Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Trombositoz

Mündəricat

Trombositoz

EBM Klinik protokolları
25.06.2018 • Sonuncu dəyişiklik 18.09.2016
EevaJuvonen

Əsasları

  • Qanda trombositlərin miqdarı və ya trombositlərin konsentrasiyası şəxslər arasında fərqlənr, lakin hər bir şəxsdə sabit olaraq alır. Norma hüdudları 150 – 360 × 109/l olaraq qəbul edilir.
  • Trombositoz (trombosit miqdarı > 360 × 109/l) iki kateqoriya daxilində klassifikasiya edilə bilər:
    • birincili trombositoz, məsələn, mieloproliferativ xəstəliklərlə əlaqəli olaraq yaranan trombositoz
    • reaktiv və ya ikincili trombositoz
  • Birincili trombositoz zamanı xəstə trombositlərin yüksək konsentrasiyası səbəbilə simptomlara və ağırlaşmalara malik ola bilər. Reaktiv trombositozda simptomların yaranmasına yalnız yüksək trombosit miqdarı deyil, həmçinin birincili xəstəliyə aid olan simptomlar və ağırlaşmalar da səbəb olur. 

Trombositozun səbəbləri 

  • Birincili trombositoz, məs. bədxassəli hematoloji xəstəliklərlə əlaqəli olanlar
    • Mieloproliferativ pozğunluqlar (essensial trombositemiya, polisitemiya vera, xroniki mieloid leykemiya, mieloid metaplaziya ilə birlikdə mielofibroz).
  • İkincili, məs. reaktiv trombositoz
    • Kəskin və ya xroniki qanaxma
    • Trombositopeniyanın bərpa fazası (yüksək kompensasiya)
    • Revmatoid artrit və digər birləşdirici toxuma və iltihab xəstəlikləri
    • Kəskin və xroniki infeksiya
    • Nəzərəçarpan fiziki gərginlik, uşaq dünyaya gətirmək, adrenalin
    • Dəmir defisiti
    • Hemolitik anemiya
    • Aspleniya (məs. splenoektomiyanın ardınca)
    • Xərçəng
    • Dərman maddələrinin səbəb olduğu reaksiyalar
    • Əməliyyatın nəticələri
  • Trombosit miqdarı > 1 000 × 109\l olan trombositoz halının 80% -dən çoxu reaktiv olur.

Diferensial diaqnostika

  • İkincili trombositozla xroniki mieloproliferativ xəstəliklə bağlı yaranan trombositoz arasındakı diferensasiya; cədvələ bax
  • Reaktiv trombositozun səbəbini meydana çıxartmaq məqsədilə aparılan araşdırmalar
  • İkincili trombositozun müxtəlif formaları ilə xroniki mieloproliferativ pozğunluqlar (xüsusilə essensial trombositopeniya, lakin həmçinin polisitemiya vera, xroniki mieloid leykemiya və mielofibroz) arasındakı fərqlər ən vacib faktor olaraq qəbul edilir. Bəzən hətta diferensial diaqnostikanı belə aparmaq çətin olur. Faydalı müayinələr cədvəldə qeyd edilmişdir.
Trombositozun diferensial diaqnostikası: klinik tablo və laborator analizlər
 Nəticələr Birincili trombositoz* Reaktiv trombositoz
*  Birincili trombositoz essensial trombositemiya və digər mieloproliferativ xəstəlikləri özündə ehtiva edir. 
Birincili xəstəlik Yox Adətən aşkar şəkildə müşahidə olunur və ya asanlıqla meydana çıxarılır
Serebral və ya periferik sirkulyasiyada işemiya Müalicə olunmayan xəstəliklərdə tez - tez müşahidə edilir; ASA vasitəsilə qarşısı alınır Yox
Arteriyalarda və ya venalarda tromboz Artmış risk Yox
Qanaxma Artmış risk Yox
Splenomeqaliya 40% xərçəng xəstələrində Yox
Qan yaxması Nəhəng trombositlər Normal trombosit morfologiyası 
Sümük iliyi Anormal meqakariositlər Normal Meqakariositlər

Müalicə

  • İkincili trombositoz zamanı trombosit miqdarını azaldan müalicə növündən istifadə edilmir. Birincili xəstəliyi müalicə etmək trombositoz halını qaydasına salacaqdır.
  • Mieloproliferativ xəstəliklərdə trombositoz artmış tromboz və qanaxma riski ilə müşahidə edilir. Həm asimptomatik, həm də simptomatik trombositozlu xəstələrdə müalicəyə olan ehtiyacı qiymətləndirmək məqsədilə hər zaman hematoloq konsultasiyasına ehtiyac vardır. 
  • Trombositozun səbəbinin naməlum qalması hallarında hematoloqla konsultasiya hər zaman nəzərdən keçirilməlidir.

 

Müvafiq resurslar

 

  • Digər internet resursları