Incidental findings on brain magnetic resonance imaging (MRI)
EBM Klinik protokolları
22.08.2018 • Sonuncu dəyişiklik 22.08.2018
MichaelaBode
Əsas müddəalar
- Beyində şişiin və ya serebrovaskulyar pozğunluqların və ya mərkəzi sinir sisteminin (CNS) iltihabi xəstəliyklərinin olması şübhəsi yarandıqda onun maqnit rezonans tomoqrafı (MRTİ) vasitəsi ilə müayinə edilməsi göstərişdir:
- MRT edilən zaman əldə edilən təsadüfi tapıntıların faizi barədə ədəbiyyatda olan məlumatlar fərqlidirlər. Buna baxmayaraq, belə tapıntıların heç də az olmadığını söyləmək olar.
- Tapılan dəyişikliklərin əksəriyyəti xoşxassəlidir. Tapıntılar yaşa görə və daha müasir aparatlarda ardıcıl edilən tomoqrafiyaların sayına görə artırlar.
- Sadəcə əmin olmaq üçün edilən tomoqrafik müayinələr asanlıqla təsadüfi təsadüfi nəticələrə gətirib çıxarır, onun ardınca edilən təkrari yoxlanışlar sonu görünməyən tsikl yaradır, lazımsız xərclərə və stressə səbəb olur.
- Klinisistin vəzifəsidir ki, pasiyentin yaşına, mövcud olan pozğunluqlara, simptomlara və digər müayinə nəticələrinə əsaslanaraq, əldə edilmiş tapıntının əhəmiyyətini təyin etsin.
- Lazımsız MRT müayinəsi aparmamaq üçün:
- İşçi (ilkin) diaqnoz qəbul edilməlidir;
- Tapıntıların bu vəziyyətdə hər hansı bir müdaxilə tələb edib-etmədiyi düşünülməlidir;
- MRT müayinəsinin tibbi göstərişlərə əsaslanmalı olduğunu unutmayın!
Təsadüfi tapıntılar
- (Tasadüfi tapıntı) Aparılan müayinə ilə əlaqəsi olmayan qeyri-normal bir tapıntıdır.
- Üç sinifə bölünürlər:
- Klinik əhəmiyyəti olmayan tapıntılar - bu ən böyük qrupdur;
- Monitorinq tələb edən tapıntılar;
- Əlavə müayinə və müdaxiləni tələb edən əhəmiyyətli bir tapıntılar.
- Aprılmış bir meta tədqiqat (n = 19 559) göstərir ki,
- xəstələrdə olan təsadüfi tapıntıların 0.7% -də neoplazmalardır.
- qeyri-neoplastik dəyişikliklər (ağ maddənin hiperintensivliyi, səssiz infarktlar və mikroqanaxmalar istisna olmaqla) 2% təşkil edir.
- Ədəbiyyatd olan məlumatlara görə sonrakı MRTvə ya digər müayinələrin aparılmasına olan ehtiyac, tədqiqat aparılan əhali qruplarının və tədqiqat metodunun seçimindən asılı olaraq ilə dəyişir.
- Yaşı 70 –dən çox olan pasiyentlərin kohorta tədqiqatlarından məlumdur ki, bu cür müayinə edilənlərin 2.6-4.5% potensial əhəmiyyətli nəticələrə sahibdir.
- Bütün yaş qruplarına aid insanları da əhatə edən tədqiqatlardan məlumdur ki, onların 2.2-3% -i potensial əhəmiyyətli nəticələrə sahibdir.
- Gənc yaş qruplarında MRT müayinə və müşahidə üçün zərur olan həddlər daha aşağıdır.
- MRT tədqiqatının tibbi faydası (= təsadüfi tapılan bir xəstəliyə görə müdaxilə ya da xəstəyə xeyirinə olaraq dərmanın dəyişdirilməsi kimi faktorlar) xəstələrin 0-1% -də mümükün olduğu bildirilmişdir.
Tipik təsadüfi tapıntılar
Neoplazmalar
- Bir çox araşdırmalarda göstərir ki, xəstələrin 1-2% -ində bu cür tapıntılar olur, daha yuxarı yaş qruplarında isə bu nisbət daha yüksəkdir.
- Adətən xoşxassəlidirlər.
- Meningioma hallarına daha çox rast gəlinir.
- Hipofizin təsadüfi tapıntıları:
- Adenomalar, müxtəlif növ kistlər və qeyri-spesifik ocaqlar olur.
- Ölçüsü 1 sm-dən az olan asimptomatik ocaqlar nadir hallarda böyüyür və əgər böyüyürlərsə də, çox yavaş böyüyürlər.
Kəllə daxili kistlər
- Geniş yayılmışdır, bir neçə növü olur
- Araxnoid kistlər
- Normal hallarda asimptomatik kistlərin, xüsusilə böyük və ya geniş yayılmış olmadıqda, müşahidə edilməsinə ehtiyac yoxdur. Uşaq yaşlı pasiyentlərdə onların müşahidə edilməsi daha lazımlıdır.
- Əzgiləbənzər cisimin/epifizin kisti
- Kistin ölçüsü ≤ 1 sm və nazik divarları varsa ən azı müntəzəm müayinələrə ehtiyac yoxdur. (Divarın qalınlaşdırılması və ya bərk komponentin tapılması, kistin daha da böyüməsi kimi başqa şübhəli tapıntılar olsa da belə).
- Yumaq kistaları və ksantoqranulomaların müşahidə edilməsinə lüzum yoxdur.
- Ependimal və neyroqlial kistlər ümumiyyətlə klinik cəhətdən əhəmiyyətsizdirlər.
- Normal variasiyaya aiddirlər: genişlənmiş perivaskulyar serebrospinal maye ilə dolu boşluqlar və cavum septum pellucidum (həmçinin, cavum vergie).
Vaskular patologiya
- Anevrizmalara daha çox rast gəlinir (1-2%);
- Əsas prinsip: ən azı ölçüsü 2 mm-dən çox olan və yaşı 75-dən aşağı olan xəstələrdə tapıntılar varsa, onlar müalicəyə cəlb edilməlidirlər.
- Ancaq bu qərara təsir edən digər amillər də var: əsas xəstəliklər, risk faktorları, anevrizmaların sayı, yeri və morfologiyası.
- Asimptomatik xəstələrin damarının MRT müayinəsi, pasiyentin ən azı birinci dərəcəli qohumlarından birində beyin damarlarının anevrizması diaqnozu varsa göstərişdir.
- Ardıcıllıqla edilən beyin MRT-sinin normal olması, anevrizma olmasını istisna etmir.
- Kavernoma
- Histoloji olaraq, kavernomalar, axın yavaş olan nazik divarlı sinusoidlərdən ibarətdirlər-başqa sözlə, damar hamartomalarıdırlar.
- Simptomatik kavernomaların müalicəsi (qanaxma və ya epilepsiya) üzərində düşünülməlidir.
- Venoz inkişaf anomaliyası, (DVA- Developmental venous anomaly) (venoz angioma)
- Monitorinq və ya müdaxilələr göstərilmir.
- Kavernoma və venoz inkişaf anomaliyası qarşılıqlı əlaqədədir.
- Digərləri: arteriovenoz malformasiya, kapilyar telangiektaziya, arterial okklüziya / tıxaclanmaya (rast gəlinir).
Ağ maddə dəyişiklikləri
- Ağ maddə dəyişkənliyinin meydanan çıxması normal qocalma prosesinin bir hissəsidir.
- Hətta uşaqlarda T2 siqnalının şiddətlənməsinin kiçik ocaqları ola bilər, lakin 50 yaşdan sonra belə hallara daha əhəmiyyətli dərəcədə çox rast gəlmək olur.
- Çoxlu sayda səbəbləri var, lakin əksər hallarda damar etiologiyadır.
- Bir kohort tədqiqatında 73 yaşında olan insanların 22% -dəi mülayim və ya aydın görünən dəyişikliklərin olması göstərilmişdir.
Asimptomatik beyin infarktı
- Yaş artdıqca bu hallara rast gəlmə halları da artır və kohort müşahidəsi altında olan 73 yaşlı insanların 12% -də tapılmışdır.
(Mikro) qansızmalar
- Bəzən adi MRTşəkillərinin ardıcıllıqlarında görmək olmur.
- Tarix və məkan: Travma? Amiloid angiopatiyası? Hipertenziya? İnfarktdan sonrakı hal? Subarachnoidal qanaxmadan sonrakı hal? -(olması barədə düşünmək lazımdır)-
Atrofiya
- Serebral qırışlar və mədəciklər 65 yaşdan yuxarı olan insanlarda yaşla əlaqədar olaraq genişlənir; adətən, atrofiya dərəcəsi daha yuxarı yaş qruplarında da az aşkar edilir.
- Bir kohort tədqiqatında yaşı 70-dən yuxarı olan insanların 25%-də orta dərəcədən yüksək olan atrofiyanın olduğu göstərilir.
- Heç bir simptomu olmayan və ya bir neçə simptomu olan bir insanlarda yaddaş pozğunluğunun olmasını yalnız MRT-yə əsaslanaraq diaqnoz qoyulması qəbul edilmir.
Digər kəllədaxili patoloji tapıntılar:
- İltihabi dəyişikliklər;
- Çiari I (Chiari I malformation) malformasiyası kimi struktur anormallıqları;
- Hidrosefaliya;
- Xronik subdural hematoma;
- Higroma
- Xəstənin simptomları və yaşı nəzərə alaraq qiymətləndirilmə aparılmalıdır.
Kəllə nahiyəsnin digər təsadüfi tapıntıları
- Selikli qişanın qalınlaşmasına, kistlərə və paranazal sinuslarda maye yığılmasına daha çox rast gəlmək olur və xəstədə simptomlar olmadıqda onlar heç bir əhəmiyyət kəsb etmirlər.
- Orbital dermoid / epidermoid kistlər: əgər asimptomatik və tipik görünüşlü olsa, ümumiyyətlə monitorinq tələb etmir, lakin böyüməyə meylliliyi istisna etmək üçün, bəzən, sonrakı müşahidə lazım ola bilər.
- Tüpürcək vəzisinin şişləri (sadə bir kist və ya limfa düyünü olmayanlardan başqa) olduqda: ultrasəs müşahidəsi altında nazik iynə ilə biopsiya götürülür.
- Ateromalar və kəllə nahiyəsinin dərisinin tipik lipomaları əhəmiyyətsizdirlər.
- Sümük dəyişikliklərini klinik vəziyyəti və xəstənin yaşını nəzərə alaraq qiymətləndirilmək lazımdır; məsələn lfibroz displaziya, hemangioma, şübhəli bədxassəli şişlər (metastazlar, mieloma) (nəzərdən keçirilir).
Morris Z, Whiteley WN, Longstreth WT Jr et al. Incidental findings on brain magnetic resonance imaging: systematic review and meta-analysis. BMJ 2009;339():b3016. Sandeman EM, Hernandez Mdel C, Morris Z et al. Incidental findings on brain MR imaging in older community-dwelling subjects are common but serious medical consequences are rare: a cohort study. PLoS One 2013;8(8):e71467. Boutet C, Vassal F, Celle S et al. Incidental findings on brain magnetic resonance imaging in the elderly:the PROOF study. Brain Imaging Behav 2016;():. Katzman GL, Dagher AP, Patronas NJ. Incidental findings on brain magnetic resonance imaging from 1000 asymptomatic volunteers. JAMA 1999;282(1):36-9. Orme NM, Fletcher JG, Siddiki HA et al. Incidental findings in imaging research: evaluating incidence, benefit, and burden. Arch Intern Med 2010;170(17):1525-32.