Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Keloid

Mündəricat

Keloid

EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 26.04.2017
PekkaAutio

Əsas məqamlar

  • Keloidlərin yaranmasının qarşısını almaq (köhnə keloid yeni keloidin yarana biləcəyi riskinin mövcud olması mənasına gəlir).
  • Estetik və ya mexaniki problemlərə və yaxud simptomlara səbəb olan keloidi mümkün olduğu qədər tez bir zamanda müalicə etmək lazımdır. Yeni yaranmış keloid köhnə keloiddən daha asan müalicə olunur.

Təsvir

  • Keloid cərrahi yarada (şəkil), yanıqda, sırğa dəliyində (şəkil) və ya  bədənin gövdə nahiyyəsində sızanağın bir nəticəsi kimi əmələ gələn patoloji, şişə bənzər bir çapıq toxumasıdır.

Diaqnoz

  • Tipik halları müəyyən etmək asandır. Keloid nazik dəri ilə örtülmüş birləşdirici toxumanın əvvəl rezin kimi, qırmızı daha sonra tünd qırmızı, bərk əksər hallarda isə həssas, hamar törəməsi  sayılır (şəkil) 
  • Ölçüsü çox kiçikdən portağal ölçüsünə qədər dəyişə bilər
  • Xoşxassəli hipertrofik çapıq (şəkil) keloiddən fərqli olaraq 6 ayın içində yumşalır və kiçilir.
  • Bəzi hallarda ailə üzvləri də təsirlənə bilir.

Xarakterik xüsusiyyətləri

  • Artmış çapıq toxumasının formalaşması zədədən sonra 3-4 həftənin içində qeydə alınır. Böyüməsi aylar və ya illər ərzində davam edə bilər.
  • Cavan qadınlar (cinsi yetişkənlik dövründən 30 yaşadək) yüksək risk qrupuna daxildirlər.
  • Yaranın infeksiyalaşması və mexaniki təzyiqə məruz qalması keloidin formalaşması üçün risk faktoru sayılır.
  • Keloidin formalaşmasına meyilli olan nahiyyələrə sırğalıq (deşiyi!), gövdənin yuxarı nahiyyəsi (xüsusilə döş sümüyünün üzəri), çiyinlər, çənə, boyun və aşağı ətraflar aiddir. Ayağın altı, əlin içi və üzün dərisi daha az təsirlənən nahiyyələrə aid edilir.

Müalicəyə göstəriş

  • Estetik zədələr
  • Dəri hərəkətliliyinin məhdudlaşması, həssaslıq və ya şiddətli qaşınma.

Müalicə

  • Sıx sarğı və ya silikon gel örtüyü olmadan aparılan kəsiklər yeni keloidin yaranmasını provokasiya edir.
  • Təzyiq terapiya və silikon gel örtüklə bəzi hallarda kifayət qədər müsbət nəticə əldə etmək mümkündür, lakin bu zaman müalicə çətinləşə və daha uzun vaxt tələb edə bilər.
  • Qlükokortikoid inyeksiyaları və ya maye azotla krioterapiya və qlükokortikoid inyeksiyalarının kombinasiyası ilə fərqli nəticələr əldə edilmişdir.''?>. Keloid maye azot spreyi ilə yaxşıca dondurulur. 5 dəqiqədən sonra sorulmuş keloid 40 mg/ml metilprednizolon ilə infiltrasiya olunur. Müalicə 6 həftə intervalı ilə 1-2 dəfə təkrar edilir. Müalicə adətən dermatoloq tərəfindən həyata keçirilir.
  • Təzyiq terapiya və silikon gel örtüyü ilə bəzi hallarda kifayət qədər müsbət nəticə əldə etmək mümkün olur, lakin bu zaman müalicə çətinləşə və daha uzun vaxt tələb edə bilər.''?>
  • Güclü təsirli qlükokortikoidlər ilə yerli (lokal) müalicə təyin edilə bilər.
    • Güclü və ya çox güclü qlükokortikoid məlhəmləri bir aylıq kurs şəklində və ya eyni təsir gücünə malik qlükokortikoid həlledicilərindən oklüziya terapiyası şəklində təyin edilə bilər. Həlledici hər 2-3 gündən bir nahiyyəyə tətbiq edilir və nahiyyə oklüziv dəri qoruyucu tənzif ilə örtülür.
  • Rentgen şüaları ilə terapiya nadir hallarda həyata keçirilir.
  • Ağır hallarda plastik cərrahiyyə nəzərdən keçirilə bilər''?>