Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Mədə xərçəngi

Mündəricat

Mədə xərçəngi

EBM Klinik protokolları
04.05.2017 • Sonuncu dəyişiklik 04.05.2017
RaijaRistamäkiArtoKokkola

Əsasları

  • Ən çox təsadüf edilən simptomlar yuxarı abdominal nahiyyəyə aid şikayətlər, anemiya və çəki itkisi hesab edilir, lakin əksər hallarda mədə xərçəngi xəstəliyin erkən mərhələsində asimptomatik olur.
  • Qastroskopiya, bir seçim müayinəsi olaraq həyata keçirilir.
  • Adyuvant kimyaterapiya ilə həyata keçirilən cərrahi rezeksiyanın proqnozu yaxşılaşdırdığı müşahidə edilmişdir.

Rastgəlmə tezliyi

  • Mədə xərçəngi dünyada ən çox təsadüf edən xərçənglər sırasında dördüncü, ölümə səbəb olan xərçənglər arasında isə ikinci yeri tutur.
  • Mədə xərçənginə tutulma son bir neçə onillik ərzində azalmışdır. Buna baxmayaraq qastrik kardia karsinomasının miqdarı yüksəlmişdir.
  • Mədə xərçənginə tutulma hallarında coğrafi variasiya mövcuddur belə ki, göstəricilər Asiyada və Cənubi Amerikanın bəzi yerlərində ən yüksək, Şimali Amerikada isə ən aşağı səviyyədədir. 2007-ci ildə dünya miqyasında bir milyon yeni mədə xərçəngi hallarına təsadüf edilmişdir, bu halların təxminən 70%-i, 800,000 ölüm halının müşahidə edilməsilə inkişaf etmiş ölkələrdə qeydə alınmışdır.

Etiologiya

  • Ətraf mühit amillərinin mədə xərçənginin inkişafında əsas rol oynadığı düşünülür. Helicobacter pylori infeksiyası ən vacib ətraf mühit amili hesab edilir.
  • Helikobakterin törətdiyi infeksiya mədənin selikli qişasının iltihabına səbəb olur və bu da bəzi pasiyentlərdə xroniki atrofik qastritlə nəticələnir. Atrofiyaya uğramış selikli qişa xərçəngə səbəb olan dəyişikliklərə daha çox məruz qalır.
  • Qastro-ezofaqal refluks xəstəliyi və Barret ezofaqusa adətən qastrik kardia karsinoma zamanı təsadüf edilir.
  • Siqaret çəkmək və artıq miqdarda duz qəbulu mədə xərçəngi riskini artırır.
  • Təzə tərəvəzlərin və meyvələrin qəbulu mədə xərçəngi riskini azaltmış olur.

Histologiya

  • Halların 90% -dən çoxu adenokarsinomalardır
    • Bağırsaq karsinoması
      • Bu növ, karsinogenik kaskadın ən son mərhələsi hesab edilir, yəni xərçəng prekursor mərhələlərdən keçərək inkişaf edir.
      • Ən çox yaşlı pasiyentlər arasında təsadüf edilir.
      • Fərqli növ şişləri meydana gətirməklə yayılır.
      • Səciyyəvi olaraq limfa düyünlərinə və hematogen olaraq qaraciyərə yayılır.
      • HER2 xərçəng geninin təzahürü və amplifikasiyası təxminən 20% pasiyentlərdə qeydə alınır (inkişaf etmiş xəstəlikdə müalicə seçiminə təsir göstərir).
    • Diffuz karsinoma
      • Prekursor mərhələləri dəqiq təyin edilməmişdir.
      • Bəzilərində ailəvi xarakter daşımaqla, cavan pasiyentlər arasında daha çox təsadüf edilir.
      • İnfiltrasiya yolu ilə yayılır.
      • Səciyyəvi olaraq limfa düyünlərinə və peritonal boşluğa yayılır.
  • Nadir görülən şiş növlərinə neyroendokrin karsinoma, limfomalar və GİST şişlər (qastrointestinal stromal şişlər) aid edilir.

Simptomlar

  • Mədə xərçənginin böyük əksəriyyəti erkən mərhələdə asimptomatik olaraq inkişaf edir.
  • Diqqət tələb edən simptomlar.
    • Şiddətli, davamedici qarın ağrıları
    • Çəki itkisi 6 ay ərzində > 3 kq 
    • Disfaqiya
    • Ürəkbulanma və qusma
    • Qanqusma (eng. Haematemesis)
    • Melena (qanlı nəcis)
  • Yuxarı qarın nahiyyədə ağrı Çəki itkisi''?> Yemək zamanı erkən doyma da mümkün ola biləcək simptom hesab edilir. Disfagiya Ürəkbulanma və qusma Hematemez Melena''?>

Müayinələr zamanı əldə edilən nəticələr

  • Klinik əlamətlər adətən xəstəliyin sonrakı mərhələlərində müşahidə edilir
  • Diqqət tələb edən simptomlar
    • Anemiya
    • Yumurtalıq şişi (metastaz)??>.
    • Yuxarı abdominal kütlə
    • Assit Klavikulyar fossada palpasiya edilə bilən limfa düyünü''?>.
  • Digər mümkün əlamətlər
    • Yumurtalıq şişi (metastaz)
    • Assit
    • Klavikulyar fossada palpasiya edilə bilən limfa düyünü.

Diaqnostika və xəstəliyin fazaları

  • Qastroskopiya və biopsiya
    • Xəstənin diqqət tələb edən simptomlara malik olması və 55 yaşdan yuxarı xəstələrdə yuxarı abdominal nahiyyənin yeni şikayətlərinə malik olması halında hər zaman həyata keçirilməlidir.
  • Xəstəliyi mərhələlərə ayırmaq prosesi, bütün bədənin KT müayinəsinə əsaslanır (və endoskopik ultrasəs).
  • Simptomlara əsasən həyata keçirilən yuxarı abdominal nahiyyənin ultrasəs müayinəsindən əldə edilən nəticələrə assit və ya qaraciyər metastazı aid edilir.
  • Spesifik laborator analizlər mövcud deyildir. Trombosit sayı ilə qanın ümumi analizinin və qaraciyər funksiyasını qiymətləndirən testlərin (ALT, ALP) həyata keçirilməsi tövsiyə edilir.

Müalicə

Kurativ cərrahiyyə

  • Distal şiş: > ⅔ rezeksiya''?>. digər şişlər: tam qastroektomiya.
  • Əməliyyat zamanı mədəni əhatə edən toxumadan birinci səviyyəli limfa düyünləri hər zaman kənarlaşdırılmalıdır (D1 qastrektomiya).
  • Əgər ikinci səviyyəli limfa düyünlərinin kəsib çıxarılması ağırlaşmalara səbəb olmadan mümkün olsa, əməliyyat zamanı onların da kənarlaşdırılması tövsiyə edilir (D2 qastrektomiya).
  • Əməliyyat zamanı kəsilib çəxarılan ən azı 15 limfa düyünü analizə göndərilməlidir.
  • Splenektomiya, yalnız xəstədə limfa düyünlərinin dalağın hilumuna (qapısında) metastaz etməsindən şübhələnildiyi və ya şişin bir başa dalağa infiltrasiya etməsi hallarında həyata keçirilməlidir.
  • İnkişafının erkən mərhələsində olan bəzi şişlər daha kiçik prosedurların köməkliyi ilə nəzarət altına alına bilər, məsələn, selikli qişanın endoskopik rezeksiyası.
  • Tam qastroektomiyadan sonra xəstə ömür boyu B12 əvəzləyici ilə aparılan terapiyaya ehtiyac duyur.
  • Splenektomiyadan sonra pnevmokokkal, meninqokokkal və hemafilus vaksinasiyaları təyin edilir.

Kurativ cərrahiyyə ilə kombinasiya edilmiş onkoloji müalicə

  • Perioperativ sitotoksik kimyaterapiya.
    • Perioperativ sitotoksik kimyaterapiya (pre- və postoperativ) mədə xərçənginin proqnozunu yaxşılaşdırmaq məqsədilə təyin edilə bilər.
    • Preoperativ müalicənin məqsədi şişin kütləsini azaltmaq, radikal rezeksiyanı artırmaqla xəstəliyin proqnozunu yaxşılaşdırmaqdan ibarətdir.
    • Əməliyyatdan əvvəl kimyaterapiyanın həyata keçirilməsi də həmçinin yaxşı tolerə edilir.
    • Adətən epirubisin, sisplatin və ya oksaliplatinin 5-flüorourasil və ya kapesitabin ilə birlikdə kombinativ terapiyasından istifadə edilir.
  • Adyuvant kimyaterapiya.
    • Adyuvant kimyaterapiyanın faydaları individual qərb tədqiqatlarında göstərilməmişdir.
    • Meta-analizlər onun ölüm hallarını həfif şəkildə artırdığını nümayiş etdirmişdir''?>.
  • Adyuvant kimyaradioterapiya
    • Postoperativ kimyaradioterapiyanın həyata keçirilməsi əsasən xəstəliyin cərrahi əməliyyatın keçirildiyi bölgələri aşaraq digər bölgələrə yayıldığı xəstələrdə nəzərdə tutulur.

Palliativ müalicə (xəstəliyi sağaldmadan simptomlarının müvəqqəti olaraq aradan qaldırılması)

  • Kimyaterapiya, ən yaxşı simptomatik terapiya ilə birlikdə sağ qalma ehtimalını artırır''?>.
  • Metastatik xəstəliklərdə kimyaterapiya ilə müalicə alan xəstənin orta həyat göstəricisi 12 ay təşkil edir.
  • HER2 pozitiv xəstəlikdə anti-HER2 antitel trastuzumabının kimyaterapiyaya əlavə edilməsi sağ qalma ehtimalını artırır.
  • Obstruksiya
    • Mümkün olduğu halda palliativ rezeksiya (şuntlamadan və ya stentləmədən daha yaxşıdır)
    • Qastrojejunostomiya (acı bağırsağın [lat. intestunum jejunum] mədəyə tikilməsi)
    • Endoskopik stendləmə
  • Hemorragiya
    • Mümkün olduğu təqdirdə rezeksiya
    • Böyük simptomlarla müşahidə edilməyən metastatik xəstəlikdə rezeksiyanın rolu qeyri-müəyyəndir.

Proqnoz

  • Təxminən 50% mədə xərçəngi, xəstəlik inkişaf edənə qədər diaqnozu qoyulmamış qalır və bu səbəblə də proqnozu mənfi olur.
  • 5-illik sağ qalma göstəricisi ümumilikdə 25%, kurativ müalicədən sonra isə 50% təşkil edir.

Təkrari müayinə

  • İntensiv şəkildə aparılan təkrari müayinələrin proqnozu yaxşılaşdırdığı müşahidə edilməmişdir.
  • Təkrari müayinələrin məqsədi:
    • cərrahi əməliyyatın səbəb olduğu mümkün qida çatışmazlığını müəyyən etmək.
      • Hər il çəki, bağırsaq funksiyası, trombosit miqdarı ilə qanın ümumi analizi, elektrolit, kreatinin, vitamin B12 yoxlanılmalıdır.
      • Ehtiyac duyulduqda pasiyent, diyetoloq və ya ixtisaslaşmış həkim baxışına yönləndirilə bilər.
    • müalicə edilə bilən resessivləri təyin edin (nadir hallarda)
      • Bir neçə il aralığı ilə subtotal qastroektomiyadan sonra endoskopiya
      • Simptomlara əsasən vizualizasiya metodlarının təyini və ya mütəxəssis baxışına göstəriş, məsələn, yemək problemlərinin, çəki itkisinin və ya abdominal ağrının meydana gəlməsi hallarında.
  • Əvəzetmə terapiyasına ehtiyac.
    • Dəmir çatışmazlığı, mədə əməliyyatından sonra anemiyanın ən çox təsadüf edilən səbəbi hesab edilir. Onu adətən oral dəmir məhsulları ilə korreksiya etmək mümkün olur.
    • Vitamin B12 defisiti səbəbilə meydana gələn metabolik anemiya da geniş yayılmışdır. Tam qastroektomiyadan sonra vitamin B12 adətən 3 aydan bir inyeksiya yolu ilə təyin edilir, lakin B12 əvəzlənməsinə də cəhd edilir.
    • Qastroektomiyadan sonra həmçinin fol turşusunun defisitinə də təsadüf etmək mümkündür.
    • Qastroektomiyadan sonra osteoparoz riski də yüksəlmiş olur və buna görə də kalsium, vitamin D dəstəyinin göstərilməsi tövsiyə edilir.
    • Pankreatik ferment məhsullarının tətbiqinə ağır steotorreya və çəki itirilməsi hallarında cəhd edilə bilər.

Adiyyatı mənbələr

  •  Ədəbiyyat