Orta qulaq iltihabının diaqnozu:simptomları, klliniki müayinəsi və nəticələri
EBM Klinik protokolları
12.12.2016 • Sonuncu dəyişiklik 12.12.2016
TuomasKlockarsAinoRuohola
Əsas məqamlar
- Diaqnoz qulaqdakı əlamətlərə və simptomlara əsaslanır.
- Uşaq elə-belə şəkildə ”xroniki qulaq pasiyenti” adlandırılmamalıdır.
- Kəskin orta qulaq iltihabı (AOM) kriteriyaları bunlardır;
- orta qulaqda axıntı
- timpanik membranın qabarıqlığı, tutqun, sarımtıl olması, yüngül refleksin pozulması və ya (şəkillər )
- kəskin yoluxma əlamətləri və simptomları.
- Təkcə qızartı diaqnostik nəticə deyildir (şəkil).
- Diaqnostik dəqiqlik pnevmatik ototskopiya və timpanometriyadan istifadə nəticəsində çox yüksəldilə bilər.
- AOM sonrası orta qulaq axıntısı bir qədər, hətta bir neçə həftə davam edə bilər. Bu hadisə yenidən AOM başlaması kimi anlaşılmamalıdır.
- Yanlış və qeyri-dəqiq diaqnozlar nəticəsində gərəksiz antibiotik və timpanostomiya boruları yeridilir.
Simptomları
- Bir tərəfdən yalnız simptomlara əsaslanaraq AOM diaqnozu qoyulmaz, lakin digər tərəfdən də, bu diaqnoz simptomlarsız qoyulmamalıdır.
- Axıntılı asimptomatik orta qulaq iltihabı (OME) AOM deyildir və antibiotiklərə işarə etmir.
- AOM hər hansı spesifik simptomlar yaratmır. Balaca uşaqda qulaq ağrısını dəyərləndirmək çətindir və məslən, adi soyuqlama zamanı qulaqlarını darta bilər.
- Orta qulaqda axıntı eşitməni zəiflədə bilər.
Kliniki müayinəsi
- Otoskopiyadan və qulaq kanalını təmizləmədən öncə uşağı rahat şəkildə valideynin qucağında otuzduraraq timpanometriya icra edilməlidir. Uşaq müqavimət göstərdikdə əldə edilən timpanoqram çox da etibarlı deyil. Bax timpanometriya.
- Uşağın qulağı vizual olaraq yoxlanılarkən böyüklərdən biri uşağı öz qucağında möhkəm saxlamalı və uşağın başını tutmalıdır; belə olduqda müayinə ağrısız olar.
- Diaqnoz üçün cihazlardan ən azı hermetik sıxlıq yarada bilən güclü pnevmatik otoskop və bir neçə müxtəlif ölçülərdə güzgülər olmalıdır. Bundan əlavə, vizual yoxlama zamanı kükürd tıxacını çıxara bilmək üçün otoskopun dəstəyinə daha asan bərkidilə bilən, münasib dəyərə malik işlək otoskop başlığı da mövcud olmalıdır.
- Kükürd tıxacı qulaq kanalından çıxarılmalıdır.
- Müayinə edən şəxsin timpanik membran hissələrini (çəkic sümükcüyü, baraban membranının çıxıntısı, yüngül refleks; şəkillənmə) aydınlaşdıra bilməsi mühüm əhəmiyyətə malikdir.
- Timpanik membranın mövqeyi, şəffaflığı, rəngi və hərəkətliliyi müşahidə edilməlidir.
Nəticələr
- Timpanik membrana və orta qulağa dair nəticələrin spektri genişdir.
- AOM OME-dən fərqləndirilməlidir.
- Nəzərə almaq lazımdır ki, orta qulaqda axıntı təklikdə antibiotik üçün işarə deyildir.
- Timpanik membranın mövqeyi müxtəlif diaqnozlar üçün əsas kriteriyadır.
- Qabarıq timpanik membran kəskin iltihabla xüsusən əlaqəlidir.
- Qulaq timpanik membranı nizamladığı üçün normal halda əyri və ya dartılmış şəkildə olur.
- OME səciyyəvi olaraq dartılmış timpanik membranla əlaqədar olur.
- Orta qulaqda maye olduqda timpanik membranın hərəkətliliyi azalır və/yaxud timpanik membran ciddi şəkildə dartılmış olur.
- Normal timpanik membran hərəkətliliyi AOM halında istisna edilir (pnevmatik otoskopiya, timpanometriya).
- AOM zamanı timpanik membran səciyyəvi olaraq qabarıq, tutqun və sarımtıl olur. Bundan əlavə, yüngül refleks ya pozulur, yaxud da heç olmur (şəkillər ).
- Qızartı təklikdə diaqnostik nəticə deyildir (şəkil ).
- Xroniki OME (”ekssudativ otit”) olduqda, orta qulaqdakı axıntı qalığı 2-3 ay müddətində davam edir. Timpanik membran zəifləmiş hərəkətlə qalınlaşır və ya tamamilə hərəkətsizləşir. Maye qatı və yapışqan olur. Eşitmə zaifləyir.
Müvafiq mənbələr
Blomgren K, Pitkäranta A. Current challenges in diagnosis of acute otitis media. Int J Pediatr Otorhinolaryngol 2005 Mar;69(3):295-9. Bluestone CD, Klein JO. Otitis media in infants and children. 4th edition. Hamilton, Canada, BC Decker, 2007.Laine MK, Tähtinen PA, Ruuskanen O, Huovinen P, Ruohola A. Symptoms or symptom-based scores cannot predict acute otitis media at otitis-prone age. Pediatrics 2010 May;125(5):e1154-61 Karma PH, Penttilä MA, Sipilä MM et al. Otoscopic diagnosis of middle ear effusion in acute and non-acute otitis media. I. The value of different otoscopic findings. Int J Pediatr Otorhinolaryngol 1989;17(1):37-49. "?>