Uşaqlarda və yeniyetmələrdə qida qəbulu pozuntusu
EBM Klinik protokolları
23.08.2017 • Sonuncu dəyişiklik 23.08.2017
JaanaRuuska
Əsaslar
- Yemək pozuntusu ümümiyətlə yetkinlik yaşında başlayır. Qızlar arasında oğlanlara nisbətən daha çox rast gəlinir.
- Nəzərə alınmalıdır ki, yemək pozuntusunu xəstələr nadir hallarda özləri bildirirlər.
- Əksər əsas araşdırmalar ilkin səhiyyə müəssisəsində aparılır. Daha konkret diaqnoz və müalicənin planlaşdırılması ixtisaslaşdırılmış bir tibb bölməsinin məsuliyyətidir.
Ümumilikdə
- Qidalanma pozuntusu, yemək davranışının fiziki və zehni inkişafa təhlükə yaradan bir şəkildə dəyişdiyi vəziyyətlərə xasdır. Yeniyetmə özünü prinsipcə yemək və bədən çəkisi ilə xarakterizə edir. Həddən çox yemək və çəki artırma güclü təşviş və qorxu ilə sıx əlaqədardır.
- Qidalanma pozuntusunun spektrumu genişdir. Ən çox yayılmışı anoreksiya və nevrogen bulimiyadır.Bundan əlavə, həddən çox qidalanmanın gənclər arasında geniş yayıldığını göstərir.
- Simptomlara erkən reaksiya proqnoza yaxşı təsir göstərir.
- Hətta kiçik uşaqlarda tez-tez erkən qarşılıqlı fəaliyyətdəki problemlərlə əlaqəli mxtəlif yemək pozuntuları ola bilir.
- Yemək pozğunluğu ilə əlaqəli simptomlar tələb olunan müalicəyə təsir göstərir.
Etiologiya
- Hal-hazırda yemək pozuntuları mənşəyinə görə çox yönlü hesab olunur. Neyrobioloji, genetik, sosial-mədəni və ailə amilləri, həmçinin fərdi inkişafla bağlı amillər yemək pozuntularına meyllilik yaradır.
- Başlanğıc adətən yetkinlik yaşındadır və pubertal dəyişiklik, zehni inkişaf mərhələsi ilə əlaqədardır.
- Nevrotik anoreksiya ən çox 14-24 yaş arasında ortaya çıxır. Bulimiya, adətən, 16-20 yaşlarında təsadüf edilir.
- Yemək pozuntuları qızlar arasında oğlanlara nisbətən 10-15 dəfə çox olur.
- Bulimiya nevrotik anoreksiyadan daha çox yayılmışdır.
- Bu yemək pozuntularının simptomları xəstəliyin gedişi zamanı anoreksiya və bulimiya arasında dəyişə bilər.
Anoreksiya üçün diaqnostik kriteriyalar
- Xəstə normal bədən çəkisini qorumaq istəmir.
- Xəstənin çəkisi, yaş və boyu gözlənilənin ən azı 15%-dir.
- Xəstə aşağı çəkidə olmasına baxmayaraq özünü obez hiss edir.
- Xəstə çəki artırmaqdan çox qorxur.
- Arıqlamağı izah edəcək başqa xəstəlik yoxdur.
Nevrogen Bulimiyanın diaqnostik kriteriyaları
- Şəxsi təcrübədə obez olmaq və yenidən çəki artırmağa qarşı güclü qorxu.
- Daimi yeməklə məşğul olma halı və yemək yeməyə qarşı qarşısı alınmaz bir istək.
- Yemək yeməyə qarşı olan idarənin itirilməsinin tərarlanan şəkildə yaşanması.
- Yemək yedikdən sonra şəxsin qusmaqla, təmizləyici və sidik qovucu dərmanlarla yeməyi bədəndən uzaqlaşdırma cəhdlərinin olması.
Simptomlar
- Anoreksiya adətən tədricən başlayan bir xəstəlikdir.
- Arıqlamaq ya çox sürətli ya da çox yavaş gedə bilər. Ümumiyyətlə xəstələr hobbilərinə və məktəbə getməyə davam edir, özlərini yaxşı hiss edirlər. Buna görə də çox vaxt ailələr uşaqlarının düzgün qidalanmamaqdan əziyyət çəkdiyinə təəccüblənirlər.
- Aşağıdakı SCOFF müayinə üsülundan götürülmüş suallar yemək pozuntusundan şübhələnən xəstəni qiymətləndirməkdə kömək edir (hər bir müsbət cavab 1 bal verir; 2 bal və daha artığı yemək pozuntusu olduğunu təstiqləyir):
- Özünüzü narahatedici dərəcədə dolu hiss etdiyiniz üçün qusmağa çalışırsınız?
- Nə qədər yeməyinizə olan nəzarəti itirdiyinizə görəqorxursunuz?
- Bu yaxınlarda son 3 ayı əhatə edən periodda 6 kiloqramdan çox çəki itirdiyiniz olubmu?
- Başqaları sizin arıq olduğunuzu deməsinə baxmayaraq özünüzü kök hiss edirsiniz?
- Sizcə yeməyiniz həyatınız üzərinə dominantlıqmı edir?
- İlkin araşdırmaların tərkib hissəsi kimi yemək və idman vərdişləri, böyümə və menstruasiya tarixləri qeydə alınır.Uşağın və yeniyetmənin qiymətləndirilməsi valideyni ilə birlikdə aparılmalıdır.
- Anoreksiyadan əziyyət çəkən yeniyetmələr simptomlarını inkar edirlər.Və ilkin mərhələdə bu yeniyetmələri eləcə də onların valideynlərini məlumatlandırmaq və həvəsləndirmək mühüm məsələdir.
- Somatik simptomlara aiddir:
- menstrual tsiklin pozulması
- metobolizmin yavaşlaması və qəbizlik
- nəbzin yaşaşıması və aşağı qan təzyiqi
- sianotik və soyuq ətraflar (xüsusilə distal nahiyələr)
- subkutan yağ təbəqəsinin azalması
- Bulimik yeniyetmələr yemək vərdişlərinin normal olmadığını bilirlər,lakin günah və utanc hissi müalicəyə müraciət etməyi gecikdirir. Və simptomlar uzun müddət ortaya çıxmaya bilir.
- Bulimiya həmçinin fiziki simptomlara daxildir:
- menstrual tsikldə yaranan problemlər
- elektrolit balansındakı problemlər, tez-tez qusma nəticəsində turşu-əsas balansının pozulmasının və dişin enamel qatının zədələnməsi
Dərman müalicəsi
Proqnoz