Təyyarə ilə səyahət və xəstəlik
EBM Klinik protokolları
26.04.2018 • Sonuncu dəyişiklik 27.04.2018
Editors
Təyyarə ilə səyahət və xəstəliklər
Əsas məqamlar
- Sərnişin təyyarəsinin kabinasında olan barometrik yüksəklik təyyarənin növündən və həqiqi üçüş hündürlüyündən asılı olaraq dəniz səviyyəsi və 2100 metr arasında dəyişir. Kabinada olan havada oksigenin nisbi miqdarı daimi 21% olaraq qalır, ancaq kabinanın barometrik hündürlüyü yüksəldikcə, alveolyor oksigenin parsial təzyiqi azalır.
- Sağlam fərdin parsial oksigen təzyiqi (PO2) dəniz səviyyəsi hündürlüyündə təxminən13 kPa, 2100 metr yüksəklikdə isə təxminən 8 kPa-dır. Hipoksiya əlamətləri yalnız 3000 m-dən yuxarı olan zaman görünür. Bu vaxt oksigenin parsial təzyiqi 7kP-dan aşağı düşür. Hemoqlobinin oksigenlə saturasiyası dəniz səviyyəsində 98%, 2100 m yüksəklikdə 92% və 3000 m isə 87% -dir .
- Kabinanın havası bir saatda 6-12 dəfə resirkulyasiya edilir, yəni 6-12 dəfə dəyişdirilir. Uçuş zamanı kabina havası çox quru olur; nisbi rütubət 10% -20% arasında dəyişir.
- Əgər təzyiqlər bərabərləşməzsə, kabina daxilində təzyiqin dəyişməsi qapalı bədən boşluqlarında olan təzyiqin dəyişməsinə səbəb olur. Ən çox rast gəlinən simptomlara orta qulaq və ya sinus ciblərinin infeksiyaları və ya allergiya halları səbəb olur.
Hava səyahətini məhdudlaşdıran xəstəliklər və vəziyyətlər
- Aşağıda göstərilən hallarda təyyarə ilə uçuş məqsədilə bilet alındıqda və ya rezervasiya olunduqda müvafiq aviaşirkət və ya tur operatoru əlaqə yaradılmalıdır. Bununla birlikdə, MEDİF forması (Hava Yolları üçün Standart Tibbi Məlumat Forması) (ingl.Standard Medical Information Form for Air Travel ) doldurulur.
- Yaxınlarda keçirilmiş miokard infarktı
- Yaxınlarda keçirilmiş serebrovaskulyar xəstəliklər
- Yaxınlarda alınmış xəsarətlər
- Yaxınlarda keçirilmiş cərrahi əməliyyatlar
- Simptomatik koronar arteriyaların xəstəliyi
- Xronik pulmonar xəstəliklər
- Oksigen terapiyası tələb edən hallar
- Psixozlar
- Yoluxucu xəstəliklər (vərəm, difteriya)
- Anemiya (Hb <75 g / l)
- Yoluxdurma riski olan yoluxucu xəsətəliklər, məs., vezikulyar səpgi mərhələsində suçiçəyi; ancaq quru və qabıqlanma mərhələsində olan xəstələrə hava nəqliyyatında uçmağa icazə verilir.
- Təyyarə ekipajının sərnişinlərə xüsusi fərdi yardım göstərmək imkanı yoxdur, çünki onlar bütün təyyarə sərnişinlərinin təhlükəsizliyi üçün məsuliyyət daşıyırlar. Ekipaj ilk yardım göstərmək üçün hazırlıq keçir, lakin onlara inyeksiya etmək və ya digər yolla orqanizmə dərman yeridilməsinə icazə verilmir. Bundan əlavə, onlar uçuş zamanı saxlamaq üçün sərnişinlərdən dərmanları qəbul edə bilməzlər.
Ehtiyatlı olmağı tələb edən digər xəstəliklər və vəziyyətlər
- Yüngül angina pectoris (stenokardiya)
- Əgər xəstə səthi düz olan yerdə 100 metr gəzirsə və ya pilləkənlərlə qalxa bilirsə, o, hava nəqliyyatı ilə səyahət edə bilər.
- Pulmonar qaz mübadiləsinin azalaması
- Əgər pasientin pO2 -si dəniz səviyyəsində 9 kP-dan azdırsa, onun üzün müddətli uçuşlar zamanı əlavə oksigen almasına ehtiyacı vardır.
- Kəskin psioxoz
- Uçuşa bilet aldıqda, psixoz halının olması barədə hava nəqliyyatı şirkətini məlumatlandırmaq lazımdır və xəstəni bütün səfər zamanı müsayiət edən əlavə şəxs olmalıdır.
- Diabet xəstələri
- Uçuş üçün sifariş etməklə bərabər, xüsusi yeməklərin sifariş verilməsinin mümkünlüyünü də yoxlamaq lazımdır. İnsülin qəbul edən pasientlər şpris, iynə və dərmanlarını əl çantasına qoymalıdırlar. Uzunmüddətli uçuşlar zamanı, xəstə yeməklərin və dərmanların qəbulu cədvəlini öz həkimi ilə müzakirə etməlidir. Çoxsaylı inyeksiya rejimi və müxtəlif vaxt zonaları üzərindən səyahət barədə "tip 1 şəkərli diabetin insulinlə müalicəsi” məqaləsinə bax.
- Travma almış pasientlər
- Ətrafının birində gips olan sərnişin təyyarənin oturacağına yerləşməyə də bilər; sərnişin havaya qalxma və düşmə zamanı kresloda normal otura bilmək qabiliyyətinə malik olmalıdır və təhlükəsizlik kəmərlərini bağlamalıdır. Ətraflar hava gəmisinin koridorlarına uzadılmamalıdır. Xəstənin daşınması üçün xərək də lazım ola bilər.
- Əməliyat olunmuş otoskleroz
- Əməliyyatdan sonra 2-4 həftə ərzində uçuşdan imtina etmək məsləhət edilir.
- Hamiləlik
- Ana hamiləliyin son ayında uçuş etməmlidir, yəni hava səyahətinə hamiləlik dövrünün 36-cı həftəsinə qədər icazə verilə bilər.
- Qısamüddətli və yaxud daxili marşrutlarda səyahətə hamiləliyin normal keçdiyi və hamiləlik ağırlaşmalarının olmadığı və ya doğuşun başlaması əlamətləri olmayan təqdirdə gestasiyanın 38-ci həftəsinin sonuna qədər icazə verilir.
- Hamiləliyin 28 həftəsindən sonra hamiləliyin normal keçdiyini sübut etmək üçün tibbi arayış tələb oluna bilər. Bu tələblər müxtəlif aviaşirkətlər arasında dəyişir. Daha ətraflı məlumat isə aviaşirkətlərin internet saytlarından və ya tur operatorlarından əldə edilə bilər.
- Sağlam yenidoğulmuşlar 2-ci gündən başlayaraq bütün uçuş marşrutlarında məhdudiyyət olmadan səyahət edə bilərlər.
İlk yardım
- Uçuş zamanı baş vermiş kəskin xəstəliklərin müalicəsi üçün təyyarədə tibbi oksigen, ilk tibbi yardım üçün ləvazimatlar, həkim tərəfindən istifadə edilən tibbi avadanlıqlar, venadaxili terapiya apamaq üçün vasitələr və yoluxucu xəstəliklərdən qorunmaq üçün ləvazimatlar mövcuddur.
- Geniş fuzelyajlı təyyarələrdə isə ürək aritmiyalarının müalicəsi üçün defibrilyator var və ekipaja ondan istifadəyə dair təlim keçirilir.
Uzun müddətli uçuşlar zamanı qan dövranı problemləri
- Oturacaqlarda uzun müddət qalmaq aşağı ətraflara yığılan mayenin çoxalmasına səbəb olur və nəticədə ayaqların şişməsi baş verir.
- Hərəkətsizlik aşağı ətraflarda venoz tromboz riskini artıra bilər; buna görə də, ayaqlarla müxtəlif hərəkətlər etmək və ya əgər mümkündürsə, hər 1-2 saatdan bir təyyarənin dəhlizlərində gəzmək məsləhətdir. Sərnişinlər müxtəlif fiziki hərəkətlərə aid təlimatlar ilə tanış olmalıdırlar.
Qulaqlarla bağlı simptomlar
- Dar Yevstax borusu orta qulaq boşluğunu nazofarinks (burun-udlaq) və xarici ətraf mühitlə birləşdirir. Uçuş zamanı Yevstax borusunun funksiyası, məs., adi soyuqdəymə və ya allergiya olması üzündən pozula bilər. Bu, qulaqdan xaric hava ilə orta qulaq arasında olan təzyiqin müvazinatına mane olur. Bu halda qulaq ağrısının və hətta orta qulağın otitinin meydana çıxması mümkündür.
Hava gəmisinin ilk yardım avadanlığı
Tərkibi hava yolları şirkətindən və hava gəmisinin növündən asılı olaraq dəyişə bilər.
- Tibbi oksigen
- İlk yardım dəsti (İYD)
- Tərkibi
- Sarğı materialları
- Yanıqlar üçün sarğı materialları
- Böyük və kiçik həcmli yaralar üçün sarğı materialları
- Leykoplastır, sancaq, qayçı
- Yapışqanlı sarğı materialları
- Yaranı təmizləmək üçün antiseptik
- Yaranı bağlamaq üçün yapışqanlı sarğı
- İlk yaradım üçün oksigen maskası (birdəfəlik)
- Analgetik
- Antiemetik (qusma əleyhinə dərman)
- Burun boşuğunun ödeminə qarşı damcı və ya sprey
- Bronxları genişləndirən dərman (inhalyasiya)
- Antasid
- İshal əleyhinə dərman vasitəsi
- İlk tibbi yardım kitabçası
- Yer/Hava vizual siqnallarının Kodlaşdırlma Kitabı
- Birdəfəlik əlcəklər
- Tullantılar üçün torba
- Hadisə baş verməsi haqqında hesabat forması
- Təcili tibbi yardım dəsti (TTY)
- Tərkibi
- Qan təzyiqini ölçmək üçün aparat
- Stetoskop
- Şpris və iynələr
- Traxeal boru
- Turniket/Jqut
- Birdəfəlik əlcəklər
- İynələrin təhlükəsiz tullanması üçün qutu
- Sidik kateteri və anesteziya edici qel
- Doğuşa yardım etmək üçün alətlər
- Oksigen maskaları və reanimasiya çantası
- Koronar vazodilyatator
- Spazm əleyhinə maddə (inyeksiya etmək üçün)
- Adrenalin 1:1000 and 1:10 000 (inyeksiya üçün)
- Kortikosteroid (inyeksiya üçün)
- Güclü analgetik (inyeksiya üçün)
- Diuretik (inyeksiya üçün)
- Antihistamin (həb və inyeksiya üçün)
- Sedativ / antiepileptik (tablet və inyeksiya üçün)
- Hipoqlikemiya üçün dərman (inyeksiya üçün)
- Antiemetik (inyeksiya üçün)
- Atropin (inyeksiya üçün)
- Aritmiaya əleyhinə dərman
- Bronxodilyatator (inyeksiya üçün və inqalyasiya edilən)
- Dərmanların adlarını və dozalarını göstərən siyahı (ana dili / ingilis dili)
Müvafiq resurslar