Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sonsuzluq

Mündəricat

Sonsuzluq

EBM Klinik protokolları
10.08.2017 • Sonuncu dəyişiklik 10.08.2017
AilaTiitinen

Əsas məqamlar

  • Bütün cütlüklərin təxminən 15%-i həyatının hansısa bir anında sonsuzluqdan əziyyət çəkirlər. 
  • Əksər hallarda cütlük fertilliyin azalmasını yaşayır, yəni mayalanma üçün 1 ildən çox vaxt sərf olunur. Sterillik uşağa hamilə qalmağın ümumiyyətlə mümkün olmaması mənasını verir və çox nadir hallarda rast gəlinir. 
  • Əgər qadının yaşı 38-dən azdırsa kontraseptiv istifadə etməyən 80 - 85% cütlük bir ilin içində hamilə qalırlar. Qeyd etməliyik ki, onların yarısı növbəti il ərzində müalicəsiz hamilələ qalacaqlar.  
  • Təxminən 25% hallarda sonsuzluq qadın faktoru ilə və təxminən 25 % hallarda kişi faktoru ilə əlaqəlidir. Sonsuzluğa səbəb olan faktorlar hər iki partnyorda 25% hallarda rast gəlinir və qalan 25% hallarda sonsuzluğun səbəbi naməlum olur. 

Səbəblər

  • Sonsuzluğun ən geniş yayılmış səbəbləri yumurtalığın disfunksiyası (20 - 30%), boru problemləri (boru sonsuzluq faktoru 10 - 15%), endometrioz (10-20%) və spermanın aşağı keyfiyyətidir (20-40%). Daha nadir hallarda problemlərin mənbəyi uşaqlıq və cinsi disfunksiyadır. Fertilliyin azalmasının bəzi səbəbləri yalnız müalicə başlandıqdan sonra məlum olur. 
  • Zəif idarə olunan sistem xəstəlikləri (məsələn, şəkərli diabet, epilepsiya, iltihabi bağırsaq xəstəliyi, seliakiya) fertilliyi azalda bilər. 
  • Çəkinin həddindən çox və ya az olması qadın sonsuzluğuna səbəb olur. Eyni zamanda düşük riski yüksəlir. 
  • Həddindən artıq siaqretçəkmə yumurtalıqların funksiyasına təsir edir və spermanın keyfiyyətini azaldır. 
  • Ağır dərəcəli alkoqol qəbulu spermanın yaranmasını poza və həmçinin qadın fertilliyini azalda bilər. 
  • İşdə təhlükəli maddələrin təsirinə məruz qalmanın rolunu qiymətləndirmək adətən çətin olur. 
  • Qeyri - nomral sperma yaranmasına gətirib çıxaran səbəblərə dair məlumatlar kifayət qədər deyildir. 
    • Sperma yaranması infeksiya, cərrahi əməliyyat, xayaların travma və ya burulması, epididimit və yaxud xayaların enməsilə əlaqəli problemlər səbəbindən pozula bilər. 
    • Piylənmə spermatozoidlərin keyfiyyətini azaldır. 
    • Sperma yaranması həmçinin testosteron, sitotoksik dərmanlar, bəzi antihipertenziv dərmanlar və uzunmüddətli təsirli sulfa dərmanları kimi xüsusi dərmanlar tərəfindən zədələnə bilər.
    • Anabolik steroidlər əksər istifadəçilərdə sperm yaranması azaldır və spermanın tamamilə olmamasına (azospemiya) aparıb çıxara bilər.

Qadın sonsuzluğunun səbəbləri 

  • Yumurtalıq follikulunun inkişafının pozulması
    • Polikistik yumurtalıq sindromu
    • Hipoqonadotropik hipoqonadizm
    • Hiperprolaktinemiya
    • Hipotiroidizm
    • Yumurtalıqların funksiyasının vaxtından qabaq tükənməsi (POİ)
  • Endometrioz
  • Fallop boruları mənşəli səbəblər
    • Anamnezində iltihabi prosesin olması (çanağın iltihabi xəstəliyi, ÇİX)
    • Salpinqooforit
    • Anamnezində uşaqlıqdankənar hamiləlik 
  • Uşaqlıq mənşəli səbəblər 
    • Uşaqlığın anadangəlmə anomaliyası
    • Mioma, xüsusilə selikli qişaaltı mioma
    • Adenomioz
    • Endometrial poliplər
    • Uşaqlıqdaxili bitişmələr (Aşerman sindromu)
  • Cinsi problemlər
    • Vaginit 
    • Həftədə bir dəfədən az cinsi əlaqələr 

Kişi sonsuzluğunun səbəbləri

  • Xayaların enməməsi
  • Anamnezində orxit
  • Varikosel
  • Hormonal səbəblər
    • Hipoqonadotropik hipoqonadizm
  • Genetik səbəblər
    • Cinsi xromosom dəyişiklikləri 
    • Y xromosomun silinməsi 
    • Xromosom translokasiyaları 
  • Epididimisin və ya toxumçıxarıcı boruların okkluziyası 
  • Sperm antitelləri
  • Spermanın struktur anomaliyaları
  • Cinsi problemlər
    • Eyakulyasiya disfunksiyası 
    • İmpotentlik 

Müayinələr

  • Müayinələr bir il qorunma olmayan cinsi əlaqədən sonra hamiləlik olmadıqda başlanılır. Əgər cütlüyün müvafiq anamnezi (məsələn amenoreya) varsa müayinələr daha tez də başlaya bilər. 
  • Ümumi terapevt tibbi anamnez toplamalı və ilkin müayinələr aparmalıdır, hansının ki. əsasında sonsuzluq üzrə ixtisaslaşmış klinikada sonrakı müayinələr üçün cütlüyü yönəldir. Özəl sonsuzluq klinikaları göndəriş tələb etmir. 

Birinci mərhələ (sağlamlıq mərkəzi, digər ilkin tibbi yardım mərkəzi)

  • Müayinələr hər iki partnyorda eyni vaxtda başlanılır və bütün ilkin müayinələr yerinə yetirilməlidir (bir səbəb digərini istisna etmir). 
    • Partnyorların ümumi sağlamlığı ilə yanaşı onların ginekoloji və cinsi anamnezi qeyd olunmalıdır. 
    • Cütlükdən hər hansı altdayatan xəstəlik, istifadə edilən dərman və onların psixososial vəziyyəti haqqında soruşulmalıdır.
    • Müayinələrin genişliyi və təcililiyi xəstəlik anamnezi və klinik tapıntılardan asılıdır. 
    • Məqsəd qadında ovulyasiyanın olmasını, uşaqlığın sağlamlığını, Fallop borularının açıq olmasını və spermanın keyfiyyətinin adekvat olmasını qiymətləndirməkdir. 
  • Klinik müayinə ən vacib müayinədir; xəstənin xarici görünüşü və bədən quruluşu hormonal vəziyyət haqqında böyük məlumat verir. 
    • Qan təzyiqi, boy, çəki, bədən tüklərinin inkişafı və ikincili cinsi xüsusiyyətlər
    • Qanın ümumi analizi + trombositlər, TSH, sərbəst T4 və göstəriş olduqda qanda aclıq qlükozası kimi digər laborator müayinələr
    • Əgər göstəriş varsa və infeksiyanın simptom və ya əlamətləri və yaxud anamnezində əvvəlcə infeksiyalar olubsa qadından ginekoloji müayinə zamanı Pap yaxması və xlamidiya analizi üçün nümunələr götürülməlidir. 
  • Ovulyasiyanı təsdiqləmək üçün birinci sıra müayinə qan zərdabında orta-lutein progesteronun miqdarıdır; 10 nmol/l-dən yuxarı konsentrasiya ovulyasiyanın baş verdiyini göstərir. Bu ilkin səhiyyə sistemi üçün mütləq müayinə deyildir. 
    • Qeyri - müntəzəm aybaşı dövrü digər simptomlara əsasən sonrakı müayinələr üçün göstərişdir (məsələn, prolaktin, FSH ölçülməsi; estrogen səviyyəsinin ölçülməsi faydalı deyildir).
    • Kişilərdə birinci sıra müayinə spermatozoidlərin analizidir. Əgər nəticələr normaldırsa sonrakı müayinələrə adətən ehtiyac olmur. Spermoqrammanın nəticəsi analizin götürülmə vaxtına əsasən ciddi şəkildə dəyişə bilər və qeyri - normal nəticələr bir neçə aydan sonra yenidən yoxlanmalıdır. Spermatozoidin sıxlığı 15 milyon / ml, ümumi spermatazoid sayı 39 milyon və eyakulyasiya edilən həcm 1.5 ml olmalıdır. Nümunə o zaman normal hesab edilir ki, 25% spermatazoid irəli hərəkət etsin və ya 32% hərəkətli olsun və hərəkətli spermatazoidlərin ümumi nisbəti 40% olsun. Spermatozoidin morfologiyasını qiymətləndirmək üçün ciddi meyarlaq istifadə olunur, lakin ilkin müayinələr zamanı spermatazoidlərin morfologyasının əhəmiyyəti naməlumdur. Spermatazoidlərin analizi zamanı spermatazoidlərə qarşı antitellər də həmçinin təyin edilir (QAR, Qarışıq Antiqlobulin Reaksiya testi). 
    • Əgər spermatozoid analizi anormaldırsa və ya kişinin cinsiyyət orqanlara dair simptomları varsa klinik müayinə lazımdır. 
      • Kiçik və yumşaq xayalar geriyədönməz xayalıq xəstəliyinin aşkar göstəricisidir. 
      • Varikosel adətən solda olur və xayalığın yuxarısında yumşaq mavi damar dilatasiyası kimi görünür. 
      • Xayalığın ultrasəs müayinəsi hər hansı struktur defektləri və ya şişlərini ortaya çıxaracaqdır. 

İkinci mərhələ (sonsuzluq klinikası, ambulator klinik xəstəxana)

  • Sonsuzluq üçün müalicə başlanmazdan öncə cütlük infeksiyalar üçün yoxlanmalıdır (hepatit B və C, İİV).
  • Vaginal ultrasəs müayinəsi qadın reproduktiv sisteminin strukturu və funksiyası haqqında məlumat verir. Anlaşılmaz vəziyyətlərdə normal duz məhlulu qiymətləndiməni əldə etmək üçün uşaqlıq daxilinə vurulmalıdır (histerosonoqrafiya HSQ). Boru keçiriciliyini qiymətləndirmək üçün hava və suyun qarışığı uşaqlıq daxilinə vurulmalıdır (histerosalpinqosonoqrafiya HSSQ). 
  • Əgər HSSQ-nin nəticəsi qeyri - normaldırsa və ya endometrioza şübhə varsa və yaxud xəstənin anamnezində iltihabi vəziyyətlər varsa laporoskopiya göstərişdir. 
  • Əgər aybaşı dövrü müntəzəm deyilsə erkən dövrdə qonadotropin səviyyəsi yoxlanmalıdır.  AMH (anti-Mullerian hormonu) konsentrasiyası yumurtalıqların ehtiyyatının şəklini verir. 
  • Yumurtalıq follikulunun inkişafının monitorinqi ovulyasiya haqqında məlumat verir. Aybaşı dövrünün sonunda progesteron analizi ovulyasiyanı və sarı cismin müvafiq fəaliyyətini təsdiqləmək üçün istifadə edilir. 
  • Spermoqramma (əgər ilkin səhiyyə sistemində hələ də edilməyibsə və ya anormal olubsa)
    • Əgər nəticə normaldırsa sonrakı müayinələr adətən lazım deyildir. 
    • Spermatazoid analizinin nəticəsi analizin götürülmə vaxtına əsasən ciddi şəkildə dəyişə bilər və qeyri - normal nəticələr bir neçə aydan sonra yenidən yoxlanmalıdır.
    • Spermatozoidin sıxlığı  ≥ 15 milyon / ml, ümumi spermatazoid sayı ≥ 39 milyon və eyakulyasiya edilən həcm >1.5 ml olmalıdır. Nümunə o zaman normal hesab edilir ki, 25% spermatazoid irəli hərəkət etsin və ya 32% hərəkətli olsun və hərəkətli spermatazoidlərin ümumi nisbəti ≥40% olsun.
    • Spermatozoidin morfologiyasını qiymətləndirmək üçün ciddi meyarlaq istifadə olunur, lakin ilkin müayinələr zamanı spermatazoidlərin morfologiyasının əhəmiyyəti naməlumdur. Spermatazoidlərin analizi zamanı spermatazoidlərə qarşı antitellər də həmçinin təyin edilir (QAR, Qarışıq Antiqlobulin Reaksiya testi). 
  • Əgər spermoqramma təkrari olaraq qeyri - normaldırsa müşahidə müayinələri gösətişdir (FSH, LH, testosteron, kariotip, Y xromosom mikrosilinmə)
    • Kişilərdə hormonal səbəblər nadir hallarda sonsuzluğa səbəb olur. 
    • Əgər spermada spermatozoid yoxdursa və ya onların miqdarı ciddi şəkildə azdırsa FSH konsentrasiyası təyin edilməlidir. FSH konsentrasiyasının yüksəlməsi xayalıq defektini düşündürür və xromosom analizi göstərişdir. Klaynfelter sindromu və ya müxtəlif translokasiyalar təyin edilə bilər. Y xromosomunun mikrosilinməsi spermanın formalaşmasında ciddi pozuntulara səbəb ola bilər. 
    • Normal FSH konsentrasiyası və normal xayalıqlar toxumçıxarıcı kanalların bağlanmasını düşündürür. Diaqnoz xayalıq biopsiyası ilə təsdiqlənə bilər.

Müalicə 

  • Müalicə altdayatan səbəbə əsasən, cütlüyün istəkləri nəzərə alınmaqla planlaşdırılır. 
    • Bəzi cütlüklər hər hansı müalicəni seçməkdən imtina edə bilərlər və digərləri üçün ən yaxşı çözüm övladlığa uşaq götürmə ola bilər.
    • Spontan hamilə qalma ehtimalının yüksək olaraq qaldığı hallarda müalicə tezliklə başlanmamalıdır. 
    • Fertilliyə əks təsir edən faktorlar birinci həll edilməlidir, çəki ilə əlaqəli problemlər və siqaretçəkmə ən vacib olanlardır. 
    • Cütlüyə sonsuzluq müalicəsinin nəticəsi barədə realistik məlumat verilməlidir. 
  • Yumurtalıq disfunksiyası halında əgər diaqnostika düzgün aparılıbsa müalicənin nəticələri yaxşıdır. 
    • Altdayatan endokrin xəstəlik, məsələn, hipotiroidizm müalicə olunmalıdır. 
    • Əgər yumurtalığın disfunksiyası çəkinin az və ya çox olması səbəbindən baş veribsə, müalicəni başlamazdan öncə normal çəki əldə olunmalıdır. 
    • Hiperprolaktinemiya dərman vasitəsilə uğurla müalicə olunur. 

Hormonal müalicə

  • Ovulyasiyanı induksiya etmək məqsədli müalicə sonsuzluğun menecmenti üzrə ixtsaslaşmış həkim tərəfindən həyata keçirilməlidir. 
  • Klomifen ovulyasiyanı induksiya etmək üçün ən çox istifadə olunan dərmandır. 
    • O qan zərdabında prolaktin və qonadotropinin konsentrasiyası normal olduqda istifadə oluna bilər. 
    • Ovulyasiya olmayan sonsuzluğun ən tez - tez rast gəlinən səbəbi polikistik yumurtalıq sindromudur (PKYS). PKYS olan artıq çəkili xəstədə metformin alternativ müalicə kimi istifadə oluna bilər. 
  • Aromataza inhibitoru klomifenin alternatividir. 
  • Əgər xəstə klomifen müalicəsinə cavab vermirsə və ya qonadotropin çatışmazlığı varsa qonadotropin müalicəsi istifadə edilir. Müalicəni USM ilə monitorinq etmək vacibdir.
    • Müalicə bir yumurtalıq follikulunu inkişaf etdirmək məqsədilə mümkün olan ən aşağı doza ilə tətbiq edilir. 4 - 6 müalicə dövründən sonra müalicəni davam etdirmirlər. 

Cərrahi yanaşma

  • Sonsuzluq cərrahi olaraq da həmçinin müalicə oluna bilər. 
    • Cərrahiyyə ağrılı endometriozla assosiasiya olunan subfertillikdə istifadə oluna bilər, lakin əməliyyat lazımsız yerə təkrarlanmamalıdır. 
    • Selikli qişaaltı və böyük (> 6 sm) miomalar götürülməlidir. 
    • Sonsuzluğun digər səbəblərinin olmadığı hallarda yüngül boru zədələnmələri korreksiya edilməlidir. Əgər zədələnmə kəskindirsə əməliyyatın nəticələri pisdir. Cərrahiyyə həmçinin süni mayalanmadan öncə hazırlıq prosedurası kimi də istifadə oluna bilər. Maye dolu və dilatasiya etmiş boru hallarında salpinqektomiya uğurlu süni mayalanma şansını artıra bilər. 

Mayalandırma və süni mayalanma

  • Spermatozoidin keyfiyyətinin aşağı olmasının səbəbləri tez - tez məlum olmur və buna görə də kişi subfertilliyinin idarə edilməsi üçün müalicə formaları azdır. Əgər spermatozoidin keyfiyyəti yalnız orta dərəcəli zədələnibsə mayalandırma və ya süni mayalanma istifadə olunur. 
  • Uşaqlıqdaxili mayalandırma (UDM) zamanı sperma uşaqlıq boşluğuna daxil edilir. Mayalandırmada əvvəl spermatozoid sperma plazmasından kənarlaşdırılmalıdır ("yuyulmaq"). Hamiləlik şansını yaxşılaşdırmaq üçün aybaşı dövrü zamanı ovulyasiya stimulyasiya edilə bilər. 
  • Cütlüyün öz spermatozoidini və ya donor speratozoidini istifadə edən süni mayalanma bütün növ sonsuzluqlar zamanı istfiadə edilə bilər. Son illər ərzində kişi sonsuzluğunda sitoplazmadaxili spermatozoid inyeksiyası (SDSİ) müalicə seçimi olmağa başlayıb. Süni mayalanma və SDSİ müalicələrinin nəticələri qadının yaşından, müalicənin səbəbindən, əvvəlki fertillik anamnezindən və müalicə cəhdlərinin sayından asılıdır. 

Yumurtalığın hiperstimulyasiya sindromu ağırlaşma kimi

  • Yumurtalıqların hiperstimulyasiya sindromu (YHSS) sonsuzluq müalicəsinin ən ciddi ağırlaşmasıdır. 
    • YHSS-də yumurtalıqların dərman müalicəsinə cavabı həddindən çoxdur. 
    • YHSS süni mayalanma terapiyası zamanı ən çox rast gəlinir, nə zaman ki, qonadotropin azadedici hormon analoqu qonadotropinlə birlikdə istifadə olunur. 
    • Simptomlar adətən yumurtalıqların induksiya edilməsindən 3 -10 gün sonra başlayır (insanın xorionik qonadotropinin təyinatı İXQ). 
    • Simptomlara qarında ağrı, şişkinlik və ürəkbulanma daxildir. 
    • Risk 35 yaşdan kiçik qadınlarda və aşağı çəkili və ya  polikistik yumurtalığı olan qadınlarda yüksəlir. 
    • YHSS-dən şübhələndikdə yumurtalıqların USM-i birinci sıra müayinədir; yumurtalıqların diametri adətən 8 sm-dən çoxdur və kəskin hiperstimmulyasiya zamanı qarın boşluğunda maye olur. 
    • Xəstəxanaya və ya müalicə edəcək mütəxəssisin yardımına erkən yönəldilmə göstərişdir. 
    • Kəskin YHSS tromboembolik ağırlaşmalar, nəfəsalma çətinlikləri və ya böyrək yetməzliyi ilə assosiasiya oluna bilər. 

Sonsuzluğun profilaktikası 

  • Reproduktiv sağlamlıq xlamidiya infeksiyasının profilaktika və müalicəsi, normal bədən çəkisinin qorunub saxlanması, yaşın fertilliyə təsirinin başa düşülməsi və siqaret çəkmənin dayandırılması ilə yaxşılaşdırıla bilər. Görülən tədbirlərə əlavə olaraq sağlam həyat tərzinə ruhlandırılmalı, məktəb və digər təhsil ocaqlarında cins və fertillik təhsili artırılmalıdır. 
  • Hamiləliyi planlaşdıran qadın yaxşı balanslaşdırılmış pəhriz saxlamalıdır. Ümumilikdə sağlam olan qadın xüsusi qida əlavələri qəbul etməməlidir. Ciddi vegetarian pəhrizi saxlayan qadınlara vitamin B12 məsləhət görülür. Hamı üçün 400 µq/gün fol turşusu və 10 µq/gün vitamin D məsləhət görülür. Multivitamin məhsullar təlimata uyğun istifadə edildikdə zərərli deyildir. 

Psixososial problemlər

  • Sonsuzluq qaçılmaz olaraq müxtəlif hisləri oyadır: utanclıq, kədər, dəyərsizlik və alçaldılma hissləri. Dəyərsizlik hissi tez - tez rast gəlinir, çünki cütlüyün həyatının ən intim sahəsinə kənardan olan yardımı buraxmağa ehtiyac vardır. Uşağın olmaması səbəbindən yaranan kədər və əzabla mübarizə aparmaq çətindir. Hər iki partnyor ruhlandırılmalı, ya birlikdə, ya da ayrılıqda həyatda yeni maraqlar axtarmalıdırlar. 
  • Arzuolunmaz uşaqsızlıq ilə qarşılaşan demək olar ki, hər kəs müəyyən səviyyədə sonsuzluq krizisi yaşayır. Uşağın olması ümidindən əl çəkmək krizisə səbəb olur. İnsanın kədərlənməyə ehiyacı olacaq; uşaqsız qalmağın kədəri yaxın qohumunun itirilməsilə yaranan kədərlə müqayisə oluna bilər. Arzuolunmaz uşağı olmamış şəxs öz təsəvvüründə yaşatdığı doğulmamış uşağı itirir. Krizisin dəqiq başlama nöqtəsi yoxdur və cütlük müxtəlif vaxtlarda onunla üzləşə bilər. Oxşar şəkildə krizisin sonu tədricəndir. 
  • Sonsuzluq qaçılmaz olaraq müxtəlif hisləri oyadır: utanclıq, kədər, dəyərsizlik və alçaldılma hissləri. Dəyərsizlik hissi tez - tez rast gəlinir, çünki cütlüyün həyatının ən intim sahəsinə kənardan olan yardımı buraxmağa ehtiyac vardır. Uşağın olmaması səbəbindən yaranan kədər və əzabla mübarizə aparmaq çətindir. Hər iki partnyor ruhlandırılmalı, ya birlikdə, ya da ayrılıqda həyatda yeni maraqlar axtarmalıdırlar. 
    • Sonsuzluq müalicəsi fiziki və psixoloji müalicəni tələb edir. Pozitiv nəticələr istiqamətlənmiş müalicə məqsədlərinə baxmayaraq cütlük ona riayət etməkdə çətinlik çəkə bilər və bu sonsuzluğun altdayatan problemlərini daha da ağırlaşdıran mübahisəli hislər yarada bilər. Cütlükdən onların şəxsi həyatlarına və müalicə nəticəsində (məsələn, donor sperması müalicəsi düşünüldükdə) doğulacaq uşaqla bağlı uzaq nəticələrə səbəb olacaq çətin qərarlar verilməsi xahiş edilə bilər. Buna baxmayaraq müasir müalicə metodları ümid vericidir və əksər cütlüklərə hamilə olmaqda kömək edir. 
    • Sonsuzluq üzrə mütəxəssisin üzləşdiyi ən çətin tapşırıq müalicənin dayandırılmasıdır. Bütün yerinə yetirilən müayinə və müalicələr diqqətlə yoxlanmalı və cütlüyə izah edilməlidir. Eyni zamanda müalicənin uğursuzluğunun mümkün səbəbləri dəyərləndirilməli və sonrakı müalicə olmadan hamilə olma ehtimalı qiymətləndirilməlidir. Müalicənin uğursuzluğundan sonra cütlüyün psixoloji və konsultasiyaya ehtiyacı qiymətləndirilməlidir. 
    • Sonsuzluq psixososial problemdir və onunla üzləşdikdə tibb işçisi problemin yalnız tibbi tərəflərində diqqətini cəmləməməlidir. Mümkün cinsi problemlərlə yanaşı günahkarlıq, qəzəb, kədər və itki hislərinə yardım etmək üçün ixtisaslı mütəxəssis lazımdır. 
    • Dəstəkləyici qruplarda iştirak əhəmiyyətli ola bilər. Dəstək qruplarında sonsuzluq müayinə və müalicəsi prosesini keçən, müalicə nəticəsində hamilə qalan və ya uşaq övladlığa götürən, övladlığa götürmə prosesinə başlamış və uşaqsız olaraq qalmağa qərar vermiş cütlüklər iştirak edə bilərlər. 

 

Müvafiq mənbələr

 

  • Koxran icmallar
  • Digər sübutların icmalları
  • Ədəbiyyat