Dovşan dodaqlılıq və qurd ağızlılıq
EBM Klinik protokolları
30.06.2018 • Sonuncu dəyişiklik 30.06.2018
ArjaHeliövaaraJunnuLeikola
Əsas məqamlar
- Dovşan dodaqlılıq və qurd ağızlılığın müalicəsi yarıqların səbəb olduğu nitq qüsurlarını, dişlərin vəziyyətini, üzün quruluşunu və eşitmə problemlərini aradan qaldırmaq məqsədi daşıyır.
Yayılma dərəcəsi
- Dovşan dodaqlılıq və/və ya qurd ağızlılıq üz hissəsində ən çox rast gəlinən anadan gəlmə inkişaf qüsurlarıdır.
- Təxminən hər 500-700 doğulmuş uşağın 1-də bu hal ilə rastlaşmaq mümkündür.
Dovşan dodaqlılıq və/və ya qurd ağızlılığın növləri
- Yarıqların üç əsas növü var:
- Dovşan dodaqlılıq və alveollar (15%) tək tərəfli və ya iki tərəfli ola və yalnız dodaqlara aid ola və ya alveolar çıxıntısına kimi uzana bilər.
- Dovşan dodaqlılıq və qurd ağızlılıq (25%) tək tərəfli və ya iki tərəfli şəkildə dodaqlar və alveolların çıxıntısı vasitəsilə yumşaq və bərk damağadək uzanır.
- Qurd ağızlılıq (60%) mərkəzi hissədə olduğundan, ya yumşaq damaq ilə məhdudlaşır, ya da çox vaxt bərk damağadək uzanır. Gizli qurd ağızlılıq submukoz olur və ayırd etmək çətin olur.
- Ağız hissəsində yarıq olan xəstələrin 15-20%-də ən çox da ətraflarda və ya ürəkdə digər anadangəlmə struktur anormaliya müşahidə edilir. Bir sıra uşaqlarda anadangəlmə sindromlar mövcud olur.
Etiologiya
- Bir çox hallarda yarıqların etiologiyası naməlum qalır. Onun predispoziv genlərin və ya xarici mənfi təsilərinin birləşmiş təsirinin nəticəsi olduğu düşünülür.
- Bəzi hallarda yarıq irsidir və müəyyən genlər bu yarıqlara səbəb olur."?>
- Hamilə ananın siqaret çəkməsi və ya spirtli içki qəbulu döldə ağızda yarığın olması ehtimalını artıra bilər.
Müalicə
- Dovşan dodaqlılıq və/və ya qurd ağızlılıq olan xəstələrin hamısının müalicəsi xüsusi mərkəzlərdə mərkəzləşdirilmiş qaydada aparılır.
- Müalicə müxtəlif tibb sahələrindən ibarət olan bir komanda tərəfindən aparılır. Bu prosesə əsasən plastik cərrahiyyə, üz-çənə cərrahiyyəsi və otoloji və ortodont müalicə, nitq terapiyası və yarıq üzrə ixtisaslaşmış xəstəyə qayğı xidməti daxildir.
- Dovşan dodaqlılıq və/və ya qurd ağızlılıq diaqnozu doğum evində və ya hamiləlik zamanı ultrasəs müayinəsi zamanı qoyulur. Sonra isə ailələr müalicə və məlumat almaq üçün müvafiq mərkəzinə dəvət edilir.
- Müalicəyə müəyyən yaşlarda planlaşdırılmış müayinələr və uşaqlıq dövründən yetkinlik dövrünə kimi müxtəlif müalicə mərhələləri daxildir. Tələb olunduqda, böyüklərdə də xüsusi müalicələr aparıla bilər.
- Müasir üsullar ilə üz quruluşunun, ntiqin, dişlərin və dişlərin vəziyyətinin müalicəsi yaxşı nəticələr verir. Müalicənin uğurla idarə edilməsinin əsas tələbi müxtəlif tibb sahələrindən olan mütəxəssislərdən ibarət olan komanda ilə əməkdaşlıq etməkdir.
Cərrahi müalicə
- Dovşan dodaqlılığın ilk bərpaedici cərrahi müdaxiləsi adətən təqribən 4 aylığında və qurd ağızlılığın ilk bərpaedici cərrahi müalicəsi 9–10 aylarında icra edilir.
- Hiper nazal nitq ilə əlaqədar olaraq qurd ağızlılıq müşahidə edilən xəstələrin təqribən 20-%-də 4-5 yaşlarında və ya nisbətən yuxarı yaşlarda nitqin düzəldilməsi cərrahiyyəsi icra edilir.
- Aleveolar çıxıntıda sümüyün plastik əməliyyatı təqribən 9-11 yaşlarında icra edilir.
- Üst (və ya aşağı) çənənin düzəlişedici cərrahiyyəsi və burun və dodaqların kosmetik tamamlanma əməliyyatı adətən inkişaf dövrünün sonunadək təxirə salınır.
Ortodontiya
- Ağızda yarıq olan uşaqlarda adi uşaqlardan daha çox anormal diş quruluşu və dişlərdə anormallıq müşahidə edilir. Ortodontik müalicə fərdi müalicə planı əsasında məktəb yaşlarında aparılır.
- Tək tərəfli və iki tərəfli dovşan dodaqlılıq və qurd ağızlılıq və dovşan dodaqlılıq və alveollar, ortodontik müalicə alveollarda sümüyün plastik cərrahiyyə əməliyyatı ilə müşayət edilir.
- Çənənin uyğun gəlməməsinin səbəb olduğu diş quruluşunda ciddi pozulma cərrahi əməliyyat ilə düzəliş və ortodontik müalicəni tələb edir.
- Anadangəlmə mövcud olmayan və ya düzgün quruluşda olmayan dişləri əvəz etmək üçün dişlərin protez müalicəsi tələb oluna bilər.
Nitq terapiyası
- Dovşan dodaqlılıq və ya qurd ağızlılıq olan uşaqlarda şifahi nitq bacarıqları adi qaydada inkişaf edir. Qurd ağızlılıq olan bəzi uşaqlar ilk öncə aydın tələffüz etməməyə bilər və öz yaşıdları ilə müqayisədə daha çox burun səsləri tələffüz edir. Nitq adətən öz-özünə və ya nitq terapiyası ilə düzəlir. Əgər planlaşdırılmış müayinələrdə zəruri hesab edilərsə, uşaq nitqin inkşafına nəzarət və ya nitq terapiyasına yönləndirilməlidir.
- Ən yüngül formada burunda tələffüz təzyiqə qarşı həssas olan samitləri (k, p, t, s) tələffüz etdikdə burunda havanın çıxması ilə yaranan səslərdə özünü biruzə verir. Ciddi burun tələffüzünü düzəltmək üçün cərrrahi əməliyyat və nitq terapiyası tələb olunur.
Eşitmə
- Qurd ağızlılıqda eşitmə kanallarını açan və bağlayan əzələlər anormal şəkildə olduğundan, onların funksiyaları da zəif olur. Nəticədə, orta qulaqdan hava normal şəkildə keçmir və selikli qişalar selik buraxmağa başlayır. Müasir məlumatlara əsasən, bu hal qulaqlara ağrı vermir, lakin həddən artıq ifrazat eşitmə qabiliyyətini poza bilər. Əgər qurd ağızlılıq olan uşaqda eksudativ otit yaranarsa, eşitmə qabiliyyətini qorumaq üçün timpanostomik borucuq (orta qulaqcığın havalandırılması üçün borucuq) yerləşdirilir.
- Orta qulaqcığın havalandırılması üçün borucuq adətən qurd ağızlılığın cərrahi əməliyyatı zamanı yerləşdirilir. Damağın bağlanması əməliyyatı icra edildikdən sonra, adətən uşaq məktəbəqədər və ya məktəb dövrünə çatanadək eksudativ otitin yaranmasına meyillilik azalmış olur.
Əlaqədar resurslar