Qapalı məkan hava çirkliliyi ilə əlaqəli rinit
EBM Klinik protokolları
23.08.2018 • Sonuncu dəyişiklik 23.08.2018
JuraNumminen
Əsas məqamlar
- Müxtəlif yuxarı tənəffüs yolu simptomları qapalı məkan hava çirkliliyi ilə əlaqələndirilir, lakin səbəbkar amili göstərmək mümkün olmamışdır
- Yuxarı tənəffüs yollarının qapalı məkan hava çirkliliyi ilə əlaqəli simptomları , allergik və ya idiopatik rinit kimi digər rinit növləri ilə fərqləndirmək çətindir.
- Problem müəyyən bir bina ilə əlaqəlidirsə, bunun səbəbini tapmaq və düzəltmək vacibdir.
- Təsirə məruz qalmanın araşdırılması və rinitin aşkar olunmasına yönəlik təməl müayinələr ilkin tibbi yardımda aparılmalıdır
- Bina içindəki havanın keyfiyyəti və binanın ümumi vəziyyəti , səriştəli səhiyyə işçisi və ya səlahiyyətli mütəxəssis tərəfindən araşdırılmadan və əlaqəli şəxslər tərəfindən binada əhəmiyyətli dərəcədə nəmin və kifin olduğunu göstərən bəyanat verilmədiyi təqdirdə , heçkim xəstələrin simptomlarının və ya xəstəliklərinin bina içi hava səbəbi ilə ortaya çıxdığını irəli sürə bilməz.
Ümumi
- Evlər və həmçinin ictimai binalar rütubət səbəbindən xəsarət alır və təmir edilmədiyi təqdirdə ortaya çıxan mikrob inkişafı sakinlərin sağlamlığında əks təsirə səbəb olur
- Anbar gənələri nəmlənmiş materiallarda inkişaf edir və binanın sakinləri onlara həssas ola bilərlər.
- Qapalı məkan hava problemlərinin digər səbəbləri, hava axımının kifayət qədər olmaması , tikinti materiallarından atılan tullantılar və xarici amillərdən və ya binanın istifadəsi zamanı yaranan havanın çirklənməsidir
- Astma, xırıltı, göz qıcıqlanmaları, rinit, öskürək və boğuq səs kimi simptomlar problemli binalarda daha çox yayılmışdır. Problemli binalarda allergik rinit riski arta bilər, lakin bu barədə hələ də kifayət qədər elmi əsas yoxdur.
- Nəmdən zədələnmiş binalar həmişə , təxirə salınmadan və ya sakinlərdə əlamətlərin inkişafını gözləmədən təmir edilməlidir.
- Nəmin vurduğu zədə və ya başqa bir qapalı məkan içi problemi ilə bağlı olaraq rinitin meydana gəlməsindən şübhə edilərsə , simptomlar və məkanın mənfi təsirləri arasındakı hər hansı bir əsaslı əlaqənin olub-olmaması araşdırılmalıdır.
Diaqnostik müayinə
- Təsirə məruz qalmanın araşdırılması və rinitin aşkar olunmasına dair təməl müayinələr ilkin tibbi yardımda aparılmalıdır
- Əgər məkana bağlı rinitdən şübhə duyulursa və ya başqa hərhansı tutarlı göstəricilər varsa , xəstə otorinolaringologiya klinikasına göndərilməlidir.Klinikaya müraciət edərkən, mənfi təsirə məruz qalma keçmişi də təqdim edilməlidir. Mənfi təsirə məruz qalma keçmişi tibbi bəyanat surəti E olaraq bilinir (şübhə duyulan məkana bağlı xəstəliyinin müayinəsi)
- Qapalı məkan hava çirklilikləri ilə əlaqəli rinit diaqnozu üçün edilən allerqoloji testlər (dərialtı iynə və S IgE testləri, kif və anbar gənəsi testləri) mütəxəssislər tərəfindən diqqətlə aparılmalıdır.
- Bənzər simptomlara malik digər xəstəliklər də xüsusi diqqətlə müayinə edilməlidir.
- Mövcud təcrübədə, IgE-ə bağlı yaranan kif allergiyası , yalnız nadir hallarda simptomların arxasındakı mexanizm olaraq təyin edilə bilər. Əksinə, mexanizm mikroblara məruz qalma nəticəsində , tənəffüs mukozasının və konyuktivanın qıcıqlanması ilə ortaya çıxır. Təsirə məruz qalma və qıcıqlanma simptomları arasında bir mənalı əlaqəni göstərmək üçün , klinik istifadədə yararlı olacaq tədqiqat metodları hələki mövcud deyil.
Mənbələr
WHO guidelines for indoor air quality: dampness and mould. Geneva: WHO 2009. "?>