Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Artritik simptomları olan uşaqlarda oynaqların vəziyyəti

Mündəricat

Artritik simptomları olan uşaqlarda oynaqların vəziyyəti

EBM Klinik protokolları
19.01.2017 • Sonuncu dəyişiklik 19.01.2017
PekkaLahdenne

Əsaslar 

  • Artrit uşaqlarda oynaqların şişməsi, hərəkətdə məhdudluq və ya hər ikisi ilə birgə özünü bürüzə verir  , adətən hərəkətlərdə həssaslıq və ya bakterial infeksiya olduğu zaman  oynaqlarda istiliyin artması ,qızartı ,ağrı, həmçinin ümumi simptomlardan qızdırma ilə   xarakterizə olunur . 
  • Aseptik artrit zamanı ağrı nadir hallarda önə  çıxan simptomlardan olur,  ancaq istirahətdən sonra yaranan gərginlik isə tipik əlamətlərdəndir.
  • Bakterial artrit  adətən tək oynaqda qısamüddətli ağrılarla, qızdırma kimi ümumi simptomlarla  özünü büruzə verir .
  • Uşağı müayinə edən zaman  onun hərəkətlərinə diqqət yetirmək, uşağın ətraflarını necə istifadə etməsini  və oynaqlardakı simmetriyanı müşahidə etmək vacibdir .
  • Əgər anamnez artriti göstərirsə, lakin klinik simptomlar yoxdursa, simptomlar yaranan zaman uşağı yenidən müayinə etmək lazımdır. 

Cavan uşaqlarda artritin simptomları

  • Kəskin artritdə oynaq ağrıları və həssaslıq ən çox rast gəlinən simptomlardandır .
  • Uzunmüddətli davam edən vəziyyətlərdə  simptomlar adətən ətraflardan istifadənin dəyişməsi ilə bağlı olur . Axsamaq və ya ətraflardan istifadənin məhdudlaşması ən tipik simptomlardandır 
  • Valideynlərin simptomları təsvir etməsindən çox vaxt lokalizasiyanı tapa bilərik :ən çox iltihaba məruz qalan oynaqlar diz ,çanaq və topuq oynaqlarıdır 
  • Əgər uşaqda 
    •  yataqdan qalxmırsa ,amma daşınmaq istəyirsə: aşağı ətrafların iri oynaqlarından biri 
    • bir dizi bükülü vəziyyətdə saxlamaq :diz,çanaq 
    • iməkləyən və ya sürünən zaman ovucların yerinə sıxılmış yumruqlardan istifadə (bilək)
    • yana baxanda başını çevirmir, lakin bədənin yuxarı hissəsini fırladır :onurğanın boyun hissəsi 
    • səhər vaxtlarında qaşığı və ya fincanı tuta bilmirsə  : barmaqların falanqalararası(PİP) və əl darağı-falanqa oynaqlarının (MP)prosesə cəlb olunduğunu göstərir 

Oynaqların müayinəsi

Oynaqların müayinəsi 10 dəqiqədən az bir müddətə icra oluna bilər 

  1. Uşaq yeriyərkən ,qaçarkən, gəzərkən hərəkətlərindəki simmetriyanı müşahidə etmək lazımdır  Azyaşlı uşaqda axsamaq oynaqdakı gərginlikdən və ya ağrıdan xəbər verən önəmli açardır  .
    • .Qaçan zaman yüngül yöndəmsizlik yaşdan  və uşağın inkişaf dönəmindən aslı olaraq dəyişir lakin bu yöndəmsizliyin fonunda iltihabla əlaqəli və nevroloji səbəblər yata bilər .
  2. Oynaqları müqayisə etməli və şişkinliyi ayırd edə bilməliyik .(şəkildə göründüyü kimi çox vaxt assiemtrik olur) Oynaqların hərəkət aralıqlarında assimetriyası və ağrı hissi  ( əzələ müqaviməti ) ,hətta aralıqlar normal olsa belə oynaq pozisiyalarında assimetriyaya rast gəlinir 
    • Topuğun plantar və arxaya doğru bükülməsi: dabanın bayıra doğru hərəkətləri 
    • Uşaq uzanıqlı vəziyyətdə olduqda dizlərin maksimal açılması və bükülməsi . Normalda daban  heç bir çətinlik olmadan  sağrı nahiyəsinə toxunur və dizlərin ən azı bir neçə dərəcə simmetrik hiperekstensiyası(açılması ) olur  
    • Uzanıqlı vəziyyətdə dizləri maksimal açın və assimetriyanı müşahidə edin .
    • Uşaq uzanıqlı  pozisiyada olduqda ,bud-çanaq  oynaqlarının rotaiyası:budlar  və dizlər 90 dərəcə bükülür  .Demək olar ki bud oynağının bütün xəstəliklərində ilk öncə daxilə rotasiya pozulur .
    • Dirsəklərin tam açılması və bükülməsi .
    • Biləklərin maksimal açılması (şəkildə göstərilmişdir): simmetrik və ən azı 80 dərəcə olmaqla 
    • 2-5 ci barmaqların distal ovuc büküşünə doğru bükülməsi .Normalda barmaq ucluqları ovuc səthinə asanlıqla toxuna bilər. Bükülmədə məhdudiyyət yaranarsa ,şişkinlik simptomu olmasa belə bunu asanlıqla görmək mümkündür. 
    • Onurğanın boyun hissəsinin hərəkətlərində olan simmetriya və aralıqlar : rotasiya  (normalda hər iki istiqamətə 90 dərəcə olmalıdır ) və arxaya doğru açılma .
    • Gicgah-çənə oynağının palpasiyası və ağızın açılmasını müşahidə etmək (geniş və düz açılmalıdır )
    1. Sağlam olan və olmayan tərəfdə əzələnin ölçüsündəki fərqlilikləri müqayisə edin  .Barmaqlarınızın arxa tərəfi ilə topuğun üzərindəki dərinin temperaturunu hiss edin, həmçinin ovcunuzla dizinizin temperaturunu hiss edin və aradakı fərqi müqayisə edin(şəkilə diqqət edin) Bu oynaqlardakı assimetrik artrit temperatur fərqinə səbəb ola bilər .Oynaqların hərəkətliliyini test edin .. Hərəkət aralığının normal olduğu yerlərdə  yekun aralıqda ağrını(əzələ müqaviməti) müşahidə edin .Dizin düşməsinə fikir verin. Dizüstü cibdən(suprapatellar recessus) mayeni boşaldın və şəhadət barmağınızla baş barmağınızı istifadə edərək dizin hər iki tərəfindəki qabarmaları əlinizlə hiss edin . (şəkilə diqqət edin)
  3. Ağrının yaranmasını təşviq edin .Oma-qalça oynağında çanaq qurşağını hər iki tərəfdən basın  . Oma-qalça oynağında yaranan ağrı sağrı nahiyəsinə yayılır  .Ağrının olmaması sakroileiti inkar etmir  .Ayaqlardakı ayaq darağı-falanqa oynaqlarında və əllərdəki əl darağı-falanqa oynaqlarında ağrı oynaq səviyyəsində əlləri və ayaqları hər iki tərəfdən sıxmaqla stimulyasiya  edilə  bilər . Sümük və əzələ həssaslığını palpasiya vasitəsilə yoxlayın.
  4. Onurğanın boyun hissəsinin rotasiyasını(normalda 90 dərəcə olur)  və arxaya doğru açılmasını müşahidə edin. Ağrını ,hərəkətdəki məhdudluğu ,assimetriyanı müşahidə edin .Yuvenil artritdə gicgah-çənə oynağı prosesə cəlb olunur .Ağızın açılmasının simmetrik olub olmadığını yoxlayın və barmaqlarınızla hər iki oynaqda oxşar sürüşmə hərəkətinin əmələ gəlib gəlmədiyinə diqqət edin .Ağrı və gicgah-çənə oynağının həssaslığı barəsində soruşun  .

 

Laborator müayinələr