Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqda qaşınma

Mündəricat

Uşaqda qaşınma

EBM Klinik protokolları
11.05.2016 • Sonuncu dəyişiklik 11.05.2016
TeijaDunder

  • Həmçinin baxın

Ən tez - tez rast gəlinən səbəblər

Atopik dermatit

  • Dəri quru və qaşıntılıdır.
  • Qaşınma generalizə oluna və ya yalnız ekzemalı dəri sahələrində ola bilər. 
  • Qlükokortikoid məlhəm və/və ya kalsinevrin inhibitorları ilə birlikdə yumşaldıcı vasitələrlə effektiv yerli (lokal) müalicə ekzema və qaşııntını azaldır.
  • Müayinə və müalicə üçün həmçinin baxın.

Övrə

  • Qaşınma zonaları gövdə, ətraflar və üzdə ortaya çıxır. 
  • Simptomlar adətən kəskin başlayır. Uşaqlarda, infeksiyalar kəskin övrənin ən tez - tez rast gəlinən səbəbidir. 
  • Uşağın kütləsinə uyğunlaşdırılmış dozada antihistamin preparatlar övrə davam etdiyi müddətdə istifadə oluna bilər.
  • Həmçinin baxın.

Qoturluq qaşıntısı

  • Ekzema həddindən artıq qaşıntılıdır.
  • Zədələnmələr papulyar və ya papulovezikulyardır. 
  • Şırımlar axtarılarsa, xüsusilə ovuc və ayaq altında tapılır.
  • Ekzema zədələnmələri asanlıqla qabıqlanmanın yaranmasına aparıb çıxara bilir. 
  • Geniş bulloz zədələnmələr ikincili bakterial infeksiyanı düşündürür.
  • Həmçinin baxın.

Başda pedikulyoz (bit)

  • Başın dərisində qızartılı papulalar və qaşınma yaradır.
  • Diaqnoz saç köklərində görünən bit və bit yumurtalarına əsaslanır.
  • Həmçinin baxın

Enterobioz (biz qurd, qıl qurd)

  • Periferik qaşınmaya səbəb olur.
  • Simptomlar xüsusilə gecə vaxtı güclənir və uşağı narahat edərək tez - tez yuxudan oyanmasına səbəb olur.
  • Həmçinin baxın

Perianal streptokokk dermatiti

  • Qaşınmaya əlavə olaraq, perianal dərinin intenisv qızartısı ilə yanaşı ağrının olması; Şəkil 
  • Həmçinin baxın

Su çiçəyi

  • Qızartı qaşıntılıdır. 
  • Dəridə müxtəlif mərhələlər zamanı papula və vezikula görünür.
  • Dəridə səpgidən əvvəl mülayim qızdırma ola bilər.
  • Su çiçəyi aradan qalxdıqdan sonra qaşınma təxminən 1 həftə qalır. 
  • Nanənin spirtli məhlulu qaşıntılı və isti dərini soyutmaqda istifadə edilə bilər.
  • Həmçinin baxın

Digər səbəblər

  • Allergiya və ya digər hiperhəssaslıq ən mülayim hallarda yalnız qaşınma ilə özünü göstərə bilər. Toz allergiyası olan uşaqlarda qaşıntı məsələn, xarici qulaq kanallarında lokalizasiya oluna bilər. Ən geniş yayılmış səbəblərə sitrus meyvələr, təzə moruq və kokoa daxildir.
  • Yay vaxtı qaşıntı günəşə qarşı olan hiperhəssaslığın simptomu ola bilər.
  • Mastositoz (piqmentli övrə) nadir rast gəlinən dəri xəstəliyidir.

Müalicə

  • Etiologiyaya əsaslanır.
  • Ehtimal edilən altda yatan səbəbin (məsələn, atopik dermatit və ya pedikulyoz) diqqətli müalicəsi
  • Lazım olduqda quru dəri üçün yumşaldıcı vasitələr
  • Atopik dəri ilə əlqaəli qaşıntılarda antihistaminlərin effektiv olduğu müşahidə edilməmişdir. 

Müvafiq resurslar

Metz M, Wahn U, Gieler U et al. Chronic pruritus associated with dermatologic disease in infancy and childhood: update from an interdisciplinary group of dermatologists and pediatricians. Pediatr Allergy Immunol 2013;24(6):527-39.