Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
İrsi miopatiyalar

Mündəricat

İrsi miopatiyalar

EBM Klinik protokolları
01.09.2017 • Sonuncu dəyişiklik 01.09.2017
BjarneUdd

Əsas məqamlar

  • Miopatiyası olan xəstələrin əksəriyyətində irsi olur.
  • Təkcə simptomlar miopatiya diaqnozu qoymağa kifayət emir, lakin onlar daha böyük xəstəxanalarda və sinir-əzələ xəstəlikləri üçün xüsusi ambulator klinikalarda sonrakı nevroloji müayinələrin aparılmasında rol oynuyur.

Miopatiya yaranması riski

  • Tipik simptomlara daxildir:
    • yavaş inkişaf edən əzələ zəifliyi
    • əzələ atrofiyası
    • əzələ zəifliyi, idmanla əlaqədar olaraq yaranan ağrı və qıcolmalar
    • ptozis
    • disfagia
    • nitqin pozulması.
  • Ailənin keçmişində xəstəliyə rast gəlinməsi riski artırır.
  • Təkcə simptomlar miopatiya diaqnozu qoymağa kifayət emir, lakin onlar sonrakı nevroloji müayinələrin aparılmasında rol oynuyur.

Müayinə

  • Xəstəlikdən şikayət olunduğu tarix, ailənin keçmişində xəstəliyin araşdırılması, fiziki müayinə və laboratoriya tədqiqatları
  • Plazma kreatin kinaz bir çox miopatiyalarda artmışdır.
    • Normal göstəricilər miopatiya ehtimalını istisna etmir.
    • Qeyd edək ki, CK (kreatinin) konsentrasiyası travmalar, əzələdaxili inyeksiya və əvvəlki ENMG (Elektroneyromioqrafiya) vasitəsilə də artır.
  • Elektroneyromioqrafiya (ENMG)
  • Əzələ biopsiyası
    • Miosit, miopatiya və neyrogen əzələ problemləri arasında diferensial diaqnoz üçün uyğundur. Mütəxəssis metodu tələb olunduğu üçün biopsiya yalnız müəyyən təcrübəyə malik müəssisələrdə aparılmalıdır.
  • Əzələlərin görüntülənməsi (CT/MRI)
    • Əzələyə dəyən zərərin dərəcəsini və ölçüsünü qiymətləndirməkdə çox faydalı metoddur
    • Biopsiya zamanı yerin düzgün müəyyən olunması üçün tez-tez tələb olunur.
  • DNT tədqiqatları
    • Həkimin xəstəliklə bağlı açıq-aydın şübhəsi olduqda istifadə olunan əsas metod: SMA I–II növü, distrofik miotoniya (1 və 2-ci növün hər ikisi), Düşen və Becker'in əzələ distrofiyası, qamış sinirinin əzələ distrofiyası, fascioscapulohumeral (çiyin-kürək-üz) distrofiyası olan uşaqlar
    • Spesifik xəstəlik riskinin olması ehtimalında digər tədqiqatlara zəruriyyət yarandıqda aparılacaq sonrakı tədqiqatlar üçün uyğundur: ibtidai neyropatiyalar, motoneuron xəstəlikləri, miotoniyalar, irsi miopatiyalar, distrofiyalar, mitokondriyal miopatiyalar və s.

Müalicə və reabilitasiya

  • Müalicə həkimlərin nəzarəti altında aparılmalıdır.
  • Bir çox miopatiyalar hərəkətliliyə və gündəlik fəaliyyətlə məşğul olmağa mane olur. Çox vaxt fizioterapiya, xəstənin evində dəyişikliklər edilməsi və müxtəlif cür yardım və avadanlıqların təchizatı lazım gəlir. Xəstələr adaptasiya təlimindən və müvafiq müəssisədə təsadüfi keçirilən reabilitasiyadan da faydalana bilərlər.
  • Xəstəyə xəstəliyin irsi olması barədə də məlumat verilməlidir. Lazım gələrsə, xəstə sonrakı testlər və məlumatların əldə olunması üçün genetik konsultasiyaya göndərilməlidir.

Erkən uşaqlıq dövründə miopatiyalar

  • Simptomlara daxildir:
    • əzələ hipotoniyası, yenidoğulmuş çağada və ya körpədə çatışmazlıq və ya zəiflik, başını dik tutmaqda çətinlik, üz ifadələrinin olmaması, hərəkətsizlik, çətin əmmə və nəfəs alma, və ya tənəffüs yollarının təkrarlanan infeksiyası 
    • bud-çanaq oynağının dislokasiyası, oynaqlarda kontraktura və skolioz, həmçinin artrogripoz, yəni oynaqlarda daimi kontraktura anadangəlmə miopatiya ilə bağlı ola biləcək əlamətlərdir.
  • Məsələn, nemalin miopatiyasına bu yaşda rast gəlinir. Distrofik miotoniya və miyasteniya da anadangəlmə ola bilər.

Onurğa əzələlərinin atrofiyası

  • Xəstəliyin erkən başlanğıc formaları ümumiyyətlə autosomal-resessiv irsi xəstəlikdir. İnkişaf edən lezyon onurğa beyninin ön buynuzunda yerləşir.
  • Simptomlara əzələ hipotoniyası, çatışmazlıq, zəiflik və atrofiya daxildir. Dilin faşikulyasiyası və titrəmə kimi əlamətlər də bu klinik mənzərənin bir hissəsidir.
  • SMA (onurğa əzələlərinin atrofiyası) I-III, SMN1 genində qüsura səbəb ola və diaqnoz üçün birbaşa DNT testindən istifadə edilə bilər. Digər, daha nadir onurğa əzələlərinin atrofiyası və motor neyropatiyaları da mövcuddur.
  • Yetkinlən arasında yayılan onurğa əzələlərinin atrofiyası və ya motor nevropatiyalarının çoxsaylı alt kateqoriyası var: ya resessiv olaraq (məsələn, X-xromosomal Kennedy xəstəliyi, yəni Spinal və bulbar əzələ atrofiyası, SBMA), ya da dominant olaraq irsən keçir (məsələn, son zamanlarda Finlandiyada müəyyən edilmiş gec başlayan aşağı motor neyropatiyası, LOSMoN). Ən çox görülən motor neyron xəstəliyi Lateral amiotrofik sklerozdur (ALS) ki, bu da çox hallarda genetik mənşəlidir.

 

SMA I, Werdnig–Hoffman xəstəliyi

  • OMIM (İnsan Genetikası üzrə onlayn Mendel Kataloqu)
  • Ümumilikdə anadan olduqdan sonra ilk həftələrdə ortaya çıxır; proqnoz zəifdir.

SMA II, orta forması

  • OMIM
  • Daha az şiddətli simptomları olan və təxminən 12-ci ayında başlaması ilə müşahidə olunan bu xəstəliyin orta forması da var. Bu, ciddi formada əlilliyə səbəb olur, lakin belə halda insan 50 ildən çox yaşaya bilər.

SMA III, Kugelberg–Welander xəstəliyi

  • OMIM
  • 18 yaşından və ya gənc yetkinlik dövründən sonra uşaqlıqda başlayan xəstəliyin çox nadir rast gəlinən forması. Xəstəliyin kəskinliyi və inkişaf dərəcəsi dəyişir.

Lateral amiotrofik skleroz

İrsi polinevopatiyalar və sinir-əzələ qovşağının pozğunluqları

  • İrsi polinevopatiyalar və sinir-əzələ qovşağının pozğunluqları, məsələn, miasteniya qravis və miasteniya sindromlar da əzələlərin zəifləməsinə səbəb olur; miasteniyada, təkrarlanan idman məşqləri zamanı əzələlər yorulur. Miasteniyanın az bir hissəsi irsən keçir.

İnkişaf edən əzələ distrofiyaları

  • Klinik mənzərəsi və irsən keçməsinə görə fərqlənən müxtəlif distrofiya formaları var. Əzələ biopsiyasında əzələ liflərinin diametri böyük dəyişkənlik göstərir. Bəzi liflər itir, bəziləri yenilənir və əzələ lifləri lifli toxuma və yağ hüceyrələri ilə əvəz olunur. ENMG bu miopatiyalar üçün tətbiq olunur. Aktiv mərhələdə plazma kreatin kinazı tez-tez 50 və ya 100 qatadək artır.

Düşen əzələ distrofiyası

  • OMIM
  • Ən kəskin əzələ distrofiyalarından biri; irsən keçən nümunəsi X xromosomu ilə əlaqəli resessiv ötürülür. Belə halların təxminən üçdə biri yeni mutasiyalardır. Xəstəlik yeni doğulmuş oğlan uşaqlarının 1/3 500-də baş verir.
  • Əsas səbəb əzələ biopsiyasında aydın görünə bilən skelet əzələ hüceyrələrinin səthi membranında distrofin çatışmazlığıdır. Bir DNT testi belə halların üçdə ikisindən çoxunda təsdiqlənmiş bir nəticə verəcəkdir.
  • Xəstəlik ən çox oğlanlar arasında yayılıb, simptomları 4-5 yaş arasında ortaya çıxır.
    • İlkin simptomlar arasında proksimal əzələlərdə yeriş pozğunluğu və zəiflik (çöməlmədən (squat) sonra qalxmaqda çətinlik) də var.
    • Ayaq əzələləri qalın olur (yalançı hipertrofiya).
    • Əzələ zəifliyi artır və xəstə təxminən 12 yaşında əlil arabasından asılı olur.
    • Xəstəliyə oynaqlarda kontrakturalar və belin deformasiyası (skolyoz), həmçinin nəfəs darlığı və xəstəni infeksiyaya meylləndirən kardiomiopatiya kimi digər formalarda rast gəlinir.
  • Daşıyıcı qadınların təxminən 15% -i fərqli dərəcədə miopatiya əlamətləri göstərəcəkdir

Becker əzələ distrofiyası

  • OMIM
  • İrsən keçən nümunəsi X xromosomu ilə əlaqəli resessiv ötürülür.
  • Distrofinin səviyyəsi azalır, lakin bu, Düşen distrofiyasındakı qədər deyil.
  • Kəskinliyi dəyişkəndir.
  • Başlama vaxtı uşaqlıqdan yetkinliyə qədər dəyişir.
  • Kardiomiopatiya idarə edilməsi ən çətin olan problem ola bilər.

Qol və ayaqlarda əzələ distrofiyası (LGMD)

  • Əzələ zəifliyi ekstremitələrin proksimal əzələlərinə doğru yayılır (pilləkənlərə qalxmaq və qolları qaldırmaqda çətinlik çəkir).
  • Uşaqlıqda, yeniyetməlikdə və ya yetkinlikdə başlayır; 5/100 000 nəfərdə rast gəlinir
  • Ümumiyyətlə autosomal resessiv formada irsən keçir, nadir hallarda autosomal dominant olaraq da keçə bilər.
  • Xəstəliyə səbəb olan 30-dan çox fərqli gen məlumdur; ixtisaslaşdırılmış genetik laboratoriyalarda fərqləndirilə bilər.

Facioscapulohumeral (çiyin-kürək-üz) əzələ distrofiyası

  • OMIM
  • Adətən yoluxmuş yerlərdə əzələ atrofiyasına səbəb olur, lakin klinik mənzərədə böyük fərqlilik müşahidə olunur.
  • Xəstəliyin gedişatı olduqca yavaşdır. 3/100 000 adamda rast gəlinir.
  • İrsən keçmə yolu autosomal dominantdır; lakin ailənin əvvəlki xəstəlik tarixçəsində olmayan çox sayda yeni mutasiya mövcuddur.

Miyonik Distrofiyalar

  • İrsən keçən autosomal dominant xəstəlikdir
  • Fərqli klinik mənzərəsi və kəskinliyi ilə ən çox yayılmış distrofiyalara aiddir. 1 və 2 növlərinin baş verməsi bölgədən bölgəyə dəyişir; Finlandiyada hər ikisinin yayılma dərəcəsi 10/100 000-dan çox olaraq müşahidə olunur.
  • Diaqnoz DNT araşdırmasına əsaslanır.

Distrofik miotoniya Növ I

  • OMIM
  • Simptomların başlaması vaxtı yenidoğulma dövründən qoca yaşa qədər dəyişir.
  • Klinik təzahürlərə daxildir:
    • xüsusilə ekstremitələrdə, üz əzələlərində və göz qapaqlarında (ptozis) əzələ atrofiyası və zəiflik
    • miotoniya, məsələn, elektromiyografiyada da aşkar göründüyü kimi xəstə yumruğunu açmağa çalışarkən daralan əzələni rahatlatmaqda çətinlik çəkir
    • endokrin pozğunluqlar, məsələn, insulinə qarşı müqavimət və kişilərdə hipoqonadizm
    • ürək aritmiyası
    • kataraktalar.
  • Xəstəliyin anadangəlmə formaları zehni gerilik kimi də özünü göstərə bilər.
  • Xəstəliyin başlaması məktəb vaxtına təsadüf edərsə, əzələ simptomları olmadan da çətinliklər ortaya çıxa bilər.

Distrofik miotoniya Növ II

  • OMIM
  • Adətən Növ I ilə müqayisədə daha yüngüldür
  • Yaranması 25 yaşdan sonra baş verə bilər, lakin çox vaxt 50 yaşdan əvvəl baş vemir.
  • Səbəbi bilinməyən əzələ ağrısı və sərtlik əlamətlərinə görə Fibromiyalji ilə qarışdırıla bilər
  • İnkişaf edən Proksimal əzələ zəifliyi
  • Müxtəlif dərəcələrdə: katarakta, aritmiya, endokrinoloji pozğunluqlar, qaraciyər ferment konsentrasiyalarının artması, titrəmə, ayaq əzələlərinin hipertrofiyası
  • Hətta EMG həmişə miotoniyanı aşkar edə bilmir və kreatin kinaz konsentrasiyası əhəmiyyətli dərəcədə artmır.

Anadangəlmə miotoniya və dövri iflic

  • OMIM
  • İon kanallarında genetik qüsurlardan yaranan xəstəliklər, dominant və ya resessiv formada irsi keçir, lakin miyonik distrofiyalar kimi inkişaf etmir
  • Xarakterik xüsusiyyəti: klinik müayinədə sərtlik və / və ya EMG-də miotoniya müşahidə olunur, lakin nəticələr əldə edilmədən əzələlərin zədələndiyini göstərir
  • Xlorid kanallarının resessiv mutasiyaları ən çox görülən səbəblərdəndir. Belə mutasiyaların daşıyıcı tezliyi yüksəkdir, məsələn Finlandiyada təxminən 3%. DNT diaqnostikası mümkündür.

Distal miopatiyalar

  • Əsasən barmaqlarda və ayaq biləyində zəiflik əlamətləri olan miopatiya
  • Diaqnoz xüsusi bir laboratoriyada aparılan DNT araşdırmasına əsaslanır.
  • 1993-cü ildə Finlandiyada 500-dən çox belə halın təsdiq olunduğu distal miopatiyanın yeni bir fenotipi - qamış sinirinin əzələ distrofiyası (TMD, OMIM) müəyyən edildi. Həqiqi yayılma dərəcəsi təxminən 1000 xəstə olduğu təxmin edilir ki, bu da ölkədə ən çox yayılmış miopatiyadır
    • simptomlar orta yaşda ortaya çıxır; xəstədə topuqvurma və sabit olmayan yeriş forması əmələ gəlir. Elektromiyografiya əzələ zədələnməsinin xarakterik dəyişikliklərini göstərəcək və CT / MRI pretibial əzələlərdə yüksək selektiv əzələ zədələrini aşkar edəcəkdir.
    • Xəstəlik yavaş irəliləyir. Heç bir ağrı və ya hiss itkisi yoxdur. Ciddi formada topuqvurma problemi olan xəstələr gəzmək üçün əl ağaclarından istifadə edirlər. Heç bir müalicə forması mövcud deyil.
  • Welander distal miopatiya, İsveçdə rast gəlinən irsi xəstəliyə aid bir autosomal dominant miopatiyadır, lakin Finlandiyada da çox yayılmışdır. Simptom 40 yaşında yaranmağa başlayır.
  •  Son illərdə distal miopatiyanın bir neçə digər forması aşkar edilmişdir.

Miositlər

  • Naməlum bir etiologiyası olan iltihablı autoimmün xəstəlik
  • Beş əsas növ var: polimiositlər, iltihablı miositlər, dermatomiositlər, nekrotik autoimmün miopatiya və sistemli kollagenozla əlaqəli miositlər.
  • Ən çox 50-70 yaş arasında rast gəlinir, lakin uşaqlarda da baş verə bilər, əksər hallarda dermatomiosit kimi.
  • Digər autoimmün pozğunluqlarla əlaqələndirilə bilər.
  • Simptomlara subakut simmetrik əzələ zəifliyi, daha nadir hallarda rast gəlinən əzələ həssaslığı daxildir.
  • Laboratoriya nəticələri: plazma kreatin kinaz artmışdır; Bəzi xəstələrdə ESR (Eritrositlərin Çökmə Sürəti) və qamma globulin də artır, miosit antikorları təxminən 20% -də müsbətdir.
  • Əzələlərin MRI görüntülənməsi diaqnozun qoyulmasında və biopsiya üçün yerin təyin olunmasında əla müayinədir.
  • Əzələ biopsiyası, xüsusilə perivaskulyar əzələ toxumasında dermatomiositdə iltihablı hüceyrələrin varlığını göstərir. Paraneoplastik miosit, iltihablı hüceyrələr əhəmiyyətli dərəcədə toplanmadan əzələ hüceyrələrinin geniş nekrozu kimi ifadə edilir.
  • Müalicə qlükokortikoidlərdən və sitotoksik maddələrdən ibarətdir. Eyni vaxtda mövcud olan autoimmün xəstəliyə və ya xərçəngə də diaqnoz qoyulmalı və müalicə edilməlidir. Qlükokortikoidlər uzun müddət verilir; həkimlə məsləhətləşmədən terapiya heç vaxt dayandırılmamalıdır. İltihablı miositin ümumiyyətlə müalicəsi yoxdur.

Mitokondriyal Miopatiyalar

  • OMIM
  • Müxtəlif klinik təzahürlərə malik miopatiyalar: xroniki oftalmoplegiya, inkişaf eədn proksimal zəiflik və ya metabolik miopatiyanın klinik mənzərəsi (aşağıya bax)
  • Uşaqlarda tez-tez ensefalopatiya və ya hepatopatiya ilə əlaqəli olur, lakin böyüklərdə bu vəziyyət təcrid olunur.
  • Uşaqlıqda laktat konsentrasiyası arta bilər.
  • Yaranma riski əzələ biopsiyası ilə təsdiqlənir və son diaqnoz DNT metodları ilə təyin edilir.

Metabolik miopatiyalar

  • Bunlar əzələlərin dözümlülüyünün azalması, fiziki işlə məşğul olduqda yaranan əzələ ağrısıvə qıcolmaya artan meyllilik, nadir hallarda əzələ hüceyrələrinin kəskin formada zədələnməsi, rabdomioliz kimi özüzü büruzə verən və kəskin böyrək zədələnməsi riski olduğu üçün reanimasiyaya hazırlıq tələb edən nadir rast gəlinən miopatiyalardır. Əsas səbəb əzələlərin enerji mübadiləsindəki ferment qüsurudur.
  • Həmçinin ya təcrid edilmiş, ya da birdən çox orqanda rast gəlinən problemin bir hissəsi kimi mitokondrial miopatiyaları metabolik miopatiyalar arasında saymaq olar. Əksər hallar əsas əzələ biopsiyası tədqiqatlarında aşkar olunur.

İkincil miopatiyalar

  • Əzələ toxumasında pozğunluq bir sistemli xəstəlik ilə bağlı ola bilər.
    • Statin terapiyası nəticəsində əzələ zədələnməsi
    • Hipertiroidizm
    • Hipotiroidizm
    • Hiperparatireoz, hiperkalemiya
    • Cushing xəstəliyi
    • Alkoqolizm

Oxşar mənbələr