Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda kəskin qıcolmaların (tutmaların) müalicəsi

Mündəricat

Uşaqlarda kəskin qıcolmaların (tutmaların) müalicəsi

EBM Klinik protokolları
29.11.2016 • Sonuncu dəyişiklik 29.11.2016
KaiEriksson EijaGaily

Əsas məqamlar

  • Huşun itirilməsi ilə gedən tutmalar uşaqlar üçün ən təhlükəli tutma formasıdır və təcili  aktiv müalicə tələb edir. Lakin tutmaların əksəriyyəti qısa müddət ərzində (4 dəqiqədən az) və özbaşına olaraq sona çatır.
  • Tutma bir neçə dəqiqə ərzində spontan olaraq dayanmırsa və ya uşaq əvvəlki epizoddan çıxmamış digər bir tutma halı təkrarlanırsa, ilk yardım üçün nəzərdə tutulmuş dərman preparatının istifadəsi tələb olunur.
  • Uzun müddətli epileptik tutma təcili yardım tələb edən və həyat üçün təhlükə yaradan fövqəladə bir vəziyyətdir və belə hal 5 dəqiqədən çox davam edərsə, bu hal təhlükəli epileptik status kimi müalicə edilir.
  • Həyati funksiyaların dəstəklənməsi, ilk yardım üçün nəzərdə tutulmuş müvafiq dərman preparatı ilə tutmanın aradan qaldırılması və spesifik terapiyanın aparılmasına imkan verəcək etioloji faktorun müəyyən edilməsi üçün müvafiq müayinələrin (məs., mərkəzi sinir sisteminin infeksiyası) aparılması müalicənin əsas elementləridir. 
  • Uşaqlarda baş verən bütün qıcolmalar əlavə araşdırmaların aparılmasını tələb edir. Yaşı 6 aydan 6 yaşadək olan uşaqlarda sporadik, qısa müddətli simmetrik febril tutmalar (hərarət 38.5°C-dən yüksək) və həmçinin yaxın qohumların anamnezində febril tutmalar olan uşaqlar istisnadır. Lakin  həmin uşaqlarda eyni febril epizodda tutmaların təkrarlanması baş verərsə, bu dərhal əlavə müayinələrin aparılmasını zəruri edir.
  • Həmçinin bax: 
  • Tutmalar 30 dəqiqədən çox davam edərsə, ölüm faizi və əlillik riski artır.
  • Həmçinin uşaqlarda epilepsiyaya baxın_____________.

Tutmalarda ilk yardım

Həyati funksiyalar

Bədən temperaturunun azaldılması

  • İsti paltarları çıxardın, fiziki metodlarla xəstənin soyudulmasını aparmayın.
  • Hərarəti azaltmaq üçün adi antipiretik preparatlar verilir, ancaq onlar konvulsiya əleyhinə dərmanlar qəbul edildikdən sonra (aşağıya bax) tətbiq olunmamalıdırlar.

Venadaxili çıxışın əldə edilməsi

Dərman vasitələri

Benzodiazepinlər

  • Venadaxili çıxış əldə edilənədək rektal diazepamdan və ya bukkal (yanağa) midazolamdan ilk yardım zamanı istifadə edilə bilər.
  • Rektal diazepamın bir dəfəlik dozası:
  • Midazolamın bukkal (yanaqla) verilən dozası –cədvələ baxın
  • Rektal və ya bukkal doza əgər lüzum varsa və əgər venadaxili çıxış qoyulmayıbsa, tərkrarlana bilər
  • Venadaxili çıxış əldə edildikdən sonra ilk yardım kimi venadaxili benzodiazepin (lorazepam, diazepam və ya klonazepam) tətbiq edilir .
    • Lorazepam və klonazepamın birdəfəlik venadaxili dozası 0.1 mg/kq, maksimum birdəfəlik doza isə 4 mq təşkil edir. 
      • Bu dərmanların tətbiqinin üstünlüyü onların diazepama nisbətən daha uzunmüddətli təsirə malik olmasıdır
      • Venadaxili infuziya üçün hazırlanmış həmin məhlul həmçinin rektal yolla da yeridilə bilər
    • Diazepamın vendadaxili birdəfəlik dozası 0,3 mq/kq və maksimum birdəfəlik doza isə 10 mq-dır.
      • Maksimum kumulyativ doza (per rectum üstəgəl venadaxili dozalar) 1mq/kq; yəni maksimum 20 mq-dır.
  • Yadda saxlayın ki, bütün benzodiazepinlər respirator pozğunluqlara səbəb ola bilərlər. Bu dərmanlar 2-3 dəqiqə ərzində tədricən verilməlidirlər. Tənəffüs pozulmasının  qarşısının alınmasına həmişə hazır olmaq lazımdır.
Midazolamın  (midazolam) bukkal (yanaqdan) verilən dozası 
Çəki (yaş) Doza mq
5–10 kq (6–12 aylıq) 2.5 mq
11–20 kq (1–4 yaşlı) 5 mq
21–40 kq (5–9 yaşlı) 7.5 mq
> 40 kq (> 10 yaşlı) 10 mq

 Dərhal lazım olan laborator analizlər və digər prosedurlar

Uzun müddət davam edən tutmaların müalicəsi

  • Temperaturun azaldılmasına, hipoqlikemiya və hipokalsemiyanın müalicə edilməsinə (əgər varsa) və maksimum benzodiazepin dozasının verilməsinə baxmayaraq, əgər tutmalar davam edirsə, müalicəni ikinci xətt venadaxili preparatlarla davam edin:
  • Fosfenitoin  (Fosphenytoin(pro-Epanutin®)  ((Pro-Epanutin®) fenitoinin (phenytoin) pro-dərmanıdır. Bu məhlul 75 mq/ml fosfenitoin (fosphenytoin) tərkiblidir və 50 mq/ml fenitoinə ekvivalentidir (FE=fenitoin ekvivalentləri) 
    • Yükləmə dozası fosfetionin üçün 25-30 mq/kq (=17-20mq/kq FE) və infuziya sürəti 3-4.5 mq/kq/dəq. (=2-3 mq/kq/min FE) maximum 225 mq/min. Dozalar və qəbul surəti üçün cədvəl 2-yə baxın
    • Venadaxili infuziya zamanı EKQ monitorinqi (aritmiya riski) tələb olunur.
    • Preparat əzələdaxilinə inyeksiya yolu ilə verilə bilər (bir inyeksiya yerinə 10 ml-dən çox yeridilməmək şərti ilə); terapevtik konsentrasiya dərmanın yeridilməsindən təxminən 30 dəqiqə sonra əldə edilir.
    • Fosfenitoinin 5 yaşdan aşağı olan uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi yoxlanmayıbdır. 
    • Fosfenitoinə (fosphenytoin) əksgöstəriş olduqda venadaxili fenobarbiton (phenobarbitone) bir alternativ kimi istifadə edilə bilər. Fenobarbitonun yükləmə dozası 15 mq/kq (maksimum birdəfəlik doza 500 mq), venadaxilinə tədricən - 30 mq/dəqiqə sürətlə (maksimum sürət 100mq/dəqiqə) verlir.
  • 30 dəqiqədən artıq müddətə davam edən tutma serebral ödem riskini artırır. Aşağıdakı tədbirlərlə qarşısı alınmalıdır:
    • maye infuziyasının məhdudlaşdırılması (baza tələbatın 75%-dən çox olmasın)
    • hipotonik məhlullar verilmir
    • venadaxilinə furosemid 1mq/kq dozada verilir
    • Pasiyentin yuxarı bədən hissəsi qaldırılmalı (30 dərəcə) və baş orta vəziyətə gətirilməlidir
  • Yuxarıda təsvir edilən tədbirlərin həyata keçirilməsi ilə yanaşı xəstənin reanimasiya şöbəsinə köçürülməsi təmin edilməlidir.
    • 1-2 saatdan çox davam edən qıcolmalar daimi beyin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən də, reanimasiya tədbirləri təcili surətdə həyata keçirilməlidir (adətən tiopental ilə anesteziya).
Pro-Epanutin®  (Pro-Epanutin ®) yükləmə dozaları
Çəki (yuvarlaşdırılıb)

Fosfenitoin

(Fosphenytoin)

22.5 mq/kq

Pro-Epanutin® 75 mq/ml 0.9%-lı NaCl məhlulu yaxud Qlükoza 5%-lı məhlul Həll etmə həcmi infuziya sürəti Təqribi infuziya müddəti
5 kq 112.5 mq 1.5 ml 6 ml 7.5 ml 65 ml/saat 7.5 dəq
7.5  kq 187.5 mq 2.5 ml 10 ml 12.5 ml 100 ml/saat 7.5 dəq
10  kq 225 mq 3 ml 12 ml 15 ml 140 ml/saat 6.5 dəq
12.5  kq 300 mq 4 ml 16 ml 20 ml 195 ml/saat 6.5 dəq
15  kq 337.5 mq 4.5 ml 18 ml 22.5 ml 230 ml/saat 6 dəq
17.5  kq 412.5 mq 5.5 ml 22 ml 27.5 ml 285 ml/saat 6 dəq
20  kq 450 mq 6 ml 6 ml 12 ml 125 ml/saat 6 dəq
25  kq 562.5 mq 7.5 ml 7.5 ml 15 ml 150 ml/saat 6 dəq
30  kq 675 mq 9 ml 9 ml 18 ml 185 ml/saat 6 dəq
35  kq 787.5 mq 10.5 ml 10.5 ml 21 ml 210 ml/saat 6 dəq
40  kq 900 mq 12 ml 12 ml 24 ml 250 ml/saat 6 dəq
45  kq 1 012.5 mq 13.5 ml 13.5 ml 27 ml 280 ml/hsaat 6 dəq
= 50  kq 1 125 mq 15 ml 15 ml 30 ml 320 ml/saat 6dəq
  Max. doza 1 125 mq      Konsentrasiya  < 20 kq 15 mq/ml, > 20 kq 37.5 mq/ml infuziya surəti max. 4.5 mq/kq/dəq.  

Xəstaxanaya təxliyə

  • Uzunmüddətli tutmadan sonra və ya yuxarıda göstərilən vasitələrlə tutma dayandırlmayıbsa, təcrübəli mütəxəssisin, əsasən də həkimin nəzarəti altında xəstənin uşaq reanimasiyası olan xəstəxanaya təxliyyəsi təmin edilməlidir. 
    • Aspirasiya riskini azaltmaq üçün pasiyent yanı üstə (lateral pozisiyada) təxliyyə edilməlidir. Həyatı funksiyaların monitorinqi həyata keçirilməlidir.
    • Daşınma zamanı hava yollarının keçiriciliyinin təmin olunması üçün müvafiq vasitələr, o cümlədən, aspirator, oksigen, habelə tənəffüsün dəstəklənməsi və dərmanların yeridilməsi üçün lazım olan vasitələr təmin olunmalıdır.
  • Əvvəllər qıcolması olmayan uşaqlarda qısa müddətli tutma olarsa, onu təcili və ya hətta lazım olduqda təxirəsalınmaz qaydada müvafiq müayinə və müşahidə üçün xəstəxanaya göndərmək lazımdır.

Sonrakı müayinələr

McIntyre J, Robertson S, Norris E, et al. Safety and efficacy of buccal midazolam versus rectal diazepam for emergency treatment of seizures in children: a randomised controlled trial. Lancet 2005 Jul 16-22;366(9481):205-10 Chin RF, Neville BG, Scott RC. Meningitis is a common cause of convulsive status epilepticus with fever. Arch Dis Child 2005 Jan;90(1):66-9