Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Genital Mikoplazma infeksiyası

Mündəricat

Genital Mikoplazma infeksiyası

EBM Klinik protokolları
26.05.2017 • Sonuncu dəyişiklik 26.05.2017
EijaHiltunen-Back

Əsas məqamlar 

  • Cinsi yolla keçir.
  • Mycoplasma genitalium  bakteriyası uzun müddətdir ki, məlumdur, lakin, onun patogen kimi əhəmiyyəti  son illər ərzində təsdiqlənmişdir.
  • Qeyri müəyyən simptomlara malik uretrit və servisitlərin differensial diaqnostikasında xlamidiya və qonorreya istisna olunduqdan sonra nəzərdə tutulmalıdır.
  •  Skandinaviya ölkələrində Zöhrəvi Klinikalara müraciət edən  pasientlərin təqribən 5%-də təsadüf olunur. 

Etiologiyası və klinik şəkli 

  • Mycoplasma genitalium məlum olan bakteriyaların arasında ən kiçiyidir  
  • Klinik şəkli xlamidiya infeksiyasını xatırladır. 
  • Asimptomatik infeksiyalaı çox təsadüf olunur. 
  • Mikoplazma  kişilərdə uretrit, qadınlarda servisit törədir, həmçinin, çanaq orqanlarının iltihabi xəstəliklərinə səbəb ola bilər. 

Diaqnostikası 

  • Nuklein turşusunun selikli qişada, yaxud ilkin sidikdə təyini. 
  • Nümunənin xlamidiya və qonokokk infeksiyasının mənfi olduğu sübut olunduqdan sonra  götürülməsi tövsiyyə olunur.
    • xüsusilə naməlum uretriti olan kişilərdə (uretral ifrazat, sidik ifrazı zamanı göynəmə)
    • Qarnın aşağı hssəsində ağrı, leykorreyanın artması və sidik ifrazı zamanı göynəmə olan qadınlarda.
    • Əgər daimi cinsi tərəfdaşda   Mycoplasma genitalium infeksiyası diaqnozu qoyulubsa.
  • Birinci dərəcəli müalicə kimi azitromisinin birdəfəlik dozası  1q-dır   (ştammların10%-i rezistentdir.) Əgər azitromisinlə müalicə uğursuz olarsa, moksifloksasin 400 mq gündə bir dəfə 7 gün ərzində.  

Müalicə 

  • İlkin dərəcəli müalicə  azitromisindir, ilk gün 500 mq,və 250 mq gündəlik olaraq 2-5 günlərdə.
    • Makrolidlərə rezistent ştammlar artmaqdadır. 
    • Azitromisinin effektivliliyi  85–95%-dir.
    • Əgər ştammların azitromisinə rezistent olduğuna şübhə olarsa, mikrobəleyhinə həssasləq testi aparılmalıdır.
  • Əgər azitromisin müalicəsi uğursuz olarsa, moksifloksasin 400 mq gündə bir dəfə 7 gün ərzində 
  • Müalicənin uğurlu olmasının təminatı üçün müalicə bitəndən 4 həftə sonra nümunənin müşahidəsi tövsiyyə olunur.
  • Daimi cinsi tərəfdaş müayinə olunmalı və  pasientlə eyni zamanda müalicə edilməlidir. 
  • Müşahidələr zamanı nümunə mənfi olana qədər qorunmamış cinsi əlaqədən qaçılmalıdır.

Moi H, Reinton N, Moghaddam A. Mycoplasma genitalium in women with lower genital tract inflammation. Sex Transm Infect 2009;85(1):10-4. Moi H, Reinton N, Moghaddam A. Mycoplasma genitalium is associated with symptomatic and asymptomatic non-gonococcal urethritis in men. Sex Transm Infect 2009;85(1):15-8. "?>Taylor-Robinson D, Jensen JS. Mycoplasma genitalium: from Chrysalis to multicolored butterfly. Clin Microbiol Rev 2011;24(3):498-514. Lis R, Rowhani-Rahbar A, Manhart LE. Mycoplasma genitalium infection and female reproductive tract disease: a meta-analysis. Clin Infect Dis 2015;61(3):418-26. Salado-Rasmussen K, Jensen JS. Mycoplasma genitalium testing pattern and macrolide resistance: a Danish nationwide retrospective survey. Clin Infect Dis 2014;59(1):24-30.