Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Tinnitus

Mündəricat

Tinnitus

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
AnttiAarnisalo

Xüsusiyyətləri

  • Etiologiya yaradın. Bəzi hallarda, səbəbi aradan qaldırıla bilər (səs, otoskleroz, akustik nevrinoma)
  •  Miniere xəstəliyinin yarana bilmə ehtimalını unutmayın. 
  •  Əksər hallarda heç bir müalicə mümkün olmur. Xəstəyə izah edin ki, narahatçılıq olduğuna baxmayaraq yaranan hal zərərsizdir. 

İzahı və Epidemologiyası

  •  Tinnitus xarici eşitmə siqnalları olmadan eşitməni qəbul etmək ilə bağlıdır. 
  • Subyektiv tinnitus yalnız xəstənin özü tərəfindən eşidilir. Obyektiv tinnitus stetoskopun olub-olmamasından asılı olmayaraq, həmçinin yoxlayan şəxs üçün də eşidilən olur. Obyektiv tinnitusa nadir hallarda rast gəlinir.
  • .Əgər tinnitus ürək döyüntüsünün ritmi ilə vurursa, bu halda ola bilsin damar anomaliyası nəticəsində yaranmışdır və xəstədə daha geniş analizlər aparılmalıdır. 
  •  Demək olar ki hər kəs həyatı boyunca keçici tinnitus yaşamışdır. Əhalinin təxminən 10%-də tinnitus davamlı və narahatvericidir. 
  • .Ciddi tinnitusun yayılması ehtimalı təxminən 1%-dir. Yaşa dolduqda tinnitus xəstəliyinə  daha çox rast gəlmək ehtimalı daha çoxdur. 

Etiologiyası

  •  Ən ümumi səbəbi səs-küydür. (işdə olan səs, musiqi, partlayış, atəşpəşanlıq və ya güllə səsi)
  •  Etimologiyasından asılı olmayaraq Tinnitus əsasən eşitmə qabiliyyətinin sensoneyral və ya konduktiv itkisi ilə əlaqədardır. 
  •  Tinnitus adətən qulağın daxili zədələnməsi nəticəsində baş verir ki, bu da koklear sinirin fəaliyyətinin avtomatik artmasına və beyin tərəfindən səslərin yanlış qəbul olunmasına gətirib çıxarır.

Klinik forması

  • Dərk olunmuş səsin keyfiyyəti dəyişə bilər(tıqqıltı, dalğalı səs, pışırlı, sızıltı, fısıltı, vızıltı, küyültü və.s.)
  •  Aşağı dərəcəli səs əsasən orta qulaq xəstəliyi və ya Miniere xəstəliyi ilə bağlı ola bilər.  
  • Səsin dərəcəsi onun etiologiyasını müəyyən etmək üçün kifayət deyildir. 
  •  Tinnitus nəticəsində yaranan narahatlığın dərəcəsi də, yalnız səssiz ətraf mühitdə eşidilən tinnitusdan tutmuş həyatın keyfiyyətinə təsir edən tinnutusa qədər, dəyişir.
  • Tinnitus yuxuya getmə, əsəbilik, diqqəti tam toplaya bilməməlk və depresiya kimi hallarda çətinliklərə səbəb ola bilər.

Araşdırmalar və xəstəliyə yanaşma ilə bağlı göstərişlər

  • Tinnitusun xüsusiyyətlərini və xəstənin həyat tərzinə olan təsirlərini tam şəkildə aydınlaşdırın. 
  • Tinnitusun başgicəllənməsi (vertigo) ilə əlaqəsi olub olmadığını soruşun (vertigonun diaqnozu və müalicəsi məqaləsinə bax)
  • Xəstənin güclü bir səslə üzləşdiyini və ya dərman qəbul etməsi barədə soruşun (məsələn, aspirin,valproic turşusu, ototoxic dermanı)
  •  Qulaq pərdəsini analiz edin və onun mobilliyini yoxlayın
  • Weber və Rinnerin səs tonları ilə bağlı testlərini həyata keçirin
  • Audioqram
  • Birtərəfli koklear (sensorineyral) eşitmə pozğunluğunda akustik nevrinomanı nəzarətdə saxlamaq üçün daha geniş araşdırmalar tələb olunur. Xəstəni ENT(Qulaq, burun, boğaz) mütəxəssisinə yönləndirin.
  • Əgər xəstənin qulaq pərdələri normal vəziyyətdədir, lakin eşitmə qabiliyyətinin konduktiv itkisi müşahidə olunursa, xəstəni mümkün otosklerozu dəqiqləşdirmək üçün əlavə yoxlanışlara göndərin. 
  • Əgər xəstənin eşitmə qabiliyyəti zədələnməyib və ya birtərəfli zədələnibsə, xəstəni əlavə yoxlanış üçün harasa yönləndirmək tinnitusun müalicəyə ehtiyac olub-olmadığından asılıdır. Adətən daha geniş yoxlanış zəruri olmur. 

Müalicə 

  • Xəstəliyin simptomlarının səbəb olduğu narahatlıqlar azaldıla bilər.
    • Xəstə ilə məsləhətləşməklə (simptomun birtərəfli xüsusiyyətini və ümumiliyini izah etməklə)
    • Ətraf aləmdə fon səsləri yaratmaqla, məsələn, radionu yanılı saxlamaq və ya şəxsi maqnitafondan istifadə etməklə
    • Bununla bağlı yaranan depresiyanı müalicə etməklə (Tinnitusun xəstənin həyat tərzinə etdiyi zərərli təsirləri azalmaq mümkündür)
  • Eşitmə vəsaitlərinə ehtiyacı olan xəstələrdə, səsin gücləndirilməsi tinnitusu unutmağa kömək edəcəkdir. 
  •  Müxtəlif farmakoloji müalicələrin faydası barədə əsaslı sübut olmasa da, aşağıdakı dərman vasitələri istifadə oluna bilər ki, bəzi hallarda bunlar faydalı ola bilərlər:
    • Qulağın daxilində qan dövranını gücləndirən dərman (məsələn, betahistine və ya pentoxifylline) və ya diuretics (Meniere xəstəliyində)
    • Əsəb sistemini normaya salan antipilepktik dərmanlar (carbamazepine)
    • əhval-ruhiyyəni qaldıran dərmanlar
  •  Xəstənin həyat tərzini korlayan daha ciddi tinnitus hallarında  səs terapiyası, təcridetmə terapiyası, və tinnitusun yenidən yaranmasının qarşısını alan terapiya kimi digər müalicə metodlarından istifadə oluna bilər.
  • Otoskleroz və damar anomaliyası zamanı cərrahi müalicə mümkündür. 
  • Həmyaşıdların dəstəyi (tinnitus cəmiyyətləri)

 

Əlaqəli mənbələr

 

  • Cochrane icmallları
  • Digər dəqiq xülasələr
  • Digər internet mənbələri 
  • Ədəbiyyat