Sidik yolları infeksiyaları
EBM Klinik protokolları
22.05.2017 • Sonuncu dəyişiklik 22.05.2017
MaaritWuorela
Sürətli keçidlər
Uşaqlarda sidik yolları infeksiaysı
Terapiya
- SYİ infeksiyanın yayılmış olduğu səviyyəyə uyğun surətdə müalicə edilir.
- Sistitin terapiyası antimikrob dərman vasitəsi ilə qadınlarda 3 gün müddətində, kişilərdə isə 7 gün müddətində aparılır.
- Pielonefrit böyrək toxumasına yüksək penetrasiyaya malik antimikrob dərman vasitəsi ilə 7-10 gün ərzində müalicə edilir.
Diferensial diaqnostika
Uretral sindrom
Asimptomatik bakteriuriya
Qadın pasiyentdə sistitin müalicəsi
| Dərman |
Gündəlik doza |
Terapiya müddəti |
| Trimetoprim |
160 mq × 2 və ya 300 mq × 1 |
3 gün |
| Nitrofurantoin |
75 mq × 2 |
3 gün |
| Pivmesillinam |
200 mq × 3 və ya 400 mq × 2 |
3 gün |
Kəskin piyelonefrit
- Əgər pasient qızdırma, qarnın yan nahiyəsində və ya beldə ağrı və qanda CRZ > 40 mq/l ilə daxil olubsa, böyrək səviyyəsində olan infeksiyadan şühələnilməlidir.
- Ümumi vəziyyəti yaxşı olan pielonefritli pasiyent peroral ftorxinolonlarla evdə müalicə edilə bilər. Ftorxinolonlarla terapiya 7 gün"?>, digər antimikrob vasitələrlə isə 10 gündür (cədvəl ). Xüsusilə piyelonefritli ahıl yaşlı kişilərin empirik müalicəsi zamanı törədicinin ftorxinolona qarşı potensial rezistentliyi nəzərə alınmalıdır (baxın: kişi pasiyentdə SYİ).
Kəskin piyelonefritin müalicəsi
- Peroral müalicə mümkün olmadıqda. Terapiyaya müsbət reaksiya alındıqdan sonra müalicə peroral ftorxinolon, birinci nəsil sefalosporin və ya sulfa-trimetoprimlə aparılır.
- Əgər ştammın bu dərman kombinasiyasına həssas olması məlumdursa və ya ftorxinolonlara əks-göstərişlər olduqda istifadə edilə bilər.
|
| Dərman |
Gündəlik doza |
Terapiya müddəti |
| Ftorxinolon |
|
7 gün |
|
|
500 mq × 2 peroral
|
|
|
|
250–500 mq × 1 peroral
|
|
|
|
200 mq × 2 peroral
|
|
| Sefuroksim1 |
750–1500 mq× 3 vena daxili |
10 gün |
| Sulfa-trimetoprim2 |
160/800 mq × 2 peroral |
10 gün |
Kişi pasiyentdə SYİ
Hamiləlik dövründə SYİ "?>
- İnfeksiyanın eradikasiyası mütləq sidiyin mikrobioloji əkilməsinin nəticəsi ilə təsdiq olunmalıdır.
- Piyelonefritin və vaxtından əvvəl doğuşun artmış riskinə görə asimptomatik bakteriuriya sistit kimi müalicə və monitorinq edilməlidir.
- Sistit və asimptomatik bakteriuriyada tövsiyə edilən müalicə müddəti 5 gündür ; baxın, cədvəl
- Hamiləlik zamanı piyelonefrit üçün müalicə stasionar şəraitdə başlanılır.
- Sefuroksim 0,75–1,5 q × 3 venadaxili
- Əzələ daxili təyin olunduqda Seftriakson da həmçinin effektivdir və 24 saat ərzində bir dəfə doza təyini və ya əzələ daxili yeridilməsi faydalıdırsa ilkin dərman kimi seçilə bilər.
- Daha sonrakı müalicə peroral birinci nəsil sefalosporinlə aparılır; məsələn, 10 gün ərzində sefaleksin 500 mq × 4 dəfə gündə.
- Hamiləlik zamanı residivləşən SYİ-da nitrofurantoin profilaktikası nəzərdən keçirilməlidir.
- , yuxarıda baxın."?>
Hamiləlik zamanı asimptomatik bakteriuriya və sistitin müalicəsi
| Dərman |
Qeydlər |
| Nitrofurantoin 75 mq × 2 |
|
| Pivmesillinam 200 mq × 3 |
Pivmesillinam zərdabda karnitin miqdarının azaltdığı üçün mesillinam preparatının tərkar kurslarından qaçınılmalıdır. |
| Birinci nəsil sefalosporinlər |
Sefaleksin 500 mq × 3 dəfə |
| Amoksisillin 500 mq × 3 |
Yalnız törədici mikrobun həssaslığı təsdiq olunduqdan sonra istifadə edilə bilər. |
Uzunmüddətli sosial qayğı müəssisələrinin sakinləri arasında SYİ
- Asimptomatik bakteriuriya bu pasiyentlər arasında çox rast gəlinir. Yalnız pasiyentin ümumi vəziyyətinə təsir göstərən digər mümkün xəstəliklər və infeksiyalar inkar edildikdə, kliniki əlamətlər və simptomlar əsasında SYİ-nin antibiotiklərlə müalicəsi barədə qərar verildikdən sonra sidiyin əkilməsi aparılır və empirik müalicəyə başlanılır.
- Müəssisə sakini olan pasiyentdə SYİ antimikrob vasitələrlə müalicə olunduqda törədici mikrobların çoxsaylı olması və müxtəlifliyinə görə mütləq mikrobioloji əkilməsi üçün sidik nümunəsi əldə edilməlidir.
- Antimikrob vasitə müəssisədə epidemioloji vəziyyətə və pasiyentin klinik halına uyğun fərdi qaydada seçilir; məqsəd mümkün ən dar spektrli antimikrob vasitələrin istifadəsi olmalıdır.
Təkrarlanan SYİ
- Eyni ştamm: müalicədən sonrakı 2 həftə ərzində təkrar meydana çıxma (residiv)
- Yeni ştamm və ya müalicədən 2 həftədən çox zaman keçdikdən sonra təkrar meydana çıxma (reinfeksiya)
- Təkrarlanan sistitlərin antimikrob vasitələr olmadan profilaktikası
- Aşağıda sadalanan profilaktik tədbirlərin faydası barədə heç bir sübut yoxdur: ifrat miqdarda (24 saat ərzində > 2 l) aşağı kalorili maye qəbulu, sidik ifrazına tez-tez getmək (gün ərzində hər 3 saatdan bir), qəbizliyin müalicəsi, soyuğun təsirinə məruz qalmaqdan qaçınmaq, sidiyin turşuluğunu artırmaq üçün C vitamini istifadəsi, cinsi əlaqədən sonra sidik ifrazına getmək, spermisid istifadəsindən qaçınmaq və pessari istifadə edilməsi.
- Təkrarlanan sistitin qarşısının alınması üçün antimikrob müalicəsi
- Əgər il ərzində ən azından 3 infeksiya halı qeydə alınıbsa, profilaktik müalicə nəzərdən keçirilir. Müalicənin davam müddəti 6-12 aydır (cədvəl ).
- Təcrübəyə əsasən profilaktik dərman maddəsi dayandırıldıqda effekt sona yetir.
- Antimikrob preparatlara rezistentliyin artması bir nöqsandır.
- Cinsi əlaqə ilə aydın əlaqəsi olan təkrar SYİ-li qadınlarda cinsi əlaqədən sonra tək dozada antimikrob profilaktikası effektivdir (cədvəl ).
Aşağı dozada profilaktik dərman müalicəsi üçün alternativlər
| Birincili |
İkincili |
| Trimetoprim 100 mq, axşam |
Metenamin hippurat 1 q × 2 |
| Nitrofurantoin 50–75 mq, axşam |
Norfloksasin 200 mq × 1 və ya həftədə 3 gecə |
| |
Digər ftorxinolon |
Cinsi əlaqədən sonrakı antimikrob profilaktikası üçün alternativlər
| Birincili |
İkincili |
| Trimetoprim 100–300 mq, tək dozada |
Norfloksasin 200 mq |
| Nitrofurantoin 50–75 mq, tək dozada |
Ofloksasin 100 mq və ya siprofloksasin 100–250 mq |
| |
Sulfa-trimetoprim (1 tək-qüvvəli tablet) |
Jansåker F, Frimodt-Møller N, Sjögren I et al. Clinical and bacteriological effects of pivmecillinam for ESBL-producing Escherichia coli or Klebsiella pneumoniae in urinary tract infections. J Antimicrob Chemother 2014;69(3):769-72. Dewar S, Reed LC, Koerner RJ. Emerging clinical role of pivmecillinam in the treatment of urinary tract infection in the context of multidrug-resistant bacteria. J Antimicrob Chemother 2014;69(2):303-8. Rottier WC, Ammerlaan HS, Bonten MJ. Effects of confounders and intermediates on the association of bacteraemia caused by extended-spectrum ß-lactamase-producing Enterobacteriaceae and patient outcome: a meta-analysis. J Antimicrob Chemother 2012;67(6):1311-20. Rottier WC, Ammerlaan HS, Bonten MJ. Effects of confounders and intermediates on the association of bacteraemia caused by extended-spectrum ß-lactamase-producing Enterobacteriaceae and patient outcome: a meta-analysis. J Antimicrob Chemother 2012;67(6):1311-20. Schaeffer AJ, Nicolle LE. CLINICAL PRACTICE. Urinary Tract Infections in Older Men. N Engl J Med 2016;374(6):562-71. Detweiler K, Mayers D, Fletcher SG. Bacteruria and Urinary Tract Infections in the Elderly. Urol Clin North Am 2015;42(4):561-8.