Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Dizdə kəsici Osteoxondrit

Mündəricat

Dizdə kəsici Osteoxondrit

EBM Klinik protokolları
16.05.2017 • Sonuncu dəyişiklik 16.05.2017
JerkerSandelin

Əsas məqamlar

  • Diz oynağının səthindən ayrılan hissə getdikcə artan ağrıya səbəb olur.
  • Bu dəyişiklik, adətən, rentgen müayinəsində, ən yaxşısı isə karpal tunel görüntüləməsi vasitəsilə müşahidə olunur. MRT vasitəsilə osteoxondritin ciddiliyi barədə daha ətraflı məlumat əldə olunur.
  • İnkişaf dövründə bu dəyişiklik hər hansı cərrahi müdaxiləsindən əvvəl ən azı 6 ay ərzində təqib edilməlidir. Yaşlı xəstələrdə isə qığırdağın dəqiq şəkildə qopduğu aşkar edilmişsə, o zaman cərrahi yolla fiksasiya edilir.

İzah

  • Osteoxondrit qığırdaq və alt diz qapağı sümüyündən ibarət bir hissənin oynaq səthindən (əksər hallarda medial bud sümüyü kondili) qopmasıdır. 8 yaşdan aşağı uşaqlarda  bu vəziyyətə az rast gəlinir. Simptomlar və əlamətlər

Symptoms and signs

  • Dizdə taqətsizlik, şişkinlik, stresə dözümlülüyün azalması
  • Sonrakı mərhələlərdə, qopmuş hissənin nəticəsi olaraq dizin tutmaması kimi halla qarşılaşa bilərsiniz.
  • Əyilmiş və içə doğru qatlanmış diz uzadıldıqda, 30 ° qatlanmış medial bud kondilində ağrı hiss olunur. (Wilson testi).
  • Rentgen şüaları, adətən, qopan hissəni düzgün şəkildə göstərir (filmlər). Bəzən tunel proyeksiyası adlanan müayinə tələb olunur. Əsasən, probem iki tərəfdə müşahidə olunduğuna görə, hər iki dizin də rentgen filmi çəkilməlidir.
  • MRT ən düzgün görüntüləmə metodudur və osteoxondrit diaqnozunu tez bir zamanda aşkar edir. Qopmuş hissədəki qığırdaqın vəziyyəti, qopmuş hissənin stabilliyi, həmçinin ətraf sümüyün keyfiyyəti MRT ilə qiymətləndirilə bilər.

Müalicə