Kəskin bronxit
EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 20.03.2017
PekkaHonkanen
Əsas məqamlar
- Kəskin bronxitin əsas simptomları 3 həftədən az müddətə davam edən öskürək və öskürəklə bəlğəm ifrazıdır. Bundan əlavə, adətən tənəffüs yolları infeksiyasının digər simptomları (rinit, boğaz ağrısı, səsin xırıltılı olması) vardır.
- Kəskin bronxit adətən antibakterial terapiya tələb etməyən bir virus infeksiyasıdır.
- Diaqnostikada ən vacib məsələ pnevmoniyanı inkar etməkdir.
Etiologiya
- Kəskin bronxit adətən viruslar tərəfindən törənir.
- Törədici patogenlər epidemioloji vəziyyətə uyğun olaraq dəyişilir. Ən çox rast gəlinən törədicilərə koronaviruslar, rinoviruslar, respirator sinsitial (RS,respiratory syncytial ) viruslar, adenoviruslar, paraqrip və qrip virusları daxildir.
- Simptomlar və klinik tapıntılar əsasında etioloji diaqnoz təyin edilə bilməz.
Simptomlar
- Kəskin bronxitin simptomlarına daxildir:
- öskürək
- çox zaman irinli bəlğəm
- təngnəfəslik
- fışıltılı xırıltı
- döş qəfəsində ağrı
- 38,0 °C və ya daha yüksək qızdırma (pasiyentlərin 10–30%-i qızdırma müçahidə olunur).
- Əksər pasiyentlərdə öskürəyin davam müddəti təxminən 2 həftədir.
- Kəskin bronxit adətən yuxarı tənəffüs yollarının infeksiyası ilə əlaqəlidir və ona görə də pasiyentdə yanaşı olaraq rinit, boğaz ağrısı və xırıltılı səs qeyd olunur.
- Ümumi simptomlar çox rast gəlinir: pasiyentlərin yarısında baş ağrısı və ümumi zəiflik, dörddə birində isə əzələ ağrısı qeyd edilir.
Diaqnoz
- Diaqnoz pasiyentin anamnezi, klinik müayinəsi və sonrakı gedişatının təqibi əsasındadır.
- Mikrobioloji analizlər faydasızdır.
- Pnevmoniyaya şübhəli olan pasiyentləri müəyyənləşdirmək vacibdir ("Differensial diaqnoz" bölümünə baxın).
- Əhəmiyyətli ümumi simptomları (ürək vurğularının tezliyi < 100/min, tənəffüs tezliyi < 20/dəq, bədən temperaturu < 38°C) və auskultasiyada ağciyərlər üzərində pnevmoniyaya xas xırıltılar və ya perkutor kütlük olmayan ümumi sağIam bir şəxsdə pnevmoniyanın ehtimalı çox kiçikdir "?>.
Differensial diaqnoz
- Nəzərdən keçirilməli ən vacib differensial diaqnoz pnevmoniyadır. Pnevmoniya bronxitdən əhəmiyyətli dərəcədə az rast gəlinir"?>.
- Differensial diaqnoz təkcə klinik simptomlar və laborator tapıntılar əsasında təyin edilə bilməz. Bronxit və pnevmoniya çox zaman eyni mikroblar tərəfindən törənir - bu diaqnozlar eyni bir xəstəliyin ağırlıq dərəcəsindəki fərqləri əks etdirir.
- Bronxitdə infeksiya bronxial ağacın selikli qişaları ilə məhdudlaşır. Pnevmoniya isə ağciyər parenximasının iltihabını təmsil edir və buna görə də onun simptomları daha ağırdır.
Pnevmoniya
- Əgər pasiyentdə aşağıdakı simptomlar varsa pnevmoniya barədə şübhələnilə bilər:
- tənəffüs tezliyinin > 20/dəq artması
- taxikardiya (> 100/dəq)
- tənəffüs sistemi müayinəsində qeyri-normal tapıntılar
- azalmış tənəffüs səsləri
- perkussiyada kütlük
- yaş xırıltılar
- normadan daha böyük sahədə bronxofoniya
- otaq havası ilə oksigen saturasiyası < 92%.
- Əgər pnevmonya barədə şübhələnilirsə CRZ analizi edilməlidir; əgər plazmada CRZ miqdarı 30 mq/l və ya daha çoxdursa, yaxud pnevmoniya göstərən simptomlar və ya tapıntılar varsa döş qəfəsinin rentgenoqrafiyası müayinəsi ilə radioloji təsdiq tövsiyə edilir.
- Pnevmoniya göstərən tapıntıların yoxluğunda aşağı miqdarda CRZ miqdarı yüksək dərəcədə əminliklə pnevmoniyanı inkar edir"?>.
- "?> Aşağı miqdarda CRZ (C-reaktiv zülal) göstəricisi ağır simptomları olan pasiyentlərdə ciddi bir bakterial xəstəlik ehtimalını inkar etmir. Əgər simptomlar 24 saatdan az davam etmişsə CRZ miqdarının ölçülməsi differensial diaqnostikada etibarlı deyil.
- Bundan savayı aşağıda göstərilən pasiyentlərdə döş qəfəsinin rentgenoqrafiyası tövsiyə edilir:
- ümumi vəziyyəti pisləşmışdir
- xəstəliyin uzanmış və ya qeyri-adi gedişatı
- pnevmoniyaya meyllik yaradan birincili xəstəliyi (məsələn, AXOX- Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi, bronxoektaziya, yaxud xroniki ürək, qaraciyər və ya böyrək xəstəliyi) olanlar
- anamnezində son bir il ərzində pnevmoniya olanlar.
Digər differensial diaqnozlar
- Sinusitin lokal əlamətləri və ya davamlı simptomları olan pasiyentlərdə sinusitin mümkünlüyü ultrasəs müayinəsi və ya rentgen müayinəsi ilə istisna edilməlidir. Öskürək həmçinin, zökəm, bronxial astma və AXOX zamanı bir adəti simptomdur.
- Bəzən bronxitə bənzəyən aşağıda sadalanan vəziyyətlər yadda saxlanılmalıdır:
- "fermer" ağciyəri
- nitrofurantoin preparatının pulmonar toksikliyi.
- digər dərmanla əlaqəli (parenteral qızıl preparatı, metotreksat) ağciyər simptomları."?>
- Təkrarlanan və uzanmış "bronxit" epizodları başlanan astma və ya AXOX-un bir əlaməti ola bilər."?>
Müalicə və menecment
- Dəstəkliyici qayğı
- Simptomatik müalicə
- Simptomatik müalicə pasiyentlərə simptomların öhdəsindən gəlməyə kömək edə bilər. Öskürək əleyhinə dərman vasitələrinin effektivliyi barədə heç bir aydın sübutlar yoxdur.
- Öskürək xüsusilə yuxarı tənəffüs yollarının infeksiyası ilə əlaqəli olduqda bal, evkalipt yağı və ya udlağı, yaxud qırtlağı nəmləşdirən hər hansı bir maye bunu yüngülləşdirə bilər.
- Yuxarı tənəffüs yolları infeksiyasının simptomlarından olan burun tutulması və selik yaranması antixolinergik və simpatomimetiklərlə yüngülləşdirilə bilər.
- Bronxitin müalicəsində simpatomimetiklərin faydası mübahisəlidir. Tənəffüs yollarının kəskin infeksiyası ilə əlaqəli obstruksiyası olan pasiyentlər simpatomimetiklərdən faydalana bilər.
- İnfeksiya adətən virus mənşəli olduğu üçün digər cəhətdən sağlam və ümumi vəziyyəti yaxşı olan pasiyentlərdə antibakterial dərmanlar istifadə olunmamalıdır. Antibakterial müalicə bundan faydalanan pasiyentlər üçün, məsələn pnevmoniyanın riski böyük olan şəxslər üçün saxlanılmalıdır.
- Aşağıdakı hallarda antibakterial müalicə barədə daha çox düşünmək lazımdır: "?>
- pasiyentin yaşı 75-dən çoxdur və yüksək qızdırması var
- pasiyent ağır bir ümumi xəstəlik, ürək çatışmazlığı, AXOX, insulinlə müalicə edilən şəkərli diabet, ağır nevroloji xəstəlikdən əziyyət çəkir və ya immunosuppressiv dərman maddəsi qəbul edir, yaxud
- pasiyent alkoholikdir.
- Əgər antibakterial müalicəyə göstəriş olduğu hesab edilirsə klavulon turşusu (clavulanic acid ) olmadan amoksisillin (amoxicillin) gündə üç dəfə 750 mq və ya penisillinə (penicillin) allergiya halında doksisiklin (doxycycline) gündə bir dəfə 150 mq təyin edilir. Müalicənin davam müddəti 5-7 gündür.
- Əgər mikoplazma və ya xlamidiya barədə şübhələnilirsə doksisiklin seçim dərmanıdır.
- Xüsusi əsaslar olmadan kəskin bronxitin müalicəsində heç bir geniş spektrli antimikrob preparat istifadə edilməməlidir.
- Təxirə salınmış təyin antimikrob dərman kurslarının sayını və təkrar baxışları azaldır. Əgər həkim pasiyentin antimikrob terapiyasına ehtiyacı ola bilməsini hesab edirsə pasiyentə resept verilir və simptomların 2 həftə ərzində azalmadığı təqdirdə dərman vasitəsini başlaması barədə təlimatlandırılır.
- Xəstəliyin gedişatı klinik mənzərə və ya laborator tapıntılar əsasında proqnozlaşdırıla bilmədiyindən antimikrob terapiya aparılıb-aparılmamasından asılı olmayaraq kəskin bronxitli pasiyentə simptomlar davam etidiyi və ya pisləşdiyi təqdirdə mütləq təkrar baxış təyin edilməlidir.
Müvafiq resurslar
Honkanen PO, Rautakorpi UM, Huovinen P, et al; MIKSTRA Collaborative Study Group. Diagnostic tools in respiratory tract infections: use and comparison with Finnish guidelines. Scand J Infect Dis 2002;34(11):827-30. Metlay JP, Kapoor WN, Fine MJ. Does this patient have community-acquired pneumonia? Diagnosing pneumonia by history and physical examination. JAMA 1997 Nov 5;278(17):1440-5. Macfarlane J, Holmes W, Gard P, et al. Prospective study of the incidence, aetiology and outcome of adult lower respiratory tract illness in the community. Thorax 2001 Feb;56(2):109-14. Woodhead M, Blasi F, Ewig S, et al; European Respiratory Society; European Society of Clinical Microbiology and Infectious Diseases. Guidelines for management of adult lower respiratory tract infections. Eur Respir J 2005;26:1138-1180 van Vugt SF, Broekhuizen BD, Lammens C et al. Use of serum C reactive protein and procalcitonin concentrations in addition to symptoms and signs to predict pneumonia in patients presenting to primary care with acute cough: diagnostic study. BMJ 2013;346():f2450.