Tularemiya
EBM Klinik protokolları
07.02.2017 • Sonuncu dəyişiklik 07.02.2017
JanneLaine
Əsaslar
- Tularemiyanın bir neçə forması mövcuddur. Ən geniş yayılmış forması xəstədə hərarətlə müşahidə edildiyi , limfadenopatiya və ağcaqanadın dişlədiyi və ya cızıq nahiyyədə dərinin xoralı zədələnməsi (şəkil ) ilə səciyələnən xoralı-bubon (ulkeroglandular) formasıdır
- Tularemiyaya xas tipik simptomlar müşahidə edildikdə və xəstəliyin başlanma dövrü tularemiya ilə üst üstə düşdükdə, vaxt itirilmədən dərhal müalicəyə başlanılmalıdır.
Ötürülməsi (yoluxuculuq)
- Tularemiyanın təbii mənbələri haqqında hələki dəqiq bir məlumat yoxdur. Kiçik gəmiricilər və çöl dovşanları, ən çox ehtimal olunan namizədlər sırasındadır.
- İnfeksiyanın ötürülmə vasitələri:
- ağcaqanadlar (ən mühüm daşıyıcı Finlandiyadadır)
- digər qan sovuram artropodlar (həşəratlar) (at-milçəyi, qara milçək, gənələr)
- xəstə heyvanla kontaktda olmaq
- yoluxmuş aerozolların inhalasiyası
- çirklənmiş su və qidaların qəbulu
- xəstə heyvanın ətinin qəbulu (hətta ət, istifadədən əvvəl dondurulmuşdursa belə)
- inkubasiya müddəti 1-14 gündür (adətən 3-5 gün olur).
- Avropada qeydə alınan yüngül tipli B tularemiyada, ölüm halları qeydə alınmamışdır.
- Tularemiyanın bioloji silah kimi istifadə edilməsi mümkün hesab edilir. Belə hallarda bakteriya aerozol şəklində hava yolu ilə yayılır.
Simptomlar
- Tularemiyanın bir neçə xəstəlik formaları vardır. Hərarət, titrətmə, başağrısı və halsızlıq kimi ümumi simptomlara xəstəliyin bütün formalarında rast gəlinir.
- Ulkeroqlandular forma (90% hallarda) hərarətə, kiçik zədələnmiş dəri nahiyyəsinin yaranmasına və həmçinin regional (yerli) limfa düyünlərinin böyüməsi və bərkiməsinə səbəb olur (şəkil ).
- Glandular forma (bubon 5-10%), hərarət və limfadenopatiyaya səbəb olsa da dəri zədələnməsinə səbəb olmur.Limfadenopatiyaya adətən ocaq şəklində rast gəlinir.
- Okuloqlandular forma (göz-bubon), yerli limfadenopatiya ilə birlikdə qranulomatoz konyuktivitə səbəb olur.
- ağciyər formasında tularemiyalı xəstədə, quru öskürək, tənəffüs çatmazlığı və torakal (sinə) ağrısı müşahidə edilə bilər, lakin respirator əlamətlərə rast gəlinməyə də bilər. Döş qəfəsinin rentgen müayinəsində, infiltratlar, plevra mayesi və ya hilar limfadenopatiya görünür.
- Orofaringeal forma (2-4%) , tonzilitə, farinqitə və servikal limfadenopatiyaya səbəb olur.
- Tifoidal forma (5-15%) , ağır sistemik simptomlara (hərarət, zəiflik və çəki itkisi) və dalaqla qaraciyərin müəyyən dərəcədə böyüməsinə səbəb olur.
- Səpkilər (şəkil ), xəstələrin 20%-dən çoxunda rast gəlinmişdir.
- Qaraciyərdə fermentlərinin konsentrasiyaları arta bilər və qaraciyər böyüyə bilər.
- Peritonitlər, meningitlər və osteomyelitlər, nadirən rast gəlinən simptomlardandır.
- C-reaktiv zülalı tədricən artır; EÇS (eritrositlərin çökmə sürəti) artmış olur.
- Anemiya
- Xəstəliyin davametmə müddəti bir neçə gündən bir neçə həftəyə qədər dəyişir.
Diaqnoz
- Müalicə klinik diaqnoza əsasən başlanılır.
- Diaqnoz seroloji analizlə təstiqlənir. Antitel titri, hərarətin başlamasından 10-14 gün sonra yüksəlir. Qan nümunələri, 2 həftə interval ilə, 2-3 dəfə götürülür. Antitel titrinin yüksəlməsi, infeksiyanın yeni başlanmnasının göstəricisidir.
- Xüsusi hallarda, Francisella tularensis, toxuma nümunəsindən, absesin divarından və ya irindən götürülmüş nümunədən əkilə bilər.
- Toxuma nümunəsindən PCR analizini aparmaq mümkündür.
Müalicə
- Florokinolonlar, tərceh edilən antibiotik terapiyasıdır (siprofloksasinin dozası, böyüklər üçün 500 mg-dır). Alternativ olaraq, 10 gündən 15 günə qədər doksisiklin (100 mg), streptomisin və ya aminoqlükosidlər istifadə edilə bilər. Aminoqlükosidlər, hamiləlik dövründə də istifadə edilə bilər.
- Beta-laktam antimikrobiallar, təsirsizdir.
- Siprofloksasinin pediatriyada tətbiq edilməsinə qanun tərəfindən icazə verilməsə də təstiq olunmuş tularemiya hallarında ondan da istifadə edilmişdir. Gündəlik istifadə dozası, iki hissəyə bölünmək şərtilə 20-30 mg/kg-dır. Böyüklərin dozası, hətta bədən çəkisinə uyğun hesablama aparıldıqda daha çox miqdar alınarsa belə nəzərdə tutulan gündəlik dozadan çox olmamalıdır.
Əlaqəli mənbələr
- Digər internet mənbələri
- Ədəbiyyat