Vitiliqo
EBM Klinik protokolları
29.05.2017 • Sonuncu dəyişiklik 29.05.2017
LeenaKoulu
Əsas məqamlar
- Vitiliqo bütün bədən boyunca ləng proqressivləşən piqmentsizləşmiş dəri ləkələri ilə xarakterizə olunan autoimmun xəstəlikdir.
- Digər autoimmun xəstəliklər, xüsusilə də qalxanabənzər vəzi xəstəlikləri zamanı, vitiliqo ilə olan pasiyentlərə ümumi populyasiya ilə müqayisədə daha çox təsadüf olunur.
- Vitiliqo ləkələri asanlıqla günəşdən yanmağa meyillidir.
Epidemiologiyası və patofiziologiyası
- Vitiliqo əhalinin 0.5 - 2%-ni zədələyir. Vitiliqoya bütün irqlərdə, kişi və qadınlar arasında bərabər təsadüf olunur.
- Demək olar ki, xəstəliyin başlanğıcında pasiyentlərin yarısı 20 yaşdan aşağıdır.
- Müxtəlif tədqiqatlara əsasən, pasiyentlərin 10 - 50%-nin həmçinin, vitiliqo ilə xəstə olan yaxın qohumları vardır.
- Vitiliqo üçün irsiyyət tipi məlum deyil. Çoxsaylı həssaslıq lokusları identifikasiya olunmuşdur. Çoxsaylı genlərə təsir edən requlyasion pozğunluq və natamam penetranlıq da mümkündür.
- Ən çox ehtimal edilən patofizioloji nəzəriyyə autoimmun reaksiyası kimi, piqment hüceyrələrinin destruksiyasını nəzərdən keçirir.
- Dəri zədələnməsi yaxud günəş yanığı vitiliqonu tətikləyə bilər (Köbner fenomeni ). Bir çox pasiyentlər vitiliqonun baçlanğıcını hamiləlik və ya psixi gərginliklə əlaqələndirir.
Simptomları
- Vitiligo ləkələri (şəkillər) ətraflarda adətən simmetrik olaraq meydana çıxır (şəkillər).
- Tipik nahiyələr gövdədə göbək nahiyəsi və döş (məmə) nahiyəsindədir. Üzdə depiqmentasiya, xarakterik olaraq ağız və gözlərin ətrafında yaranır.
- Açıq rəngli ləkələr həmçinin başın tüklü hissəsində, bədənin digər tüklü hissələrində də yarana bilər.
- Ləkələr tədricən inkişaf edir və spontan repiqmentasiya yalnız nadir hallarda baş verə bilər.
- Zədələnmiş dəri melanositlərin tamamilə olmamasını göstərir.
- Piqmentsizləşmiş nahiyələr günəş yanığına meyillidir və paltarla yaxud ən azı SPF 30 günəşəleyhinə kremlə qorunmalıdır.
Müayinələr
- Vitiligo və digər autoimmun xəstəliklər arasında əlaqə ola bilər.
- Vitiliqo zamanı laborator müayinələr
- Qalxanabənzər vəzi xəstəliklərinin skrininq müayinəsi (qalxanabənzər vəzi patologiyaları təqribən, 20% hallarda mövcud olur, lakin, simptomun başlanğıcı adətən vitiliqo ilə üst - üstə düşmür.
- Trombositlərin ümumi sayı ilə birgə qanın ümumi analizi
- Antinuklear antitellər
- Göstəriş olarsa, acqarına plazmada qlükoza
Diferensial diaqnostikası
- Diaqnoz klinik əlamətlərə əsasən qoyula bilər. Ehtiyac olarsa, diaqnozu təsdiqləmək üçün histopatoloji müayinə aparıla bilər.
- Yayda rəngbərəng (əlvan) dəmrov zamanı dəri zədələnmələri solğun olur və vitiliqo ilə qarışıq salına bilər. Rəngbərəng dəmrovda zədələnmələr yüngül qabıqlanma ilə əlaqədardır ki, bu da vitiliqoda olmayan xüsusiyyətdir.
- Uşaqlıq yolu, yaxud penisin dəmrov sklerozu ( Lichen sclerosus) (şəkillər) vitiliqoya oxşar ola bilər. Biopsiya diaqnozun dəqiqləşdirilməsində yardımçı olacaqdır.
Müalicəsi
- Təyin olunmuş effektiv müalicəsi yoxdur.
- Pasiyentin razılığı əsasında müalicə etməmək qərarı verilə bilər.
- Açıq dərili pasiyentlərdə qış aylarında ləkələr çətin nəzərə çarpır.
- Pasiyentlərin çoxu ən çox görünən ləkələrin xüsusi seçilmiş makiyaj və günəş qaralması effektli kosmetik vasitələrlə gizlədilməsinə qane olurlar.
- Pasiyent dərisini günəşdən qorumalıdır, belə ki, vitiliqo ləkələri günəş yanığına meyillidir və əgər zədələnməmiş dəri nahiyələri gündən qaralarsa dərinin ləkəliliyi qabarıq nəzərə çarpacaqdır.
- Vitiliqonun müalicəsinin mümkünlüyü dermatoloqun səlahiyyətindədir.
- Gövdə və ya ətraflarda kiçik bir nahiyə ilə məhdudlaşan vitiliqo zamanı güclü qlükokortikoid kremləri gündə 1 dəfə maksimum 3 aylıq yaxud 2 həftəlik müddətdə və 2 həftəlik fasilə verməklə maksimum 6 ay ərzində istifadə edilə bilər. Pasiyentlər qlükokortikoidlərin potensial əlavə dermatoloji təsirlərinə görə nəzarətdə olmalıdır.
- Üzdə vitiloqo zamanı kalsinevrin inhibitorları yerli istifadə edilən 1-ci dərəcəli terapiyadır. Uzunmüddətli müalicə aparıla bilər.
- Dar diapazonlu UBŞ fototerapiyası da həmçinin, istifadə edilə bilər.
- Gənc pasiyentlərdə yenicə yaranmış vitiliqo müalicəyə yaxşı reaksiya verir. Ən pis müalicəyə cavab. adətən, ətraflarda olur.
- Müalicə seçimi yerli kortikosteroid, yaxud kalsinevrin ingibitorları və yaxud dar diapazonlu UBŞ fototerapiyasıdır.
Həyat keyfiyyəti
- Vitiligo pasiyentin həyat keyfiyyətinə psoriaz, yaxud əllərin dermatiti qədər təsir edə bilər. Qadınlar kişilərə nəzərən, vitiliqonun psixoloji təsirlərinə daha həssasdırlar.
- Vitiligo bəzi etnik qruplar arasında daha travmatik hesab olunur. Diferensial diaqnoz tarixi / kultural izahat verə bilər: cüzam və sifilisin gecikmiş mərhələləri də həmçinin, ağ ləkələrlə əlaqədardır.
- Ehtiyac olarsa, vitiliqonun müalicə variantları ilə bağlı ixtisaslaşdırılmış tibb müəssisəndə məsləhətləşmə aparıla bilər.
- İxtisaslaşdırılmış müalicə zamanı, müalicə protokoluna, ən azından, pasiyentin vəziyyətinə xas həyat keyfiyyəti sorğusunun istifadəsi daxil edilməlidir. (DLQI = Dermatology Life Quality Index---Dermatoloji Həyat Keyfiyyəti İndeksi - DHKİ ).
Müvafiq resurlar