsi)
    • ağız boşluğunda yerli anesteziya
    • diş protezlərinin ağız boşluğunda düzgün oturmasının yoxlanması
    • diş pastası ilə dişlərin təmizlənməsi
    • qastroskopiya
    • kolonoskopiya
    • TURP (prostatın transuretral rezeksiyası)
    • ginekoloji və mamalıq prosedurları
    • doğuş
    • dəri və yumşaq toxumada aparılan prosedurlar (məs., xalın götürülməsi).

Endokarditdə antimikrob profilaktikası

Per os

  • Birinci sıra terapiya
    • Amoxicillin: birdəfəlik 2 qram dozada prosedurdan 1 saat əvvəl, uşaqlarda 50 mq/kq
  • Penisillinə allergiyası olan pasientlərdə alternativ terapiya
    • Cephalexin: birdəfəlik 2 qram dozada prosedurdan 1 saat əvvəl, uşaqlarda 50 mq/kq (əgər penisillin anafilaktik reaksiyaya səbəb olmayıbsa)
    • Clindamycin: birdəfəlik 600 mq dozada, uşaqlarda 20 mq/kq
    • Azithromycin: birdəfəlik 500 mq dozada, uşaqlarda 15 mq/kq
    • Roxithromycin: birdəfəlik 300 mq dozada, uşaqlarda 10 mq/kq
    • Clarithromycin: birdəfəlik 500 mq dozada, uşaqlarda 15 mq/kq

Venadaxili

  • Birinci sıra terapiya
    • Ampicillin: 2 qram infuziya, uşaqlarda 50 mq/kq
  • Penisillinə allergiyası olan pasientlərdə alternativ terapiya
    • Cefuroxime: 750 mq – 1.5 qram infuziya, uşaqlarda 60 mq/kq (əgər penisillin anafilaktik reaksiyaya səbəb olmayıbsa)
    • Clindamycin: 600–900 mq infuziya, uşaqlarda 20 mq/kq
  • Profilaktik terapiya mütləq viridans qrupu streptokoklara qarşı təsirə malik olmalıdır. Əgər pasient prosedura gəlməmişdən əvvəl bir müddətdir ki, antibiotik terapiya alırsa, bu zaman endokarditin profilaktikası üçün digər farmakoloji sinifdən preparat seçilməlidir (yəni pasientin qəbul etdiyi antibiotikin məxsus olduğu farmakoloji sinifdən seçilməməlidir). Beləliklə, məs., əgər pasient risk qrupuna aiddirsə və hazırda penisillin qəbul edirsə, qanama ilə müşahidə olunan stomatoloji prosedurdan əvvəl endokarditin profilaktikası məqsədilə ona klindamitsin və ya makrolid qrupuna aid antibiotik verilə bilər.

Müvafiq resurslar

  • Klinik təlimatlar

Ədəbiyyat

  1. Habib G, Lancellotti P, Antunes MJ et al. 2015 ESC Guidelines for the management of infective endocarditis: The Task Force for the Management of Infective Endocarditis of the European Society of Cardiology (ESC). Endorsed by: European Association for Cardio-Thoracic Surgery (EACTS), the European Association of Nuclear Medicine (EANM). Eur Heart J 2015;36(44):3075-128.
  2. Prevention of infective endocarditis. Guidelines from the American Hearth Association (AHA). Circulation. 2007;116:1736-1754