Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
İnək südünə qarşı allergiya

Mündəricat

İnək südünə qarşı allergiya

EBM Klinik protokolları
15.02.2017 • Sonuncu dəyişiklik 15.02.2017
MikaelKuitunen

Əsaslar 

  • İnək südünə qarşı allergiya şübhəsi geniş yayılmışdır, lakin təsdiqlənmiş hallar  nisbətən azlıq təşkil edir.
  •  Dəridə olan istilik şəklində yanma hissi ,atopik dermatit, ağlamağa meyllilik ,narahatllıq ,ümumi bağırsaq simptomları kimi körpələrdə çox görünən bu əlamətlər inək südünə qarşı allergiyadan fərqləndirilməlidir .
  • Diaqnoz  müşahidəli eliminasiya (allergiya yaradan qidanın rasiondan çıxarılması)və sınaq testi(hər hansı bir qidaya qarşı allergiya varsa, onu az miqdarda da olsa  qəbul etmək nəzərdə tutulur ) vasitəsilə qoyulur .
  • Eliminasiya dieti müddətində lazımi qidalanma və normal böyümə təmin edilməlidir .
  • Əldə edilmiş tolerans  yenidən sınaqla (rechallenge) göstərilir və bundan sonra eliminasiya dieti dayandırılır  .
  • Yenidən sınaq testi neqativdirsə və tolerans  əldə olunubsa bu zaman eliminasiya dieti kəsilir .

Epidemiologiya

  •  3 yaşa qədər olan uşaqların təxminən 2-2.5 % ində inək südünə qarşı allergiya simptomları olur ,adətən körpə vaxtından  tərkibində inək südünün zülalları olan formullar və digər ərzaqlardan istifadə etdikdən sonra yaranır .  
  • İnək südünə qarşı allergiya körpələrdə və azyaşlı uşaqlarda əmələ gəlir, lakin istisna kimi ana südünə qarşı da yarana bilər .

Simptomlar 

  • İnək südünə qarşı olan allergiya dedikdə südün tərkibindəki  zülallara qarşı baş verən qeyri-normal allergik iltihab nəzərdə tutulur  və bu simptomlar daha çox dəridə (övrə ,ekzantema) və mədə - bağırsaq sistemində  (qusma ,ishal) baş verir  
  •  İnək südünün qəbuluna başlanandan təxmini  bir neçə gün və ya həftə ərzində simptomlar ortaya çıxır 
  •  Simptomlar yaranma vaxtına görə təsnif olunur .
    1. İnək südünün qəbulundan bir neçə dəqiqə ərzində  və ya ən geci 1-2 saat müddətində olmaqla dərhal  başlanan simptomlar (övrə ,dərinin eriteması ,qusma ,nadir hallarda tənəffüs sistemi ilə bağlı simptomlar ,ümumi simptomlar və anafilaksiya)
    2. İnək südü qəbulundan bir neçə saat və ya gün sonra üzə çıxan simptomlar : atopik ekzemanın pisləşməsi (çox vaxt özünü  xəstəliyin kəskinləşməsi və övrə halında göstərir ) mədə bağırsaq simptomları ,(qusma ishal)Həddindən artıq ağlamaq, köpşəkilli ağrılar, narahatlıq da südə qarşı allergiyada yarana biləcək simptomlardır.  Belə simptomlar körpələrdə tez-tez rast gəlinsə də, südə qarşı allergiyadan nadir hallarda olur . Əgər simptomlar intensivdirsə, mümkün allergiya səbəbləri araşdırılmalıdır .Südə qarşı allergiya olduğu təqdirdə eliminasiya dieti- yəni südü rasiondan çıxarmaqla simptomların yüngülləşməsinə nail olmaq olar 
  • Uşaqlarda çox vaxt bir neçə simptomun kombinasiyası olur. 
  • Laktoza dözümsüzlüyü (hipolaktaziya) inək südünə qarşı allergiya demək deyil və məktəb yaşına çatmamış uşaqlarda baş vermir. İkincili  laktoza dözümsüzlüyü virusla əlaqəli ishal və çölyak xəstəliyi  hallarından sonra baş verir .

Diaqnoz

  • Diagnoz eliminasiya-sınaq testinə əsaslanır .
    1. Tərkibində inək südü zülalları olan qidalar inək südünə qarşı allergiya simptomlarının yaranmasına səbəb olur .(nadir hallarda əmizdirilən körpələrdə ananın qidasına daxil olan süd məhsulları da simptomların yaranmasına  səbəb ola bilər ) 
    2. Rasiondan bu məhsullar çıxarıldıqda simptomlar yoxa çıxır və ya səngiyir, lakin bu diaqnoz üçün kifayət deyildir. Bəzi pasientlərdə daha sonra məhsulları qəbul etmək simptomların yaranmasına səbəb ola bilər .
    3. Evdə edilən hər hansı müdaxilə müsbət nəticə verərsə , bu hal   tibbi nəzarət altında simptomların təzahürü(diaqnostik) ilə təsdiqlənir.  ( m:eyni gecikmə ilə eyni simptomlar olur  : dəyişiklikləri qeyd etmək və simptomları ayırd edə bilmək üçün gündəlik tutulmalıdır ) 
    4. İnfeksiyalar və laktoza dözümsüzlüyü istisna olunmalıdır  .
      • İnfeksiya uzunmüddətli ishalın nadir səbəbidir, lakin  dəri simptomlarını kəskinləşdirə bilər .
      • Antimikrob preparatlarının təkrarlanan  istifadəsi davamlı ishalla nəticələnə bilər .
      • Laktoza dözümsüzlüyü məktəbəqədər  uşaqlarda nadir hallarda rast gəlinir.
  • Labaratoriya testləri diaqnostikada ikincili rol oynayır 
    • Dəri prik testi və  süd üçün spesifik  IgE testi çox sensitiv ,amma kifayət qədər spesifik olmayan bir metoddur  .
    • Epikutan testləri və südə qarşı  IgG və ya IgA anticismlərinin diaqnostik əhəmiyyəti yoxdur  .

Kliniki çətinlik (diaqnostik və təkrarlama)

  • Həkimin nəzarəti altında ambulator və ya stasionar hallarda icra olunmalıdır. Anafilaksiyanın müalicəsi üçün hazırlıqlı olunmalıdır .
  •  Simptom gündəliyi sınaqdan 1 həftə öncə və sonra tutulmalıdır .Şəklə baxın .
  • Əsas prinsip kiçik dozayla başlamaq  və tədricən uşağın yaşına görə  mənimsəyə biləcəyi miqdara qaldırmaqdır  .
  • Nümunələr 
    1. İnək südünü damcı şəklində ya selikli qişaya ya da durulaşdırılmış südün cüzi miqdarını(məsələn 1/2-1 ml ) ağıza qoyun və əmələ gələ biləcək reaksiyanı müşahidə edin  
    2. 30 dəqiqədən sonra əgər uşaqda heç bir simptom yoxdursa ,az miqdarda süd verin.( məsələn ağız ilə 2 ml )30 dəqiqə müddətində simptomları müşahidə edin. 
    3. Əgər uşaq simptomsuzdursa 30 dəqiqə intervallarla porsiyaları artırın. (məsələn 10ml-50ml-100 ml)
    4. Şübhəli simptomların yaranarsa bunu qeyd edin və həmin andan sınaq testini dayandırın, beləliklə inək südünə qarşı allergiya diaqnozu qoyulmuş olur. Əgər şübhəli məqam varsa, axırıncı dozanı verə bilərsiniz.
    5. Əgər axırıncı dozadan sonra 2 saat müddətində uşaq asimptomatik qalırsa bu zaman sınaq testi evdə davam etdirilir(hədəf 5 dl/24 saata və simptomların yaranmasını qeyd eləmək  ) 
    6. Sınağın evdə davam etdirilib etdirilmədiyini nəzarət altında saxlayın. (məsələn telefon vasitəsilə) Diaqnoz həkim tərəfindən təsdiqlənir .

Müalicə

  • Eliminasiyanın səviyyəsi fərdiləşdirilməlidir.  Əgər simptomlar kəskindirsə ,eliminasiya dieti vacibdir .Əgər simptomlar yüngüldürsə və yalnız  böyük miqdarda süd qəbulundan sonra , yaxud uzunmüddətli istifadədən sonra baş verirsə,  o zaman təyin olunan miqdarda süd qəbul oluna bilər. Bu uşaqların südün dadına öyrəşməsinə kömək edir və dözümlülüyün(toleransın) artmasına gətirib çıxarır . 
  • Əgər mümkündürsə ,dietoloq pəhrizin icra edilməsinə  köməklik göstərməlidir .
  • Şifahi və yazılı təlimatlar verilməlidir .
  • Xüsusi formulalar  uşağın qida rasionundakı müxtəliflikləri və inkişaf xüsusiyyətlərini nəzərə alaraq 1,5-2 yaşa qədər önəmlidir .
  • Xüsusi formulalar : soya formulaları ,zərdab , kazein hidrolizatı , amin turşu tərkibli formulalar (düyünü də bu sıraya aid etmək olar)
    •  6 aydan az olan uşaqlarda zərdab və ya kazein hidrolizatına üstünlük verilir 
    •  6 aydan  yuxarı olan uşaqlar  üçün soya südünün hidrolizə uğramış formulasından istifadə olunur .
    • Sintetik amin turşu tərkibli  formulalar yuxarıda adı çəkilən alternativlər sınaq testi üçün uyğun olmadığı təqdirdə istifadə oluna bilər .Araşdırmalar göstərir ki, inək südünə qarşı allergiyası olan uşaqların 2 %-i amin turşu tərkibli formulalara ehtiyac duyur .
    •  2 yaşdan yuxarı uşaqlara digər məhsullardan kifayət qədər kalsium alınmırsa , kalsium əlavələri verilir (500mg/gün)  .Lazımi enerji ,zülallar, vitaminlər və minerallar təmin olunmalıdır .
      • Marketlərdə kalsiumla zəngin içkilər və soya ,yulaf, düyü tərkibli digər məhsullar vardır. Bu məhsullar  qidalanma çoxyönlü olduğu təqdirdə ,həmçinin uşağın inkişafı qənaətbəxşdirsə 1 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub   ,lakin qidalandırıcı  tərkibinin  inək südünə ekvivalent olmadığı nəzərə  alınmalıdır. 
  • Qida allergiyasının müalicəsində probiotik bakteriyalardan istifadə müsbət nəticələr verib, belə ki lactobacillus rhamnonsus GG  4 həftə  müddətində verildiyi zaman ekzemanın sağalmasını sürətləndirir . Effektləri növdən aslı olaraq dəyişir , IgE-aslı süd allergiyasının müalicəsində  1-aylıq müddət ərzində  yoxlanıla bilər .

Təqib 

  • Diaqnoz  və ilkin müalicə ixtisaslaşmış mərkəzlərdə aparılır. Xəstələrin təqibi isə poliklinikalarda da aparıla bilər, lakin ağır simptomları olan uşaqlar mütləq mütəxəsssis tərəfindən izlənilməlidir .
  • Yenidən sınaq testləri 6 ay-1 il arası intervallardan 4 yaşa kimi  aparılır daha sonra isə hər 1-2 ildən bir aparılır Simptomlar kəskinləşirsə sınaq testləri nəzarət altında icra olunur Əks təqdirsə əgər sınaqlar evdə aparılırsa , kiçik dozalardan başlanılmalıdır  .
  • Böyümə xüsusi cədvəllər vasitəsilə nəzarət altında saxlanılır  Kifayət edən və yaxşı balanslaşdırılımış qida təmin olunur .
  • İnək südünün eliminasiya dieti (yəni rasiondan çıxarılması)ömürlük sürmür .Təşviq və ya provokasiya(az miqdarda olsa inək südünü qəbul etmək nəzərdə tutulur) önəmli faktordur, belə ki eliminasiya dietinin lazımından çox davam etməsi ailə üzvlərinin yemə vərdişlərini çətinləşdirə bilər. Eliminasiya dietinin zərurəti uşaq hər dəfə müayinəyə gələndə yoxlanılır  

Proqnoz

Əlaqəli mənbələr 

  • Kokran icmalı
  • Ədəbiyyat

Saarinen KM, Juntunen-Backman K, Järvenpää AL, Kuitunen P, Lope L, Renlund M, Siivola M, Savilahti E. Supplementary feeding in maternity hospitals and the risk of cow's milk allergy: A prospective study of 6209 infants. J Allergy Clin Immunol 1999 Aug;104(2 Pt 1):457-61. Majamaa H, Isolauri E. Probiotics: a novel approach in the management of food allergy. J Allergy Clin Immunol 1997 Feb;99(2):179-85. Viljanen M, Savilahti E, Haahtela T, Juntunen-Backman K, Korpela R, Poussa T, Tuure T, Kuitunen M. Probiotics in the treatment of atopic eczema/dermatitis syndrome in infants: a double-blind placebo-controlled trial. Allergy 2005 Apr;60(4):494-500. Saarinen KM, Suomalainen H, Savilahti E. Diagnostic value of skin-prick and patch tests and serum eosinophil cationic protein and cow's milk-specific IgE in infants with cow's milk allergy. Clin Exp Allergy 2001;31(3):423-9. Vandenplas Y, Dupont C, Eigenmann P et al. A workshop report on the development of the Cow's Milk-related Symptom Score awareness tool for young children. Acta Paediatr 2015;104(4):334-9. Katz Y, Goldberg MR, Rajuan N et al. The prevalence and natural course of food protein-induced enterocolitis syndrome to cow's milk: a large-scale, prospective population-based study. J Allergy Clin Immunol 2011;127(3):647-53.e1-3. Mennella JA, Griffin CE, Beauchamp GK. Flavor programming during infancy. Pediatrics 2004;113(4):840-5. Nowak-Wegrzyn A, Bloom KA, Sicherer SH et al. Tolerance to extensively heated milk in children with cow's milk allergy. J Allergy Clin Immunol 2008;122(2):342-7, 347.e1-2.