Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda anal problemlər

Mündəricat

Uşaqlarda anal problemlər

EBM Klinik protokolları
04.09.2018 • Sonuncu dəyişiklik 08.03.2017
Kaija-LeenaKolhoRistoRintala

Əsasları

  • Abdominal və ya perianal şikayətlərə malik uşaqların müayinəsi zamanı anal bölgənin vizual müayinəsinin aparılması asandır və rutin olaraq aparılmalıdır.
  • Kəskin xarakterli çat və ya absesdən şübhələndikdə barmaqla rektal müayinə həyata keçirilməməlidir, çünki bu uşaqda ağrıya səbəb ola bilər.

Anal qızarıqlıq

  • Ümumi simptomlar, adətən nəcisdən qaynaqlanan qıcıqlanma.
  • Perianal streptokokkal dermatiti (şəkil) klinik olaraq müəyyənləşdirmək adətən asan olur: adətən sulu anal ifrazatla müşahidə edilən kəskin iltihabi prosesi ehtimal etməyə əsas verən şiddətli qızartı.
    • Perianal streptokokkal dermatit oral antibiotiklərlə müalicə edilir, lakin vəziyyətin demək olar ki, həmişə müalicə edilməmiş qəbizliklə əlaqəli olduğunu nəzərə almaq lazımdır.
  • Şiddətli perianal indurasiya xronik enteritin bir əlamətidir.

Anal çat, nəcisdə təzə qan

  • Əsas simptom defekasiya aktının ağrılı olması, nəcisdə təzə qanın olması və tualet kağızıdır.
  • Perianal müayinə zamanı anusun dəri - selikli qişa birləşməsində çat müşahidə edilir. Sağrı əzələləri çatı görə bilmək üçün kənarlara çəkilməlidir. Barmaqla rektal müayinə ağrılıdır və diaqnozun qoyulmasında xüsusi əhəmiyyət daşımır. Böyüklərdən fərqli olaraq uşaqlarda çat anal perimetr boyunca istənilən yerdə yerləşə bilər. 
  • Defekasiya aktının ağrılı olması böyük kütləli nəcisin çatı təkrar olaraq zədələməsi səbəbilə sağalma prosesinin uzanması ilə nəticələnən qəbizliyə səbəb ola bilər.
  • Demək olar ki, bütün çatlar laksativ (məs. laktuloz) və anal bölgənin qorunması üçün kremlərdən istifadə edilərək (məs. neft jeli [vazelin]) konservativ müalicə yolu ilə sağalır. Böyüklərdə hemorroid və çatların müalicəsi üçün təyin edilmiş kremlər uşaqlarda istifadə edilməməlidir.
  • Çox nadir hallarda (< 5% hallarda) uşaqlarda çat xronikiləşə və cərrahi müdaxilə tələb edə bilər.

Perianal abses və fistula 

  • Əksər hallarda 12 aydan kiçik oğlan uşaqlarında və ya yeniyetmələrdə meydana gələ bilər.
  • Defekasiya aktı zamanı və ya oturduqda, təsadüfi hallarda sidik ifrazı ilə əlaqəli ağrının meydana gəlməsi.
  • Barmaqla rektal müayinə ağrılıdır və rutin müayinə olaraq həyata keçirilməməlidir.
  • Abses ''yetişdikdə'' mütləq kəsilməli və drenajı həyata keçirilməlidir. Drenaj prosesinin təsadüfi hallarda əməliyyat otağında həyata keçirilməsinə ehtiyac duyulur və bəzi hallar cərrahi müdaxiləyə ehtiyac duyulmadan sağalır.
    • Drenajdan sonra aşağı dərəcəli temperatur müşahidə edilərsə, oral antibiotik təyin edilməlidir.
    • Əməliyyatdan sonra tez - tez vanna və duş qəbul etmək lazımdır.
  • İrinli ifrazatla eksternal açılış fistula ehtimalının düşünülməsinə zəmin yaradır.
    • Fistula adətən ağrılı olmur.
    • Körpələrdə fistula adətən spontan olaraq sağalır.
    • Yetkinlərdə fistula böyüklərdəki kimi müalicə edilir.
  • Böyük uşaqlarda perianal abses və fistula bağırsağın xroniki iltihabi xəstəliklərinin əlaməti ola bilər. Uşaq xəstəni mütəxəssis qiymətləndirməsinə şövq etmək həddi aşağı olmalıdır.

Hemorroid

  • Uşaqlarda çox nadir hallarda rast gəlinir.
  • Qanayan hemorroid çox nadir hallarda rast gəlinir və etiologiyası nəcisdə qanın olması hesab edilir.
  • Uşaqlarda hemorroid mütəxəssis müdaxiləsi tələb edir.

Rektal prolaps (düz bağırsağın sallanması)

  • Əksər hallarda 1 - 2 yaşlı uşaqlarda təsadüf edilir.
  • Düz bağırsaq yerində əllə geri basıla bilər, lakin əksər hallarda özü spontan olaraq geri çəkilir.
  • Əgər sallanma residivləşərsə, böyük uşaqlarda laparoskopiya nəzərdən keçirilə bilər.

Anal dəri xalı (eng. skin tag, acrochordon)

  • Tək qeyri -  iltihabi xov saat 6 , bəzən saat 12 pozisiyasında xüsusilə qızlarda daha çox müşahidə edilir.
  • Gül kələminə bənzər xovlar kron xəstəliyinin təzahürü ola bilər.

Anal qaşıntı (pruritus ani)

  • Aralıq nahiyənin qaşınması, adətən nəcisdən qaynaqlanan qıcıqlanma ilə əlaqədar olur.
  • Bizquyruq (Sapvari qurd) qaşıntılı dermatitə səbəb ola bilər.