Korluq və görmə qabiliyyətinin pozulması
EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
LeaHyvärinen
Vacib məqamlar
- Görmə problemlərinin səbəb olduğu pozuntular bir-birindən fərqlənir : normal görmə sahəsi olan, lakin mərkəzi skotoması olan şəxslər periferik görmə sahəsi pozulmuş ,lakin mərkəzi görmə sahəsi sağlam olan şəxslərlə müqayisədə fərqli problemlərlə üzləşirlər
- Görmə itiliyinin qırılma nöqtəsi 6/18 (0.3, 20/70) ancaq beynəlxalq hesabat vermə məqsədi daşıyır . ICD-10 (ÜST-ün xəstəliklər üçün olan ən son təsnifatı ) uşaqlarda və yetkin insanlarda böyük sahəsi olan görmə pozuntusunun hamısını sinifləndirmir. məsələn: beyin zədəsindən dolayı görmə məlumatlarının toplanmasında olan çətinliklər .Ona görə də bu görmə pozuntusunun səviyyəsinin dəyərləndirilməsində tətbiq oluna bilməz . Funksional tutumun dəyərləndirilməsi ÜST-ün İCF standartlarına (Funksiya ,Pozuntu, və sağlamlıq )əsaslanmalıdır Bütün praktik həllər görmə funksiyalarının bircə-bircə qiymətləndirilməsinə ,görmə pozuntusunun şəxs üzərində təsirinə və dəstəkləyici müdaxiləyə olan ehtiyacına əsaslanmalıdır .
- Görmə pozuntusu olan uşaqların 60-70% ində adətən bir neçə qüsur birlikdə müşahidə edilir , ona görə də hərəki ,inkişaf və ya eşitmə qüsurları olan, kəllə-beyin zədələnməsi almış şəxslərdə görmə sahəsinin yoxlanılması vacibdir .
Ümumi anlayışlar
- Görmə pozuntuları daha çox yaşlı insanlarda rast gəlinir və eyni zamanda digər funksiyaların pozulması ilə də qarşılaşmaq mümkündür . Tamamilə kor insanlar görmə əngəlli olaraq təsnif olunurlar .Görmənin itməsinin siniflərə ayrılması ümumi görmənin itməsindən daha az qüsur olduğu hallarda çətinləşir. Pozuntunun effekti situasiyadan aslı olaraq dəyişir. Bu aşağıdakı nümunə ilə göstərilə bilər. A şəxsində normal görmə sahəsi olduğu halda ,yanaşı olaraq mərkəzi skotoması var , lakin B şəxsində isə tunel tipli görmə(periferik görmə sahəsinin pozulması ) ,ancaq sağlam mərkəzi görmə sahəsi mövcuddur .
- A şəxsində periferik görmə normal olduğu üçün məkan orientasiyası ilə bağlı problemləri yoxdur, lakin b şəxsində isə periferik görmə pozulduğu üçün kor insanların adaptasiya üsullarından biri olan əsadan istifadə edir.
- Günlük fəaliyyətlərdə hər iki qrup (yəni həm A həm B şəxsi) kor, görmə əngəlli və ya normal görməyə sahib olan insanların istifadə etdiyi üsulları növbələşdirirlər.
- Kommunikasiya zamanı A şəxsinin problemi üz ifadələrini görə bilməməsi və küçədə tanış insanlar gördükdə onları tanıya bilməməsidir .B şəxsi isə qrup münasibətlərində jestlərdən və ya insanların reaksiyalarından xəbərdar ola bilmir .
- Kor insanların üsullarından biri olan audio kitablar oxumaq sürəti yavaş olan A şəxsi tərəfindən istifadə edilidyi halda , B şəxsi hətta kişik şriftli yazıları da oxuya bilir .
- Bu iki şəxs ortaq ad altında sinifləndirilməməlidir. Bunlardan heç biri kor deyil, lakin hər ikisi bəzi vaxtlarda kor insanların istifadə etdiyi üsullara müraciət edir.Bəzi situasiyalarda da hər ikisi normal görən insan kimi hərəkət edə bilirlər .
- ÜST-ün ekspert qrupunun 1992 -ci ildə vurğuladığına görə görmə itiliyinin kəsilmə nöqtəsi (cut-off point) 6/18(0.3,20/70) ancaq hesabat vermək məqsədilə hesablanmışdır . Bütün praktiki həll yolları görmənin kontrast həssaslığı və adaptasiya da daxil olmaqla ,bütün funksiyalarının bircə-bircə yoxlanılmasına , görmə pozğunluğunun şəxs üzərində olan təsirinə və dəstəkləyici müdaxiləyə olan ehtiyacına əsaslanmalıdır .
- Aşağı görməsi olan insanların xidmətə olan ehtiyaclarını dəyərləndirərkən hissiyatımıza müraciət etməliyik . Bir tərəfdən xəstə ilə danışarkən, digər tərəfdən onun davranışlarını müşahidə etmək bizə problemli yeri göstərəcəkdir . Yardımçı vasitə kimi sorğu üsulundan istifadə edilə bilər
- İCF (Funksiya, pozuntu və sağlamlıq haqqında beynəlxalq təsnifat -2001)qaydalarına əsasən hər bir şəxs üçün 9 əsas aspekt yoxlanılmalıdır: öyrənmə və biliyi tətbiq etmə ;ümumi tapşırıqlar və tələblər; kommunikasiya ;hərəkətlilik; özünə qayğı ;ev həyatı ;insanlar arasındakı interaksiya və münasibətlər; cəmiyyətdə və sivil yaşam kimi əsas olan sahələr .
- ICF-nin uşaqlar və yeniyetmələr üçün olan versiyası(İCF-CY) 2007 ci ildə çap olundu .Buna əsasən böyüklərdə olduğu kimi uşaqlarda da funksional görməni qiymətləndirmək üçün (statsistik səbəblər üçün )eyni 9 əsas aspektdən istifadə etmək lazımdır . Lakin böyüklər üçün hazırlanmış bu protokol çoxsaylı qüsurları olan məktəbyaşlı uşaqlar,həmçinin daha azyaşlı uşaqların görməsini dəyərləndirmək üçün uyğun deyil . Uşaqlar üçün ən önəmli funksiyalar seçilsə ,nəticə 1980 ci illərdə istifadə edildiyi kimi foufold table of vision(görmənin dördqatlı cədvəli) .olacaq.
- Görmə pozuntusu olan uşaqların 60-70 % -ində çoxsaylı qüsurlar olur ,ona görə də görmə pozuntusunun dəyərləndirilməsi zamanı bu qüsurların görməyə ola biləcək təsirləri nəzərə alınmalıdır. Bu xüsusilə də hərəki ,inkişaf və eşitmə qüsurları olan , həmçinin travma və ya infeksiya nəticəsində kəllə-beyin zədələnməsi almış uşaqlara aiddir .Beyin zədələnməsi görmə pozuntusu hallarının 1/5 indən çoxuna səbəb olur. ÜST-ün məqsədi həm keyfiyyəti artırmaq ,həm də həkimlər, reabilitasiya komandaları, məktəblər və sosial xidmətlər arasında informasiya mübadiləsini təmin etməkdir .
- Finnishin İCF-CY-ə əsaslanan hərəki pozuntuları olan uşaqlarda görmə pozuntuları haqqında etdiyi araşdırmalarının nəticəsi 2008- ci ildə çap olunmuşdur .Nəticələr göstərir ki, müəllimlərin və terapistlərin uşağın görməsinin pozulmasının fərqinə varması sayəsində məktəb həyatına təsir edəcək qədər ciddi görmə problemlərinin ancaq 20 % -indən az hallarına mərkəzi xəstəxanalarda diaqnoz qoyula bilir
- Reabilitasiya nöqteyi nəzərindən görmə pozuntusunun dəyərləndirilməsi üçün dördqatlı cədvəllərdən istifadə olunur . Müayinə olunan şəxs öz görməsindən necə istifadə edir 1) kommunikasiya və interaksiya zamanı 2) məkan orientasiyası və ətrafda hərəkət edən zaman 3) günlük fəaliyyətərdə 4) dəqiqlik tələb edən, yaxın məsafəli tapşırıqlar zamanı :məsələn : oxumaq və ya hər hansı əl bacarığı ilə bağlı bir iş . Oxşar yanaşma yetkin insanlarda funksional görməni qiymətləndirmək üçün də istifadə oluna bilər . Dördqatlı sahə yanaşması(Fourfold field approach) ÜST-ün uşaqlardakı aşağı görmə hallarının idarə edilməsi ilə bağlı olan hesabatına əsaslanır (ÜST -1993) və bu hesabat həkimlər, optometristlər, psixoloqlar ,erkən reabilitasiya üzrə ekspertlər, məktəblər, sosial xidmətlər arasında informasiya mübadiləsinə kömək edir .
Reabilitasiya
- Görmə məhdudiyyəti olan şəxslər üçün erkən və həmçinin uzunmüddətli davam edən reabilitasiya adətən böyük xəstəxanalarda icra olunmalıdr . Zəif görmədə istifadə olunan cihazlar şəxsi oftalmoloqlar ,optometristlər, görmə məhdudiyyətli insanlar üçün olan milli təşkilatlar və yerli səhiyyə mərkəzləri tərəfindən təchiz olunur .
- Uşaqlar üçün bir sıra adaptasiya kursları mövcuddur, bunun üçün uşaq bağçalarındakı bütün üzvlər və müəllimlər müvafiq hazırlıq keçməlidir. .
- Valideynlər və uşaq arasında göz kontaktının normal inkişaf etməməsinə rəğmən, uşağın mütəxəssisə təcili yönləndirilməsinin üstünə bəzən hələ də vaxtında düşülmür .(6 cı həftədən göz kontaktı olmalıdır və ən geci 12 ci həftədən gülümsəmə cavab reaksiyası alınmalıdır )Görmə qabiliyyətinin pozulması ilə əlaqədar əsaslı şübhə olduqda ,erkən reabilitasiyaya gecikmədən başlanılmaldır, çünki yekun diaqnoz adətən bir neçə aydan sonra təsdiqlənir . Erkən məlumatın keyfiyyəti ailənin bu problemin öhdəsindən gəlməsi , kommunikasiyanın inkişafı və körpəyə qayğı göstərilməsi üçün əhəmiyyət daşıyır .
- Məktəb yaşlarında görmə qabiliyyətini itirmiş və görmə pozuntusu olan uşaqlar üçün reabilitasiya proqramı xüsusi öyrənmə üsullarını özündə cəmləşdirir. Hər ölkəyə spesifik olan , aşağı görmə faizi olan şəxslər üçün xüsusi hərəkətlilik üsulları və ev tapşırıqları da daxil olmaqla xidmətlər təşkil olunur . Məktəblər müvəffəqiyyətli göstəricələri ilə fəqlənmə siyahısına daxil olmaq üçün bu cür yardım vasitələrinin icrasında iştirak etməlidirlər .Eyni zamanda bir neçə qüsuru olan uşaqlarda görmə reabilitasiyası öyrətmə problemləri olduğundan yetərsiz qalır .
- İşləmə periodundakı yetkin insanlarda görmə pozuntusu üçün reabilitasiyaya əlavə olaraq , öhdəliklərin yenidən bölünməsi və ya yenidən təhsil proqramları ilə kariyeranın dəyişdirilməsi nəzərdə tutulmuşdur .Yardımçı vasitələr, qeyd olunmuş məlumatlar və hərəkətliliyi təmin edən xüsusi üsullarla görmə qabiliyyətini itirmiş şəxslər üçün iş tapıla bilər .
- Görmə pozğunluğu olanların əksəriyyəti yanaşı problemləri olan nisbətən yaşlı insanlardır. Evdə özü -özünün qayğısına qalmaq üçün üçün günlük tapşırıqları məşq etmək və köməkdən istifadə yararlı ola bilər .Bu yaş qrupunda olan insanlar həmçinin böyük təcrübəsi olan yaşıdlarından faydalana biləcəklər.
- Reabilitasiya adi eynəklər yaxından iş rejimi üçün kifayət etmədikdə müalicə planına daxil edilir . Böyüdücü vasitələrin istifadəsinə nə qədər erkən başlanılsa, onların istifadəsini öyrənmək bir o qədər asan olur və belə olan təqdirdə hər hansı gözəçarpacaq dərəcədə funksional pozuntu yaranmır. Görmənin itməsi nadir hallarda yarana bilər və müalicə reabilitasiyanın təcili başlanılması yönündədir .
- Kəllə-beyin zədələnməsi ilə birgə müşayiət olunan görmə pozğunluğu hələ də diaqnostikada çətinlik törədir və görmə reaabilitasiyası ilə əlaqədər tədbirlər öz çatışmazlığı ilə seçilir. Hərəki və ya inkişaf zamanı rast gəlinən pozuntulara və ya kəllə-beyin zədələnmələrinə çətinliklə diaqnoz qoyulur və reabilitasiyaya çətin tabe olurlar ,bu bütün ölkələr üçün keçərlidir .
- Hemianopsiyanın reabilitasiyası hemiplegiyalı xəstələrdə təməl reabilitasiyanın bir hissəsi olmalıdır .
Əlaqəli mənbələr