Severe infections of the skin and soft tissues
EBM Klinik protokolları
23.07.2018 • Sonuncu dəyişiklik 26.05.2017
JanneLaine
JanneMikkola
Əsas müddəalar
- Klinik diaqnoz dərhal qoyulmalıdır.
- Zəruri hallarda, infeksiyalaşmış toxuma cərrahi yolla kəsilib atılmalıdır.
- Bir çox hallarda müalicənin intensiv terapiya şöbəsində aparılması tələb olunur.
- İnfeksion agentin təyin edilməsi üçün toxuma nümunəsi və qan nümunəsi alınır, müayinə edilir.
İnfeksiyanın növləri
Fleqmona
- Kəskin dəri infeksiyasıdır, qızılyel infeksiyasına nisbətən dərialtı piy toxumasına daha dərin işləyir. Lakin qızılyel və fleqmona arasında fərqi aydın olaraq təyin etmək çətindir.
- Adətən ətraflarda müşahidə edilir, ancaq bədənin hər hansı digər bir hissəsində də rast gəlinə bilər.
- Ciddi fəsadları olduğuna görə orbital fleqmonanın tanınması vacibdir (şəkil).
Nekrozlaşdırıcı fassitlər
- Dəri və ya yumşaq toxumaların nekrozu ilə yanaşı gedən və həyat üçün təhlükəli olan infeksiyadır.
- Nadir hallarda təsadüf edilir (məsələn, ABŞ-da 4/100 000)
- İnfeksiya sürətlə yayılır.
- Erkən tanınması vacibdir, çünki belə olduqda, zəruri toxuma rezeksiyalarının həcmi məhdudlaşdırıla bilər.
- Furnye qanqrenası, perianal bölgədə inkişaf edən nekrotik fassitin xüsusi bir formasıdır.
Qazlı qanqrena
- Qazlı qanqrena, torpaqda və bağırsaq florasında rast gəlinən ümumi klostridiya növlərindən qaynaqlanır.
Etiologiyası
- Fleqmona və nekrotik fassitdə ən çox rast gəlinən səbəbkar agent Streptococcus pyogenes və ya Staphylococcus aureusdur, lakin digər mikroblara da rast gəlinir. Nekrotik fassitə miks / qarışıq / infeksiya da səbəb ola bilər.
- Nekrotik fassit, dərinin kiçik bir zədələnməsindən qaynaqlana bilər. İnfeksiyaya meyilliliyi əsas xəstəliklər (xüsusilə şəkərli diabet) və ya venadaxili dərmanların düzgün olmayan yeridilməsi yarada bilər. Ancaq çox vaxt, arxa planda dəri zədəsi və ya risk faktorları olmur.
Əlamətləri və simptomları
- Leykositoz, C-reaktiv zülal konsentrasiyasının artması, hərarət.
- Septik şok (hərarət, ishal, səpmə və aşağı qan təzyiqi; bax), bu hall febril "qastroenterit" ilə səhv salınmamalıdır. Septik şokda hərarət olmaya da bilər.
- Fleqmona əlamətlərinə ağrı ilə yanaşı dəridə qızartı və hərarətinin olması daxildir. Klinik mənzərə, qızılyeldə olana bənzəyir, ancaq qızartı olan dəri nahiyəsi, qızılyellə müqayisədə daha çətin təyin edilən sərhədlərə malikdir.
- Nekrotik fassitin simptomlarına tezliklə başlayan ödem, qızartı və çox güclü ağrının olması daxildir. Klinik mənzərə əksər hallarda septik əlamətlərə malikdir.
- dəridə suluqlar əmələ gələ bilər və dərinin rəngi qırmızı - çəhrayi olana qədər dəyişə bilər. Dəri təzahürləri çox yüngül da ola bilər ki, bu isə yanlış diaqnoz qoyulmasına gətirib çıxarır. Dərialtı toxuma qanqrenoz hal alır.
- Septik ağırlaşmaların əlamətləri əksər hallarda ilkin qan analizlərində görünür: kreatinin və aminotransferaza konsentrasiyalarının artması, trombositopeniya və əksər hallarda kreatin-kinaza (KK) toxuma nekrozu səbəbindən artır.
- Qazlı qanqrenada, nekrotik yaranın ödemi təyin edilir və palpasiya etdikdə krepitasiya eşidilir.
- şiş tez bir zamanda (saatlar ərzində) yayılır.
- Toxuma nümunəsinin rənglənməsi zamanı qram - müsbət və ya böyük ölçülü qram - müsbət çöplər ola bilər. Anaerob floranın olmasını təyin etmək üçün əkmə nümunəsi göndərilməlidir (Stuartın nəqliyyat mühitində və ya digər uyğun olan anaerob qabda nəql olunan toxuma tamponları).
Müalicəsi
- Nekrotik fassitin və qazlı qanqrenanın müalicəsi cərrahi işlənmə yolu il təcili olaraq həyata keçirilir. Bütün yoluxmuş toxumalar və onların dəri örtüyü çıxarılmalıdır.
- Mikrob əleyhinə müalicə venadaxili olaraq başlanılır.
- Yüngül simptomları olan fleqmona penisillinlə müalicə oluna bilər, lakin müalicəyə reaksiya sürətlənməzsə, sefuroksim, klindamisin və ya anti-stafilokok penisillin təyin edilir.
- Nekrotik fassit tərkibində beta-laktam olan dərmanların (penisillin və beta-laktam quruluşa malik digər mikrob əleyhinə dərmanlar) və klindamisin birgə təyini ilə müalicə olunur.
- Qazlı qanqrenanın müalicəsi üçün piperacillin və tazobaktam birlikdə təyin edilir və ya klindamisin ilə birləşdirilə bilən bir karbapenemdən istifadə olunur.
- Furnye qanqrenası karbapenem qrupuna aid antimikrob maddələrlə müalicə olunur.
- Hiperbarik oksigenasiya ehtimal ki, cərrahi işləmə və antimikrob dərmanların tətbiqi ilə birlikdə qazlı qanqrenanın müalicəsində faydalıdır. Bununla birlikdə, xəstənin hiperbarik oksigen terapiyası şöbəsinə təxliyəsi radikal əməliyyat aparılmasını bir saatdan çox gecikdirməməlidir.
Pofilaktikası
- Dəri zədələnmələrinin düzgün müalicə edilməsi
Əlaqədar resurslar
- Digər internet resursları
- Ədəbiyyat