Postkoital kontrasepsiya
EBM Klinik protokolları
21.08.2017 • Sonuncu dəyişiklik 21.08.2017
AnneliKivijärvi
Əsas məqamlar
- Misdən hazırlanmış uşaqlıq daxili vasitə ən effektiv postkoital kontrasepsiya üsuludur. Cinsi əlaqədən 5 - 6 gün sonra uşaqlıq daxilinə yerləşdirilə bilər.
- Müdafiəsiz cinsi əlaqədən 12 saat keçənədək qəbul edilən hormonal postkoital kontraseptiv həblərin təsiri daha təsirlidir. Ölkə xüsusiyyətindən asılı olaraq, onlar əczaxanalarda bütün yaş quruplarına reseptsiz olaraq satıla bilər.
Hormonal kontrasepsiya
Levonorgestrel
- Kombinasiya edilmiş oral kontraseptiv həblərdən istifadə Yuzpe rejimindən daha təsirli və effektivdir.
- Yuzpe rejimi əsasən tərk edilmişdir.
- Levonorgestrel 1.5 mq mümkün qədər tez müddətdə, cinsi əlaqədən keçən 72 saat ərzində qəbul edilir. Daha gec qəbul edildikdə isə təsiri xeyli zəifdir.
- Təxminən 1 - 2,5% hallarda hamiləlik baş veririr.
- Əks göstərişlər
- Hamiləlikdən başqa heç bir əks göstərişi yoxdur
- Yan təsirləri
- Mülayim dərəcəli ürəkbulanması
Ulipristal asetat (Ulipristal acetate)
- Ulipristal asetat (Ellaone®, 1 tablet) sintetik progesteron reseptor modulyatorudur.
- 120 saat (5 gün) ərzində müdafiəsiz olaraq həyata keçirilmiş və ya kontrasepsiya tətbiq edilmədən olan cinsi əlaqə üçün təcili kontrasepsiya vasitəsi kimi göstərilir.
- Kontraseptiv effektivlik levonorgestrelə bənzərdir, cinsi əlaqədən sonra 0 - 72 saat ərzində fövqəladə kontrasepsiya üçün istifadə olunur. Bir tədqiqatda cinsi əlaqədən keçən 48 - 120 saat ərzində fövqəladə kontrasepsiya tətbiq edildikdə, hamiləlik nisbəti 2.1% idi, yəni gözlənilən hamiləliklərin 61%-nin qarşısı alınırdı.
- Əks göstərişlər
- Hamiləlikdən başqa heç bir əks göstəriş yoxdur
- Yan təsirlər
- Mənfi qastrointestinal təsirlərə daha çox rast gəlinir.
Levonorgestrel + etinyloestradiol (Yuzpe rejimi) - Dərman: Levonorgestrel 0.25 mq + etinolestradiol 50 μg, 4 həb. Doza 2 həb ən qısa müddətdə və ya cinsi əlaqədən 72 saat sonra və növbəti iki həb 12 saat sonra. Hamiləlik 3.2% hallarda müşahidə edilir. Əks göstərişlər: Hamiləlik, davam edən migren tutması, aktiv porfiriya, oraq hüceyrəli anemiya, daha əvvəl müşahidə edilmiş ciddi tromboz.
Döşlə əmizdirmə vaxtı postkoital kontrasepsiya
- Laktasiya əks göstəriş deyil; ancaq, levonorgestreldən sonra ana südü qidalandırmasının bir sesiyasını adlamaq lazımdır və döş vəziləri isə əllə və mexaniki vasitələr ilə boşaldılır (sağılır) ki, körpə ekzogen steroidlərdən qorunsun. Ulipristal asetat qəbulundan bir həftə sonrayadək laktasiya məsləhət deyildir.
Uşaqlıq daxili vasitənin postkoital kontrasepsiya metodu kimi istifadəsi
- Müdafiəsiz olan cinsi əlaqədən 5 - 6 gün sonra misdən hazırlanmış UDV (hormon azad etməyən) uşaqlıq daxilinə yerləşdirilə bilər və orada davamiyyətli kontrasepsiya məqsədilə uzun müddət saxlanıla bilər.
- Servisit şübhəsi varsa, UDV daxil edilməsi həkimin qərarından asılıdır, lakin infeksiyaların (qonokokk və xlamidiya) aşkar edilməsi üçün əvvəlcədən nümunələr alınmalıdır və nəticələri gözləmədən mikrob əleyhinə müalicə təyin olunur.
CHMP assessment report for Ellaone (ulipristal acetate). Procedure No. EMEA/H/C/001027 Black A, Guilbert E, Co-Authors. et al. Canadian Contraception Consensus (Part 1 of 4). J Obstet Gynaecol Can 2015;37(10):936-42.