Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Tietze sindromu

Mündəricat

Tietze sindromu

EBM Klinik protokolları
25.07.2017 • Sonuncu dəyişiklik 25.07.2017
MarjaMikkelsson

Əsasları

  • Bu, səciyyəvi simptomları ağrı, palpasiya zamanı həssaslıq və bir və ya bir neçə kostoxondral oynaq ətrafında şişkinlik hesab edilən bir sindromdur.
  • Nadir hallarda öskürək, qusma, torakal zədə və ya torakal terapevtik prosedurlar kimi döş qəfəsinin gərginləşməsinə səbəb olan əlamətlər simptomların meydana gəlməsini təşviq edə bilər.
  • Əksər hallarda etiologiya naməlum olaraq qalır.

Diaqnoz

  • Torakal ağrıdan şikayət edən xəstələrin 10%-dən daha azının Tietze xəstəliyindən əziyyət çəkmələri ehtimal edilir.
  • Səciyyəvi simptomlar adətən ikinci və ya üçüncü kostaxondral birləşmədə yerləşir. 70 - 80% hallarda onlar unilateral olur və sadəcə bir qabırğanın qığırdağında təsadüf edilir.
    • Dərin inhalyasiya, öskürək, bədəni əymək və ya burmaq və ya üzü aşağı uzanmaq ağrını şiddətləndirir.
  • Diaqnozu klinik əlamətlərə əsaslanır.
  • Şişkinliyə əlavə olaraq ağrılı nahiyə isti və qızarmış ola bilər.
  • Ultrasəs müayinəsi zamanı qığırdaqda böyümə müşahidə edilir.
  • Histopatoloji tədqiqatlar xroniki iltihabı, fibrozu və ossifikasiyanı aşkara çıxarır.
  • MRT müayinəsi qığırdağın qalınlaşmasını və böyüməsini nümayiş etdirir.
  • Diferensial diaqnostika
    • Seroneqativ artritlər, ankilozlaşan spondilitlər və ya digər spondilartritik pozğunluqlar sternoklavikulyar oynağın iltihabına səbəb olur. Adətən bu halda simptomlara həmçinin digər yerlərdə də təsadüf edilir.
    • Kostoxondrit və ya şişkinlik olmadan kostoxondral oynaqda ağrıya Tietze sindromu olmasa da çox rast gəlinir.
    • Xifosternal kostoxondrit və ya döş sümüyünün ucunda ağrı
    • Fibromialgiya
    • Pnevmaniya
    • Koronar ürək xəstəliyi
    • Limfoma kimi bədxassəli xəstəlik

Müalicə

  • Tietze sindromu 2 - 3 həftə ərzində spontan yolla sağala bilər, lakin bəzi xəstələrdə simptomlar uzun müddət ərzində müşahidə edilir (1 - 2 ilə qədər).
  • Yerli soyuq terapiya və ya isti terapiya və QSİƏD bir neçə gün tətbiq edilə bilər.
  • Adətən ağrı bölgəsinə qlükokortikoid / yerli anestetik inyeksiyadan sonra əldə edilən reaksiyanı bir həftədən sonra ultrasəs müayinəsində görmək mümkün olur.
  • Prosesin uzanması hallarında kürəyin yuxarı hissəsinin və qabırğaların mobilliyini artırmaq üçün fizioterapiyadan istifadə edilir.

Müvafiq resurslar

  • Ədəbiyyat

Volterrani L, Mazzei MA, Giordano N, Nuti R, Galeazzi M, Fioravanti A. Magnetic resonance imaging in Tietze's syndrome. Clin Exp Rheumatol 2008 Sep-Oct;26(5):848-53. Ayloo A, Cvengros T, Marella S. Evaluation and treatment of musculoskeletal chest pain. Prim Care 2013;40(4):863-87, viii. Kamel M, Kotob H. Ultrasonographic assessment of local steroid injection in Tietze's syndrome. Br J Rheumatol 1997;36(5):547-50.