Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Use of medication during pregnancy

Mündəricat

Use of medication during pregnancy

EBM Klinik protokolları
18.08.2017 • Sonuncu dəyişiklik 18.08.2017
HeliMalm

Əsas müddəalar

  • Hamiləlik dövründə hər hər hansı bir dərmanın qəbulu bütün hallarda dəqiq göstərişə əsasən olmalıdır. Digər tərəfdən, hər hansı bir dərman ana üçün vacibdirsə, o, təyin edilməlidir. 
  • (Lazım olan və imkan olan hallarda) dərmanlardan istifadə hamiləlikdən əvvəl planlaşdırılmalıdır və hamiləlik dövründə artıq təcrübədən keçirilmiş dərmanlara üstünlük verilməlidir. 
  • İnkişaf anomaliyalarının yaranmasına meyllilik hamiləliyin 5-ci həftəsindən 10-cu həftəsinin sonuna qədər (ən axırıncı aybaşıdan sayılsa), və ya dölün 3-cü ilə 8-ci həftəsinədək olan zaman kəsiyində daha yüksəkdir. 
  • Hamiləliyin sonrakı mərhələlərində istifadə edilmiş dərmanların mənfi təsiri inkişafın gecikməsi, ayrı-ayrı orqanların inkişaf qüsurları yarad bilər və ya kognitiv pozğunluqlarla özünü biruzə verə bilər.
  • Anada olan simptomlarının müalicəsi üçün minimum kifayət olan dozadan istifadə edilməlidir. 
  • Eyni prinsiplər ana südü ilə qidalanma dövrünə də aid edilir.

Folic acid Fol turşusu

  • Dölün normal inkişafı üçün folatlar, B qrupu vitaminləri (qida maddələrində) və fol turşusu (Acidum folicum)  vitamin/dəmir preparatları ilə birgə və kifayət miqdarda qəbul edilməlidirlər.
  • Fol turşusunun kifayət qədər qəbul edilməsi anadangəlmə inkişaf anomaliyalarını, xüsusən də dölün sinir borusunun inkişaf qüsurları olması riskini azaldır. Fertil yaşda olan Fin qadınlarında folatın qida ilə qəbuluna ehiyac aşağı səviyyədədir.
  • Hamilə olmağa hazırlaşan bütün qadınlara isə hamiləliyin başlanmasından 2 ay əvvəl və balanlaşdırılımış pəhrizə əlavə olaraq gündəlik 0.4 mq fol turşusu qəbul edilməsi tövsiyə olunur.
    • Dölün orqanlarının əmələ gəlməsi zamanı kifayət olan folat səviyyəsini təmin etmək üçün Acidum folicumun erkən, hamiləliyin ilk həftələrindən başlayaraq qəbul edilməsi əsaslandırılmışdır.
  • Əvvəlki hamiləlik zamanı sinir borusu qüsuru aşkar edilmişdirsə və ya yaxın ailə üzvlərində belə hallar olmuşdursa, tövsiyə olunan gündəlik doza, əlavə olaraq 4.0 mq-a qədər artırılır.
  • Hamiləliyin 12-ci həftəsinə qədər fol turşusu əlavə olaraq verilməsi tövsiyə olunur.
  • B12 vitaminin qəbulu fol turşusunun mənimsənilməsi üçün vacibdir.
  • Aşağıdakı cədvəldə hamilə qadınlarda ən çox rast gəlinən patoloji hallar/simptomlar və belə halların müalicəsi üçün daha münasib olan dərmanlar preparatları verilmişdir. Tövsiyələr ana südü ilə qidalanma dövründə tətbiq ediləcək dərmanlara da aid edilir.
  • (Aşağıdakı) Cədvəldə hamiləlik üçün zərərli olduğu bilinən dərmanların və digər kimyəvi maddələrin siyahısı da verilmişdir.
Ən çox rast gəlinən hallar və isitfadəsi məsləhət bilinən dərman preparatları
Xəstəlik və ya patoloji hallar Hamiləlik zamanı istifadə edilməsi məsləhət bilinən preparatlar Qeydlər
Sızanaqlar (Acne vulgaris)
  1. Topik müalicə: benzoyl peroksid, klindamisin, azelain turşusu (benzoyl peroxide, clindamycin, azelaic acid)
  1. Kontraseptiv maddələrdən istifadəni dayandırmağa heç olmazsa bir ay qaldıqda, tərkibində izotretinoin (isotretinoin) olan dərmanlarıın qəbulunu kəsmək lazımdır
Allergiya halları
  1. İlk növbədə yerli olaraq istifadə edilən dərman preparatları (xromoqlisin turşusu, qlükokortikoidlər).
  2. antihistamin preparatlarından (levo)sertrizin  və ya (dez) loratidin (levo)cetirizine or (des)loratadine istifadə edilir.
  1. Tərkibində psevdoefedrin (Pseudoephedrine) olan preparatların qəbulu məsləhət deyildir. Hamiləlikdən əvvəl başlanmış  hiposensibilizasiya  müalicəsi hamiləlik dövründə də davam etdirilə bilər.
Astma

  1. Əsas vasitə olaraq inhalyasiya edilən qlükokortikoidlər və qısa müddətli təsirə malik beta2 -blokator aqonisti istifadə edilir.
  2. Əgər əvvələr uzun müddətli təsirə malik beta2-agonistləri və ya leykotrien reseptoru antaqonistləri  vasitəsi ilə yaxşı bir terapevtik nəticə alınmışdırsa, hamiləlik dövründə  də onlardan istifadəyə heç bir maneə olmamalıdır.
  3. Sistem qlükokortikoidləri (lazım olduqda).
  1. Həmiləlik dövründə astmanın adekvat müalicəsi həmçinin, dölün sağlamlığı üçün çox vacibdir.
  2. Ümumiyətlə götürüldükdə, astma müalicəsiniin eyni olan əsas prinsipləri həm hamilə və həm də hamilə olmayan qadınlara aid edilir.
  3. Sistem qlükokortikoid terapiyası:​
    • damaq və dodaq yarıqlığı olması riskini artırdığı sübut edilməmişdir. 
    • ana üçün mühüm olan terapiya hamiləliyin istənilən dövründə həyata keçirilə bilər.
Bakterial mənşəli infeksiyalar
  1. Penisilinlər, penisilin törəmələri və sefalosporinlər
  2. Nitrofurantoin (Qlükoza 6F çatışmamazlığı olduğu hallarda istifadə edilməməlidir)
  3. Klindamisin
  4. Makrolidlər (azitromisin, roksitromisin və eritromisin ilk seçimdir)
  5. Metronidazol (başlıca olaraq yerli müalicə üçün)
  1. Trimetoprim və sulfa-trimetoprim məhsullarından erkən hamiləlikdə çəkinin.
  2. Tetrasiklinlərdən çəkinmək lazımdır (risklər 2-ci və 3-cü trimestrdə ən yüksəkdir).
  3. Floroxinolonlar xüsusi hallar üzrə məhdudlaşdırılmalıdırlar (dəqiq göstərişlər olmalıdır).

 

Kron xəstəliyi, yaralı kolitlər

  1. Sulfasalazin
  2. 5 aminosalisil turşusu preparatları/ 5-ASA (5-aminosalicylic acid drugs)  (Balsalazide (Colazal, Giazo); Mesalamine (Apriso, Asacol, Delzicol, Lialda, Pentasa); Olsalazine (Dipentum);  (Azulfidine, Sulfazine).
  3. Qlükokortikoidlər
  4. Azatioprin
  1. Hamiləlik dövründə xəstəliyin remissiyada olması vacibdir. 
  2. TNF-alfa inhibitorları (infliksimab, adalimumab)-tumor necrosis factor (TNF) hamiləliyin 20-ci həftəsindən başlayaraq plasenta bariyerini aşma qabiliyyəti artır. 
  3. Əks-göstərişdir: metotreksat, mikofenol turşusu və talidomid
Lipidləri aşağı salan dərmanlar
  1. Hamiləlik və döşlə əmizdirmə dövründə istifadə edilməməlidir.
  1. Cholestyramine may be used in selected cases (ensure sufficient intake of fat-soluble vitamins)."?>
  2. HMG CoA reductase inhibitors (statins) must be discontinued at the latest when the pregnancy is confirmed.
  3. Seçilmiş hallarda xolestiramin istifadə edilə bilər (yağda həll olunan vitaminlərin kifayət qədər qəbul edilməsini təmin edin). "?>
  4. HMG CoA reduktaza inhibitorları (statinlər) ən geci hamiləlik təsdiq edildiyi zaman  dayandırılmalıdır.(3-hydroxy-3-methyl-glutaryl-coenzyme A reductase, rəsmi olaraq qısaldılır HMGCR) və ya 3-гидрокси-3-метилглютарил-кофермент А редуктазa/3 hidroksi-3-metilqlüttaril-koferment A reduktaza

 

Analgetiklər və antipiretiklər

  1. Parasetamol ilk seçimdir və bütün hamiləlik dövründə istifadəyə yararlıdır, lakin lazımsız istifadədən çəkinmək lazımdır.
  2. Qeyri- steroid iltihab əleyhinə dərmanlar: ibuprofen ilk seçimdir (bax: "Qeyd").
  1. Parasetamolun istifadəsi kriptorxidizm və ADHD (Attention deficit hyperactivity disorder)  (Синдро́м дефици́та внима́ния и гиперакти́вности) Diqqət çatışmamazlığı və hiperaktivlik  sindromu/xəstəliyi /DÇHX/ riski ilə əlaqələndirilmişdir (belə əlaqənin olması təsdiqlənməmişdir) və heyvanlar ilə aparılan testlərdə qadın cinsli nəsildə yumurtaların sayının azalması aşkar edilmişdir (insanlara təsiri məlum deyil).
  2.  Hamiləlik planlaşdıran zaman, iltihab əleyhinə qeyri-steroid dərmanlardan həddindən artıq istifadə edilməsi, fertilliyi azalda bilər.
  3. Hamiləliyin ilkin dövründə onların həddindən artıq istifadə edilməsi vaxtından əvvəl doğuş riskini artıra bilər.
  4. Hamiləliyin 28-ci həftəsindən sonra  iltihab əleyhinə qeyri-steroid dərmanlardan təkrar istifadədən çəkinmək lazımdır (arterial axarın (ductus arteriosus) vaxtından əvvəl bağlanması; dölün böyrəklərinin funksiyasına təsirin olması).
  5. Tsiklo-oksigenaza 2-İltihab əleyhinə qeyri-steroid selektiv  inhibtorları (COX-2 selective NSAIDs  : selebreks (Celebrex) and Bekstra (Bextra)  hamiləlik dövründə əks-göstərişdir.

 

Malyariyanın profilaktikası

  1. Coğrafi regionda dərman rezistentliyinin olması üzərində düşünün.
  2. Xloroxin və proquanil (Chloroquine and proguanil)
  3.   Mefloxin) Mefloquine
  4. Doksisiklinin (hamiləliyin 14 həftəsindən sonra qəbul edilməsi məsləhət deyil)
  5.  Atavakon və proquanil (Atovaquone və proguanil) 2-ci və 3-cü trimesterlərdə tətbiq edilir (.
  1. Hamiləlik zamanı malyariyaya görə endemik olan bölgələrə səyahət etməkdən çəkinmək lazımdır. 
  2. Qoruyucu geyim vacibdir 
  3. Erkən hamiləlik dövründə atovakondan istifadə ilə bağlı məhdud təcrübə var.

 

Depressiya 

  1. Serotoninin geriyə tutulmasının selektiv inhibitorları.
  2. Tritsiklik antidepressantlar
    • Klomipramin (Clomipramine) hamilləliyin erkən dövründə məsləhət deyil.
  1. Antidepressentların təyinatı dəqiq olaraq əsalandırılmalıdır - ana depresiyasını müalicə etmək vacibdir. 
  2. Yenidoğulanlarda bu dərmanlar, bəzən şiddətli simptomlara səbəb ola bilərlər. 
  3. Dərman hamiləliyin sonunda istifadə edilərsə, doğuş  pediatr ilə birlikdə xəstəxanada aparılmalıdır. 
  4. Ana südü ilə qidalanma adətən mümkündür (doksepin əks-göstərişdir).
Helmint əleyhinə preparatlar (enterobiozlar)
  1. Pyrvinium embonate (azərbaycanda qeyd edilməyib)
  2. Pyrantel (Pyrantel) istifadə edilir.
  1. Əhəmiyyətli sistem absorbiyası yoxdur
Miqren hücumları
  1. Parasetamol 
  2. Qeyri steroid iltihab əleyhinə preparatlarlər (bax_həmçinin, analgetiklər və antipiretiklər) 
  3. Parasetamol + kodein 
  4. Sumatriptan 
  1. Xüsusi / spesifik hallarda istifadə  edilməlidirlər- bu dərmanlardan içərisində daha geniş təcrübə sumatriptanın isitfadəsində əldə edilmişdir. Tutmaların qarşısı adi dərmanlarla alına bilmədikdə istifadə edilə bilərlər. 
  2. Döşlə əmizdirmə müddətində kodeinin təkrari istifadəsinə yol verilməməlidir 
  3. Ergotamin törəmələri əks-göstərişdirlər.

Miqrenin profilaktikası

  1. Tritsiklik antidepressantlar (amitriptylin, nortriptylin); beta blockatorlar (metoprolol, propranolol, bisoprolol)
 

Qıcqırma və hiperasidoz halları

  1. Antasidlər və sükralfat 
  2. H2 blokatorları: ranitidin (hamiləlik), famotidin (Döşlə ilə əmizdirmə müddəti ərzində) 
  3. Proton nasosu inhibitorları: omeprazol, ezomeprazol (lansoprazol, pantoprazol da mümkündür)
  1. Misoprostol əks-göstərişdir

 Hamiləlik öyümələri

 

  1. Prochlorperazin
  2. Meclozin
  3. Metoclopramid ( Meclozine, Metoclopramide, Prochlorperazine)
  1. Hamiləlik öyümələrinin müalicəsində qeyri-farmakoloji müalicə vasitələrinə üstünlük verilir. 
  2. Nevroloji əks-təsirlərini (məsələn, ekstrapiramidal simptomlar) minimuma endirmək üçün metoklopramidin istifadəsi ümumiyyətlə 5 günlə məhdudlaşdırılmalıdır. 
  3. Hamiləlik öyümələrində dərmana ehtiyac ümumiyyətlə daha uzunmüddətlidir və həkimin mülahizələri üzrə təyin edilir. 
  4. Ondansetronun hamiləliyin 11 həftəsindən əvvəl  istifadə edilməsi çox vacib bir səbəblə əsaslandırılmalıdır.

Fungal infections

 

 

  1. Göbələk əleyhinə yerli maddələrin tətbiqi ilkin seçim vasitələridir. 
  2. Ağız boşluğu göbələk infeksiyaları üçün nistatin təyin edilir
  1. Vaginal kandidoz ilk növbədə topikal maddələrlə müalicə olunur. Oral flukonazolun bircə dozası (150 mq), uşaq salma riskinin artması ilə əlaqələndirilmişdir. 
  2. Sistemli göbələk əleyhinə dərmanlardan təkrar istifadə, yalnız ağır olan vəziyyətlər üçün məhdudlaşdırılmalıdır.
 Qoturluq, baş bitləri
  1.  Perimetrin
  1. Cüsi sistem absorbiyası

Yuxususzluq

  1. Əsasən qeyri-farmakoloji müalicə 
  2. Oxazepam ilk seçim  kimi qəbul edilən benzodiazepindir 
  3. Qısa fəaliyyət göstərən hipnotiklər (zopiklon, zolpidem) yalnız zəruri olduqda  təyin edilir 
  4. Melatonin yalnız qısamüddətli istifadə üçün yararlıdır
  1. Trankvilizatorlardan və ya hipnotiklərdən təkrar istifadə edilməməlidir. 
  2. Hamiləliyin son mərhələrində onlardan müntəzəm istifadə yeni doğulmuş uşaqda dərmanla əlaqəli simptomlara səbəb ola bilər.

Hipertenziya

  1. Labetalol (bisoprolol, propranolol, metoprolol) 
  2. Kalsium kanalı blokatorları (nifedipin, verapamil)- əgər mümkündürsə, yalnız 2-ci trimestrdən sonra .
  1. Renin-angiotensin sisteminə təsir göstərən dərmanlar əks-göstərişdirlər; dərman hamiləlik planlaşdırıldığı zaman və ən geci hamiləlik təsdiq edildiyi zaman dayandırılmalıdır.
     
 Hamiləlik və döşlə əmizdirmə vaxtı dərman təyin etdikdə, yerrli məlumat mərkəzindən məsləhət almağı unutmayın
  1. Sızanaq və psoriaz müalicəsində  istifadə edilən A vitamini törəmələri: izotretinoin, asitretin, alitretinoin, tretinoin (isotretinoin, acitretin, alitretinoin, tretinoin)

  1. Bu dərmanların erkən hamiləlik vaxtı istifadəsi ciddi qüsurların olması riskini yaradır (xüsusən  ürək- damar sistemi, MSS qüsurlarının olması riski) (25%) 
  2. İnkişaf gecikməsi ol bilər
  1. Bu dərmanların istifadəsində məhdudiyyət və nəzarət olmalıdır; 
  2. Bu dərmanları istifadə etməyə başlamazdan əvvəl, etibarlı olan kontrasepsiya üsuluna keçmək lazımdır.
  3. Əminliklə aparılan kontrasepsiyanı dayandırmazdan əvvəl bu dərmanların qəbuluna fasilə vermək lazımdır: 
    • Kontresepsiyanın dayandırılmasından 1 ay əvvəl  izotretinoin, alitretinoin, tretinoin (isotretinoin, alitretinoin, tretinoin) qəbulna ara verilir
    • Asitretin (acitretin)  üçün bu fasilə 3 ildir.
  1. Androgenlər, androgenik olan progestonlar
  1. Qadın cinsli döldə maskulinizasiya əlamətləri baş verir
  1. Hamiləliyin 10-cu həftəsindən başlayaraq riskin olması təhlükəsi var.
 Epilepsiya əleyhinə olan dərmanlar
  1. Valproate (valproic acid) 
  2. Valproat (valproat turşusu)
  1. Ciddi əhəmiyyətli qüsurların yaranması riski  (10–24%) "fon riski" ilə müqayisədə 3 - 8 dəfə artır (3%): Sinir borusunun qüsurlarının mütləq riski 1-2%
    • Damaq və dodaq yarıqları, ürək və urogenital qüsurlar;
    • İnkişaf gecikməsi;
    • Valproat üçün, "fon riski" (3%) ilə müqayisədə malformasiya riski 3-6 faiz (15%) təşkil edir.
  2. Fenitoin Distal falanqanın hipoplaziyası, ola bilər ki, damaq və dodaq yarığı, ürək-damar  çatışmamazlığı
  3. Yeni antiepileptik dərmanlarla məhdud təcrübə məhdudur
  4.  Topiramate: qüsurların yaranması riskinin artması (cdamaq və dodaq qüsurları)
  5. Risk of significant malformation is 3- to 8-fold (10–24%) compared to "background risk" (3%)
    • The absolute risk of neural tube defects 1–2%
    • Cheilopalatoschisis, cardiac and urogenital malformations
    • Developmental delay
    • For valproate, the risk of malformation is 3- to 6-fold (5–15%) compared to "background risk" (3%)"?>
  6. Phenytoin Hypoplasia of distal phalanges, possibly cheilopalatoschisis, cardiac malformations
  7. Limited experience with new antiepileptic medication
  8. Topiramate: possible increased risk of malformations (cheilopalatoschisis)"?>
  1. Valpatdan istifadə əsaslandırılmalıdır;  əks hallarda əks-göstərişdir;
  2. Hamiləliyi planlaşdırarkən qəbul edilən dərmanlar yenidən nəzərdən keçirilməlidir; 
  3. Epilepsiya əleyinə verilən dərmanların gündəlik dozası bir neçə hissəyə bölünərək qəbul edilməsi (məsləhətdir); 
  4. Dölün zədələnməsinə aid hansı bir irsi həssaslığın olmasının qiymətləndirilməsi; 
  5. Artıq hamiləliyin planlaşdırılması zamanı 1 mq fol turşusu əlavəsinə başlanılır və onun qəbulu hamiləliyin 12-ci həftəsinə qədər davam etdirilr; 
  6. Hamiləliyin 18-21-ci həftələrində struktur ultrasəs müayinəsi aparılır.
  7. Use of valproate contraindicated without compelling reason
  8. Revision of medication when planning pregnancy
  9. Division of the daily antiepileptic dose into several doses
  10. Assessment of any hereditary susceptibility to foetal damage
  11. Start folic acid supplementation 1 mg when planning pregnancy already and continue until week 12 of pregnancy
  12. Structural ultrasound examination at week 18–21 of pregnancy

Carbamazepine

Karbmezapin

  1. Risk of significant malformation is about 2-fold (6%) compared to "background risk" (3%)
  2. The absolute risk of neural tube defects is 0.5%.
  3. Əhəmiyyət kəsb edən qüsur riskinin olması "fon riski" (3%) ilə müqayisədə 2 qat (6%) çoxdur.
  4. Sinir borusu qüsurlarının mütləq riski 0,5% -dir.
  1. Use must be based on a serious indication.
  2. Revision of medication when planning pregnancy
  3. Division of the daily antiepileptic dose into several doses
  4. Start folic acid supplementation 1 mg when planning pregnancy already and continue until week 12 of pregnancy.
  5. Structural ultrasound examination at week 18–21 of pregnancy
  6. İstifadəsi ciddi bir göstəriş olmasına əsaslanmalıdır; 
  7. Hamiləliyi planlaşdırarkən istifadə olunana dərmanlara yenidən baxılması lazımdır;
  8. Gündəlik verilən dozanın bir neçə hissəyə bölünməsi məsləhətdir; 
  9. Artıq hamiləliyin planlaşdırılması zamanı əlavə 1 mq fol turşusu qəbuluna başlanılır və hamiləliyin 12-ci həftəsinə qədər davam etdirilir.
  10. Hamiləliyin 18-21-ci həftələrində struktur ultrasəs müayinəsi aparılır.

Phenytoin

Fenitoin

  1. Risk of significant malformation is about 2-fold (6%) compared to "background risk" (3%).
  2. Hypoplasia of distal phalanges, possibly cheilopalatoschisis, cardiac malformations
  3. Əhəmiyyət kəsb edən qüsurlurların olması (6%) riski "fon riski" (3%) ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
  4. Distal falanqanın hipoplaziyası, bəlkə də damaq -dodaq yarıqları, ürək-damar çatışmamazlığı.
  1. İstifadəsi ciddi bir göstərişə əsaslanmalıdır; 
  2. Hamiləliyi planlaşdırarkən dərman qəbuluna yenidən baxılması lazımdır; 
  3. Gündəlik antiepileptik dozanın bir neçə dozaya bölünməsi; 
  4. Artıq hamiləliyin planlaşdırılması zamanı 1 mq fol turşusu əlavəsinə başlayın və hamiləliyin 12-ci həftəsinə qədər davam etdirin;
  5. Hamiləliyin 18-21-ci həftələrində struktur ultrasəs müayinəsi aparılmalıdır.

Topiramate

Topiramit

  1. Possible increased risk of malformations (cheilopalatoschisis) 
  2. Qüsurların riskinin artması ehtimal edilir
  1. İstifadəsi ciddi bir göstərişə əsaslanmalıdır; 
  2. Hamiləliyi planlaşdırarkən dərman qəbuluna yenidən baxılmasıl azımdır; 
  3. Gündəlik antiepileptik dozanın bir neçə dozaya bölünməsi; 
  4. Artıq hamiləliyin planlaşdırılması zamanı 1 mq fol turşusu əlavəsinə başlayın və hamiləliyin 12-ci həftəsinə qədər davam etdirin; 
  5. Hamiləliyin 18-21-ci həftələrində struktur ultrasəs müayinəsi aparılmalıdır.
  1.  Ergotamin (Ergotamine)
  1. Uşaq salınması və dölün ölməsi
  1. Hamiləliyin hər bir mərhələsində zərərlidir
Digərləri
  1. Etanol
  1. Uşaq salma, qüsurların olmasl, böyümdə və inkişafda geridə qalma.
  1. Hamiləliyin bütün dövlərində zərərlidir.
  1. Flükonazol
  1. Ehtimal olunan risklər: skletin inkişaf qüsurları,damaq və dodaq yarıqları, ürək-damar sistemi qüsurları (sistemli mukozların müalicəsi üçün istifadə edilən yüksək doaznın tətbiqi zamanı)
  1. Vaginal kandidozun (150 mq) müalicəsi üçün verilən tək bircə doza belə uşaq salma rskini artıra bilər. 

 

  1. Gansiklovir, valgansiklovir (Ganciclovir, valganciclovir)
  1. Genotoksik potensiala malikdirlər; 
  2. Heyvanlar üzərində aparılan təcrübələrdə açıq şəkildə teratogenlik yaratdığı bildirilmişdir.

  1. (Qəbuluna başlamazdan əvvəl) etibarlı olan kontraseptiv tədbirlər görülməlidir.
    • Kişilər: Hamiləliyə cəhd edilməsindən 3 ay əvvəl dərmanın qəbulana fasilə vermək  müddəti tövsiyə olunur.
  1. Narkotik preparatlar
  1. Qüsurlar, vaxtından əvvəl döğuşların olması,qanaxmalar, infeksiyalaşmalar, körpələrdə dərman qəbulunun dayandırılması sindromu ola bilər.
  1. Hamiləliyin bütün dövlərində zərərlidir.

 

  1. Leflunomid (Leflunomide)
  1. Heyvanlar üzərində aparılan təcrübələrdə  teratogenlik yaratdığı bildirilmişdir.

  1. Etibarlı olan kontrasepsiyanın dayandırılmasından 2 il əvvəl dərman qəbuluna son qoyulur (iki illik fasilədən sonra kontrasepsiya dayandırıla bilər.
  2. Orqanizmdən çıxarılmasının sürətləndirilməsi  xolestiramin  (cholestyramine)və ya tibbi aktivləşdirilmiş kömür vasitəsi ilə edilə bilər.
  1. Lenaalidomid (Lenalidomide)
  1. Tolidamid analoqudur
  2. Heyvanlar üzərində aparılan təcrübələrdə  teratogenlik yaratdığı bildirilmişdir.
  1.  Məhdudiyyətlər və ehtiyat tədbirləri talidomid olduğu kimidir
  1.  Litium (Lithium) 

 

  1. Az dərəcədə ürək inkişafı qüsurunun olması riskinin  (Ebstein anomaliyası riski <0,1%)
  1. Hamiləlik dövründə istifadəsi aydın göstəriş olduqda məsləhət bilinir; 
  2. Dərman qəbul edilirsə, hamiləliyin təxminən 20-ci həftəsində dölün ürəyinin ultrasəs müayinəsi edilməlidir.
  3. Dərman konsentrasiyası nəzarət altında saxlanılmalıdır.
  1. Metimazol, Karbimazol (Methimazole, carbimazole)
  1. Metimazol embriyopatiyası: burun dəliyinin olmaması, qida borusun atreziyası, danadangəlmə dəri aplaziyası (dərinin tam və ya ocaqlı olaraq etməməsi)
  1. Risklərin olması çox aşağı dərəcədədir
  2. Hipertiroidizmin optimal müalicəsi vacibdir.
  1.  Metotraksat (Methotrexate)

  1. Folat antaqonistidir
  2. Döl salma,  bir neçə orqanların inkişaf pozğunluğu (MSS, kəllə sümüklərinin və digər sümüklərin, ürəyin) 
  3. Aşağı dozalı terapiya ilə əlaqəli risk "fon riski" ilə müqayisədə təxminən 2 qat  çoxdur (mütləq risk 6-7% kimi qəbul edilir). 
  1. Hamiləlik zamanı əks-göstərişdir.
  2. Dərman qəbulunun dayandırılması dövrüi: yalnız bir doza qəbulundan sonra hər hansı xüsusi bir dayandırılma dövrünün tətbiqinə dair dəqiq bir əsas yoxdur; xroniki xəstəliklərin müalicəsi üçün tətbiq edilən təkrari dozaların qəbulundan sonra və hamiləliyin başlanmasına 3 ay qalmış fasilə tələb edilir; fol turşusunun qəbulu profilaktika üçün vacibdir.
    • Kişilər:
      • Aşağı dozalı müalicədən sonra  3-6 aylıq fasilə (mütləq deyil) lazımdır.
      • Risk nəzəridir, təsdiqlənməmişdir.
      • Xərçəngin müalicəsində istifadə olunan dərmanların dozaları üçün:  Bax_Sitotoksik dərmanlar.
      • Həmçinin, fol turşusunun profilaktik olaraq qəbulu kişilər üçün vacibdir.
  1. Misoprostol (for gastric ulcer, also used for medical abortion)
  2. Misoprostol (mədə xorası üçün, tibbi abort üçün də istifadə olunur)
  1. Uşaq salma
  2. Əzələlərin inkişaf qüsurları, ankiloz, kəllə sinirləri nüvəsinin zədələnməsi (Möbius sindromu).

  1. Diqqət: mədə simptomlarının qarşısını almaq üçün tərkibində misoprostol olan qeyri-stereoid iltihab əleyhinə preparatlar mövcuddur.
  2. Başlanmış tibbi abort başa çatdırılmalıdır.
  1. Mycophenolic acid
  2. Mikofenol turşusu
  1. Əhəmiyyətli  dərəcədə olan inkişaf qüsurlarının yaranması riski təxminən 20-25% təşkil edir.
  2. Uşaq salma riski 40% -dir.
  3. Qulaq nahiyəsində, gözlərdə və ürək damar sisteminində inkişaf qüsurunun mümkünlüyü və damaq-dodaq yarığı olması riski.

  1. Müalicə zamanı və dərmanı qəbulu dayandırıldıqdan 6 həftə sonra etibarlı kontrasepsiya tədbirləri görülməlidir.
  2. Kişilər müalicə zamanı və ondan 3 ay sonra kondomdan istifadə etməlidirlər; Qadınlar, həmçinin etibarlı olan kontrasepsiya metodundan istifadə etməlidirlər. Kişlər tərəfindən olan risk nəzəridir, təsdiq edilməmişdir.
  1. Opoidlər (Opioids)
     
  1. Bəzi tədqiqatlarda opoidlərin qəbulunun ürək qüsurları ilə əlaqəli olduğu göstərilmişdir, lakin bu əlaqə təsdiq edilməmiş qalır.
  2. Yeni doğulmuş körpələrdə dərman qəbulunun dayandırılması sindromu (ola bilər)
  1. Körpələrdə dərman qəbulunun dayandırılması sindromu doğuşdan sonrakı bir neçə gün/həftə ərzində ola bilər.
  1. Renin-angiotenzin sisteminə təsir edən dərman vasitələri (ACE inhibitorları, angiotenzinkonvertasiya edən enzim  və angiotenzin reseptorları blokatorı (ACE/ AKE inhibitorları ARB/ATR blokatorlar)
  1. Qüsurların olması riski təsdiq edilməmişdir.
  2. dölün böyrəklərinin zədələnməsi 
  1. Risklər 2-ci və 3-cü trimesterlərə aiddirlər
  2. Hamiləliyin planlaşdırılması zamanı və ya hamiləliyin təsdiq edildiyi vaxtdan gec olmayaraq dərman dəyişdirilməlidir.
  1. Ribavirin
  1. Heyvanlar üzərində qoyulan təcrübələrdə bu maddənin teratogenliyi aydın şəkildə sübut edilmişdir.
  1. Dərman qəbulundan 4 ay sonra etibarlı olan kontrasepsiya üsulundan istifadə dayandırılır;
  2. İstehsalçı kişi xəstələrə dərman qəbulundan sonra ən azı 7 ay fasilə olmasını tövsiyə edir. Risk nəzəridir, təsdiq edilməmişdirr.
  1. Cytotoxic drugs
  2. Sitotoksik dərmanlar
  1. İnkişaf qüsurları, uşaq salma, inkişafda geri qalmaMalformations, miscarriage, delayed growth
  1. Qadınlar:
    • Dərman qəbulunun dayandırılması və hamiləliyin başlaması arasında fasilə tələb olunur.
    • Fasilənin uzunluğu dərmanın farmakokinetikasına və əsas xəstəliyə bağlıdır.
    • Hamiləlik tarixinin dəqiq göstərildiyi təqdirdə, onun 16-cı həftəsindən etibarən sitotoksik müalicə mümkündür.
  2.  Kişilər:
    • Xərçəng müalicəsi zamanı ən az 1,5 il fasilə edilməsi tövsiyə olunur.
    • Aşağı dozalı müalicədən sonra 3-6 aylıq və ya daha çox müddətli bir fasilə olması mümkündür.
    • Atanın sitotoksik müalicəsi ilə əlaqədar fasilədən sonra başlayan əldə edilən məhdud təcrübə, hamiləlik zamanı yaranan ciddi bir riskin olduğunu göstərməmişdir.
  1. Serotoninin geriya tutulmasının selektiv inhibitorları
  1. İnkişaf qüsurları yaranması tezliyinin ümumi göstəricilərinə təsir göstərmirlər
  2. Hamiləlik zamanı ürək qüsurlarının olmasına daha çox rast gəlinir: fluoksetin (ventrikulyar arakəsmə qüsurlarının olması) və paroksetin istifadə edənlərdə (sağ mədəcik axarının obstuktsiyası/ qüsurları) qeyd edilir.
  3. Yenidoğulmuşlarda adaptasiya problemləri (tənəffüs pozğunluğuı, tonusun artması).
  4. Bu tip preparatları qəbul edən anaların doğduqları körpələrdə ağciyər hipertenziyası (3: 1000); qəbul etməyənlərdə daha az müşahidə edilir (1-2: 1000).
  1. Ürək çatışmamazlığı riskinin mütləq artımı kiçikdir (<1%) və dərmanların tətbiqi ilə heç bir səbəb bağlığının olması təsdiq edilməmişdir.
  2. Əgər ana üçün dərmanın qəbulu vacibdirsə, hamiləliyin axırlarına yaxın onu dayandırmamamlıdır.
  3. Yenidoğulmuş körpələr ən azı 2 gün ərzində qədər nəzarət altında olmalıdırlar.
  1. Thalidomide
  2. Talidomid
  1. Ağır inkişaf pozğunluğu riski> 50%
  2. Uşaq salma riski 40-50%
  3. Çoxsaylı orqan qüsurları: əzələlərin qismən və ya tam simmetrik olmaması, göz və qulaq anomaliyaları, böyrək və sidik yollarının anomaliyaları; erkən hamiləlikdə qəbulu uşaq salma təhlükəsi (40%) və ağır inkişaf qüsurları riski (25% -50%) yaradır.
  1. Yeni göstərişlər (cüzam, autoimmun xəstəliklər, xərçəng metastazı, QİÇS ilə bağlı ikincili simptomlar)
  2. Dərmanın istifadəsinə yaxından nəzarət etmək lazımdır.
  3. Etibarlı kontrasepsiya lazımdır.
  4. Kişilərdə talidomid sperma ilə xaric olunur; istehsalçı kondomlardan istifadəni tövsiyə edir.

 

  1. Tetrasiklinlər (Tetracyclines)
  1. Süd dişlərinin emalını zədələyirlər, skletdə toplanmaq qabiliyyətinə malikdirlər.
  1. Hamiləlik zamanı təyin edilməməlidirlər.
  2. Süd dişlərinin emalının zədələnməsi (hamiləliyin 16-cı həftəsindən başlayaraq.

 

  1. Trimetoprim (Trimethoprim)
  1. Folat antoqonistidir
  1. Həmiləyin 3-cü trimesterində qəbulu məsləhət görülümür.

 

  1. İltihab əleyhinə qeyri- steroid  preparatlar (NSAIDs)
  1. Dərman qəbulu zamanı fertillik üçün mümkün ola bilən mənfi təsir və uşaq salma riskinin artması.
  2. Hamiləliyin 28-ci həftəsindən başlayaraq qan dövranı sisteminə (arterial axarın/ və yaxud ductus arteriosusin/ vaxtından əvvəl bağlanması) və dölün böyrək funksiyasına mənfi təsir göstərir.
  1. Uşaqlıq boruları follikularının partlaması və embrionun uşaqlıqda implantasiyası prostaglandin sintezindən asılı hadisələrdir.
  2. Hamiləliyin 28-ci həftəsindən etibarən onların təkrari və ya müntəzəm istifadəsindən çəkinmək lazımdır.
  3. Mənfi təsirlər AST analgeziyaedici dozaları ilə əlaqələndirilir; aşağı dozalı AST ilə əlaqədar xüsusi risklər yoxdur. "?>
  4. COX-2 (Cyclooxygenase-2-) Tsiklooksigenaza-2 inhibitorları hamiləlik dövründə istifadə edilməməlidir.
Asetilsalisil turşusu (Acetylsalicylic acid) (ASA), 
 
  1.  Asetilsalisil turşusu (AST), analgeziya dozaları: yuxarıda göstərilənlərə əlavə olaraq, peripartal qanaxma riski (ana və uşaq üçün) əmələ gətirir.
  1.   AST- nin aşağı dozasının qəbuluna dair rsiklər olduğu məlum deyil

 

  1. Varfarin (Warfarin)

 

  1. Sümük və qığırdağın qeyri-normal inkişafı, döl qanaxmaları

 

  1. Dərman hamiləliyin 6-cı həftəsinin başlanğıcından (dölün inkişafının 4-cü həftəsindən) gec olmayaraq dəyişdirilməlidir.

Related resources

Pitsios C, Demoly P, Bilò MB et al. Clinical contraindications to allergen immunotherapy: an EAACI position paper. Allergy 2015;70(8):897-909. Götestam Skorpen C, Hoeltzenbein M, Tincani A et al. The EULAR points to consider for use of antirheumatic drugs before pregnancy, and during pregnancy and lactation. Ann Rheum Dis 2016;75(5):795-810. Nguyen GC, Seow CH, Maxwell C et al. The Toronto Consensus Statements for the Management of Inflammatory Bowel Disease in Pregnancy. Gastroenterology 2016;150(3):734-757.e1. Furu K, Kieler H, Haglund B et al. Selective serotonin reuptake inhibitors and venlafaxine in early pregnancy and risk of birth defects: population based cohort study and sibling design. BMJ 2015;350():h1798. Amundsen S, Nordeng H, Nezvalová-Henriksen K et al. Pharmacological treatment of migraine during pregnancy and breastfeeding. Nat Rev Neurol 2015;11(4):209-19. EMA Press release: European Medicines Agency recommends changes to the use of metoclopramide. Julkaistu 26.07.2013 (http://www.ema.europa.eu/ema/)

Mølgaard-Nielsen D, Svanström H, Melbye M et al. Association Between Use of Oral Fluconazole During Pregnancy and Risk of Spontaneous Abortion and Stillbirth. JAMA 2016;315(1):58-67. Meador KJ, Loring DW. Developmental effects of antiepileptic drugs and the need for improved regulations. Neurology 2016;86(3):297-306. EMA Press release: CMDh agrees to strengthen warnings on the use of valproate medicines in women and girls. Julkaistu 21.11.2014 (http://www.ema.europa.eu/ema/)

Weber-Schoendorfer C, Chambers C, Wacker E et al. Pregnancy outcome after methotrexate treatment for rheumatic disease prior to or during early pregnancy: a prospective multicenter cohort study. Arthritis Rheumatol 2014;66(5):1101-10. .EMA press release: EMA recommends additional measures to prevent use of mycophenolate in pregnancy. Julkaistu 23.10.2015 (http://www.ema.europa.eu/ema/)

Larsen ER, Damkier P, Pedersen LH et al. Use of psychotropic drugs during pregnancy and breast-feeding. Acta Psychiatr Scand Suppl 2015;(445):1-28. Kieler H, Artama M, Engeland A et al. Selective serotonin reuptake inhibitors during pregnancy and risk of persistent pulmonary hypertension in the newborn: population based cohort study from the five Nordic countries. BMJ 2012;344():d8012.