Sistoserkoz
EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 29.11.2017
HeliSiikamäki
Törədicisi
- Taenia solium, yaxud Donuz soliteri adlanan qurddur.
Yayılması
- Asiya, Afrika və Latin Amerikasının çoxlu miqdarda doniz əti ilə qidalanan bölgələrinin əhalisi arasında endemik olaraq yayılmışdır.
Keçiricilik mexanizmi
- Taenia solium yumurtaları ya şəxsin öz nəcisi və ya başqasının nəcisi ilə çirklənmiş qida maddələrinin qəbulu vasitəsi ilə həzm sisteminə daxil olur. Yumurtadan çıxan sürfələr daxili orqanlara keçir və toxumalarda kapsullaşırlar.
Dünya miqyasında əhəmiyyəti
- Afrika və Asiyadakı bütün epilepsiya hadisələrinin 30%-nə səbəb olur.
- Qeyri - endemik bölgələrdə, xəstəliyə, endemik bölgələrə səfər etmiş şəxslərdə və ya oradan gələn immiqrantlarda rast gəlmək olar.
Simptomları
- Simptomların meydana çıxması yoluxmadan sonrakı bir neçə ay ərzində baş verir, serebral simptomlar isə adətən infeksiyaya yoluxmadan 2 - 8 il sonra meydana çıxır və bəzi hallarda simptomlar 30 il sonra da görünə bilər.
- Simptomatologiya hədəf orqandan asılıdır. Sistoserkoz sistləri ən çox dəridə, əzələdə, daxili orqanlarda və mərkəzi sinir sistemində olur. Göz və ürək də hədəf orqan kimi iştirak edə bilər.
- Mərkəzi sinir sisteminin iştirakının ən çox görünən simptomlarına baş ağrısı, epilepsiya və hemiparezlər daxildirlər, lakin digər simptomların, məs. görmə pozğunluğu, psixoz və hətta mental pozğunluğun olması da mümkündür.
Diaqnoz
- Baş nahiyəsinin KT və ya MRT müayinəsi zamanı əldə edilən tipik bir tapıntıda diametrinin ölçüsü 2 sm-dən az olan, bir və ya bir neçə yumru (kontrast qəbul etməyən) ocaqların olması görünür. Ocaqlar qismən maye ilə doldurulmuş və kalsifikasiya etmiş ola bilərlər.
- Eozinofiliya mümkündür.
- Antitellərin istifadəsi ilə aparılan analiz, diaqnozun təsdiqlənməsi üçün faydalı ola bilər. Antitel testinin mənfi nəticələri sistoserkozun olmasını istisna etmir.
- Əzələlərdə və dəridə kalsifikasiya olunmuş sistlər adi rentgen şüaları altında görünür.
- Dərinin altındakı sistoserkoz sisti cərrahi yolla çıxarıla və histoloji analizə göndərilə bilər.
- Nəcislərdə T. solium yumurtalarının və ya onun seqmentlərinin aşkar edilməsi diaqnozu dəstəkləyəcəkdir. Ancaq əksər hallarda yumurta aşkar edilmir.
- Biopsiya mümkündürsə, qeyri - müəyyən hallarda biopsiya materiallarının histopatoloji və ya PCR müayinəsi diaqnozun qoyulmasına kömək edəcəkdir.
Müalicə and proqnoz
- Müalicə ixtisaslaşdırılmış xəstəxanalarda mərkəzləşdirilmiş qaydada aparıla bilər.
- Müalicə, ocaqların yerləşdiyi yerə və ocağın aktivliyinə görə təyin edilir. Müalicə seçimlərinə isə adi müşahidə, epilepsiyanın farmakoterapiyası, spesifik farmakoterapiya və cərrahi müdaxilə daxildir.
- Xüsusi farmakoterapiya seçilərsə, albendazol ya tək istifadə edilə bilər, ya da praziquantel ilə birləşdirilə bilər (hər iki preparatın xüsusi lisenziya ilə alınmasına ehtiyac ola bilər) (bəzi ölkələrdə).
- Birinci xətt müalicə seçimi albendazoldur, alternativ olaraq isə praziquantel tətbiq edilir.
- Serebral ödem müalicənin ağırlaşması kimi inkişaf edə bilər və spesifik dərman müalicəsi ilə birlikdə profilaktik olaraq həmişə qlükokortikoidlər istifadə olunmalıdır.
Profilaktikası
- Ət tədarükündə düzgün olan müayinə qaydalarının tətbiqi, qida gigiyenası, donuz ətinin düzgün bişirilməsi və tərəvəzlərin yuyulması (əsasdır).
- Yetkin qurdun mümkün daşıyıcısını müalicə etmək üçün yaxın ailə üzvlərinin də nəcis nümunələri müayinə edilməlidir.
Müvafiq resurslar
- Digər internet resursları
- Ədəbiyyat
Garcia HH, Nash TE, Del Brutto OH. Clinical symptoms, diagnosis, and treatment of neurocysticercosis. Lancet Neurol 2014;13(12):1202-15. Garcia HH, Gonzales I, Lescano AG et al. Efficacy of combined antiparasitic therapy with praziquantel and albendazole for neurocysticercosis: a double-blind, randomised controlled trial. Lancet Infect Dis 2014;14(8):687-95.