Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Döş qəfəsinin rentgenoqrafiyası nəticələrinin interpretasiyası

Mündəricat

Döş qəfəsinin rentgenoqrafiyası nəticələrinin interpretasiyası

EBM Klinik protokolları
26.07.2018 • Sonuncu dəyişiklik 11.09.2017
TapioVehmas

Əsasları

  • Şəkillərin araşdırılması zamanı arxa fon işığı zəiflədilməlidir.
  • Hər zaman mövcud anormallıqları əldə olduğu təqdirdə, daha əvvəl həyata keçirilmiş rentgenoloji müayinənin nəticələri ilə müqayisə edin.
    • Mövcud anormallıqlara əvvəlki rentgenoqrafiyada təsadüf edilirdimi? 
    • Dəyişikliklər əvvəlki ölçüdə qalıbmı, yoxsa ölçücə kiçilib və ya böyüyübmü?
  • Döş qəfəsinin rentgenoqrafiyası nəticələrinin interpretasiyası asan deyildir. Zəruri hallarda interpretasiya üçün radioloqa müraciət edin.
  • İlk baxışda normal görünən döş qəfəsinin rentgenoloji nəticələri özündə əhəmiyyətli patologiyaları gizlədə bilər, məsələn, ürəyin arxasında, mediastinumda (divararalığı) və ya diafraqmada. Rentgenoloji görüntülərin yanlış interpretasiyası adətən qavrama problemləri ilə əlaqədar olur. Bir çox normal strukturlar və / və ya onların qüsurlu proyeksiyası da həmçinin yanlış pozitiv interpretasiyaya səbəb ola bilər.
  • Döş qəfəsinin rentgenoloji müayinəsi zamanı radiasiyanın dozası olduqca aşağıdır (postero-anterior rentgenoqrafiya zamanı radiasiyanın dozası təxminən 0.03 mSv, hansı ki bu, 3 günlük təbii fon şüalanmasına uyğun gəlir, lateral rentgenoqrafiya zamanı isə radiasiya təxminən iki dəfə çox olur).

Rentgen görüntülərinin texniki keyfiyyəti

  • Ağciyər parenximası, işıqlandırılmanın artıq olduğu (çox tünd) rentgenoqrafiyada çətin görünür.
  • Ürəyin arxasındakı anomaliyaları işıqlandırılmanın az olduğu (çox işıqlı) rentgenoqrafiyada görmək mümkün olmur.
  • Posteroanterior radioqrafiya mütləq düz pozisiyada çəkilməlidir, çünki, məsələn, rentgenoloji görüntülərin əyilmiş pozisiyada çəkilməsi zamanı hilusların qiymətləndirilməsi düzgün şəkildə aparıla bilmir.
  • Diafraqma-qabırğaarası ciblər-sinuslar (eng. costophrenic sulcuses, costophrenic recess, phrenicocostal sinus) görünməlidir.
  • Uzanıqlıq vəziyyətdə çəkilmiş rentgenoloji görüntülər fərqli görünür. Ürək daha böyük, ağciyərlərin damar şəkli daha qabarıq (nəzərə çarpan), mediastinum (divararalığı) isə daha geniş görünür. Məsələn, plevral maye və ya pnevmotoraksı aşkar etmək çətin və ya qeyri-mümkün olur.

Sonda əldə edilən nəticələrdən ibarət nümunələr

İltihabı dəyişikliklər

  • Kəskin bronxitlərdə döş qəfəsinin rentgenoloji müayinəsindən normal nəticələr əldə edilir.
  • Pnevmaniyada döş qəfəsinin rentgenoloji müayinəsi, bir və ya bir neçə zəif demarqasiya olunmuş bulanıqlıq (şəkil) və ya bəzi hallarda artmış zolaqlı ocaqlar məs. viral pnevmaniya nümayiş etdirir.
  • Tuberkulyoza xas dəyişikliklər adətən ağciyərlərin zirvəsində (şəkil) görünür. Kavernalar da həmçinin görünə bilər (şəkil). Müəyyən səviyyədə mayeyə malik olması ehtimal edilən kaverna yüksək dərəcədə infeksiyalaşmış olur.
  • Pnevmaniyaya spesifik anomaliyalar səbəb ola bilər (ağciyər şişi, bronxoektaziya, aspirasiya, yad cisim və ya immunoloji pozğunluqlar).

Atelektaz

  • Şiş, yad cisim və ya qatı selik səbəbilə bronx budağının okkluziyası nəticəsində bir payla məhdudlaşmış lokal infiltrat. Etiologiyası hər zaman müəyyən edilməlidir.
    • Diskşəkilli atelektaza, adi atelektazla müqayisədə daha çox təsadüf edilir. Onların klinik əhəmiyyəti naməlum olaraq qalır (xərçəngə bəzən bu dəyişikliklərin arxasında da rast gəlmək mümkün olur).

Ağciyər xərçəngi

  • Radioqrafik tapıntılar müxtəlifdir. Ən çox təsadüf edilən anomaliyalara bulanıqlıq (şəkil; 1-2 sm-dən 10 sm-ə dək diametrdə və yaxşı və ya zəif demarkasiya olunmuş), atelektaz, mediastinumun (divararalığı) unilateral hilar böyüməsi və ya genişlənməsi, plevral maye, sümük destruksiyası (adətən qabırğalarda axtarılır).
  • Əgər şiş kiçikdirsə və ya intrabronxial olaraq və ya mediastinumun (divararalığı) və yaxud diafraqmanın arxasında yerləşmişdirsə, rentgenoqrafik nəticələr normal ola bilər.
  • Pnevmaniyaya malik pasiyent, altda yatan xəstəlik kimi ağciyər xərçənginə malik ola bilər. Pnevmaniyanın sağalması, yaşı 50-dən aşağı olan siqaret çəkməyən şəxslər istisna olmaqla, təxminən 6 həftə sonra təkrar olaraq həyata keçirilmiş rentenoloji müayinə ilə təstiq edilməlidir.
  • Uzun müddət siqaret çəkən şəxslər pnevmaniyadan əziyyət çəkirlərsə, rentgenoloji müayinə, mümkün ağciyər xərçəngini təyin etmək məqsədilə təxminən bir aydan sonra təkrarlanmalıdır''?>.

Ağciyər metastazı

  • Müxtəlif ölçüdə bir və ya bir neçə dairəvi bulanıqlıq. Bir qayda olaraq rentgenoqrafiya tərəfindən təyin edilmiş tək yuvarlaq bir kölgədə bədxassəli şişin olma ehtimalı təxminən 5-%-dir. Bəzən bütün ağciyər boyu kifayət miqdarda kiçik sıxlıqlar və ya xətti artıma təsadüf edilir. Belə ki, bu dəyişikliklərin hər biri yüksək dərəcədə qeyri-spesifikliyə malik olur. 

Sarkoidoz

  • Hiliar limfa düyünləri, xüsusilə başlanğıc mərhələdə simmetrik bir şəkildə böyümüş olur (şəkil). Ağciyər parenximasında yuxarı və / və ya orta ağciyər sahəsində vurğulanan artmış zolaqlı və ya nöqtəli ocaqlar müşahidə edilə bilər (şəkil).

Hodkin xəstəliyi və digər limfomalar

  • Mediastinal (divararalığı) genişlənmə, hilar böyümə.

Ürək çatışmazlığı

  • Ürəyin ölçüsü artır. Ürəyin PA (posteroanterior) görüntüdə eni, döş qəfəsinin daxili eninin yarısından çoxdur (kardiotorakal indeks).
    • PA görüntüdə ürəyin eninin variasiyası adətən bir fərddə 1.5 sm-i keçmir. Köhnə empirik qayda ürəyin enində əvvəlki halı ilə müqayisədə müşahidə edilən 1.5-2 sm-dən çox bir artımın anormal bir dəyişiklik olduğunu və ürək çatışmazlığına və ya perikardial mayeyə işarə etdiyini deyir.
    • Əgər PA və lateral filmlərdən hesablanmış və bədən səthinin sahəsinə olan nisbəti təyin edilmiş ürəyin həcmi kişilərdə 500 ml/m2-i, qadınlarda isə 450 ml/m2-i keçərsə, nəticələr patoloji olaraq interpretasiya edilir. Bu limitlər, məsələn, atletlərə tətbiq edilməməlidir.
      • Ürəyin həcmini müəyyən etmək üçün ürəyin üç oxunu bir-birilə toplayın və daha sonra nəticəni, görmə sahəsi 1.5 m olduqda 0.42 qədər, görmə sahəsi 2m olduqda isə 0.44 qədər artırın. Bədən səthinin sahəsi təqribən aşağıdakı qaydada təyin edilə bilər: pasiyentin metrlə boyundan 0.60 (1.xx-0.60) + kiloqramla bədən çəkisi 100 (0.xx) -ə bölünür. Məsələn, 1.78 m hündürlüyə və 75 kq çəkiyə malik pasiyentin nəticəsi 1.18 + 0.75 = 1.93 m2 olacaqdır.
      • Bədən səthi həmçinin Mosteller formulasından istifadə etməklə də təyin edilir: BSA (bədən səthinin sahəsi) kolkulyatoruna nəzər yetirin.
  • Orta sol ventrikulyar çatışmazlıqda yuxarı zona venaları böyümüş olur. Yüngül çatışmazlığı təyin etmək çətindir.
  • İnterstisial ödemdə (şəkil) vaskulyar görüntü çaşdırıcı olur, lobar aralıqlar aydın örünməyə başlayır, 1-2 sm üfüqi xətlər (Kerley B xətləri) və plevral effuziya (adətən birinci sağ tərəfdə) müşahidə edilir.
  • Alveolyar ödem, zəif demarkasiya olunmuş ləkəli infiltratlar kimi görünür.
  • Emfizemaya malik pasiyentlərdə nəticələr atipik və pnevmaniyaya bənzər olar.

Plevral effuziya

  • Kostofrenik ciblər-sinuslar adətən (lakin hər zaman deyil) dairəvi olur. Posterior kostofrenik ciblər-sinuslar mayenin miqdarı az olduqda birinci dairəvi olur. Əgər plevral effuziya şübhəsi varsa, mayenin diaqnostikası ən yaxşı şəkildə ultrasonoqrafiya ilə aparıla bilər. Əgər ultrasonoqrafiya tətbiq edilə bilinmirsə, sərbəst hərəkət edən maye, yana uzanmış şəkildə (pasiyent, mayenin ehtimal edildiyi istiqamətə əyilir) üfüqi şüalarla həyata keçirilən rentgenoqrafiya üsulu ilə nümayiş etdirilə bilər: maye, ağciyərlə döş qəfəsi arasında bir qat kimi görünür (translateral görüntü). Ciblərdəki adheziyalar differensial diaqnostika zamanı nəzərə alınmalıdır.

Xoşxassəli plevral törəmələr

  • Daxili (visseral plevranın fibrozu) və ya xarici (parietal plevranın lövhələri) plevra qatı ilə əlaqələndirilə bilər.
    • Birincisi adətən adheziv, yuvarlaq plevral ciblər-sinuslar və uzun adheziv zolaqlarla xarakterizə olunur. Sonrakı isə daha lokal, adətən kirəclənmiş çıxıntılarla xarakterizə olunur.
    • Hər ikisinə ümumi populyasiyanın bir neçə faizində təsadüf edilir. Rastgəlmə tezliyi qadınlarla müqayisədə kişilərdə daha çox olur və yaşla əlaqəli olaraq artıq''?>.
  • Xüsusilə parietal plevranın lövhələri adətən peşə fəaliyyəti ilə bağlı absesə məruz qalmanın nəticəsi olur və bilateral olduğu halda peşə xəstəliyi kimi qeydə alınmalıdır.
  • Differensial diaqnostikada qabırğa əzələlərinin yerləşmə nöqtələri, ekstraplevral yağ və plevranın bədxassəli törəmələri (metastaz; mezotelioma, şəkilə nəzər yetirin) nəzərdən keçirilməlidir.

Spontan pnevmotoraks

  • Ağciyərlə döş qəfəsi arasında hava (ağciyər strukturları olmayan qaranlıq bir bölgə). Ağciyət tamamilə dağılmış ola bilər. Aydın olmayan vəziyyətlərdə döş qəfəsinin ekspirator rentgenoqrafiyasından əlavə informasiya əldə etmək olar.
  • Bəzən plevral boşluqdakı təzyiq atmosfer təzyiqini keçə bilər (təzyiq pnevmotoraksı). Mediastinum (divararalığı) kontralateral ölçüyə dəyişə bilər. Təzyiq pnevmotoraks mütləq bir şəkildə dərhal punksiya və ya plevral sovurma vasitəsilə aradan qaldırılmalıdır.

Digər pulmonar bulanıqlıq

  • Pulmonar bulanıqlığa bir çox xəstəlikdə rast gəlmək mümkündür (eozinofilik pnevmaniya, fermer ağciyəri kimi allergik alveolit və fibrozlaşan alveolit).
  • Tək yuvarlaq bulanıqlıq, əksi sübut olunana qədər bədxassəli törəmə kimi nəzərdə tutulmalıdır. Əgər yuvarlaq bulanıqlıq iki il ərzində dəyişməz olaraq qalarsa, praktik olaraq xoşxassəli qəbul edilə bilər.

Pulmonar emboliya

  • Hətta böyük pulmonar emboliya rentgenoqrafiyada anomaliyalara səbəb olmaya bilər və yekun nəticələr adətən atipik olur. İlkin diaqnozun qoyulması zamanı klinik təzahür vacib bir nüans hesab edilir.
  • İlkin əlavə radioloji müayinəyə kontrastlı KT müayinəsi, xüsusi hallarda (kontrast maddə əks göstəriş hesab edilir) ağciyərlərin radioizotop müayinəsi və ya (maqnit rezonans) pulmonar angioqrafiya aid edilir.

Arterial klassifikasiya

  • Döş qəfəsinin rentgen filmlərində təyin edilmiş arterial klassifikasiyalara diqqət yetirmək lazımdır. Məsələn, aorta klassifikasiyası digər risk amillərindən asılı olmayaraq aşkar şəkildə kardiovskulyar ölüm riskini artırır''?>. 

 

Adiyyatı mənbələr

 

  • Digər internet mənbələri

Zitting AJ. Prevalence of radiographic small lung opacities and pleural abnormalities in a representative adult population sample. Chest 1995 Jan;107(1):126-31. Witteman JC, Kok FJ, van Saase JL, Valkenburg HA. Aortic calcification as a predictor of cardiovascular mortality. Lancet 1986 Nov 15;2(8516):1120-2.