Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sterilizasiya

Mündəricat

Sterilizasiya

EBM Klinik protokolları
22.01.2018 • Sonuncu dəyişiklik 22.01.2018
AnneliKivijärvi

Əsas məqamlar

  • Sterilizasiya effektli, daimi kontrasepsiya metodudur."?>
  • Sterilizasiya effektli və yaxşı kontrasepsiya üsuludur – bütün dünyada daha övlad sahibi olmaq istəməyən şəxslər üçün – digər metodlarla müqayisədə daha çox istifadə edilir.
    • Qadın və kişi sterilizasiyası üçün Perl indeksləri müvafiq olaraq təxminən 0,1–0,4 və 0,15 təşkil edir.
  • Heç kim sterilizasiya aparılmasına təhrik edilməməlidir, və pasiyent tərəddüd etdiyi təqdirdə, son qərar qəbul etməsinə qədər onun sterilizasiya proseduruna getməsi üçün göndəriş verilmir.
  • Yerli praktika və qanunvericilik aspektlərini nəzərə alın.
  • Sterilizasiya hallarının sayı əsas etibarilə hormonal UDC-lərin yaxşı effekti və tolerə edilməsi hesabına azalmışdır.
  • Finlandiyada, bütün sterilizasiyaların yarısı (2015-ci ildə 49,7%), Danimarka və Norveçdə yarıdan çoxu kişilərdə həyata keçirilir. Qadın və kişilərdə aparılmış sterilizasiya prosedurlarının payına görə ölkədən-ölkəyə xeyli fərqlər müşahidə edilir.

Qadınların sterilizasiyası

  • Qadınların sterilizasiyası əksərən laparoskopik, gündüz cərrahi proseduru olaraq həyata keçirilir. Xəstəlik vərəqi 3–5 gün müddətinə verilir.
    • Klipslər laparoskopik yolla uşaqlığın dibindən 3 sm məsafədə hər uşaqlıq borusuna yerləşdirilir. Uşaqlıq boruları həmçinin cərrahi yolla kəsilərək, liqasiya oluna bilər.
    • Metal mikroimplant vasitəsilə histeroskopik sterilizasiya digər bir variantdır."?>
    • Sterilizasiya cinsi və ya hormonal funksiyalara təsir göstərmir.
    • Ağırlaşmalar nadir rast gəlinir: anesteziya ağırlaşmaları meydana çıxa bilər; klips yerindən qoparsa, hamiləlik baş verə bilər. 

Kişilərin sterilizasiyası

  • Kişilərdə vazektomiya ambulator prosedur olaraq yerli anesteziya altında həyata keçirilir.
    • Skalpelsiz bir metod təqdim edilmişdir ki, bu zaman dəri iti-uclu pinsetlə punksiya olunur, və toxumdaşıyıcı axacaq həlqəşəkilli maşa ilə xaricə dartılıb çıxarılaraq, kəsilir.
    • Toxum kanalcıqları və ya xaya artımında spermatogen qranuloma (adətən < 0,5 sm) təhlükəsiz bir ağırlaşmadır. İnfeksiyalar son dərəcə nadirdir.
    • Prosedurdan sonra 3 ay ərzində, 10 eyakulyasiya baş verməsinə və prosedurdan 3 ay sonra götürülmüş nümunədə canlı spermatozoidlər aşkar edilməyənə qədər kontrasepsiyanın digər vasitələri istifadə edilməlidir.
    • Kişilərin sterilizasiyası hormonal və ya cinsi funksiyalar və ya eyakulyasiyaya təsir göstərmir.