Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşağın həzm traktında yad cisim

Mündəricat

Uşağın həzm traktında yad cisim

EBM Klinik protokolları
01.06.2016 • Sonuncu dəyişiklik 01.06.2016
RistoRintala

Əsas məqamlar

  • Udulmuş yad cismin növü, konsistensiyası və forması onun lokalizasiyasını təyin etmək və xaric etmək üçün olunan cəhdlərin intensivliyini müəyyənləşdirir.
    • Qida borusunda ilişmiş yad cisim ağır simptomlara səbəb ola və hətta həyat üçün təhlükə törədə bilər.
    • Qida borusundan mədəyə keçmiş yad cisim adətən simptomlara səbəb olmadan spontan surətdə xaric olunur.
    • Əksər düymə şəkilli batareyaların tərkibində həll olunduqda selikli qişaları zədələyə bilən qələvi elektrolit vardır. Əgər batareyanın örtüyü parçalanıbsa elektrolit həzm traktına buraxılır. Əgər batareyada qalıq elektrik yükü çoxdursa örtüyün zədələnməsi sürətlənir. Ona görə də, hətta əgər simptomlar olmasa da, düymə şəkilli batareyanı udmuş pasiyenti təqib etmək tövsiyə edilir. Əgər batareya 48 saat ərzində spontan şəkildə xaric olunmazsa endoskopiya nəzərdə tutulmalıdır.  
  • Tənəffüs yollarında yad cisim: baxın ; burunda yad cisim: baxın .

Təlimatlar

  1. Hər hansı bir yad cismi udmuş və simptomları (məsələn, öyümə) olan uşaqlar xəstəxanaya göndərilməlidir. İlkin səhiyyə xidməti səviyyəsində rentgen müayinələri lazım deyil.
  2. Əgər udulmuş yad cismin civəli batareya olması məlumdursa və ya şübhəlidirsə, uşaq ləngimədən batareyanın endoskopik yolla xaric edilməsinin mümkün olduğu bir xəstəxanaya göndərilməlidir. Qeyri-müəyyən hallarda yad cismin mövcudluğunu təsdiqləmək üçün göndərilən bölmədə boyun, döş qəfəsi və qarnın bəsit rentgen müayinəsi aparılır. Yeni tipli düymə şəkilli batareyalar yastı və pul sikkəsi ölçüsündə olduğuna görə asanlıqla qida borusunda ilişdiyindən döş qəfəsinin rentgenoqrafiyasını çəkmək vacibdir. 
  3. Əgər düymə şəkilli batareyanı udmuş uşaq tamamilə simptomsuzdursa təqib evdə aparıla bilər. Batareyanın xaric olunmasına məsələn, natrium pikosulfat (sodium picosulphate) damcılarının təyini ilə yardım oluna bilər. 
  4. Əgər batareya 48 saat ərzində nəcis kütlələrində görülməzsə sadə abdominal rentgenoqrafiya müayinəsi aparılmalıdır. Əgər batareya bu mərhələdə hələ də mədədə görülürsə endoskopik yolla xaric edilməlidir. Qida borusunda ilişmiş batareyalar və digər yad cisimlər bir təxirəsalınmaz müdaxilə kimi həmişə endoskopik yolla xaric edilirlər. 
  5. Əgər yad cisim (məsələn, pul sikkəsi) böyük ölçüdədirsə (> 20 mm) mədənin selikli qişasına yapışa bilər. Əgər yad cisim nəcislə xaric olunmayıbsa, onun gedişatı rentgenoloji təqib edilməli (hadisədən 1-2 həftə sonra) və əgər lazımdırsa endoskopik yolla xaric edilməlidir.
  6. Kiçik bir yad cismi udmuş və simptomları olmayan uşağa tibbi müayinə və rentgenoqrafiya yalnız simptomlar meydana çıxdıqda tələb edilir.

 

Müvafiq resurslar

 

  • Digər elmi sübutların xülasəsi
  • Ədəbiyyat