Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qulaq kanalında şişlər

Mündəricat

Qulaq kanalında şişlər

EBM Klinik protokolları
25.06.2018 • Sonuncu dəyişiklik 25.06.2018
MerviStarck

Əsas məqamlar

  • Exostozlar qulaq kanalının sümük hissəsində sağlam dəri altında aşkar edilə bilən hamar sümüklü prominanslardır.
  • Qulaq kanalının xolesteatoması qulaq tıxanan çirkə bənzəyir, lakin incə bir səthə malikdir.
  • Orta qulağa təsir edən bir çox iltihab dəyişiklikləri timpanik membranın perforasiyası vasitəsi ilə qulaq kanalına çıxa bilər.
  • Qulaq kanalının bədxassəli şişləri nadir görünən xəstəlikdir, lakin məsələn, müalicəsi çətin başa gələn otit mediasının (orta qulaqda yaranan iltihabi xəstəlik) differensial diaqnozunda nəzərə alınmalıdır.

Xoş xassəli şişləri

Sümüklü qulaq kanalının ekzostozu

  • Qulaq kanalına təsir edən ən çox yayılmış dəyişiklikdir.
  • Timpanik membranın yaxınlığında sağlam dəri altında qabarıq sümüklü prominans kimi qeyd edilir.
  • Qulaq kanalı üçün maneə yaratmadıqda, ümumiyyətlə asimptomatik xarakter daşıyır.
  • Qulaq kanalındakı soyuq su periosteumu qıcıqlandırır ki, bu da tibbə "sörfçü qulağı" adı ilə məlum olan eksostozun yaranmasına səbəb olur."?>.
  • Əksər ekstostozlar müalicə tələb etmir, lakin simptomlara səbəb olanlar cərrahi yolla çıxarıla bilər.

Osteoma

  • Eksostoza nisbətən daha nadir rast gəlinir.
  • Osteoma ümumiyyətlə pedunkulasiya olunur və qulaq kanalına maneə törətməyincə heç bir simptom yaratmır.
  • Mütəxəssis müdaxiləsinə ehtiyac hər bir xəstə üçün fərdi olaraq müəyyən edilir.

Qulaq kanalının xolesteatoması

  • Əksərən sümüklü qulaq kanalının eroziyası ilə əlaqəli yastı epitelin yığılması"?>
  • Nadir hallarda rast gəlinir.
  • Xolesteatoma tıxanmış qulaq çirkinə bənzəyir, lakin qismən açıq rənglidir və inci bir görünüşə malikdir.
  • Müalicə zamanı qulaq vaxtaşırı təmizlənir, zərurət olduğu halda isə xolesteatoma cərrahi yolla xaric edilir.
  • Orta qulaqda polip, qranulyasiya toxuması və ya xolesteatoma kimi ortaya çıxan hər hansı bir nəticə orta qulaqdan meydana gələ bilər.
  • Adətən timpanik membranın perforasiyası yolu ilə orta qulaqdan çıxır.
  • Qulaq kanalındakı çirkin çıxarılması, orta qulaqdakı xroniki otit mediası və ya xolesteatoma kimi hər hansı bir əsas vəziyyətin idarə olunması mütəxəssis həkim tərəfindən aparılır.

Bədxassəli şişlər

  • Qulaqda yaranan bədxassəli şişlərə nadir hallarda rast gəlinir.
  • Qulaq kanalında yaranan əksər bədxassəli şişlər skuamosellular karsinomalardır. Bazal hüceyrəli karsinomlar daha nadirdir.
  • Əsas simptomları ağrı və otit eksternadır"?>.
  • Müalicəsi çətin olan otit mediası, xüsusən birtərəfli və lokalaşdırılmış haldadırsa bədxassəli bir şişin çıxarılması üçün biopsiya olunmasını zəruri edir.

İstinadlar

  • Digər dəlil ümumiləşdirmələri

Nakanishi H, Tono T, Kawano H. Incidence of external auditory canal exostoses in competitive surfers in Japan. Otolaryngol Head Neck Surg 2011;145(1):80-5. Heilbrun ME, Salzman KL, Glastonbury CM et al. External auditory canal cholesteatoma: clinical and imaging spectrum. AJNR Am J Neuroradiol 2003;24(4):751-6. Gidley PW. Managing malignancies of the external auditory canal. Expert Rev Anticancer Ther 2009;9(9):1277-82. Thompson LD. Update From the 4th Edition of the World Health Organization Classification of Head and Neck Tumours: Tumours of the Ear. Head Neck Pathol 2017;11(1):78-87.