Uşağın cinsi istismarının müəyyən edilməsi və menecmenti
EBM Klinik protokolları
18.10.2016 • Sonuncu dəyişiklik 18.10.2016
IlonaLuomaMinnaJoki-Erkkilä
SirpaTaskinen
Əsaslar
Birincili tibbi yardım
- Şübhəyə əsas verən məlumatları mümkün qədər uşağı az dindirərək ətraflı qeyd edin.Uşaq və ya yeniyetmənin kortəbii olaraq açdığı mövzuları sakitcə sona qədər dinləyin və sözbəsöz qeyd edin.
- Uşağın olmadığı bir vəziyyətdə şübhələrin yönəldiyi şəxslə ayrıca görüşün.
- Uşağı fiziki müayinə üçün aşağıda verilən kimi ixtisaslaşdırılmış mərkəzə tibbi müayinəyə göndərin:
- təcili müayinə üçün kəskin klinik hallar (3 gündən az)
- 24 saat ərzindəki təcili hal( 14 gündən az)
- təxmin edilən cinsi istismar günündən 14 gündən çox vaxt keçibsə təcili olmuyan müraciətlə
- Əgər uşağa qarşı cinsi istismar şübhəsi varsa:
- vəziyyəti polisə bildirin.
- uşağı qorumaq və vəziyyətini araşdırmaq üçün sosial xidmətlərə vəziyyətlə bağlı xəbər verin.
- Zəruri hallarda mütəxəsislərə müraciət edin və digər xidmətlərin eləcə də hakimiyyət orqanlarının (ilkin səhiyyə müəssisəsi, polis, sosial xidmətlər, uşaq məhkəmə-psixiatriyası) məsələyə cəlb olunmasını təşkil edin.
- Uşağın ehtiyacına uyğun olaraq böhranın idarə olunmasına yönləndirin. Bir cinayətdən şübhələnilirsə uşaq müalicədən əvvəl polislə görüşməlidir. Buna baxmayaraq, ən kəskin vəziyyətdə belə uşağın lazımi tibbi yardımı alması təmin edilməlidir.
- Şübhələndildiyi zaman ilkin olaraq tarixin və müsahibənin alınması (lazım gələrsə uşaqlarla iş qurumu işçiləri ilə birgə).Uşağın müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə (xəstəxana, pediatriya və ya ginekologiya şöbələrinə) iddia edilən təcavüzdən 3 gündən qısa vaxtda olduqda dərhal, 14 günə qədər müddətdə olduqda isə mümkün olan ən qısa vaxtda göndərilməlidir. Əgər 14 günü keçibsə göndərilmə tarixi adi qaydada tətbiq olunur. Təcavüzü törətmiş şəxs barədə müvafiq uşaqlarla iş üzrə qurumlara araşdırmanın başladıması üçün xəbər verilməlidir ki, müvafiq ərazilərdəki uşaqların gələcəkdəki təhlükəsizliyi təmin olunsun. Zərurət yarandıqda məsləhətləşmə və çox-şaxəli əməkdaşlıq üçün digər orqanlarla əlaqə saxlanmalıdır. Böhran idarə etmənin qiymətləndirilməsi və menecmenti
İxtisaslaşdırılmış yardım
- Uşağın cinsi istismarından şübhələn zaman polisə və aidiyyatı uşaq qurumlarına məlumat verin.
- Uşağın daxil olduğu belə bir cinayəti araşdıra bilməsi üçün polisə peşəkar dəstəyinizi əsirgəmiyin.
- Əgər somatik olaraq peşəkar yardım lazımdırsa:
- Kəskin hallarda cinsi təcavüzlə bağlı nümunələri toplayın və müşahidə olunan təzə və ya sağalmış xəsarətləri ətraflı şəkildə sənədləşdirin.
- Kəskin və ya təcili olmayan cinsi istismar hallarında isə müayinələr polis tərəfindən peşəkar yardımı vasitəsilə aparılır, lakin somatik simptomlar və ya tapıntılar potensial diaqnoz üçün tibbi qiymətləndirmə üçün tələb oluna bilər.
- Polisdən rəsmi müraciət əsasında uşaq dindirilməsi adətən uşaq məhkəb- tibbi psixiatriya şöbəsində yerinə yetirilir. Lazım gəldikdə mütəxəssilərə və aidiyyatı qurumlara (birincili tibbi yardım, polis, sosial xidmətlər) müraciət olunmalıdır.
- Uşağın ehtiyacını qiymətləndirin və böhranın idarə edilməsinə yönləndirin. Bir cinayətlə əlaqəli şübhə yaranarsa uşaq psixiatrk müalicədən əvvəl ilk növbədə polislə görüşməlidir. Buna baxmayaraq, kəskin vəziyyətdə olsa da uşağın lazımi sağlamlıq və qulluq ilə təmin edilməsi təmin edilməlidir.
- Uşağa aid şübhəli bir cinayət hadisəsini araşdıran polisə peşəkar yardım edilməlidir. Kəskin cini istismar hallarında (ehtimal olunan təcavüz 14 gündən az olmaq şərtilə) polis tərəfindən rəsmi sorğu aparılmamışdan əvvəl şübhəli fiziki müayinə aparıla bilər. Kəskin olmayan cinsi istismar hallarında fiziki müayinə yalnız polisin rəsmi istəyi əsasında müvafiq uşaq müəssisəsində, uşaq psixiatriya şöbəsində və ya digər buna bənzər yerlərdə həyata keşirilə bilər. Uşaın müalicəyə olan ehtiyacı və emosional vəziyyəti qiymətləndirilməlidir. Zərurət yarandıqda aidiyyatı qurumlarla konsultasiya və əməkdaşlıq edilməlidir.
Qeyd
- Araşdırmanın obyektivliyi və hüquqi cəhətdən müdafiə hesaba daxil olmalıdır.
- Cİnsi istismar şübhəsi bir çox hallarda bunu araşdıran əməkdaşlar üçün də narahat edici ola bilir.Onlar lzım gəldikdə kömək və ya məsləhət axtarmalıdırlar.
- Bütün araşdırmalarda obyektiv yanaşma tətbiq olunmalı və maraqlanılanların hüquqi müdafiəsi nəzərə alınmalıdır.İşçilər ehtiyac duyulduğu zaman kömək və məsləhətlərin verilməsini təmin etməlidirlər.
Yayılması
- Müxtəlif ölkələrdə aparılan araşdırmalara əsasən, uşaqlarda cinsi istismarın yayılma dərəcəsi, maraqlanan uşaqların və ya yeniyetmələrin yaşı və istismar olunan tərəfdəki fərqlər kimi amillərdən asılı olaraq dəyişir.
- Finlandiyadakı bir araşdırmaya görə, cinsi istismar hadisəsi əvvəlki bir araşdırmada 9-cu sinif qız şagirdləri arasında 7%dən 4%-ə qədər azalmışdır lakin oğlanlar arasında təxminən 1% qalmağa davam edir.
- Bioloji validynlərin öz balaca uşaqlarına təcavüz etməsi çox nadir hallarda baş verir.
- Müxtəlif ölkələrdəki araşdırmaların nəticəsi nəyi istismar adlandırmağa görə dəyişir.
Nə zaman cinsi-istismardan şübhələnilməlidir
- Əgər uşaq özü müraciət edirsə.
- Bir gözlə görən şahid, hanısa fotoşəkil və ya video kimi obyektiv bir dəlil olarsa.
- Fiziki bir simptom, xəstəlik və ya digər bir növ istismarla əlaqələndirilə biləcək bir tapıntı olarsa.
- Əgər uşaqda cinsi yolla keçən hansısa bir xəstəlik tapılarsa və ya hamilə olduğu aydınlaşdırılarsa.
- Pedofil bir hadisinənin aşkarlanmasından sonra.
- Uşaq cinsi-istismarı açıqlayırsa. Uşaqda cinsi istismarı sübut edən fiziki və davranış ilə əlaqəli nümunələrə rast gəlinirsə. Bütün bu işərələr müayinə zamanı aşkar edilirsə. Uşağın yaxınlığında pedofil bir fəaliyyət törədilirsə və bu da uşağın potensial qurban olma riskini artırırsa.
Simptomlar və tapıntılar
- Cİnsi-istismar olunan uşaq mental və fiziki cəhətdən tamamilə asimpptomatik ola bilər.
- Digər başqa vəziyyətlərdə də aşağıdakı simptomlara və tapıntılara rastlana bilər.
- Mümkün fiziki tapıntılar:
- Ağrı, qanaxma
- Ağrılı sidiyə getmə
- Göyərmələr, kontuziyalar, kəsiklər (məsələn, xarici cinsiyyət orqanlarında. budun iç tərəflərində)
- Balaca qız uşağında leykorrea
- Cinsi yolla keçən xəstəlik
- Hamiləlik
- Cinsi-istismar olmuş uşaqlar emosional və ya davranış (depresiya,qorxu dolu, özünü məhvə yönəlmiş, aqressiv, reqressiv eləcə də cinsi tərkibli davranış) eləcə də funksional (yemək, yuxu pozğunluqları, enurez, qəbizlik) pozuntular sərgiləyə bilərlər.
- Anormal davranış və emosional simptomlar təcavüzlə bağlı güclü dəlillər deyildir və şübhəyə səbəb olmamalıdır.
- Buna baxmayaraq, belə simptomlar həmişə araşdırma tələb edir.
Prosedurlar
Birincili yardım
- Əvvəlcə cinsi istismar şübhəsini doğuran amilləri araşdırın, Uşaqların Rifahı Qanununa uyğun olaraq polisə məlumat verin və zəruri hallarda uşaqla bağlı sosial xidmətlərə göndərin.
- Uşaq ümumiyyətlə ya polis, ya da polisə peşəkar yardım göstərmək üçün bir uşaq məhkəmə-psixiatrik istintaq bölməsi tərəfindən dindirilir.
- Uşağın verdiyi hər bir kortəbii hesabatı dinləyin və mümkün qədər sözbəsöz qeyd edin.
- Cinsi istismarından şübhələnilən bir uşağın üçün 3 gündən az bir müddət keçibsə əgər, bir universitet mərkəzi xəstəxanasının uşaq / ginekoloji poliklinikasında fiziki müayinə üçün təcili müraciət edin.
- Bir uşağın cinsi istismarından şübhələnilən tarixdən 14 gündən az bir müddət keçibsə mərkəzi universitet xəstəxanasında, fiziki müayinə üçün təcili 1-ci dərəcəli təcili göndəriş edin.
- Bir uşağın cinsi istismarından şübhələnmək üçün 14 gündən çox vaxt keçibsə, fiziki müayinə üçün təcili olmayan bir müraciət edin.
- Digər orqanlara (uşaq məhkəmə-psixiatriya şöbəsi, polis, sosial xidmətlər) zəruri hallarda, hər hansı digər tədbir görmədən əvvəl məsləhətləşmə aparıla bilər.
- Ailə üzvlərinin böhran idarəetmə ehtiyaclarını qiymətləndirin və lazımi hallarda böhran idarəetmə vasitələrinə (uşaq və ailə rəhbərliyi klinikaları, uşaq, yeniyetmələr və ya yetkin psixiatrik ambulator şöbələr, icma psixi sağlamlıq mərkəzləri) müraciət edin.
Xüsusi müdaxilə
- Uşaq cinsi istismarı ilə əlaqədar araşdırmalarda polisə peşəkar yardım universitet xəstəxanalarında və mərkəzi xəstəxanalarda mərkəzləşdirilmişdir.
Uşaqla görüş
- Bir cinayət şübhəsi olduqda, ya polis özü görüş keçirəcək və ya polisin peşəkar yardım tələbi ilə, bir uşaq məhkəmə psixiatriya istintaq bölməsindən bir psixoloq və ya həkim tərəfindən bir görüş keçiriləcək.
- Uşaq məhkəmə-psixiatrik istintaq bölmələri araşdırmaların planlaşdırılmasında və həyata keçirilməsində digər orqanlarla əməkdaşlıq edir.
- Bir uşağa cinsi istismar edildiyi şübhəli olduqda, polis, şübhəli bir cinayətə görə uşaqdan ötrü uşağın vəkilinə müraciət etməyin vacibliyini qiymətləndirməlidir.
- Bir qəyyum uşağın maraqlarına qərəzsiz nəzarət edə bilmədiyi təqdirdə uşağın vəkilinə müraciət etmək haqqı vardır.
- Lazım gələrsə, uşağın vəziyyəti və şübhələrin yarandığı barədə sosial xidmətlər, səhiyyə xidmətləri və digər mənbələrdən məlumatlar toplanmalıdır.
- Toplanmış məlumatlar əsasında şübhənin gücü və uşaqla görüşmə imkanı qiymətləndirilir və alternativ fərziyyələr, məsələn uşağın qəyyumluq mübahisəsi ilə əlaqəli olması, anlaşılmazlıqdan yaranan şübhə və ya qarşılıqlı olaraq ortaya çıxan hadisələrin anlaşılmaması kimi şeylər qiymətləndirilir.
- 3-4 yaşdan kiçik uşaqlarla, ümumiyyətlə dil bilikləri yetərincə inkişaf etmədikləri üçün şübhələnilən bir cinayətlə bağlı görüş keçirilə bilməz.
- Uşağa hansısa təsir göstərilibsə (məsələn, görüşdə görüş keçirilən tərəfindən yönləndirilibsə), məhkəmə-psixoloji metoddan istifadə edərək onlardan etibarlı şəkildə müsahibə almaq artıq mümkün olmur.
- Uşaqla görüşmədən əvvəl, uşaq məhkəmə-psixiatrik istintaq bölməsində polis, prokuror və sosial xidmətlər arasında məsləhətləşmələr aparılmalıdır.
- Cinayət şübhəsindən xəbəri olan valideynlər və digər yaxınları, vəziyyətdən asılı olaraq ya uşağın görüşməsindən əvvəl, ya da ondan sonra dinlənilməlidir.
- Valideynləri dinləmədən əvvəl, polis ilkin istintaqdakı mövqelərini onlara izah edəcəkdir.
- Hər hansı bir kəskin vəziyyətdə uşaq ən qısa müddətdə görüşülməlidir.
- Uşağın müsahibəsi məhkəmə-psixoloji görüşlər üçün hazırlanmış çərçivəyə əsaslanır, əsasən açıq suallardan istifadə olunur və uşağın öz hadisələrini sərbəst şəkildə yenidən qeyd etməsinə yönəlmişdir.
- Polis hər zaman uşaq məhkəmə-psixiatrik istintaq bölməsində aparılan bir müsahibədə iştirak edir.
- Uğurlu bir dindirilmə üçün vəziyyət sakit olmalıdır və uşaqla yaxşı bir münasibət qurulumalıdır.
- Uşağa Cinayət Təhqiqatı Qanununun tələb etdiyi məsələlər, yaşı və inkişaf səviyyəsinə uyğun olaraq izah edilməlidir.
Dindirilmənin sözbəsöz qeydə alınmış videoçarxı və transkripsiyası olmalıdır.
- Şübhəli, yazını görmək və uşağa veriləcək sualları polisə təqdim etmək hüququna sahibdir. Bu cür çarpaz-suallar uşağa əvvəlcə uşaqla görüşən polis, psixoloq və ya həkim tərəfindən təqdim ediləcəkdir. Bu dindirilmə də videoçarx şəklində qeyd olunmalı və transkriptləşdirilməlidir.
Xüsusi yardımda uşağa göstərilən fiziki müayinə
- Fiziki müayinənin obyektivləri:
- hər hansı bir fiziki xəsarəti (göyərmə, xoralar və s.) müəyyənləşdirilməsi və sənədləşdirilməsi, lazım olduqda müalicəsi
- uşağın sağlamlığını yoxlaanması və fiziki simptomlar və tapıntılar üçün alternativ səbəbləri qiymətləndirməsi
- cinsi hücumla bağlı nümunələri toplamaq
- cinsi yolla ötürülən hər hansı bir xəstəliyin qarşısını almaq, yoxlamaq və müalicə etmək və xəstəliyi ötürən şəxsin məlumatlandırılmasına diqqət yetirmək
- postkoital kontrasepsiya və ya hamiləliyin təsdiqlənməsi və uşağın müalicəyə göndərilməsi
- tetanoz peyvəndi və ya gücləndiricisinin vacibliyininin qiymətləndirilməsi
- profilaktik tədbir olaraq, yeniyetmənin cinsiyyətlə bağlı maarifləndiriləcəyinə əmin olmaq
- hesabatın və tapıntıların ətraflı şəkildə rəsmlər və fotoşəkillərlə dəqiq şəkildə sənədləşdirilməsi. Müayinə mümkün qədər videoçəkiliş olunmalıdır.
- Cinsi hücumun nümunələri cinsi təcavüz dəstində verilən təlimatlara uyğun olaraq toplanmalıdır.
- Hər hansı bir sübutu itirməmək üçün, uşağın müayinədən əvvəl yuyulmaması və ya paltarı dəyişdirməməsi lazımdır.
- Uşağın yaşından asılı olmayaraq, şübhəli hadisədən 14 gündən az vaxt keçibsə, fiziki müayinələr təcili aparılmalıdır. Təzə və ya sağalmış xəsarətlər daha sonra da müşahidə edilə bilir.
- Müayinə proseduru
- Müayinəyə cinsi hücumun nümunələrini toplamaq və dəri yxəsarətlərini sənədləşdirməklə başlayın.
- Cinsi hücum nümunələri.
- Təxmin edilən hadisədən 3 gündən az vaxt keçibsə, kiçik uşaqlarda cinsiyyət orqanından göbəkdən, inquinal qapaqdan, xarici cinsiyyət orqanlarından, anal yarıqdan və ləkələrin aşkarlandığı və ya izlərin olduğu yerlərdən nümunələr toplnılır
- Təxmin edilən əməldən 7 gün və ya daha az vaxt keçibsə və xəstə bir yeniyetmədirsə, cinsi təcavüz dəstində verilən təlimatlara əsasən mümkün qədər çox nümunə toplanılır.
- Adi pediatrik müayinəni yerinə yetirin.
- Bundan əlavə, ağızın və gövdənin dərisini diqqətlə araşdırın.
- Cinsiyyət orqanını və anal bölgəsini yoxlayın.
- Laboratoriya bölgüsü və dartma texnikalarından istifadə edərək xarici cinsiyyət orqanlarını və qızlıq pərdəsini müayinə edin.
- Qurbağa-ayağı vəziyyətini uşaqla birlikdə baxıcının qucağında və ya müayinə masasının dörddə birində istifadə edin.
- Yetkinlərdə pambıq köpük və sidik kateterinin balonu istifadə edərək qızlıq pərdəsini araşdırın.
- Anusu uşağın yan tərəfdə uzanarkən, eləcə də istifadə edilən digər müayinə vəziyyətində müayinə edin.
- Görülən bütün xəsarətlərin fotoşəkillərini çəkin.
- Kolposkopdan istifadə edilməlidir.
- Kəskin, təcili və anlaşılmaz hallarda, 2 həftə ərzində müayinə üçün bir mütəxəssislə görüş təyin edin.
- Fiziki müayinədən əvvəl uşaqla yaxşı bir əlaqə yaratmaq vacibdir. Fiziki müayinə, məsələn uşağın sağlam olduğunu şərh etməklə, özünə-dəyərini artırmağa dəstəkləmək üçün yaxşı bir fürsət verir.
Vəziyyətin ilkin menecmenti ilkin olaraq uşağın cinsi istismarına şübhə doğuran amillər, yetkin şəxslərlə görüşmək yolu ilə araşdırmaqdır. Zəruri hallarda sosial xidmət işçiləri məsələyə cəlb edilə bilər. Uşaq adətən ya polis, ya da ixtisaslaşmış yardım mütəxəssisləri tərəfindən baxış keçirilir. Uşağa cinsi istismar etməkdə əsaslı şübhələrlə bağlı araşdırma başlatmaq və uşağın təhlükəsiz mühitini təmin etmək üçün müvafiq uşaqlarla iş orqanlarına məlumat verilməlidir. Uşağın fiziki vəziyyəti səthi qiymətləndirilməlidir (ginekoloji müayinə yoxdur). İddia olunan cinsi istismardan 3 gündən az bir müddət keçdikdə, müvafiq bir ixtisaslaşmış tibb müəssisəsində (xəstəxana, pediatriya və ya ginekologiya şöbəsi) təcili fiziki müayinə üçün göndəriş verilir. İddia edilən sui-istifadə halından 14 günə qədər bir müddət keçibsə, fiziki müayinə üçün ən qısa zamanda görüş təyin olunur (lakin həftədaxili yerli müraciət təcrübələri dəyişir). İddia olunan cinsi istismardan 14 gündən çox vaxt keçibsə, fiziki müayinə üçün adi şəkildə görüş təyin edilir. Lazım gələrsə, vəziyyət bir müddət, məsələn uşağın gün-ərzi baxımı mərkəzində və ya məktəbdə müşahidə edilməklə izlənilə bilər. Digər mütəxəssislərdən də başqa tədbir görülməmişdən əvvəl (uşaq cinsi istismar mütəxəssisləri birliyi, uşaq psixiatrı, polis, uşaqlarla iş orqanları) məsləhətləşilə bilər. Ailə üzvləri böhran idarəetməsinə ehtiyac baxımından qiymətləndirilməlidir və zəruri hallarda, müvafiq böhran idarəetmə müəssisələrinə (uşaq və ailə rəhbərliyi klinikaları; uşaq, yeniyetmələr və ya böyüklərin psixiatrik ambulator şöbələri; psixi sağlamlıq mərkəzləri və s.) uşaqlarla iş qurumlarına göndərilməlidirlər. Uşaqlarla iş qurumları və / və ya uşağın valideynləri polisə yardım tələbi ilə müraciət edirlər. Xüsusi tibbi yardım xidmətləri, uşaqların cinsi istismarı ilə əlaqədar araşdırmalar böyük xəstəxanalarda və ya uşaq və ailələrə xidmət klinikalarında mərkəzləşdirilməlidir. Klinik mütəxəssislər birliyi mövcuddursa, problemli hallarda onlara müraciət etmək lazımdır. Uşaqların cinsi istismarını qiymətləndirənlər vəzifədə bacarıqlı və təcrübəli olmalı və onlara adekvat təlim verilməlidir. Həm mütəxəssislərin, həm də vəziyyətin obyektivliyi araşdırılanların müvafiq mütəxəssislər üçün problemin həllinə nəzarət edilməsini təmin edən hər hansı bir qiymətləndirmə aparılarkən ən azı iki mütəxəssis iştirak etməlidir. Uşağın psixiatrik qiymətləndirən tibb mütəxəssisləri, bir uşaq cinsi istismarı ilə əlaqədar dindirildiyi zaman polisə peşəkar yardım göstərməyə borcludurlar. Müsahibəni aparan şəxs həmişə uşaqların inkişafı ilə bağlı biliyi olan bir mütəxəssis olmalıdır (məsələn uşaq psixiatrı və ya psixoloqu). Uşağın ifadələrini qanuni olaraq etibarlı hala gətirib, dindirilməni sənədləşdirmək üçün video qeyddən istifadə edilməlidir. Bu mümkün deyilsə, dindirilmənin sualları və uşağın cavabları sözlə yazıla və ya səs yazısı qeydindən istifadə oluna bilər. Xüsusi hazırlanmış, strukturlaşdırılmış psixo-hüquqi bir dindirilmə protokolu daima izlənilməlidir. Dindirmə aparan şəxs hadisələr barədə öz anlayışını təklif etməməli və yönləndirici suallar verməməlidir. Uşağa əvvəlcə hadisələr haqqında sərbəst danışmaq istənilməlidir. Müsahibə daha sonra açıq suallarldan qapalı suallara keçməlidir. Uşağın hadisənin təsviri həmişə ciddi qəbul edilməlidir, lakin istintaqın bir hissəsi olaraq uşağın hekayəsinin etibarlılığını qiymətləndirmək lazımdır. Uşağa yaxın olan yetkinlər (valideynlər və s.) ilə söhbət aparılmalı, uşağın cinsi istismarına şübhə yaradan amillər və əlaqəli hadisələr araşdırılmalıdır. Uşağın böyüməsi və inkişafı da müzakirə edilməlidir. Uşaq və valideynlər arasındakı qarşılıqlı münasibətin araşdırmaları, kiçik uşaqlarla əlaqəli hadisələrdə şübhəli olan cinsi istismar hadisələrini araşdırmaq üçün istifadə edilə bilər. Uşağın emosional vəziyyəti və müalicəyə olan ehtiyacı, dindirilmə bitdikdən sonra qiymətləndirilməlidir. Uşaq cinsi istismarı ilə bağlı araşdırmalar vaxt tələb edir. Aparılan araşdırmalar zamanı cinsi istismar şübhəsini doğuran amillərə qarşı alternativ bir izahat vermə ehtimalının olmas nəzərə alınmalıdır. Bunlara, məsələn, uşağın hekayəni, simptomları həddən artıq şişirtməsi və ya anlaşılmazlığı, uşaqda narahatlığa səbəb olan başqa bir səbəb (məsələn, qəyyumluq mübahisəsi) və ya valideynin psixiatrik xəstəliyi və ya travması daxildir. Uşaq rifahı orqanları ilə birlikdə uşağın təhlükəsizliyini (uşağın yaşadığı yer, giriş hüququ) təmin etmək və araşdırmaların aparılması üçün mümkün qədər neytral bir mühit təmin etmək üçün tədbirlər görülməlidir. Görüşlər digər mütəxəssislərlə (uşaq cinsi istismar mütəxəssisləri birliyi, polis) görüşlər keçirilə bilər və ya hər hansı digər tədbir görülməmişdən əvvəl də onlara müraciət edilə bilər. Uşaq və ailə üzvlərinin böhran idarəetmə ehtiyacı qiymətləndirilməlidir. Lazım gələrsə, müvafiq böhran idarəetmə müəssisələrinə (uşaq və ailə rəhbərliyi klinikaları; uşaq, yetkin və ya yetkin psixiatrik ambulator şöbələr; icma psixi sağlamlıq mərkəzləri və s.) müraciət edilməlidir. Uşağın fiziki müayinəsi.Uşağın fiziki müayinəsinin məqsədi hər hansı bir fiziki xəsarət (göyərmə, yara və s.) qeyd etmək, uşağın sağlamlığını cinsi yolla keçən xəstəliklərin olub-olmadığını yoxlamaq və / və ya hamiləliyin olub olmamasını aydınlaşdırmaq, varsa hamiləliyin dayandırılmasını təşkil etməkdir. Fiziki müayinə pediatr və / və ya bir ginekoloq tərəfindən aparılmalıdır. Müayinə edəndə analoji halların əvvəlki təcrübəsi olmalıdır. Müşahidələr diqqətlə qeyd olunub və ya fotoşəkili çəkilməlidir. Fiziki müayinə, ehtimal olunan sui-istifadə halından 3 gündən az bir müddət keçdikdə dərhal keçirilməlidir. Müayinə zamanı tibbi-hüquqi nümunələr götürülməlidir. Müayinədən əvvəl uşağın yuyulmasına və paltarını dəyişdirilməsinə icazə verilmir. Laboratoriya müayinələri, bundan sonra cinayətkarın sperma, bədən mayelərinin, geyimdəki liflərin və s. izlərini aşkar edə bilər. İddia edilən sui-istifadə halından 14 günə qədər fiziki müayinə ən qısa vaxtda aparılmalıdır. Bu müddətdə selikli qişanın xəsarəti hələ də aşkar edilə bilər. Fiziki müayinədən əvvəl uşaqla müsbət münasibət qurmaq vacibdir. Şübhəli kimi görülməyən köməkçi bir yetkin şəxs müayinədə uşağı müşayiət edə bilər. Müayinə, məsələn, bədəninin müxtəlif hissələrinin normal göründüyünü şərh edərək uşağın öz-dəyərini artırıb yaxşılaşdırmaq üçün yaxşı bir fürsət verir. Müayinə texnikası:Əvvəlcə adi bir uşaq müayinəsi aparılmalı daha sonra ağız bölgəsi, döş və çanaq nahiyələri da araşdırılmalıdır. Uşağın zorla tutulmasına işarə edən hər hansı bir əlamət, məsələn yuxarı qollarda və budlarda tapılarsa, qeyd edilməlidir. Cinsiyyət üzvləri və anal sahə yoxlanılır. Vizual yoxlama kifayət edir. Qızlıq pərdəsinin vəziyyəti yoxlanılır. İddia edilən əlaqə əvvəlki 72 saat ərzində baş vermişsə, nəmlənmiş pambıq kökü ilə uşaqlıq yolundan və düz bağırsaqdan nümunələr götürülməlidir. Fiziki xəsarətlər kifayət qədər tez sağalır və buna görə də imkan varsa fotoşəkil çəkilməlidir.
Əlavə tədbirlər
- Polis, araşdırma ilə əlaqədar narahat olanları məlumatlandıra bilər.
- Uşaq məhkəmə-psixiatriya şöbəsi ilkin araşdırma üçün ekspert rəyi verə bilər.
- Sosial xidmətlər ailənin dəstəyə və xidmətlərə ehtiyacını və uşaqların qayğısına qalma tədbirlərinə olan ehtiyacını qiymətləndirməlidir.
- Müxtəlif orqanlar müalicə üçün tövsiyələr verməkdə və digər xidmətlərə olan ehtiyacın müəyyənləşdirilməsində yaxından əməkdaşlıq etməlidirlər.
- Uşaqlar və ya yeniyetmələr adətən yalnız araşdırmalardan sonra psixiatrik müalicə üçün psixiatra müraciət edə bilərlər.Müalicəyə ehtiyac fərdi olaraq qiymətləndirilməlidir.
- Məhkəmə-psixiatrik istintaq bölməsində ailə üçün məsləhətləşmələr təşkil ediləcək və bununla əlaqədar gələcək müalicə haqqında razılıq əldə ediləcəkdir. Sosial xidmətlərin nümayəndəsi də zəruri hallarda məsləhətləşmələrdə iştirak edə bilər.
- Uşaq məhkəmə psixiatrik istintaq bölməsi, sonrakı müalicəni təşkil edən tərəfə lazımi məlumatları vermək hüququna malikdir.
- Uşaq və ya yeniyetmələrin diaqnostik psixiatrik qiymətləndirməsi və müalicəsi uşaq və yeniyetmələrə psixiatrik baxışı və ya ailə klinikalarında verilir.
- Uşaqların cinsi zorakılıqda şübhəli bilinən bütün halları uşaqlarla iş orqanlarına bildirilməlidir. Uşaqların müdafiəsi orqanları ailənin dəstəyə ehtiyacını, uşağın valideyn himayəsindən kənarlaşdırılma ehtiyacını, valideyn (lər) in nəzarətinə ehtiyacı və s. qiymətləndirir. Uşaqlarla iş qurumları, uşağın qanuni olaraq şübhəli cinsi istismar cinayəti ilə əlaqədar qəyyumluğa verməni də nəzərdən keçirə bilər. Yaxın qohumlar arasında cinsi münasibət (insest) şübhə olduqda bu xüsusi əhəmiyyət kəsb edir. Uşağın və ailənin müalicəsi ilə bağlı qərarlar qəbul edərkən çoxşaxəli müdaxilələr tələb olunur. İnsest şübhəsində, bacı-qardaşlara qarşı sui-istifadə ehtimalı da nəzərə alınmalıdır.
Müvafiq mənbələr