Körpələrdə qastrik reflyuks
EBM Klinik protokolları
03.03.2017 • Sonuncu dəyişiklik 03.03.2017
LauraMerras-Salmio
Əsasları
- Bəzi qida requrqitasiyası (mədə möhtəviyyatının udlaq və ya ağıza qədər geri qayıtması) 3 ayına çatmış körpələrin yarısında gün ərzində 5 dəfədən çox olaraq meydana gəlir.
- Bu, normal fizioloji proses olaraq qəbul edilir və adətən 12-18 aydan sonra müşahidə edilmir.
- Fizioloji reflyuks zamanı, hətta təkrar olduğu halda belə narahat olmağa əsas verən əlamətlərin olmadığı təqdirdə müalicə tələb edilmir.
- Pilorik stenoz, pediatrik qastro-ezofaqal reflyuks xəstəliyi (QERX) və sistem xəstəliklərinin qusmanın səbəbi olub-olmaması mütləq araşdırılmalıdır.
- Əgər requrqitasiya aşağı bədən çəkisi və ya bədən çəkisinin artmasındakı problemlərlə və ya digər ümumi simptomlarla müşayiət edilərsə, uşağın pediatr müayinəsi üçün göndərilməsi göstərişdir .
Xoşxassəli reflyuks
- Etiologiyası
- Körpə reflyuksunun əsas səbəbi, udmadan asılı olmayaraq, aşağı ezofaqal sfinkterin, mədə tərkibinin ezofaqusa retroqrad axını ilə nəticələnən müvəqqəti bir relaksasiyası hesab edilir.
- İntra-abdominal təzyiqin qəfil yüksəlməsi şiddətli ağlama nəticəsində və ya uşağın qucaqda tutulma qaydasına riayyət etmədikdə meydana gələ bilər və mədə möhtəviyyatının ezofaqusa geri qayıtmasına səbəb ola bilər.
- Simptomları
- Yüngül reflyuks zamanı somatik xəstəlikləri ehtimal etməyə əsas verən simptomlar müşahidə edilmir.
- Uşağın böyüməsi və inkişafı prosesinə heç bir təsiri müşahidə edilmir.
- Müalicəsi
- Valideynlər vəziyyətin xoşxassəli olması və yaxşı proqnozu barəsində məlumatlandırılmalıdır; təkrari müayinənin təyin edilməsi tövsiyə edilir.
- Çarpayının baş tərəfi yuxarı qaldırılmalıdır.
- Yemək yedikdən sonra uşaq mümkün qədər az qucağa götürülməlidir (lakin effektiv gəyirmə vacibdir)
- Ana südünə əlavə qidanın müvafiq məhsullarla qatılaşdırmaq.
- Bərk qidaların (erkən) qəbulunun başlanması/artırılması
- Tez-tez və az-az qidalandırmaq
- Valideynlərin narahatlığı və uşağın malik olduğu simptomların səbəb ola biləcəyi ciddi bir xəstəlik qorxusu müzakirə edilməlidir.
- Bir yaşdan kiçik uşaqlarda turşu antisekretor maddələrinin simptomatik istifadəsini dəstəkləyən heç bir tədqiqat məlumatı mövcud deyildir (turşu ilə əlaqəli vəziyyətin sübutu olmaması ilə) və bu dərmanların 1 yaşından kiçik uşaqlarda tətbiqi üçün lisenziya mövcud deyildir.
Pilorik stenoz
- Simptomlar adətən həyatın birinci həftələrində, ən geci 6 həftəsində meydana gəlir.
- Simptomlara qəfil qusma və zəif çəki artımı aid edilir.
- Şübhə yarandığı anda xəstə pediatr müayinəsinə göndərilməlidir.
Pediatrik qastro-ezofaqal reflyuks xəstəliyi (QERX)
- Qastro-ezofaqal reflyuks bir və ya bir neçə xəbərdaredici əlamət və ya simptomlarla müşahidə edildiyi xəstəlikdir.
- Risk qrupuna nevroloji pozuntu\xəstəliklər və ya mədə-bağırsaq traktının anadangəlmə xəstəliklərinə malik uşaqlar, vaxtından əvvəl doğulmuş körpələr və xroniki respirator pozuntulara malik uşaqlar (məs. ağır astma) daxil olur.
- Diaqnoz
- Diaqnozu klinik təzahürə əsaslanır
- Tək bir simptom və ya simptomlar qrupu spesifik QERX üçün spesifik hesab edilmir.
- Qidanın requrqitasiyası ilə yanaşı QERX-ə işarə edə bilən simptomlar.
- Çəki itkisi
- Ekspirator hava yollarının obstruksiyası, stridor, səsin batması, xroniki öskürək.
- Disfagiya, qidalanma problemləri
- Apnoe
- Dəmir defisitli anemiya
- Qidalanma və ya requrqitasiya ilə əlaqəli olan ağlama və narahatlıq, əsəbilik
- Sandifer sindromu (ağlamaq tutmaları ilə əlaqəli olmayan baş, boyun və kürəyin arxaya atılması (lat. opisthotonus) və ya əyriboyunluq (lat. torticollis))
- Requrqitasiyanın yuxarıda qeyd edilən simptomlardan hər hansı biri ilə müşahidə edildiyi uşaq, əlavə qiymətləndirmələrin aparılması məqsədilə pediatr müayinəsinə göndərilməlidir.
- Diaqnozun müəyyən edilməsi üçün ezofaqal pH-ın monitorinqi və endoskopik müayinələr istifadə edilə bilər.
- pH monitorinqinin spesifikliyi və həssaslığı normal variasiyanın geniş olması səbəbilə 1 yaşdan aşağı uşaqlarda zəifdir.
- Farmakoterapiya
- Ümumilikdə pediatr tərəfindən təyin edilir.
- Əgər simptomlar çox ciddidirsə və müşahidə müddəti ərzində daha da ağırlaşırsa, xəstəxanada aparılacaq müayinələri gözləyərkən aralıq bir dönəmdə ilkin tibbi yardım səviyyəsində 2 həftəlik qısa bir proton pompa inhibitor kursu təyin edilə bilər.
- 1 yaşdan kiçik simptomatik uşaqlarda proton pompa inhibitor təyininə xəstəxana müayinələrindən sonra yalnız aşağıdakı hallarda başlamaq olar: uşaq endoskopik müayinə ilə təstiq edilmiş reflyuks mənşəli ezofaqitə, aşkar patoloji pH qeydlərinə (reflyuks indeksi > 10%) malikdirsə, və ya tibbi dəyərləndirmələrə əsaslanaraq simptomların turşu reflyuksuna aid olduğu və dərmanlarla əlaqəli olaraq meydana gələn əks təsirləri qiymətləndirməyə vaxtın olmadığı qədər ciddi olduğu qənaətinə gəlinərsə (turşu sekresiya edən hüceyrələrin hiperplaziyası, nazik bağırsaqda bakterial hipertrofiya, sümük iliyinə təsiri).
- Körpələrdə QERX simptomlarının müalicəsində tətbiq edilən proton pompa inhibitorunun effekti plaseboya bərabərdir.
- Körpələr üçün omeprazol 1 mq\kq\gün, ezomeprazol isə 0.5 mq\kq\gün dozasında təyin edilir.
Fizioloji reflyuks və QERX ilə əlaqəli meydana gələn qidalanma problemləri
- Qidanın requrqitasiyasının müşahidə edildiyi körpələrdə disfaqiya və ya odinofaqiya şübhəsi, endoskopik müayinə üçün göstəriş hesab edilir.
- Döşdən\butulkadan və ya qaşıqdan qəbul edilən qidadan imtina edən, lakin requrqitasiya müşahidə edilmədiyi körpələrdə QERX ehtimalı mövcud deyil, lakin digər problemlərin inkar edilməsi ehtiyacını irəli sürür və əgər göstəriş olarsa, körpənin qidalanma pozuntusunu istisna etmək üçün ona baxan şəxslə uşağın qarşılıqlı münasibətinin qiymətləndirilməsi uşaq psixiatrı mütəxəssisi tərəfindən həyata keçirilə bilər.
- Uzanmış QERX ikincili (psixoloji) qidalanma problemlərinin inkişafına səbəb ola bilər və bu ehtimalın hələ müalicənin əvvəlində qarşısı alınmalıdır. Valideynin həyəcanı və uşağın ciddi xəstəliyin olması barədə qorxusu körpələrdə qidalanma pozuntularının meydana gəlməsində ciddi rol oynayır.
Qusma ilə müşahidə edilən digər xəstəlikləri ehtimal etməyə əsas verən simptom və əlamətlər
- Digərləri ilə yanaşı müşahidə edilən aşağıdakı əlamətlər əlavə müayinələrin aparılması üçün göstəriş hesab edilir.
- Qidanın requrqitasiyasına əlavə olaraq qusmanın müşahidə edilməsi
- Ürəkbulanmayla gələn qusmaq
- Hematemezis (qanlı qusmaq)
- Davamlı güclü qusmaq (öyümək)
- Qusmalar 6 aydan sonra başlayır
- Digər bağırsaq simptomları
- İshal
- Qanlı ishal
- Şiddətli qəbizlik
- Abdominal şişkinlik və həssaslıq
- Digər yerli simptomlar və əlamətlər
- Hepatosplenomeqaliya
- Əmgək (lat.fonticulus) qabarıqlığı
- Mikrosefaliya və ya makrosefaliya
- Ümumi pozuntular
- Körpənin inkişafında və çəkisinin artımında nəzərə çarpacaq yavaşıma
- Anormal yorğunluq və yuxululuq
- Genetik\metobolik pozuntular şübhəsi
Adiyyatı mənbələr
Vandenplas Y, Abkari A, Bellaiche M et al. Prevalence and Health Outcomes of Functional Gastrointestinal Symptoms in Infants From Birth to 12 Months of Age. J Pediatr Gastroenterol Nutr 2015;61(5):531-7.