Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bartolinit; Bartolin axacağının absesi və kistası

Mündəricat

Bartolinit; Bartolin axacağının absesi və kistası

EBM Klinik protokolları
10.08.2017 • Sonuncu dəyişiklik 10.08.2017
PenttiK.Heinonen

Əsasları

  • Kəskin abses təcili bir şəkildə cərrahi yolla kənarlaşdırılır.
  • Simptomatik axacaq kistası konservativ yolla müalicə edilir. Əgər vəziyyət residivləşərsə, həm kista, həm də vəzi cərrahi yolla kənarlaşdırılır.

Ümumi

  • Bartolin vəzi (lat. glandula vestibularis major) vaginal dəhlizə posterolateral istiqamətdə, böyük cinsiyyət dodaqlarının (lat. labia majora) arxasında, çanaq dibinə yerləşdirilmiş şəkildə yerləşmişdir. Cüt vəzilər təxminən 1 sm ölçüdədir.
  • Vəzi palpasiya zamanı hiss edilmir. Vəzinin 2 sm-lik axacağı kiçik cinsiyyət dodaqlarının (lat.labium minus) posterior (arxa) hissəsinin daxili tərəfinə açılır. Kanalın ağzı gözlə görünür.
  • Vəzi selik ifraz edərək vaginal dəhlizi nəmləndirir.
  • Abses və ya kista, infeksiya və ya bəzi digər zədələyici amillərin vəzi axacağını abstruksiya etməsilə inkişaf edir.
  • Axacaq kistası ilə müqayisədə absesin rast gəlmə tezliyi üç dəfə daha çoxdur.
  • Qadınların təxminən 2%-i həyatları boyu Bartolin vəzin xəstəliklərindən əziyyət çəkirlər.

Abses

  • İnfeksiya həm aerob, həm də anaerob bakteriyaların qarışığından meydana gəlir. E. coli ən geniş yayılmış aerob, Bacteroides növlər isə ən geniş yayılmış anaerob patogendir.
  • Qonoreya və xlamidiya ehtimalı nəzərdə saxlanılmalıdır.
  • Yüngül infeksiyada axacaqdan gələn irin yeganə simptom sayılır.
  • Axacaq tutulduqda xəstənin oturmasına və gəzməsinə mane olan ağrılı abses formalaşır. Xəstədə ümumi simptom olaraq qızdırma müşahidə edilə bilər.

Kista

  • Bartolin axacağının kistası (şəkil) infeksiyanın ardınca formalaşır.
  • O, həmçinin epiziotomiya zamanı axacağa göstərilmiş travma və zədənin nəticəsi kimi də meydana gələ bilər.
  • Bartolin kista 3% xəstələrdə asimptomatik olaraq təsadüf nəticəsində aşkarlanan bir tapıntıdır.
  • Kista daha böyük bir ölçüyə çatdıqda disparuniyaya səbəb olur. Kista həmçinin infeksiyalaşıb ikincili abses formalaşdıra bilər.

Differensial diaqnostika

  • Vulvada infeksiyalaşmış hematoma, perianal abses.
  • Parauretral (Skene) vəzin infeksiyası (Bartolin vəzinin önündə yerləşir)
  • Vulvanın xoşxassəli şişləri məs. lioma, fibroma, leyomiyoma
  • Bartolin vəzin xərçənginə nadir hallarda rast gəlinir, lakin o hər zaman postmenapauzal qadınlarda bir ehtimal olaraq nəzərdə saxlanılmalıdır 

Müayinələr və müalicə

  • Bakterial kultura üçün nümunə Bartolin absesindən və ya infeksiyalaşmış kistanın ifrazatından götürülür.
  • Zöhrəyi xəstəliklərdən şübhələnildikdə N. gonorrhoeae və C. trachomatis nümunələri də həmçinin əldə edilməlidir.
  • Əgər cinsiyyət dodaqlarındakı şişkinliyin kista olmasından şübhələnilirsə, bu halın cərrahi otaqda mövcud olduğu halda ultrasəs müayinəsi vasitəsilə asanlıqla təstiqlənməsi mümkündür.
  • Əgər absesin drenajı zamanı nekrotik toxumalara təsadüf edilərsə, əgər xəstəlik müalicəyə cavab vermirsə və ya əgər vəzidə ağrısız şişkinlik tapılmışdırsa, bədxassəli şişi inkar etmək məqsədilə nümunə əldə edilir.

Abses

  • Yetişmiş, hərəkətli abses yerli anesteziyanın tətbiqindən sonra selikli qişadan kəsilir və boşaldılır.
  • Antibakterial müalicə tövsiyə edilir
    • abses böyükdür
    • o, vəzidən kənara çıxır
    • xəstə qızdırmalıdır
  • Tövsiyə edilən antibakterial müalicə kursu
    • 7 gün ərzində oral yolla birinci nəsil sefalosporin (məs. sefaleksin) 500 mq x 3 və metronidazol 400 mq x 3 və ya
    • amoksisillin + klavulan turşusu 875 mq/125 mq × 2 5-7 gün ərzində
    • Xlamidia üçün doksisillin 100 mq x 2 7-10 gün ərzində
  • Əgər abses hələ başlanğıc mərhələdədir və hərəkətli deyilsə, antibakterial dərman maddələri drenaja cəhd etmədən təyin edilir. Əksər hallarda abses cərrahi drenajı tələb edəcək həddə qədər inkişaf edir.
  • Təkrari müayinə cərrahi kəsikdən bir ay sonra həyata keçirilir.
  • 5-15% xəstələrdə cərrahi kəsikdən və drenajdan sonra abses ya residivləşir ya da axacaq kistası formalaşdırır.
  • Drenaja alternativ olaraq ''Word'' kateter də tətbiq edilə bilər''?>. Yerli anesteziyadan sonra absesin divarında 5 mm ölçüdə kəsik aparılır və abses boşaldılır. Kateter boşluğun daxilinə yerləşdirilir və onun balonu yerində sabit qalması üçün 2-3 ml duzla doldurulur. Kateterin digər ucu vaginaya yönəldilir. Kateter 3 həftə qalmağa davam edir. Epitelizasiya yolu ilə kanalın yeni bir çıxışı meydana gəlir.
  • Marsupializasiya absesin müalicəsi üçün tövsiyə edilmir.
  • Hamiləlik zamanı abses adi qaydada müalicə edilir. Prosedur xarici cinsiyyət orqanlarında qan axınının artması ilə ağırlaşa bilər.
  • İnfeksiya ətrafdakı yumşaq toxumalara yayılmışdırsa, xəstəyə təcili yardımın göstərilməsi üçün xəstəxanaya göndərilməlidir.

Kista

  • Simptomatik kista müalicə tələb etmir.
  • Kistada inkişaf etmiş abses, digər abseslər kimi müalicə edilir.
  • Kista marsupializasiya (kistanın daxili səthinin kənarları qatlanaraq ətrafdakı dəriyə və ya selikli qişaya tikilir)  və ya 'Word'' kateterin tətbiqi ilə müalicə edilir''?>.
  • Konservativ müalicə üsulları vəzin funksiyalarının saxlana bilməsi üstünlüyünə malikdir.
  • Əgər konservativ müalicə üsulları müsbət nəticə verməzsə və ya bədxassəli prosesdən şüngələnilərsə, kista və vəzi cərrahi yolla kənarlaşdırılır.
  • Hamiləliyin sonlarına yaxın və ya doğuşdan əvvəl kista iynə aspirasiyası yolu ilə boşaldılır və digər müalicə üsulları doğuşdan sonrakı dönəmə saxlanılır.

 

Adiyyatı mənbələr

 

  • Ədəbiyyat

Omole F, Simmons BJ, Hacker Y. Management of Bartholin's duct cyst and gland abscess. Am Fam Physician 2003;68(1):135-40. Lee MY, Dalpiaz A, Schwamb R et al. Clinical Pathology of Bartholin's Glands: A Review of the Literature. Curr Urol 2015;8(1):22-5. Patil S, Sultan AH, Thakar R. Bartholin's cysts and abscesses. J Obstet Gynaecol 2007;27(3):241-5.