Bazu (çiyin) oynağının müayinəsi
EBM Klinik protokolları
17.05.2018 • Sonuncu dəyişiklik 31.01.2014
MarttiVastamäkiHeidiVastamäki
- Boyun və çiyin ağrısının müayinəsi bölməsinə nəzər yetirin
Əsasları
- Klinik müayinə bazu oynağının funksional vəziyyətinin və ağrının lokalizasiyasının qiymətləndirilməsində istifadə olunan vacib bir elementdir. Müayinə hər zaman xəstənin çiyin nahiyəsinin soyundurulması şəklində aparılmalıdır.
- Oynağın hərəkətliliyini ölçmək üçün qoniometrdən (bucaq ölçən) istifadə etmək məsləhət görülür.
- Klinik testlər çiyini sabitləyən əzələ - vətər qrupunun rotator (döndürücü) manjetinin (rotator cuff) zədələnmələri zamanı, təcili cərrahi əməliyyatın tələb olunduğu rotator manjetinin geniş sahəli yırtıqları istisna olmaqla, diaqnozun qoyulmasında kifayət qədər etibarlıdır.
- Çiyin ağrısı olan bir pasiyentdə instrumental müayinə üsulları arasında rentgen müayinəsi ilkin seçimdir.
- Klinik tabloya əsasən cərrahi əməliyyat düşünülərsə rotator manjeti yırtığını təsdiqləmək üçün ultrasəs müayinəsi aparıla bilər.
- Ehtiyac duyulduğu təqdirdə çiyinin daha dəqiq bir görüntüsünü əldə etmək məqsədilə kontrastlı MRT müayinəsindən istifadə edilə bilər.
- Geniş sahəli rotator manjetinin yırtığı zamanı yaxşı bir nəticəyə zəmanət vermək üçün zədənin baş verdiyi vaxtdan etibarən bir neçə həftə ərzində əməliyyat icra olunmalıdır.
Klinik müayinələr
- Boyun və çiyin nahiyəsinin inspeksiyası (vizual müayinə): atrofiya (sinir və ya vətər zədələnməsini göstərir)
-
- Ən çox tinaltı (infraspinatus) sahədə rast gəlinir.
- Hərəkətlər: bükmə (fleksiya), uzaqlaşdırma (abduksiya), xaricə və daxilə fırlanma (rotasiya), aktiv və passiv hərəkət intervalları, yaxşı olar ki, qoniometr ilə ölçülmüş olsun; ağrı.
- Subakromial impingement sindromu və ya ağrılı qövs sindromu. Qolların abduksiyası zamanı 60 - 120 ° intervalında ağrı hiss olunur (tinüstü əzələ vətəri, subakromial boşluq).
- Kürək sümüklərinin hərəkətlərinin simmetriyasına da diqqət yetirin. Donmuş çiyin sindromunda (frozen shoulder, digər adla adheziv kapsulit) kürək sümüyü patologiyanın olmadığı tərəfdəkinə nisbətən daha tez yuxarı qalxır.
- Müqavimətli izometrik testlər (müxtəlif əzələ hərəkətlərinə istiqamətə uyğun olaraq müqavimətin göstərilməsi ilə əzələ gücünün öyrənilməsi): abduksiya (tinüstü əzələ sınağı), xaricə rotasiya (tinaltı əzələ sınağı), daxilə rotasiya + "lift off" sınağı (Gerber sınağı, kürəkaltı əzələ vətərində yırtıq və ya iltihabı göstərə bilir) və bazunun ikibaşlı əzələ sınağı
- Vətərlərin palpasiyası
- Rotator manjetində ağrıların və subakromial boşluqda qıcıqlanmanın yoxlanılması; tinüstü əzələ sınağı: müayinə edən bir əlini pasiyentin çiyini üzərində, digər əlini dirsəyin altında yerləşdirir, dirsək oynağı bükülmüş və qolun said hissəsi irəliyə doğru yönəldilmiş vəziyyətdə qolun dirsəkdən yuxarı hissəsini yuxarıya doğru qaldırır.
- Akromioklavikulyar oynağın provokasiya sınaqları (hiperabduksiya və çarpaz qollar (cross arms test) sınaqları)
- Sabit Dərəcə (“Constant Score”-CS). Diaqnostik meyarlarından istifadə edərək çiyin oynağının funksional imkanlarının qiymətləndirilməsi
Diaqnostik meyarlar
Çiyinin adheziv kapsuliti (donmuş çiyin) (M75.0)
- Çiyin oynağının aktiv və passiv hərəkətlərinin diapazonu əhəmiyyətli dərəcədə azalmışdır
- Gecə qeydə alınan ağrılar
- Hərəkət vaxtı ağrılar (xüsusən qəfil hərəkətlərdə və ekstremal pozisiyalarda); normal əzələ güclü
- Nəzər yetirin.
Rotator manjeti sindromu (M75.1)
- Bazu oynağının impingement sindromu
- Anamnezdə müvafiq qaydada müşahidə edilən ağrılar (ağrı bazunun orta hissəsinə, deltayabənzər əzələnin sümüyə birləşdiyi yerin ətrafına irradiasiya edir)
- Müsbət tinüstü sınağı və ya müsbət irəli qaldırma sınağı: müayinə aparan şəxs passiv olaraq çiyini başın üzərinə doğru bükür və tam bükülmə zamanı hiss olunan ağrı akromion çıxıntısının ön kənarına tinüstü əzələ vətərinin sıxılmasını göstərir.
- Nəzər yetirin.
Çiyinin qeyri - sabitliyi
- Anamnezdə çıxığın olması və ya çiyində təkrarlanan, xoşagəlməz "boşalma" ("giving way") hissiyyatı
- "Qorxu sınağı" (apprehension test)
- Çiyin 90 dərəcədə abduksiya olunur və xaricə fırladılır (eksternal rotasiya): xəstə tərəfindən bildirilən xoşagəlməz hissiyyat və ya ağrı hissiyyatı oynaqların qeyri - stabilliyini göstərir.
- Sınaq relokasiya testi ilə davam etdirilə bilər: pasiyent çiyinin 90 dərəcəlik abduksiya və dirsəyin 90 dərəcəlik fleksiya (bükülmüş) vəziyyətində arxası üstə uzandırılır. Müayinəni aparan şəxs pasiyentin çiyninə eksternal rotasiya vəziyyəti verir; hərəkətin diapazonu adətən məhdudlaşdırılmış olur və xəstə çiyninin "boşaldığını" hiss edir. Müayinəni aparan şəxs onu dəstəkləmək üçün çiyinin ön tərəfindən əks təzyiq tətbiq edir və sınağı təkrarlayır. Xaricə rotasiya hərəkətinin diapazonu genişlənirsə və çiyində boşalma hissi qeydə alınmırsa sınaq müsbət hesab olunur.
- Çiyinin çox istiqamətli qeyri - stabilliyi zamanı aşkarlanan əlamətlər
- Məsələn, diz sınağında müsbət çökəklik əlaməti: pasiyent çiyinləri relaksasiya vəziyyətində oturur, dizini qaldıraraq iki əli ilə tutur və sonra dizin öz ağırlığı ilə bazunu aşağıya çəkməsinə imkan verir: müsbət sınaq zamanı bazu sümüyü başcığı ilə kürək sümüyünün akromion çıxıntısı arasındakı boşluq bir neçə santimetr artır.
- Pasiyentlər çox vaxt həmçinin hiperelastik barmaqlar və dirsəklərə sahib olurlar, baş barmaqlarını saidə toxundurmaq üçün asanlıqla bükə bilirlər.
Diferensial diaqnostika
- Aksial kompressiya sınağı oturaq vəziyyətdə olan pasiyentin başının üst hissəsinə basılaraq icra olunur.
- "Döş qəfəsi çıxışı sindromu" ("thoracic outlet syndrome") üçün sınaqlar
- Epikondilit üçün sınaqlar
- Karpal tunel sindromu üçün sınaqlar
- Çiyin nahiyəsində sinir zədələnmələri