Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Neyropsixoloji pozuntular

Mündəricat

Neyropsixoloji pozuntular

EBM Klinik protokolları
08.05.2017 • Sonuncu dəyişiklik 08.05.2017
MarjaHietanen

Əsas müddəalar

  • Koqnitiv funksiyaların, yəni məlumatın işlənməsi və davranışın tənzimlənməsi geniş, daim dəyişən neyron şəbəkənənin aktivliyinə əsaslanır. 
  • Neyropsixoloji pozuntular şəxsin koqnitiv funksiyalarının, yəni məumatın işlənməsi və davranışında dəyişiklik mənasını verir. 
  • Pozuntunun təbiəti tənzimlənmə mərkəzinin zədələnməsinin və ya beyin funksiyasının zəifliyinin yerləşdiyi yerdən asılıdır. 
  • Neyropsixoloji pozuntular müxtəloif ağırlıq dərəcəsində ola bilər, keçici və ya davamlı ola, bir funksiya ilə məhdudlaşa və ya bir neçə koqnitiv funksional sahəni əhatə etməklə geniş şəkildə ortaya çıxa bilər. 
  • Beynin disfunksiyası və ya zədələnməsi xəstənin koqnitiv və emosional performansında və davranışında müvəqqəti və ya davamlı dəyişikliklərə səbəb ola bilər. Neyropsixoloji simptomların ağırlığı dəyişkəndir və təsvir olunan neyropsixoloji simptomların təbiəti beyin disfunksiyasının yerilə assosiasiya olunur. Koqnitiv performansda zəif və güclü tərəflər tez-tez olur, hansı ki, nevroloji xəstəlikdən daha çox şəxsi koqnitiv profilin bir hissəsi ola bilər. 

 

Ümumi neyropsixoloji simptomlar

  • Adətən xəstəliyin kəskin fazasında ortaya çıxır.
  • Ümumi koqnitiv performansa təsir edir.
    • Yorğunluq
    • Konsentrasiyada dəyişiklik
    • məlumatın  işlənməsində yavaşıma

Spesifik neyropsixoloji pozuntular

Verbal disfunksiya və ya afaziya Baxın 

Oxuma, yazma və hesablama qabiliyyətinin pozuntuları

  • Artıq qazanılmış bacarıqlarda müxtəlif dərəcəli disfunksiyalar görmə qabiliyyətinin azalması, hərəki idarəetmənin zədələnməsi və ya məhdud təhsil kimi faktorların nəticəsi deyildir. Onlar beyin disfunksiyası və ya spesifik ilkin öyrənmə pozuntularının təzahürləri ilə əlaqəli ola bilər. 
  • Oxuma və yazma çətinlikləri adətən verbal pozuntuları ilə assosiasiyada ortaya çıxır, lakin onlar həmçinin qeyri-verbal neyropsixoloji simptomlarla assosiasiya oluna bilər. 
  • Əlavə olaraq, onlar ilkin spesifik öyrənmə pozuntuları kimi ortaya çıxa bilər. 

Vizual (görmə) qavramanın pozuntuları 

Görmə aqnoziyası

  • Vizual məlumatın tanınması və interpretasiyasında çətinlik
  • Obyektlərin müşahidəsində ümumi pozuntu kimi və ya üzlər, hərflər və ya rənglər kimi xüsusi obyektlərin müşahidəsində məhdudlaşma kimi ortaya çıxa bilər.  
  • Aqnoziya hissi orqanların normal işləməsinə baxmayaraq məlumatın tanınması və interpretasiyasında çətinlik mənasını verir. Müxtəlif hissi modaalıqlarda özünü göstərə bilər. Gördüyünün tanınmasında çətinlik (görmə aqnoziyası) Eşitdiyinin tanınmasında çətinlik (eşitmə aqnoziyası) Toxunduğunun obyektlərin tanınmasında çətinlik (somatosensor aqnoziya)

Məkan qavramasının pozulması

  • Məkanın (nisbi) qavranmasında çətinlik aşağıdakılarda çətinlik kimi ortaya çıxa bilər
    • yerləşdiyin yerin təyin edilməsi, istiaqmət və məsafənin qiymətləndirilməsi
    • ətraf-mühitin dərk edilməsi.

Görmə-konstruktiv pozuntular

  •  Bir neçə koqnitiv funksiyaların (məkan qavraması, planlaşdırma bacarığı / icraedici funksiyalar və hərəki funksiyalar kimi ) cəlb olunmasını tələb edən ayrı-ayrı komponentlərin bir tamlıqda birləşdirməsi bacarığında çətinlik 
  • Bir neçə koqnitiv funksiyaların pozuntuları və ya bir neçə beyin sahələrinin pozuntularının nəticəsi kimi üzə çıxa bilər.

 

İradi hərəkətlərin pozuntuları, apraksiya

  • Apraksiya iradi hərəkətlərin pozulmasıdır. bu hərəki və ya hissi funksiyalarda çətinlik və ya ümumi koqnitiv vəziyyətlə əlaqəli olan problemlər ilə bağlı deyil. 
  • Ən geniş yayılmış pozuntu qolların və ya üz sahəsinin apraksiyasıdır. 
  • Əşyaların istifadəsi və məqsədyönlü hərəkətlərin/müxtəlif pozalarda duruşların yerinə yetirilməsində çətinliklər kimi ortaya çıxır.   

Yaddaş pozuntuları

  • Baxın . 
  • Yaddaş pozuntuları nevroloji xəstələr arasında ən geniş yayılmış koqnitiv simptomdur. 
  • Yaddaş birlikdə paralel işləyən çoxlu hissəvi sistemlərdən ibarətdir. Yaddaş mərhələli şəkildə işləyir. 
  • Yaddaş sisteminin müxtəlif hissələrində və ya yaddaş prosesinin müxtəlif mərhələlərində yaddaş itirilə bilər. 
  • Problemin tipi və ağırlığı  beyin zədələnmiş sahəsindən asılıdır. 
  • Yaddaş pozuntuları yadda saxlamanın yüngül pozuntularından qısamüdddətli yaddaşın ciddi pozuntularına qədər dəyişə bilər. 
    • Amnestik sindrom zamanı qısamüddətli yaddaşın anteroqrad geniş şəkildə itirilməsi müşahidə olunur, hansı ki, hissəvi və ya tam, keçici və ya davamlı, stabil və ya proqressiv ola bilər. 
  • Müxtəlif altdayatan beyin patologiyaları ola bilər. Yaddaş pozuntuları beyin disfunksiyasının ən geniş yayılmış koqnitiv simptomları arasındadır. Yaddaş pozuntuları mülayim problemlərdən ciddi yaddaş pozuntularına qədər dəyişir. Amneziya yaddaş hissəvi və ya tam, keçici və ya davamlı, stabil və ya proqressivləşən itirilməsi mənasına gəlir.  Yaddaş sisteminin müxtəlif hissələrində və ya yaddaş prosesinin müxtəlif mərhələlərində yaddaş itirilə bilər. 

Diqqətin pozuntuları

  • Diqqət huşun aydın olması, motivasiya, əhval-ruhiyyə, qəbul olunan dərmanlar, psixotrop maddələrin istifadəsi, nisbi gərginlik (stres), yaş və bacarıq (təhsil) səviyyəsi kimi bir çox faktorlardan asılıdır. 
  • Diqqət pozuntuları nevroloji xəstəliklər və zədələnmələr olan xəstələrdə tez-tez rast gəlinir. 
  • Onlar yaddaşın istiqaməti, davamlılığı və ya bölüşdürülməsində və ya seçici diqqətdə ortaya çıxa bilər. 
  • Bunlar yaddaş pozuntularına əlavə olaraq ən geniş yayılmış koqnitiv simptomlar arasındadır. Onlar yaddaşın istiqaməti, davamlılığı və ya bölüşdürülməsində ortaya çıxa bilər. .

Qıcığa qarşı laqeydlik

  • Zədələnmənin əksinə olaraq funksiya və qavrama sahəsində stimulun qeyd edilməsi və reaksiya verilməsində çətinlik
  • Sağ yarımkürədə zədələnmə olan xəstələrdə daha çox rast gəlinir
  • Daha çox görmə (vizual) qavraması sahəsində rast gəlinir (vizual laqeydlik)
  • Eşitmə (eşitmə aqnoziyası) və taktil (taktil aqnoziya) stimullarının qavranmasına da təsir edə bilər. 
  • Əlavə olaraq, öz bədənini qavramağa da təsir edə bilər. 
  • Simptomlara tez-tez vizual yaddaş problemləri, görmə-məkan və ya görmə-konstruktiv problemlər və yaxud simptomlarla bağlı bələdliliyin və icraedici funksiyaların çatışmazlığı kimi digər neyropsixoloji pozuntular daxildir.
  •  
  • İcraedici funksiyaların pozulması
  • İcraedici məlumatın işlənməsi  tək hadisəni komplekslə əlaqələndirən, məqsədyönlü fəaliyyət və çevik tənzimləmə və şəraitdən asılı olaraq fəaliyyətin dəyişməsi prosesləridir. 
  • Ön alın payı öz qabıqaltı yol birləşmələri ilə birlikdə vacib rol oynayır. 
  • İcraedici funksiyaların pozuntuları aşağıdakı sahələrdə üzə çıxa bilər:
    • təşəbbüs və motivasiya
    • davranışın idarə edilməsi
    • məlumatın işlənməsinin idarə edilməsi. 
  • İcraedici (məqsədyömlü fəaliyyət) funksiyaların pozulması digər koqnitiv funsiyalara təsir edə bilər. 

Sol yarımkürənin zədələnməsi

  • Sağaxay şəxslərdə və bir çox solaxaylarda sol yarımkürə dominantdır. 
  • Nitq funksiyasının pozuntuları
    • Nitq produksiyası, təkrarlanması və ya qəbul edilməsində çətinlik
    • Nitqin qəbul edilməsində (başa düşülməsində) çətinlik
  • Nitq konseptual bacarıqların pozuntuları
    • Konseptual düşünmədə çətinlik
    • Ad deməkdə çətinlik
  • Oxuma, yazma və hesablamada çətinlik
  • Nitq (verbal) yaddaşında çətinlik
  • Qolların iradi idarə edilməsində çətinlik və ya apraksiya
  • Görmə-konstruktiv funksiyalarda çətinlik

Sağ yarımkürədə zədələnmə

  • Görmə qavramasında çətinlik
    • Görmə-konstruktiv çətinliklər
  • Məkan qavramasının çətinlikləri
  • Sol qavrama sahəsinə laqeydlik
  • Görmə diqqətində çətinlik
  • Qeyri-verbal yaddaşın pozulması
  • Simptomlara qarşı laqeydlik
  • Emosional dəyişiklik

Ənsə sahəsinin zədələnməsi

  • Görmə qavramasının pozuntuları
    • Obrazların tanınmasında pozuntu və ya aqnoziya
  • Yaddaş pozuntuları
  •  
  • Beynin ön (frontal) sahələrinin zədələnməsi 
  • İcraedici funksiyaların pozuntuları
    • Məlumatın işlənməsinin pozuntuları
    • Davranışın idarə edilməsi
    • Təşəbbüs və motivasiya
  • Diqqətin tənzimlənməsində çətinlik
  • davranışın tənzimlənməsində çətinlik
  • İşlək (operativ) yaddaşın pozuntuları
  • Davranışın idarə edilməsində dəyişiklik
  • Emosiya və şəxsiyyətin dəyişiklikləri

Neyropsixoloji simptomlarla müşayiət olunan xəstəliklər

  • Ürək-damar sistemi xəstəlikləri
  • Beyin travması
  • Proqressivləşən beyin xəstəlikləri
  • Dağınıq skleroz
  • Parkinson xəstəliyi
  • Beyin şişləri
  • Epilepsiya
  • Beynin iltihabi xəstəlikləri
  • Anoksiya vəziyyətləri
  • Psixoaktiv madddə istifadəsi xəstəlikləri
  • Psixi xəstəliklər
  • Ürək xəstəlikləri
  • Yuxu pozuntuları

Neyropsixoloji müayinə

  • Göstəriş ola bilər
    • diferensial diaqnostika etmək üçün
    • xəstənin vəziyyəti və ehtiyacları ilə onun performansının təsvir edilməsi
      • İşləmək bacarığı və performans qabiliyyətini qiymətləndirmək
      • Reabilitasiya şərtləri və ehtiyacı ilə bağlı qiymətləndirmə və planlaşdırma
      • İş və təhsilin planlaşdırılması
    • xüsusi problemlərin həlli üçün.
      • Sürücülük bacarığının qiymətləndirilməsi
      • Hüquqi yetkinliyin qiymətləndirilməsi
  • Koqnitiv funksiyaların, yəni məlumatın işlənməsilə bağlı funksiyalar, onlarda hər hansı dəyişikliklər və qorunmuş funksiyaların qiymətləndirilməsi.
    • Müayinələrdə performansların dəyişiklikləri heç də həmişə beyin funksiyasının pozuntusunu göstərmir.
  • Əhval-ruhiyyə və ya yorğunluq kimi psixi performansa təsir edən faktorların qiymətləndirilməsi.
  • Neyropsixoloji müayinə əldə olunmuş anamnez, söhbət, müşahidə və müayinə və qiymətləndirmə nəticələrinin keyfiyyətcə və normativ interpretasiyasına əsaslanır. 
  • Adətən xəstənin həkiminə yönəldilməklə edilir. 

Neyropsixoloji reabilitasiya

  • Neyropsixoloji müayinəyə əsaslanaraq tibbi reabiltasiyanın bir hissəsi
  • Məqsəd beyin zədələnməsi səbəbindən məlumatın işlənməsi və davranışda dəyişikliklərdən yaranan ziyanın azaldılmasıdır.
  • Multidisiplinar reabilitasiyanın bir hissəsi formasında və ya tələb olunan yeganə reabilitasiya forması ola bilər. 
  • Həmişə hərtərəfli neyropsixoloji müayinəyə əsaslnaır və neyropsixoloq tərəfindən həyata keçirilir. 
  • Tək və ya qrup şəklində və reabiliyasiya mərkəzi və ya ambulator şəkildə həyata keçirilə bilər.
  • Neyropsixoloji reabilitasiyaya diaqnostikanın vaxtından, neyropsixoloji simptomlar və xəstənin ümumi vəziyyətindən asılı olaraq koqnitiv reabilitasiyanın müxtəlif metodları, psixoedukasiya və psixi və psixososial dəstək daxildir.
  • Xəstənin emosional və psixososial vəziyyətini  nəzərə alaraq koqnitiv pozuntular, davranış dəyişiklikləri və simptomlara bələdlilik hədəfə alınır. Xəstə üçün koqnitiv reabilitasiya və psixi dəstək mədsədi olan müdaxilələr daxildir. 

 

  •