Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Kəskin istivurma xəstəliyi

Mündəricat

Kəskin istivurma xəstəliyi

EBM Klinik protokolları
09.05.2017 • Sonuncu dəyişiklik 09.05.2017
HarriLindholm

Əsaslar 

  • Əgər fiziki aktivlik, isti dəri, şüurun dəyişməsi, hipotenziya, hiperventilyasiya, ürəkbulanma və ishalla müşahidə olunursa, həmişə istilik vurmadan şübhələnmək lazımdır.Tərləmə arta bilər, lakin dehidratasiyanın inkişafı ilə dayana bilər.
  • Rektal temperaturun ölçülməsi kəskin istilik vurma xəstəliyinin müəyyən edilməsi məqsədi ilə daxili bədən temperaturunun ölçülməsi üçün ən etibarlı vasitədir. Qoltuqaltı və ya qulaq temperaturunun ölçülməsi, yanlış nəticəyə səbəb ola bilər.
  • İstilik vurma zamanı ilk yardım, sərinləmədir, hansı ki, bu prosesə dərhal başlanılmalıdır.

Təşviqedici faktorlar

  • Zəif fiziki vəziyyət, həddindən artıq kilolu olmaq
  • Hipovolemiya
  • İsti şəraitdə fiziki aktivlik
  • Yalnış geyim növü
  • Zəif hava cərəyanı
  • İsti nəqliyyat vasitəsi, əsasən də uşaqlar üçün
  • Ürək çatışmazlığı, diabet, hipertiroidizm
  • Dərman preparatları (trisiklik antidepressantlar, fenotiazinlər, SSRIs, antixolinergiklər, antihistaminlər, diuretiklər, beta-blokatorlar, bəzi NSAIDs-in davamlı istifadəsi)
  • Alkoqol, psixostimulyatorlar
  • Sağalma dövrü (ümumi soyuqdəymə və ya qastroenteritlər)
  • Yaş (uşaqlar və yaşlılar)
  • İstiliyə zəif adaptasiya olma (səyahət)

İstivurma

  • İsitlikdən yarana biləcək ən ağır xəstəlik tipidir və ölümə səbəb olma ehtimalı mövcuddur.
  • İdman tədbirləri və isti şəraitdə işləmə ürək xəstəlikləri riskini özündə ehtiva edir. Qoruyucu cihazlardan istifadə edildiyi və ya iş prosesi nəmli şəraitdə baş verdiyi zaman ərtaf mühit temperaturu çox yüksək olmasa  belə  bədən temperaturu sürətli bir şəkildə yüksələcəkdir.

Simptomlar və əlamətlər

  • Fiziki gərginliklə müşahidə olunan kəskin istilik vurmada şüur ilkin əlamətlər müşahidə edilmədən və ya qısa prodromal simptomlardan sonra itə bilər (disorientasiya, yersiz davranış).
  • Yavaş sürətlə inkişaf edən istilik vurmada zəif iştah, zəiflik, ürəkbulanma, ishal və  disorientasiya kimi prodromal simptomlar, bir neçə gün ərzində meydana gəlir. Dehidratasiya qərəzli bir şəkildə inkişaf edir və tərləməni azaldır.
  • Rektal temperatur, adətən 39 oC və ya daha çox olur (45oC-yə qədər).
  • Hipotenziya, taxikardiya (100/dəqiqənin üzəri).
  • Yavaş inkişaf edən tipdə dəri adətən quru, fiziki gərginliklə əlaqəli inkişaf edən tiplərdə isə tərli olur. Dəridə tüklərin ürpəşməsiylə əlaqəli tərləmənin dayanması və soyuq titrəmə, hər iki formada temperatur tənziminin ciddi şəkildə pozulmasının göstəricisidir.
  • Dehidratasiya əlaməti əksər hallarda müşahidə edilir.
  • Laborator nəticələr
    • Dehidratasiya nəticəsində hipernatremiya
    • Hipokalemiya birinci faza üçün ümumi əlamətdir.
    • Hipokalemiya, adətən fiziki gərginlikdən sonra meydana gəlir (qısa zəncirli karbohidratlardan ibarət enerji içəcəklərinin həddindən artıq istifadə olunması, hipokalemiyaya səbə ola bilər).
    • Böyrək çatışmazlığı sonrakı mərhələdə meydana gəlir, bununla yanaşı hiperkalemiya və təsadüfi hipokalsemiyanın da yaranması mümkündür. Kəskin formalarda böyrək çatışmazlığı 30 - 35% xəstələrdə, daha yavaş inkişaf edən formalarda isə 5%-dən az xəstələrdə inkişaf edir.
    • EKQ-də ST dəyişiklikləri, T inversiyası və ötürülmə anomaliyaları müşahidə edilir (bəzən miokard infarktını simulyasiya edə bilər).

Diferensial diaqnostika

  • Sepsis, epileptik tutmalar, intrakranial qansızmalar, adi senkop (normal bədən temperaturu).

Müalicə

  • Təməl həyat dəstəyi
  • Köməkçi mövqe
  • Mümkün qədər tez sərinləmə (hadisə yerində başlamaq)
    • Ən səmərəli üsul suyu bütün bədənə səpmək, tökmək və ya püskürtmək və eyni zamanda xəstəni 2 - 3 ventilyator və ya paltar vasitəsi ilə sərinlətməkdir. 
    • Soyuq suya salmaq sağlam bədənin sərinləməsinin ən tez yoludur. Bu üsuldan sirkulyasiyaya göstərdiyi güclü təsir səbəbi ilə yaşlıları, uşaqları və ya digər xəstəliklərə malik şəxsləri sərinlətmək məqsədi üçün istifadə edilməməlidir.
    • Buz kisələri düzgün yerləşdirildikdə faydalı ola bilər. Ən münasib yer boyun və aralıq nahiyyə sayılır.
  • Oksigen
  • Yeterli diurez
  • İ.v. damcı: izotonik NaCl, mümkün hipernatremiya yalnış duzların infuziyası ilə daha da kəskinləşdirilməməlidir.
  • Bədən istiliyinin aşağı salınması üçün müalicədən sonra xəstəxanaya (intensiv terapiya mərkəzi) nəql başlanılmalıdır. Daşınma zamanı müalicəyə davam edilməlidir.
  • İri kütləli əzələlərin qıcolmaları çox istilik yaradır. Qıcolmaların tənzimlənməsində diazepam tətbiq edilən əsas dərman preparatıdır.

Laborator analizlər

  • Qlükoza (sürətli analiz)
  • Əgər mümkündürsə, plazma kaliumu və natriumunun əsas dəyərləri. Maye terapiyasının tətbiqi ilə elektrolit balansı sürətlə dəyişə bilər. Laborator göstəricilərin monitorinqi müalicənin ilkin mərhələsində müntəzəm şəkildə aparılmalıdır.
  • Trombosit sayımlı əsas qan analizi (leykositoz adətən dehidratasiya halı ilə əlaqədar yaranır)
  • CRP (infeksiyadan diferensə etmək üçün; mümkün qədər tez bir zamanda analiz olunmalıdır)
  • Turşu - qələvi balansı
  • Plazma kreatinini
  • Plazma kreatin kinazası (həmçinin izoenzimlər), AST və laktat dehidrogenaza
  • Kaoquloqramma göstəriciləri (qanaxma zamanı, protrombin vaxtı, hissəvi aktivləşdirilmiş tromboplastin zamanı (APTT) )
  • Mərkəzi sinir sisteminin infeksiyasından və ya subaraxnoidal qanaxmadan şübhələndikdə, lümbal punksiya həyata keçirilməlidir.

Ağırlaşmalar

  • DİC (yayılmış intravaskulyar koaqulyasiya; bu halda ölümün ən çox yayılmış səbəbi)

Profilaktika

  • Fiziki gərginlik dövründə kifayət qədər maye qəbul edilməlidir.
  • Maye reanimasiyası: gərgin fiziki aktivlikdən öncə 4 dl və fəaliyyət zamanı hər 20 dəqiqədən bir 1 - 2 dl maye qəbul edilməlidir  (məs, maraton).
  • İsti mühitdə işlədikdə işin ritmi və fasilə mühitin şəraitinə uyğun olaraq tənzimlənməlidir. Maye balansı iş günü ərzində nəzarət altında saxlanılmalıdır. 
  • İsti hava həmçinin iştahı da azalda bilər. Planlı yemək, həm bədənin enerji depolarının qorunmasını, həm də maye - duz balansını təmin edir. 
  • Rehidratasiya, mühitin istilik effektinə və fiziki qüvvənin səviyyəsinə uyğun olaraq tənzimlənməlidir. Lazımsız, həddindən artıq rehidratasiya da  bədəndə elektrolit balansının pozulmasına səbəb ola bilər.

Günvurma

  • Açıq başa istiliyin birbaşa düşməsi ilə yaranır.
  • Simptomlar: baş ağrısı, qıcıqlanma, ürəkbulanma, baş gicəllənmə və mərkəzi sinir sistemindən qaynaqlanan digər simptomlar.
  • Müalicə: sərin yerdə kölgələnmək, istirahət və bol maye qəbulu.

İstivurmadan yaranan ödem

  • Hipertenziya və artıq çəki aşağı ətrafların ödemləşməsinə səbəb ola bilər.
  • Müalicə: istirahət, ayaqları yuxarı qalxmış vəziyyətdə saxlamaq və bol maye tükətmək. Diuretiklərin qəbulunu gərəkdirən daha öncədən mövcud olan  bir xəstəlik halı olmadıqca, onların qəbulundan uzaq durulmalıdır.

İstilik qıcolmaları

  • Xüsusilə uzunmüddətli məşqlər zamanı rehidratasiya məqsədi ilə yalnız su istifadə edildikdə, əzələ qıcolmaları daha çox baldır əzələsində  (lat. musculus gastrocnemius təsadüf edilir.
  • Müalicə: uzun zəncirli karbohidratlardan ibarət enerji içkiləri, 0.1% duzlu su (2l suda həll edilmiş yarım çay qaşığı NaCl) və ya ağır hallarda izotonik məhlulun i.v. infuziyası.

İstilikdən tükənmə

  • Adətən bu, istivurmanın ilk amili sayılır. Əsas qeyd olunan faktor, qeyri - düzgün hidratasiyadır.
  • İstilikdən yüngül dərəcəli tükənmə, adətən diaqnozu qoyulmamış bir vəziyyət sayılır, hansı ki, prosesin ağırlaşmasına, iş şəraitində yalnış hərəkətlərə və ümumi fiziki və əqli funksional qabiliyyətin pozulmasına səbəb ola bilər.
  • Dehidratasiyanı, təbiətinə görə üç yarımtipə ayırmaq mümkündür. 

Hipertonik dehidratasiya

  • Əgər maye itkisi kompensasiya edilməzsə hipertonik dehidratasiya yarana bilər (hipernatremiya). Bu, adətən fiziki məşq və istilikdən yarana bilər.
  • Simptomlar: yorğunluq, hiperventilyasiya, disorientasiya, susuzluq və yüksək temperatur. (Diferensial diaqnostikada bakterial infeksiyaları nəzərə alın).
  • Müalicə: su içmək

Hipotonik dehidratasiya (duz əksikliyi simptomları)

  • Əgər xəstə, rehidratasiyanı yalnız su ilə təmin edərsə, yavaş - yavaş duz yetməzliyi sindromu yarana bilər
  • Simptomlar: baş ağrısı, zəiflik, ürək bulanma və QI (mədə - bağırsaq) simptomları. Susuzluq hissi və temperaturun artması hipertonik dehidratasiyada olduğu qədər ümumi rast gəlinən hal deyildir.
  • Müalicə: izotonik fizioloji məhlulun i.v. infuziyası

İzotonik dehidratasiya

  • Həm su, həm də duz defisiti. Plazmada natrium normal miqdarda olur.
  • Müalicə: izotonik fizioloji məhlul - qlükoza infuziyası və ya oral qlükoza - duz məhlulu. Oral məhlul NaCl-a nəzərən hipotonik olmalıdır. 
  • Maye qəbulu, istivurma xəstəliyinin simptomları inkişaf etmiş yaşlı şəxslərdə orta səviyyədə olmalıdır və buna lazımi qaydada nəzarət edilməlidir: elektrolitlər, mərkəzi qan dövranı.

Hipertermiyanın digər tipləri

  • Hipertermiya həmçinin aşağıdakı səbəblərdən də yarana bilər:
    • bədxassəli neyroleptik sindrom
    • tirotoksikoz (anamnez!)
    • feoxrositoma
    • anasteziya mənşəli hipertermiya
    • kokainin artıq dozası, ekstazi və ya ampetamin.