Ağızda quruluq
EBM Klinik protokolları
27.04.2018 • Sonuncu dəyişiklik 01.03.2017
AiraLahtinen
Əsas məqamlar
- Ağızda quruluq sistem xəstəliyi və ya dərmanların təsirindən yarana bilər.
- Ağız suyu axın sürətinin azalması nəticəsində diş kariyesinin inkişafı, ağız boşluğunun ağrılı olması və göbələk infeksiyasinın qarşısını müasir müalicə üsulları və məlumatlandırma ilə almaq olar.
Ağız quruluğunun simptomları
- Hiposalivasiya (ağız suyu axın sürətinin azalması) sürətləndirir və aşağıda sadalananlarla nəticələnir, məsələn:
- dişlərin sürətlə çürüməsi
- mukozal qıcıqlanma (məsələn, kandidoz, mukozal xoralar)
- pis qoxulu nəfəs
- dildə ağrı ("yanan ağız sindromu")
- qeyri-adi dad hissiyyatları (məsələn, metal dadı)
- çıxarıla bilən diş protezlərinin geyilməsində çətinlik
- udma,yemə və nitq zamanı çətinlik.
Ağızda quruluğun diaqnostikası
- Diaqnostik əhəmiyyətli suallara aiddir:
- Yemək zamanı su içmədən quru qidanın(peçenye,çörək) udulması çətindirmi?
- Danışanda ağzınız quruyurmu?
- Gecələr də ağzınızı islatmağa ehtiyac duyursunuzmu?
- Dişlərinizi kobud və iti hiss edirsinizmi?
Ağız suyu axın sürətinin ölçülməsi (ağız suyu ifrazının ölçülməsi)
- Stomatoloq və ya ağız boşluğu üzrə mütəxəssis tərəfindən icra edilə bilər. Ağız suyu axın sürətinin ölçülməsinin ən asan və geniş yayılmış üsulu 5 dəqiqə ərzində parafin parçası çeynəyərkən ağız suyunun miqdarının ölçülməsidir. Normada bu miqdar 5 ml-i keçir. Ağızda quruluq (xerostomia, kserostomiya) hissiyyatı subyektiv olaraq, adətən, stimulə edilmiş axın sürəti 5 dəqiqədə 2.5 ml-dən az olduqda yaranır.
- Ağız suyu axınının baza sürəti 5 dəqiqə ərzində ən azı 0.5 ml olmalıdır. Sakitlikdə ağız suyu axın sürətinin ölçülməsi də eyni qaydada, yalnız çeynəmə olmadan təyin olunur.
Ağız quruluğunun etiologiyası
- Dərmanlar, xüsusilə də bir neçə dərman eyni anda təsir göstərdikdə:
- Ağız suyu ifrazını ən çox azaldan dərmanlara bir sıra antihipertenziv dərmanlar,diuretiklər, xərçəngəleyhinə, bəzi psixo-farmakoloji və nevroloji dərmanlar,allergiya və öskürək əleyhinə dərmanlar, həmçinin, analgetik, revmatizmə qarşı istifadə olunan dərmanlar daxildir.
- Revmatik xəstəliklər, xüsusilə də Şeqren (Sjögren's ) sindromu
- Ağız suyu vəzlərinin xəstəlikləri
- Baş və boyun nahiyəsinə irradiasiya
- Ağızla nəfəs alma
- Hormonal dəyişikliklər,məs.klimakterik
- Neyrogen anoreksiya,aclıq
- Labil yuvenil (1-ci tip ) diabet
.Gündəlik normal yemək və qəlyanaltılar 5-6 dəfə, çoxlu çeynəmə tələb edən qidalardan ibarət olmalıdır. Yeməyin sonunda pendir,fındıq və tərəvəzlərin yeyilməsi bütün bakterial turşuları neytrallaşdırdığından faydalıdır.