Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Vitreus qanama

Mündəricat

Vitreus qanama

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
PaulaSummanen

Əsas məqamlar

  • Vitreus qanama özü ayrılıqda xəstəlik sayılmır."?>
  • Gözü və ya başı hərəkət etdirdikdə görmə sahəsi qəfil və ağrısız bulanıqlaşa bilər 
  • Əgər xəstədə vitreus qanamaya səbəb ola biləcək bilinən başqa xəstəlik yoxdursa (məsələn diabet kimi), qanamanın səbəbini müəyyənləşdirmək üçün o təcili surətdə və ya ən geci növbəti gün oftalmoloqa görünməlidi.

 Epidemiologiya və etiologiya

  • The Vitreus qanamanın yayılması təxminən 7/100 000/il -dir və xəstələrin oralama yaşı 60dır. . Ən çox yayılan səbəblər 
    • Vitreus qopma , bəzən (təxminən yarısında) retinanın cırılması 
    • Proliferativ diabetik retinopatiya 
    • Göz dibi damarlarının tutulmasına səbəb olacaq və neovaskularizasiyayla bağlı olan xəstəliklər 
    • Retinal vena damar tıxanması, çox nadir hallara arterial damar tıxanması; vaskulit, oraq hüceyrəli anemiya
    • retinal arterial makroanevrizma 
    • yaşla bağlı makula degenerasiyasının eksudativ tipi
    • retinanın damar anomaliyası 
      • Koat retiniti, retinal angioma, von Hippel-Lindau disease
    • bədxassəli xoroidal melanoma 
    • subaraxnoidal qanaxma 
    • kəskin və ya küt okulyar travma 

Simptomlar və tapıntılar 

  • Görmə sahəsində qəflətən duman və ya sis peyda olur. Ağrı olmur. Göz və ya başı hərəkət etdirdikdə duman da hərəkət edir. 
    • Vitreusdakı iltihabla bağlı olan qeyri-şəffaflıq daha yavaş üzə çıxır.
    • Erkən mərhələdə tünd ləkələrə və ya işıq parıltısına bənzəyən üzən cisimlər görünür. 
    • Daha böyük sıxlıqlı qan laxtaları görmə sahəsində ayrıca dalğalanan kölgələr kimi görünə bilər (vitreus qanama üçün tipik) 
  • Görmənin pozulması qanamanın miqdarından asılıdır. 
    • Yüksək dərəcədə olan vitreus qanama işığın qavranmasını belə poza bilər. .
  • Göz xaricdən zədələnməmiş görünür.
  • Oftalmoskopda qırmızı refleksdə hərəkət edən tünd kölgələr görünə bilər. 
  • Göz dibi buludlu kimi görünə bilər, bəzən isə ümumiyyətlə heç bir şəkildə detallar seçilməyə bilər. Bu halda qırmızı refleks itir. 

İstisna 

  • Əgər xəstədə vitreus qanamaya səbəb ola biləcək başqa bir xəstəlik yoxdursa, qanamanın səbəbini müəyyənləşdirmək üçün o təcili surətdə və ya ən geci növbəti gün oftalmoloq tərəfindən müayinə olunmalıdır.
    • Travma halında əgər açıq nüfuz edən okulyar zədə şübhəsi varsa, dərhal müraciət etmək lazımdır. 
    • Əgər göz dibi görünmürsə, retinal qopmanı müəyyənləşdirmək üçün ultrasəs müayinə vacibdir. 
  • Əgər altda yatan səbəb diabetdirsə, və ya göz dibi lazerlə müalicə edilmişdirsə, xəstəyə sonrakı müayinələri və müalicələri yerinə yetirmək üçün  öz oftalmoloqu ilə əlaqə saxlamaq tövsiyə olunur ( əgər gözdə başqa simptom yoxdursa) 

Müalicə

  • Mütəxəssis müayinəsi ilə təyin olunur. 
  • Bir çox vitreus qanamalar öz-özünə təmizlənir: bir neçə gündə  kiçik olanlar, həftələr və ya aylar ərzində isə iri olanlar. 
    • Traneksamik turşusu verilməməlidir. 
    • Xəstəyə həmişəkindən daha yüksək yastıq istifadə edərək və ya oturaq vəziyyətdə yatmaq tövsiyə oluna bilər. 
      • Kəskin görmə sahəsindən qanın itməsi görmə qabiliyyətinin bərpasını sürətləndirir. 
  • Lazer müalicəsindən proliferativ retinopatiyada, travma və ya arxa vitreus qopma nəticəsində yaranan retinal qırılmaları bərpa etmək üçün istifadə olunur.
  • Vitrektomiya, əgər göz daxili maye təmizlənməsə, hər zaman olduğu kimi, retinal qopmalarda retinanın bərkidilməsi üçün təcili müdaxilədir. "
    .

Goff MJ, McDonald HR, Johnson RN, Ai E, Jumper JM, Fu AD. Causes and treatment of vitreous hemorrhage. Compr Ophthalmol Update 2006 May-Jun;7(3):97-111. "?>