Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağlayan körpə

Mündəricat

Ağlayan körpə

EBM Klinik protokolları
04.09.2018 • Sonuncu dəyişiklik 04.09.2018
LiisaLehtonen AnnaPärtty

Əsas xüsusiyyətlər

  • Ağlamaq, körpənin həyatının ilk üç ayında normal inkişafının bir hissəsini təşkil etsə belə, körpənin normal ağlamasını xəstəlik (məsələn, infeksiya, inək südünə qarşı allergiya, kəskin cərrahi xəstəliklər) səbəbiylə ağlamaqdan fərqləndirmək mühüm xarakter daşıyır. 
  • Diferensial diaqnostika, qeydlər və klinik müayinəyə əsaslanır.
  • Həddindən artıq ağlayan körpə valideynlərdə xəyal qırıqlığı və çarəsizlik hisslərini oyada bilər və bu da hər zaman ailə üçün ağır problem rolunu oynayır. Əsas xəstəlik diaqnozu qoyulmasa belə, müalicə edən həkim empatiya göstərməli və ağlama halının ailəyə təsirini əsla qiymətləndirməməlidir.

Qeydlər

Normal körpə inkişafının bir hissəsi kimi ağlamaq, "üç aylıq kəskin ağrı"

  • Həddindən artıq ağlama halı nə vaxt başladı və körpə 24 saat ərzində nə qədər ağlayır?
    • Ağlama halı, 2-3 həftəlik yaşlarında artır və doğumun ikinci ayı ərzində pik nöqtəyə çatır (vaxtından əvvəl doğulan körpələrdə, yaş həddi  erkən yaşa görə tənzimlənir.), və ağlama halının ortalama normasının hər 24 saatda (şiddətli ağrı mərhələsi) təxminən 2 saat olacaqdır. Sancıdan irəli gələn ağlama halları 4 aylıq yaşa qədər azalır.
    • Ağlama norması fərdlərarası müxtəlifliyi göstərir və körpənin öz ağlama forması gündəlik dəyişikliyi göstərə bilər. Klinik tədqiqatlarda, ”şiddətli ağrısı olan körpələr”, həftədə ən azı üç gün ərzində və gündə ən azı üç saat ağlayan körpələr olaraq müəyyən edilir. Bu tərifə uyğun olaraq körpələrin 5-15% -i bu kateqoriyada yer alır. 
  • Ağlama halının xüsusiyyəti nədir?
    • Körpənin ağlama halının böyük hissəsi bir sıra fasilələr (əsəbi hallar və ya sızlanma) ilə bərabər narazı səsləri təşkil edir. Belə ki ağlama halının  yalnız bir hissəsi aralıqsız olaraq davam edir və adətən, kiçik qismi isə səs-küylü xarakter daşıyır, burada  körpəni qucağına almaq və ya qidalandırmaqla belə sakitləşdirilməyən tutma halı sırf "qışqırıq" olaraq müəyyən edilir və bu da  kəskin ağrıdan ağlama adlanır.
    • Bu intensiv ağlama hallarının bir qisminə, 1-3 aylıq  körpələrin əksəriyyətində rast gəlinir.
  • Körpə, günün müəyyən vaxtlarında ağlayır yoxsa davamlı olaraq ağlayır?
    • Ağlama halı çox zaman günün eyni vaxtında, adətən axşam çağları olur, lakin  bu, günün istənilən vaxtında baş verə bilər və digər vaxtlarda isə körpənin razı olduğu görünür.
    • Valideynləri, xüsusilə də körpələrin az vaxt çərçivəsində ağlamağa başlaması halları əldən salır. 
  • Qidalanma növü nədir? Körpə normal şəkildə böyüyür?
    • Ağlama halı, ana südü ilə bəslənən körpələrdə olduğu kimi, ağartma südlə qidalanan körpələrdə də adidir.
    • Sancıdan əziyyət çəkən körpə normal şəkildə kilo alır.
  • Valideynlər hansı müalicə yanaşmalarını sınaqdan keçirdilər?

Aclıq, ağrı və ya xəstəlik əlaməti olaraq ağlama halı

  • Qızdırmalı olmayan körpədə ağlamağın səbəbi kimi ciddi xəstəliklər, laboratoriya araşdırmalarına ehtiyac duymadan diqqətli şəkildə qeydlər və klinik müayinə ilə böyük inamla xaric edilə bilər"?>. Bəzi hallarda, ağlamağın səbəbini müəyyən etmək məqsədilə 1-2 həftəlik monitorinq müddəti zəruridir. 
  • Körpədə akut infeksiyası varmı?
    • Qızdırması varmı? Xəstəliyə işarə edən ümumi vəziyyət? Nəfəs almaqda çətinlik çəkirmi? Rinit, xırıltılı nəfəs?
    • Körpədə cərrahi müalicə tələb edən kəskin bağırsaq xəstəliyi varmı? Qusma varmı?
      • Körpədə bağırsaq tıxanması səbəblərinə məsələn, pilorik stenoz (inkişaf çatışmazlığı, şiddətli qusma), bağırsaq daralması / atreziya / bağırsaqların çevrilməsi, daralmış qasıq yırtığı, Hirschsprung xəstəliyi (qəbizlik, şişmiş qarın) daxildir. 
  • Körpə acdır?
    • Ağlama səbəbi ana südünün olmamasıdırsa, tamamlayıcı qidalar həmin vəziyyətin düzəlməsində yardımçı ola bilər.  Qidalanma kolik ağlama halına yardımçı olmur.
  • Ana südü ilə əlaqədar problemlər varmı?
    • Ana südü ilə qidalandırma üsulu (məsələn, qidalanma, qidalandırma vəziyyəti) və və qidalanma ritmi qiymətləndirilməsi, eləcə də düzgün şəkildə nəzarət edilməsi ağlama halını azalda bilər; baxın.
    • Dil yüyəni çox qısadır?"?>
  • Doğumdan sonrakı ilk aylarda, ağlamaq çox nadir hallarda reflüks xəstəliyinin əlamətidir. Proton nasos inhibitorları ilə terapevtik sınaq tövsiyə olunmur, çünki onun təsiri ağlayan körpənin müalicəsində plasebo ilə eynidir.
  • Körpənin inək südünə allergiyası varmı?
    • Ağlama, reklam olunan uşaq qidalarının verilməyə başlanılması ilə əlaqəli ola bilərmi? Ana südü ilə həssaslığın irəliləməsi halına nadir hallarda rast gəlinir. 
    • Uşaqda qusma, ishal və ya zəif kilo alma kimi bağırsaq simptomları özünü büruzə verirmi? Uşaqda atopik səpmə varmı? Ailədə allergik xəstəliklər ilə bağlı qeydlər olunubmu?
    • İnək südünə qarşı allergiya xəstəliyi, körpələrin kolikası ilə müqayisədə nadir rast gəlinən bir xəstəlikdir (2%). Körpədə bağırsaq və ya dəri əlamətləri varsa, inək südü allergiyası şübhə altına alınmalıdır, belə ki simptomun başlanğıcı ilə uşaq yeməklərinin verilməyə başlanılması, eləcə də ailədə allergik xəstəlikləri ilə bağlı əldə olunan müsbət qeydlər arasında əlaqə vardır. Bu körpələr 24 saat ərzində çox ağlayır və ağlama halı normal, yaşla əlaqəli azalma göstərməyəcək.
  • Körpədə dərmanı kəsmə əlamətləri varmı?
    • Hamiləlik və ana südü ilə qidalandırma müddəti ərzində ananın dərmanla müalicə olunması

Klinik müayinə

  • Hər şeydən əvvəl, kəskin yoluxucu xəstəliyə işarə edən  tapıntılara diqqət yetirin.
    • Qızdırma (> 38.0°C)
    • Ümumi vəziyyətinin pis olması, körpənin əlləmədə həssas və halsız olması
    • Nəfəs almaqda çətinlik çəkmə (nəfəs aldığı zaman çıxardığı boğuq və xırıltılı səslər, tənəffüs norması > 50/min)
  • Həddindən artıq ağlama səbəbiylə həkimin qəbuluna gətirilən körpə, qəbul müddətində çox vaxt olduqca yaxşı və qaneedici vəziyyətdə olur ki, bu da ciddi akut xəstəliklərinin qarşısını almağı asanlaşdırır.
  • Uşağı çəkisini ölçün. Əvvəlki çəki ilə müqayisə edin və çəki artımını hər həftə (> 150 q / həftə) hesablayın.
  • Klinik müayinədə xüsusilə qeyd edin
    • uşağın nevroloji inkişafı: göz təması, hərəkətlər və əzələ tonu; əmgəyi (alın və təpə sümükləri ardında yerləşən rombşəkilli boşluq) palpasiya (əlləmək) edin.
    • ürək və ağciyərlərə dair auskultasiya nəticələri, qaraciyərin və femoral nəbzin ölçüsü (aorta koarktasiyası?)
    • qarın (həssas?) və qasıq (yırtıq?), oğlan uşağında cinsiyyət orqanları, anus
    • ağız boşluğunun selikli qişası (aftoz stomatit?)
    • dəri (atopik ekzema, qarışıq səpgi?)
    • timpanik membranlar (otit?)
    • ekstremitələr (qırıqlar?)
    • körpənin sarsıldığına dair şübhə yaranarsa, gözlərin dib hissəsinə baxın (retinal qanaxma üçün).

Müalicə

  • Septikemiya, sidik yollarının infeksiyası və təcili müalicə tələb edən digər xəstəliklər xəstəxana şəraitində xaric edilməlidir, əgər uşaqda - 
    • qızdırma varsa (> 38.0°C)
    • ümumi vəziyyəti xəstə haldırsa: yemir və ya olduqca zəif yeyir, yuxuludur və əlləməyə həssasdır.
    • tənəffüs norması artırsa və ya nəfəs almaqda çətinlik çəkirsə
    • qusma və ya ishal halları varsa
    • əks halda, kəskin xəstəlik təəssüratı yaradır.
  • Ağlama səbəbilə həkimə gətirilən 3 aydan kiçik körpələrin əksəriyyəti normal olduqlarını sübut edir, yəni onların ağlaması körpəliyin normal hissəsini təşkil edir. Valideynlər bunu bilməlidir
    • hətta çox yaxşı qayğı göstərilsə belə körpə bir anda ağlaya bilər
    • ağlamaq uşağa zərər vermir və bütün kolik körpələr normal şəkildə böyüyür və inkişaf edir
    • dimetikon damcıların və ya bitki mənşəli məhsulların ağlayan körpə üzərində təsiri olduğu göstərilməmişdir.
    • körpənin qucaqda gəzdirilməsi, uşaq masajı və ya akupunktur ya da şiroterapi müalicəsi kimi digər alternativ müalicə üsullarının artırılması halının kolik ağlamaya dair müalicədə təsirli olduğu sübut edilməmişdir.
  • Əgər inək südü allergiyası şübhə altındadırsa, hidrolizə edilmiş uşaq qidaları ilə bağlı 1-2 həftəlik pəhriz sınağı keçirilməlidir. Sözügedən sınaq yalnız diqqətlə nəzərdən keçirildikdən sonra tətbiq edilməli və qəti cavab əldə olunmazsa, geri çəkilməlidir. Hər halda, inək südü allergiyası ilə bağlı qoyulan yekun diaqnoz inək südünün yenidən introduksiyasına əsaslanır.
  • Kolik olan körpələrdə, bağırsaq mikrob florası tərkibinin sağlam körpələrdən fərqli olduğu göstərilmişdir.
  • Lactobacillus reuteri əhatə edən  probiotik əlavənin gündəlik qəbulu, ana südü ilə qidalanan kolikli körpələrdə ağlama müddətinin azaldığını göstərmişdir "?>, lakin bu təsir, müəyyən qidalarla bəslənən körpələrdə göstərilməyib. "?>
  • Körpəyə tövsiyə olunan D vitamini əlavəsinin verildiyinə əmin olun (belə ki valideynlər, bunu səhvən ağlamağın səbəbi hesab edə bilərlər, çünki onun başlanğıcı adətən, D vitamini qəbulunun başlaması ilə üst-üstə düşür),
  • Yorğunluğun qarşısını almaq məqsədilə valideynlərin körpəyə qayğını paylaşmaları zəruri xarakter daşıyır. Qohumlar / dostlar / uşaqlara qayğı qurumları və s. mümkün olan yerlərdə yararlanmaq labüddür.
  • Valideynlərin körpələrinə qayğı üçün seçdikləri yanaşmadan asılı olmayaraq, uşaq inkişaf etdikcə kolik ağlama norması da azalacaq.
    • "Təbii" yanaşmada körpə çox vaxt baxıcı ilə dəriyə təmas halında tutulur və körpənin bütün tələbləri dərhal cavablandırılır. Bu yanaşma, körpənin doğulduğu ilk aylarda intensiv ağlama tutmalarının nisbətini deyil, ağlama halının ümumi müddətini azaldır. Digər tərəfdən, 3 və 10 aylıq uşaqlarda gecə oyanma halları daha geniş rast gəlinib. Uşağın qucaqda daşınması nəticəsində anada yaranan gərginlik halı da nəzərə alınmalıdır.
    • Ritmik yanaşmada məqsəd, qidalanmaq və yatmaq üçün müntəzəm ritm qurmaqdır və uşaq yatarkən öz yatağında saxlanılır. Bu üsulla, ilkin mərhələdə ağlama və sızıldama halları orta hesabla daha çoxdur, lakin daha sonra gecə oyanma hallarının sayı azalır, çünki uşaq özünü idarəetmə yollarını öyrənib. 
    • Valideynlər üçün bütün fərqli qayğı yanaşmalarının müsbət və mənfi tərəflərinin olduğunu bilmək zəruridir, belə ki uşağa qayğı göstərmənin tək "doğru" yolu yoxdur. Əgər onlar uşağın yanlarında yatmasına icazə verərsə və ya digər tərəfdən də uşağı arabir ağlayan vəziyyətdə buraxarsa, o zaman  valideynlər uşağı qucağında çox saxlayıb saxlamamalarına rəğmən uşağa heç bir zərər verməzlər.  
  • Valideynlər digər sakitləşdirici müdaxilələri sınaya bilər (məsələn, tutmaq, qucaqlamaq, davamlı qarışıq səslər çıxarmaq kimi davamlı sakitləşdirici fəaliyyətlər və ya alternativ olaraq körpəni yatağına yenidən qoyaraq qıcıqlandırma hallarının azaldılması), lakin valideynlər və körpənin qayğısına qalan hər kəs, körpəni sarsıtmağın həyatı üçün təhlükəli olduğunu tam şəkildə bilməlidir.
  • Ağlamaq halını izləmək məqsədilə ailə ilə müşahidə tipli əlaqə qurulmalıdır (görüşmək və ya telefonda danışmaq).
    • Yeni simptomlar ortaya çıxarsa və ya ağlama halı yaşla bağlı azalma əlaməti göstərməzsə, əsas fiziki səbəb ehtimalı yenidən qiymətləndirilməlidir. Valideynlər,  körpənin sağlamlığının yaxşı olması ilə bağlı dəfələrlə dəstəyə və əminliyə ehtiyac duyur.
    • Valideynlərin şübhələrinə baxmayaraq, kolikli körpələr yuxu azlığından əziyyət çəkmir. Körpələri ilə bağlı yaxşı proqnoz verilməsi valideynləri ruhlandırır və kolik mərhələsinin öhdəsindən gəlməkdə yardımçı olur.
    • Anadan öhdəsindən gəlmək barədə soruşulmalı və lazım olarsa, doğuşdan sonrakı depressiya halına diqqət yetirilməlidir. Çox ağlayan körpələrin anaları daha çox depressiya riski daşıyır.
    •  Uşaq sağlamlığı üzrə yerli klinikalarda, körpələrin valideynləri üçün həmyaşıd dəstək qrupları mövcud olmalıdır.

 

Əlaqədar mənbələr

 

  • Cochrane rəyləri
  • Ədəbiyyat

Savino F, Pelle E, Palumeri E, Oggero R, Miniero R. Lactobacillus reuteri (American Type Culture Collection Strain 55730) versus simethicone in the treatment of infantile colic: a prospective randomized study. Pediatrics 2007 Jan;119(1):e124-30. "?> Freedman SB, Al-Harthy N, Thull-Freedman J. The crying infant: diagnostic testing and frequency of serious underlying disease. Pediatrics 2009 Mar;123(3):841-8. Kukkonen K, Savilahti E, Haahtela T, Juntunen-Backman K, Korpela R, Poussa T, Tuure T, Kuitunen M. Long-term safety and impact on infection rates of postnatal probiotic and prebiotic (synbiotic) treatment: randomized, double-blind, placebo-controlled trial. Pediatrics 2008 Jul;122(1):8-12. Savino F, Cordisco L, Tarasco V et al. Lactobacillus reuteri DSM 17938 in infantile colic: a randomized, double-blind, placebo-controlled trial. Pediatrics 2010;126(3):e526-33. Szajewska H, Gyrczuk E, Horvath A. Lactobacillus reuteri DSM 17938 for the management of infantile colic in breastfed infants: a randomized, double-blind, placebo-controlled trial. J Pediatr 2013;162(2):257-62. "?>Sung V, D'Amico F, Cabana MD ym. Lactobacillus reuteri to Treat Infant Colic: A Meta-analysis. Pediatrics 2018;141(1);:e20171811. Harb T, Matsuyama M, David M et al. Infant colic - what works: a systematic review of interventions for breastfed infants. J Pediatr Gastroenterol Nutr 2015;():.