Uşaqlıqdakı uyğunlaşma pozğunluqları
EBM Klinik protokolları
01.10.2016 • Sonuncu dəyişiklik 13.10.2009
KirstiKumpulainen
Ümumi məlumat
- Uyğunlaşma pozğunluqlarında xəstə müəyyən bir psixososial stress faktoruna uyğunlaşmaqda çətinlik çəkir və nəticədə psixoloji simptomlar yaşamağa başlayır. Başqa sözlə, bu xəstənin həyat göstəriciləri ilə əlaqəli olan reaktiv bir xəstəlikdir.
- Narahatlıq daha çox emosional pozğunluq və adi vəziyyətin dəyişikliyi səbəbi ilə baş verir.
- Uşağın fərdi meyl və həssaslığı pozğunluğun etiologiyasında mühüm rol oynayır.
- Həyat şəraitindəki dəyişikliklər, itkilər, ailədən ayrılma, məktəbdə zorakılıq və ya xəstəlik uyğunlaşma pozğunluğuna səbəb ola bilər.
Epidemiologiya
- Uyğunlaşma pozğunluğunun yayılması kifayət qədər aydın deyil, lakin bəzi araşdırmalara görə onların yayılma dərəcəsi təxminən 4% təşkil edir.
- Psixiatrik qiymətləndirmə üçün təcili yardım bölmələrinə göndərilən yeniyetmələrin böyük əksəriyyəti (təxminən 40%) uyğunlaşma pozğunluqlarından əziyyət çəkir.
Simptomlar və klinik şəkil
- Simptomlar stresli vəziyyətdən və ya travmatik hadisədən sonra 1-3 ay ərzində ortaya çıxır.
- Əgər siimptomlar stresi yaradan faktorların yoxa çıxmasından sonra 6 aydan artıq müddətdə davam edərsə, burada başqa bir psixi narahatlığın olduğu ehtimal olunur.
- Simptomlar bir çox digər ruhi xəstəliklərə bənzəyir. Klinik şəkil uşağın yaşı və inkişafından çox asılıdır.
- Valideynlərin və uşağa yaxın olan digər şəxslərin reaksiyaları, eləcə də onların uşağa dəstək olmaq bacarığı və imkanları pozğunluğun yaranmasında rol oynayır.
- Diaqnoz qoyarkən digər psixi pozğunluqlar istisna edilməlidir.
Uyğunlaşma pozğunluqlarının xarakteristikası
- Qısa depresif reaksiya
- Uzun müddət davam edən depresif reaksiya
- Qarışıq narahatlıq və depresif reaksiya
- Digər duyğuların üstünlük təşkil etdiyi pozğunluq (məsələn, regressiv davranış)
- Davranış pozğunluğunun üstünlüyü
- Duyğuların və davranışların qarışıq pozulması
Müalicə